Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4346/2023 04.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4346/2023 (Açar sözlər: istifadə hüququnun itirilmiş hesab edilməsi, özbaşına tikili) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)3768/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil2) tərəfin dən verilmiş kassasiya şikayətinə 04 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsində yerləşən 13 saylı evin, 2 saylı mənzili “V.İ.Lenin” adına toxuculuq kombinantının xx.xx.1987-ci il tarixli, 04 saylı protokol qərarı əsasında İddiaçı verilmiş qərarda onunla birlikdə ailə üzvləri - əri X1, övladları Cavabdeh, X6, X2 və gəlini X3 adları göstərilmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2in(82)-2231/2012 nömrəli, 18 dekabr 2012-ci il tarixli qərarı ilə mübahisəli mənzilin İddiaçı adına özəlləşdirilməsi və onun adına mülkiyyət hüququna dair DƏDRX Çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Bakı şə hər Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
3. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsində yerləşən, 13 saylı evin yaşayış sahəsi 39,5 kv.m., yardımçı sahəsi 18,5 kv.m. olmaqla ümumi sahəsi 58,0 kv.m. olan 2 otaqdan ibarət 2 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2013cü il tarixdə qeydiyyata alınmışdır.
4. Bakı şəhəri ASAN 2 mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ******* saylı arayışa əsasən, Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsində yerləşən 13 saylı evin, 2 saylı mənzildə İddiaçı, X6, X4, X5 və Cavabdeh qeydiyyatdadır.
5. MKTB-nin 133 saylı MKİS tərəfindən veril miş xx.xx.2022-ci il tarixli 173 saylı arayışa əsasən, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsində yerləşən 13 saylı evin, 2 saylı mənzilində qeydiyyatdadır, lakin qonşuların aktına əsasən 1997-ci ildən etibarən mənzildə yaşamamışdır.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən, Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsində yerləşən 13 saylı evin, 2 saylı mənzilə dair istifadə hüququnun qeydiyyata alınması barədə İdarənin arxivində məlumat aşkar edilməmişdir.
7. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8055/2022 nömrəli, 06 dekabr 2022-ci il tarixli qəra rı ilə iddia tələbi təmin edilərək, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsində yerləşən 13 saylı evin, 2 saylı mənzildən Cavabdeh pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
8. İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsində yerləşən 13 saylı evin, 2 saylı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. İddiaçı işin yuxarıda qeyd ed ilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsində yerləşən 13 saylı evin, 2 saylı mənzili keçmiş “Lenin” adına toxuculuq kombinatı, indiki “Tağıyev” adına kombinatda işlədiyinə görə mənzil növbəsi əsasında əldə etmişdir. Mənzil ƏMDK yanında DƏDRX-nin seriya nömrəsi 0214927, qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında onun adına qeydiyyatdan keçmişdir. Ona məxsus olan mənzildə özü, oğlu, gəlini, nəvəsi qeydiyyatda olmaqla yaşayırlar. Lakin cavabdeh uzun illərdir ki, yəni ən azı 25 ildən də çox müddətdir ki, ona məxsus olan bu mənzildən ailə həyatı quraraq köçüb getmişdir. Uzun illərdir hazırki mənzildə yaşamamış, mübahisəli mənzili tərk etmiş, onlarla birgə təsərrüfat aparmamış, kommunal xərclərin ödənilməs ində iştirak etməmişdir.
10. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 birinci instansiya məhkəməsinə təqdim etdiyi yazılı etirazında qeyd etmişdir ki, iddiaçıya ailə üzvü kimi 1987-ci ildən ailə tərkibi, yəni cavabdeh də nəzərə alınmaqla hazırkı mənzil verilmişdir. Cavabdeh 2015-ci ilədək həmin mənzildə yaşamış, mənzilin kommunal xidmətlərindən istifadə etmiş, mənzilin arxa hissəsində istifadəsində olan mənzilə bitişik əlavə otaq tikdirərək həmin hissədə yaşamışdır. Sonradan kommunal xidmətləri ayıraraq mübahisəli mənzilə bitişik otağı müəyyən fasilələrlə kirayəyə vermişdir. Mənzilin özəlləşdirilməsinə dair sənədlərdən də göründüyü kimi, cavabdehin istifadə hüququna hazırkı tələblə xitam verilməsi əsassızdır.
11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (2(011)-364/2023 nömrəli, 20 fevral 202 3-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia təmin edilməmişdir.
12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin mənzildən istifadə hüququ saxlanıla bilməz. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh uzun müddətdir ki, (cavabdehin vəkili və nümayəndəsinin etirazda qeyd etdiyi məlumata görə 2015-ci il tarixdən) mənzildə yaşamamışdır. İşin bu halı həm iş materiallarında olan sənədlər, həm də cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş etirazda qeyd edilənlərlə öz təsdiqini tapmışdır.
13. Məhkəmə cavabdehin mənzildə yaşamama səbəblərini araşdıraraq belə nəticəyə gəlmişdir ki, uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması cavabdehin istəyi ilə bağlı olmuşdur. İş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh mənzildə qeydiyyatda olsa da, uzun müddətdir orada yaşamamaqla və özünə başqa yaşayış yeri seçməklə, mübahisəli mənzildən istifadə hüququ ilə bağlı əlaqələrini kəsmişdir. Odur ki, onun uzun bir müddət ərzində, hətta 2015-ci il tarixdən sonra belə, mənzildə yaşamaması hər hansı üzrlü səbəblə əlaqədar olmamışdır. Cavabdehin uzun müddət ərzində mənzildə yaşamaması və mənzillə bağlı bütün əlaqələrinin kəsilməsi isə onun qanunla müəyyən edilmiş müddətdən (6 aydan) sonra istifadə hüquqlarının itməsinə səbəb olmuşdur. Odur ki, mövcud olmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi də təmin edilə bilməz.
14. Məhkəmə qeyd etmişdir ki, iddiaçının Bakı şəhəri Xətai Rayonu Polis İdarəsinə qarşı cavabdehin (cavabdeh həmin iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir) mənzildən qeydiyyatdan çıxarılmas ı barədə iddiası Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təmin edilmişdir. Həmin qərarda məhkəmə qeyd etmişdir ki, iddiaçı mülkiyyətində olan mənzildən faktiki olaraq orada yaşamayan şəxsin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Qeydiyyatda olan şəxs (yəni cavabdeh) sözügedən mənzildə yaşamadığından, eləcə də onun həmin mənzildə istifadə hüququnun mövcudluğuna dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən həmin şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilmişdir. Göstərilən iddia tələbi üzrə mübahisəyə Bakı İnzibati Məhkəməsində baxılarkən də cavabdehin mənzildə yaşamadığı və formal olaraq pasport qeydiyyatında o lması müəyyən edilmişdir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş) 53, 60, 87, 123-cü maddələrinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarlarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.2 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
16. Qətnamədən cavabdeh (nümayəndəsi və vəkili Vəkil1) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsini, iddia tələbinin digər əsaslarla təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh 2015-ci ildə mübahisəli mənzilin bir hissəsi olan bir otağı mübahisəli mənzilin bir hissəsi kimi tikərək həmin hissədən istifadə etmişdir. Belə olan halda 2009-cu ilədək qüvvədə olan qanunvericilik normalarının ümumiyyətlə hazırkı mübahisəyə tətbiq edilməklə iddianın təmin edilməsi əsassız olmuş və cavabdeh üçün hüquqi nəticələr yaratmışdır. Belə ki, münasibətlər Mülki Məcəllənin 228-ci maddəsi ilə tənzimlənməli olduğu halda məhkəmə hüququn tətbiqində səhvə yol vermiş, cavabdehi mülki hüquqi mənada istifadə hüququndan məhrum etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına istinad edilməklə iddia nın təmin edilməməsi hissəsində də əsassız olmuşdur. Belə ki, qeyd edilən qərar qanuni qüvvəsini almamış, hazırda mübahisə davam edildiyindən həmin qərarda göstərilən əsaslar hazırkı işdə preyudisal əhəmiyyət kəsb etməməlidir. Əksinə hazırkı işdə müəyyən edilən nəticələr inzibati iş üzrə nəticəyə gəlmək üçün əsasdır və bu iş üzrə müəyyən edilən hallar həmin işin nəticəsinə təsir edəcəkdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3768/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Xumar Mərdanova) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla iddia tələbinin təmin olunmaması qət edil mişdir.
19. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını yəni, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarını düzgün tətbiq etsə də, işin mahiyyəti üzrə gəldiyi qənaəti ilə razılaşmamaqla qeyd etmişdir ki, cavabdehin sözügedən mənzilə istifadə hüquqlarının olduğu işin mübahisəsiz halıdır və bu səbəblə də iddia tələbi üzrə aydınlaşdırılmalı ilkin hal cavabdehin tətbiq edilən qanunvericilik normalarının tələbləri baxımından mövcud olan istifadə hüququnun itirilib-itirilməməsidir.
20. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, qanunvericilik, yaşayış sahəsinə əldə edilmiş istifadə hüququnun itirilməsini şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsi ilə şərtləndirir; cavabdehin mübahisəli mənzildən daimi yaşamaq üçün getdiyi təkzib olunmaqdadır. Çünki işdəki sübutların məcmusu onun mənzili birdəfəlik tərk etdiyi, beləliklə də mənzilə dair hüquqlarının itirilməsinə (kompensasiya ödənilmədən) münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğu qənaətinə gəlməyə əsas verməmişdir.
21. Məhkəmə kollegiyası o cümlədən qeyd etmişdir ki, iş materiallarına əlavə olunmuş və cavabdeh tərəfindən təqdim olunmuş fotoşəkillərdən də görünmüşdür ki, mübahisəli mənzilin arxa hissəsində ona bitişik otaq tikilmişdir. Həmin özbaşına tikilinin cavabdeh tərəfindən inşa olunduğunu, mübahisəli mənzilin divarına bitişik olduğunu tərəflərin heç biri mübahisələndirməmişdir. Bundan əlavə, məhkəmə kol legiyası onu da nəzərə almışdır ki, hazırkı iş üzrə iddiaçı cavabdehə qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, mübahisəli mənzilin divarına bitişik özbaşına tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin iddia ərizəsində iddiaçı özbaşına tikilinin cavabdehə məxsus olması və tərəfindən kirayə verildiyini qeyd etmişdir. Cavabdeh tərəf isə 2015-ci ildən etibarən həmin mənzilə bitişik inşa edilmiş tikilidən istifadə etdiyini və hazırda orada yaşadığını bildirmişdir. Müəyyən vaxtlarda isə kirayəyə verməsini də cavabdeh bildirmişdir.
22. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, cavabdeh mübahisəli mənzillə bağlı əlaqələrini kəsməmiş, 2015-ci ildən etibarən mənzildə yaşamasa da, sözügedən mənzilə bitişik özbaşına tikilidən istifadə etməklə, yaxud kirayə verməklə həmin mənzillə bağlılığını itirməmişdir. Yəni iddiaçının hər hansı bir müddət orada yaşamaması həmin mənzilə münasibətdə daimi olaraq oradan istifadə etməməsi və daimi əsasları getməsi anlamına gələ bilməz. Kirayə vermənin özü belə həmin mənzilə olan hüquqlarının itməsinə səbəb olmur. Çünki belə halda müvəqqəti olaraq orada yaşayan şəxslərdən kirayə haqqını almaqla oradan gəlir əldə etməsi də mənzilə bağlılığının itməməsi anlamına gəlir. İddiaçı tərəfindən cavabdehə qarşı tikilinin sökülməsi barədə iddia qaldırması da ona dəlalət etmişdir ki, şəxs hazırda da orada yaşamış və həmin tikili bilavasitə istifadə hüququnun itirilmiş hesab edilməsi tələb edilən mənzilə bitişik olmaqla tərkib hissəsi olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ hazırda da mövcuddur və bu hüquqa yalnız müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
23. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mənzil Məcəlləsinin (xx.xx.2009cu il tarixədək qüvvədə olmuş) 53, 60, 87, 123-cü maddələrinə, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.2 və 385-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
24. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apel lyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
25. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi vəsatət və Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin 133 saylı Mənzil İstismar Sahəsi tərəfindən tərtib edilmiş həmin özbaşına tikilinin planından görünmüşdür ki, Altay Məmmədov küçəsi, 13 saylı ünvanda yerləşən özbaşına tikili 1993-cü il tarixdə tikilmişdir. Həmin tikilinin sahibi cavabdeh olmuşdur. Plan isə 15 avqust 2009-cu il tarixdə tərtib edilmişdir. Bu sübut kifayət etmişdir ki, cavabdehin yalanını, yəni həmin tikilinin 2015-ci ilə aid olması yalanını ortaya qoysun. Bu sənəd sübut etmişdir ki, həmin tikili 1993-cü ilə aid o lmuş və həmin dövrdə tikilmişdir. Lakin bu fakta apellyasiya məhkəməsi heç bir hüquqi qiymət verməmişdir. Halbuki, cavabdeh bildirmişdir ki, özbaşına tikili 2015-ci ildən sonra tikilmişdir. Lakin apellyasiya məhkəməsində onun tərəfindən bu sübutun təqdim edilməsi onun yalanını ortaya çıxarmışdır. Halbuki, iddiaçının, onun oğlunun və ailəsinin, yəni nəvələri ilə birlikdə hazırki cavabdeh ilə bir mənzildə uzun illər yaşaması mümkün olmadığından, o, 25 ildən artıqdır ki, həmin mənzildən köçüb getmişdir. Yəni ailələr və uşaqlar getdikcə böyümüş, bir mənzildə 2 ailənin uşaqlarla birlikdə yaşaması qeyrimümkün olduğundan cavabdeh özünə ayrıca özbaşına yaşayış sahəsi inşa edərək məhz 1993-cü ildə özbaşına tikiliyə köçmüş, 1997-ci ildən isə ümumiyyətlə həmin özbaşına tikilidən də başqa yaşayış sahə sinə köçüb getmişdir.
26. Qeyd olunmalıdır ki, məhkəmələr bütün hallarda istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsini əsas götürsələr də, nədənsə hazırki cavabdehin istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmamış olmasını vacib hal hesab etməmişlər. Bu isə vahid məhkəmə təcrübəsinə zidd olmaqla eyni mübahisəyə fərqli yanaşmanı ortaya qoymuşdur.
27. Cavabdehə məxsus özbaşına tikilinin hazırki mübahisəli mənzillə heç bir əlaqəsi olmamışdır. Tamamilə ayrı giriş-çıxışı, sanitar qovşağı və bütünlükdə hazırki mənzildən ayrı müstəqil yaşayış sahəsi olmuşdur. Hazırki mənzilə və yaxud həmin binada yerləşən digər mənzilə də bitişik olması onun həmin mənzillərlə əlaqəsi olması anlamına gələ bilməz. Belə ki, özbaşına tikili yalnız hazırki i ddiaçının mübahisəli mənzilinə bitişik olmaqla yanaşı həmin binada yerləşən digər şəxsə məxsus da mənzilə bitişik olmuşdur. Həmin bina çoxmənzilli korpus şəkilində tikilmiş köhnə bina olmuşdur. Həmin binada iddiaçıdan başqa digər şəxslər də mənzilə sahib olmaqla yaşamaqdadırlar. Habelə cavabdeh özü etiraf etmişdir ki, həmin mənzili kirayəyə vermişdir, demək ki, nəinki hazırki mənzil, heç cavabdehə məxsus özbaşına tikili onun başqa yaşayış yeri olduğundan heç ona lazım olmamışdır. Uzun illər ərzində cavabdeh həmin mənzildən gəlir əldə etmiş, lakin buna baxmayaraq hazırki mənzildən də qeydiyyatdan çıxmaq istəməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Rеspublikası Kоnstitusiyası.
28. Maddə 13 Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. Maddə
29. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 01 oktyabr 2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi.
30. Maddə
53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valide ynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
31. Maddə
54. İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmü ş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
32. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.
33. Maddə
87. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini ica rə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
34. Maddə 6.1.4. Mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır.
35. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
36. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
37. Maddə
152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
38. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
39. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
40. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxsl ərin izahatları ilə müəyyən edilir
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
46. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
47. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsi ni yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin həd lərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
53. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
54. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq o lunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırki kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmə diyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
58. İddia tələbindən görünür ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsində yerləşən 13 saylı evin, 2 saylı mənzilinin onun mülkiyyətində olmasını, mənzildə özü, oğlu, gəlini və nəvəsinin qeydiyyatda olmaqla yaşamalarını, lakin cavabdehin uzun illərdir ki, yəni ən azı 25 ildən də çox müddətdir ki, ona məxsus olan mənzildən ailə həyatı quraraq köçüb getməsini, uzun illərdir hazırki mənzildə yaşamamasını, mübahisəli mənzili tərk etməsini, onlarla birgə təs ərrüfat aparmadığını, kommunal xərclərin ödənilməsində iştirak etmədiyini qeyd edərək, cavabdehin mülkiyyət hüququ ilə ona məxsus olan həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
59. Məhkəmələrin müəyyən etdiyi işin hallarından isə görünür ki, Bakı şəhəri, Xətai rayonu Altay Məmmədov küçəsindəki 13 saylı evin, 2 saylı mənzili “V.İ.Lenin” adına toxuculuq kombinantının xx.xx.1987-ci il tarixli, 04 saylı protokol qərarı əsasında İddiaçı verilmiş qərarda onunla birlikdə ailə üzvləri - əri X1, övladları Cavabdeh, X6, X2 və gəlini X3 adları göstərilmişdir. 2013-cü ildə mənzil iddiaçının adına özəlləşdirilmiş, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriya lı ******* nömrəli Çıxarışa əsasən yaşayış sahəsi 39,5 kv.m., yardımçı sahəsi 18,5 kv.m. olmaqla ümumi sahəsi 58,0 kv.m. olan 2 otaqdan ibarət mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. Hazırda mənzildə İddiaçı, onun oğlu X6, gəlini X4, nəvəsi X5 və qızı Cavabdeh qeydiyyatdadırlar. MKTB-nin 133 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 173 saylı arayışa əsasən, cavabdeh mənzilində qeydiyyatda olsa da, lakin qonşuların aktına əsasən 1997-ci ildən etibarən mənzildə yaşamamışdır. Cavabdeh özü mənzilə bitişik özbaşına tikilidə 2015-ci ilədək yaşadığını bildirir. Bakı İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli qərarına əsasən, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Altay Məmmədov küçəsində yerləşən 13 saylı evin, 2 saylı mənzildən Cavabdeh pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
60. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən, cavabdehin öz istəyi ilə bağlı uzun müddət, (cavabdehin vəkili və nümayəndəsinin etirazda qeyd etdiyi məlumata görə 2015-ci il tarixdən) mənzildə yaşamamasını, mənzildə qeydiyyatda olsa da, uzun müddət orada yaşamamaqla və özünə başqa yaşayış yeri seçməklə, mübahisəli mənzildən istifadə hüququ ilə bağlı əlaqələrini kəsməsini, bununla da onun qanunla müəyyən edilmiş müddətdən (6 aydan) sonra istifadə hüquqlarının itməsinə səbəb olmasını, mövcud olmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbinin də təmin edilə bilinməməsini qeyd edərək, gəldiyi nəticəni 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi ilə əsaslandırmışdır.
61. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi iddia tələbini başqa əsasla rədd edərkən qeyd etmişdir ki, işdəki sübutların məcmusu cavabdehin mənzili birdəfəlik tərk etdiyi, beləliklə də mənzilə dair hüquqlarının itirilməsinə (kompensasiya ödənilmədən) münasibətdə keçmiş Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsasların mövcud olduğu qənaətinə gəlməyə əsas verməmişdir. İş materiallarına əlavə olunmuş və cavabdeh tərəfindən təqdim olunmuş fotoşəkillərə əsasən apellyasiya instansiya məhkəməsi, mübahisəli mənzilin arxa hissəsində ona bitişik otaq tikilməsini, həmin özbaşına tikilinin cavabdeh tərəfindən in şa olunduğunu, mübahisəli mənzilin divarına bitişik olduğunu tərəflərin heç birinin mübahisələndirməməsini, hazırkı iş üzrə iddiaçının cavabdehə qarşı Bakı şəhəri Xətai Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, mübahisəli mənzilin divarına bitişik özbaşına tikilinin sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etməsini, həmin iddia ərizəsində iddiaçının özbaşına tikilinin cavabdehə məxsus olması və tərəfindən kirayə verildiyini qeyd etməsini, cavabdeh tərəfin isə 2015-ci ildən etibarən həmin mənzilə bitişik inşa edilmiş tikilidən istifadə etdiyini və hazırda orada yaşadığını bildirməsini, müəyyən vaxtlarda isə kirayəyə verməsini bildirməsini qeyd edərək, cavabdehin mübahisəli mənzillə bağlı əlaqələrini kəsməməsi, 2015-ci ildən etibarən mənzildə yaşamasa da, sözügedən mənzilə bit işik özbaşına tikilidən istifadə etməklə, yaxud kirayə verməklə həmin mənzillə bağlılığını itirməməsi barədə nəticəyə gəlmişdir.
62. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab etmişdir ki, iddiaçının hər hansı bir müddət orada yaşamaması həmin mənzilə münasibətdə daimi olaraq oradan istifadə etməməsi və daimi əsasları getməsi anlamına gələ bilməz. Kirayə vermənin özü belə həmin mənzilə olan hüquqlarının itməsinə səbəb olmur. Çünki belə halda müvəqqəti olaraq orada yaşayan şəxslərdən kirayə haqqını almaqla oradan gəlir əldə etməsi də mənzilə bağlılığının itməməsi anlamına gəlir. İddiaçı tərəfindən cavabdehə qarşı tikilinin sökülməsi barədə iddia qaldırması da ona dəlalət etmişdir ki, şəxs hazırda da orada yaşamış və həmin tikili bilavasitə istifadə hüququnun itirilmiş hesab edilməsi tələb edilən mənzilə bitişik olmaqla tərkib hissəsi olmuşdur. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ hazırda da mövcuddur və bu hüquqa yalnız müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
63. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi əsaslandırma ilə razılaşmayaraq, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun hazırda da mövcud olması və bu hüquqa yalnız müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilməsi barədə nəticəyə gələrkən, tərəflərin təqdim etdikləri sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxmamış, sübutların qiymətləndirilməsində səhvə yol vermiş, iş materiallarında olan və işin nəticə sinə əhəmiyyətli dərəcədə təsir edən sübutları nəzərə almamış və qiymət verməmişdir. 64. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
65. Məhkəmə kollegiyası ilk öncə onu qeyd edir ki, iddia tələbində göstərilən Bakı şəhəri, Xətai rayonu Altay Məmmədov küçəsindəki 13 saylı evin - yaşayış sahəsi 39,5 kv.m., yardımçı sahəsi 18,5 kv.m. olmaqla ümumi sahəsi 58,0 kv.m. olan 2 otaqdan ibarət 2 saylı mənzili DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən hal-hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Göründüyü kimi həmin mənzilə bitişik inşa edilsə də, cavabdeh tərəfindən inşa edilmiş, 15 avqust 2009-cu il tarixdə tərtib edilmiş planda (i.v.126) qeyd olunan ölçülərdən ibarət özbaşına tikili, DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmış mənzilin tərkib hissəsinə daxil edilməmişdir.
66. Apellyasiya instansiya məhkəməsi isə mübahisəli mənzilin çoxmənzilli binada yerləşib-yerləşməməsini, mənzillə özbaşına tikilinin giriş-çıxış yolunun eyni olubolmamasını, kommunal xidmətlərin eyni, yoxsa fərqli hesablar üzrə göstərilməsi və ödənilməsini, özbaşına tikiliyə aid hər hansı ünvanın olub-olmamasını, özbaşına tikilinin müstəqil olmaqla mübahisəli mənzildən asılılığının olub-olmamasını, özbaşına tikilinin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən mənzildən ayrıla bilməsini, habelə özbaşına tikilinin kimə məxsus torpaq sahəsində inşa edilməsini və mənzillə özbaşına tikilinin hər h ansı başqa bağlılığının olub-olmamasını araşdırmadan, bu məqsədlə mübahisəli mənzilə yerində baxış keçirmədən, zəruri biliyin tələb edildiyi müvafiq ekspertizanın keçirilməsini təmin etmədən, cavabdehin istifadəsində olan özbaşına tikilinin mübahisəli mənzilə bitişik olmaqla tərkib hissəsi olması, belə olan halda, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun hazırda da mövcud olması barədə nəticəyə gəlmişdir.
67. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan halları araşdırmadan apellyasiya instansiya məhkəməsi tərəfindən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış özbaşına tikilinin yalnız mübahisəli mənzilə bitişik olması nəzərə alınmaqla, həmin mənzilin tərkib hissəsi kimi qəbul edilməsi barədə nəticə əsassızdır.
68. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 135.10-cu mad dəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
69. Həmin Məcəllənin 135.12-ci maddəsinə əsasən əşyanın verdiyi gəlir, artım və (və ya) üstünlük əşyanın bəhəridir. Ayrılanadək bəhər əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi kimdirsə, əşyanın təbii bəhəri də onun mülkiyyətindədir.
70. Həmin Məcəllənin 233.1-cü maddəsinə əsasən isə yaşayış binasının tərkib hissəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatla təsbit edilir.
71. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh iddianın verildiyi vaxtdan 25 il əvvəl (təxminən1997 -ci ildə) ailə quraraq mübahisəli mənzildən çıxıb başqa ünvana köçmüş, cavabdehin özünün dediyinə görə isə 2015-ci ilədək həmin mənzilə bitişik inşa etdirdiyi özbaşına tikilidə yaşamış, həmin tarixdən sonra isə özbaşına tikilini kirayəyə verərək oradan da çıxıb başqa ünvana köçmüşdür. Qeyd olunmalıdır ki, bu halda əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib-göstərmədiyidir. Təbii ki, Cavabdeh (təxminən1997-ci ildə) ailə qurarkən möhkəm təməllərə əsaslanan daimi nikah münasibətlərində olmaq niyyətində olmuş və mübahisəli mənzildən könüllü şəkildə çıxaraq yeni ailəsi ilə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getmiş dir. Ailə qurmuş Cavabdeh (təxminən1997-ci ildən) əvvəllər yaşadığı mübahisəli mənzili tərk edib, könüllü olaraq müəyyən edildiyindən artıq müddətə başqa yerə gedərək orada uzun müddət ərzində yaşaması ilə bağlı hallar apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmiş, bu halın sonuncunun başqa yerdə daimi yaşayış yerinin olmasına dəlalət edən hal olub-olmamasına heç bir münasibət bildirilməmişdir. Cavabdehin 2015-ci ilədək həmin mənzilə bitişik inşa etdirdiyi, hazırki vəziyyətdə mübahisəli mənzilə heç bir aidiyyəti olmadığı görünən özbaşına tikilidə yaşaması və daha sonra həmin özbaşına tikilini də tərk etməsi ilə halların, cavabdehin mübahisəli mənzilə istifadə hüququnun hazırda da mövcud olması kimi qiymətləndirilməsi barədə apellyasiya instansiya məhkəməsinin gəl diyi nəticə əsassızdır.
72. Bundan başqa Cavabdeh 2015-ci ilədək həmin mənzilə bitişik inşa etdirdiyi özbaşına tikilidə yaşamasını, həmin tarixdən sonra isə özbaşına tikilini kirayəyə verərək oradan da çıxıb başqa ünvana köçməsini qeyd etsə də, özbaşına tikilidə yaşadığı halda onun mübahisəli mənzillə davamlı əlaqələrinin nə şəkildə olması apellyasiya instansiya məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır.
73. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi “O.X10rşı” iş üzrə ərizənin qəbul edilənliyi haqqında və “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarlarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir.
74. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 75. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60 maddəsində göstərilir ki, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən isə, icarədar və onu n ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
76. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi yuxarıda adı çəkilən 12 mart 1999-cu il tarixli qərarında göstərmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından suiistifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. 77. xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən, qan unla daha uzun müddət nəzərdə tutulmamışdırsa, müvəqqəti olaraq başqa yerə getmiş kirayəçinin və onun ailə üzvlərinin yaşayış sahəsinə hüququ altı ay müddətinə saxlanılır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, bununla əlaqədar mübahisə yarandıqda, maraqlı şəxslərin iddiaları üzrə məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmə kirayəçinin və onun ailə üzvünün üzrlü səbəblərdən müəyyən edildiyindən artıq müddətə başqa yerə getdiyini müəyyən etdikdə, iddianı təmin etmir.
78. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mənzilə dair hüququna münasibətdə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 87ci maddəsinin müddəalarının tətbiq edilməli olması əsaslıdır.
79. Göstərlə nlərdən aydın olur ki, Cavabdeh (təxminən 1997-ci ildə) ailə qurub başqa yaşayış sahəsinə köçərkən mübahisəli mənzilə geri qayıtmaq niyyətində olubolmaması, mübahisənin predmeti olan mənzilə ehtiyacının aradan qalxıb-qalxmaması, həmin mənzillə bağlılığının aradan qalıb-qalmaması, digər daimi yaşayış sahəsinə könüllü surətdə və daimi yaşamaq üçün köçüb-köçməməsi kimi işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən hallar apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməmiş, Mülki Prosessual Məcəllənin 14.1 və 77.3-cü maddələrinin tələblərinə uyğun olaraq işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmamışdır.
80. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin n əticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.
81. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
82. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə almalı, tam və hərtərəfli araşdırmaqla müzakirə etməli, işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qətnamə qəbul olunmalıdır.
83. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3768/2023 nömrəli, 26 iyul 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.