Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4347/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, əmək müqaviləsinin müddəti, işəgötürənin vəzifələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı, onun vəkili X1, cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2871/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şik ayətinə dair işə 27 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehndə (bundan sonra – cavabdeh və ya Məktəb) bədən tərbiyəsi müəllimi vəzifəsinə işə qəbul edilmiş, bu barədə tərəflər arasında 07.09.2018-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. İşəgötürən tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə iddiaçının Məktəbdə 07.09.2018-ci il tarixdən müddətsiz əmək müqaviləsi üzrə müəllim vəzifəsində işlədiyi barədə məlumat yerləşdirilmişdir. 01.09.2020-ci il tarixli 363/M №-li əmrlə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 68-ci maddəs inin 2-ci hissəsinin “B” bəndinə əsasən müddətin bitməsi ilə əlaqədar olaraq işəgötürən tərəfindən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işəgötürənin 01.09.2020-ci il tarixli, 363 nömrəli əmrinin ləğv edilməsi və işə bərpa olunması, 2020-ci ilin məzuniyyət pulundan ödənilməyən 829 manat pulun, 2020-ci ilin iyun ayı üzrə əmək haqqından ödənilməyən 664 manat pulun və 2020-ci ilin sentyabr ayının 1-dən hesablanmaqla işə bərpa olunacağı günə qədər olan boşdayanmaya görə pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 07.09.2018-ci il tarixdə Məktəb ilə müddətsiz əmək müqaviləsi bağlayaraq i şə başlamışdır. 21.09.2019-cu il tarixdə əmək müqaviləsinə dəyişiklik edilməsi barədə elektron informasiya sisteminə daxil edilmiş bildirişdən də açıq-aşkar görünür ki, əmək müqaviləsi müddətsiz bağlanmışdır. Buna baxmayaraq, işəgötürənin əmrində onun əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam verilməsi qeyd olunmuşdur. Hesab edir ki, işəgötürənin həmin əmri əsassız olduğundan ləğv edilməlidir. Çünki əmrdə müddətsiz bağlanan əmək müqaviləsinin xitamı ilə bağlı əsaslar olmadan və göstərilmədən Əmək Məcəlləsinin tamamilə əlaqəsiz maddəsinə istinad edilmişdir. Həmçinin, cavabdeh 2020-ci ilin iyul-avqust ayı ərzində məzuniyyət pulunu tam ödəməmiş (829 manat) və 2020-ci ilin may və iyun ayları üçün əmək haqqından da tam ödənilməyən məbləğlər qalmışdır. Bundan əlavə işəgötürənin qanun suz əmri ilə boşdayanma nəticəsində 2020-ci ilin avqust-oktyabr ayları ərzində işsiz qalmışdır. Cavabdeh iddiaya etiraz etmiş və tərəflər arasında bağlanmış əmək müqaviləsinin surətini təqdim etmişdir. Təqdim olunan sənədin iddiaçı tərəfindən imzalanmamış 1-ci səhifəsində müqavilənin 1 il müddətinə, yəni 01 sentyabr 2020-ci il tarixinədək bağlandığı qeyd edilmişdir. İddiaçı cavabdehlə bu məzmunda əmək müqaviləsi bağlamadığını bildirmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3931/2020 nömrəli iş üzrə 23 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) iddia qismən təmin edilmiş, iddiaçının xeyrinə cavabdeh tərəfindən ona ödənilməyən son haqq-hesabın hesablanaraq ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin olunmamış dır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki işin araşdırılmış hallarına əsasən, tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli olmuş və 2 il müddətinə bağlanmışdır. Müqavilənin müddətinin bitməsi ilə əlaqədar olaraq Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “B” bəndinə əsasən işəgötürən tərəfindən müqaviləyə xitam verilmişdir. Bu səbəbdən, iddia tələbinin işə bərpa hissəsində təmin edilməsi üçün əsaslar yoxdur. Bununla belə, məhkəmə Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə istinadla hesab etmişdir ki, iddiaçıya cavabdeh tərəfindən ona ödənilməyən son haqqhesab hesablanaraq ödənilməlidir. Məhkəmə öz mövqeyini həmçinin Əmək Məcəlləsinin 42, 43, 73-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, məhkəmənin işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadığını, sübutlara düzgün qiymət vermədiyini qeyd etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin əsassız olduğunu qeyd edərək bildirmişdir ki, əmək müqaviləsinin müddəti bitmişdir, müqavilə barədə elektron bildirişdə onun müddətsiz bağlandığının göstərilməsi texniki səhvdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2871/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və F.Babayev) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni iddiaçının “01.09.2020-ci il tarixli 363 nömrəli əmrin ləğv edilməsi və işə bərpa olunması, 2020-ci ilin sentyabr ayının 1-dən hesablanmaqla işə bərpa olunacağı günə qədər olan boşdayanmaya görə hesablanmış əmək haqqının xeyrinə tutulması” tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv edilmiş, həmin iddia tələbi təmin olunmuş, cavabdehin 363M saylı 01 sentyabr 2020-ci il tarixli əmri ləğv edilməklə iddiaçının Məktəbin bədən tərbiyəsi və idman müəllimi vəzifəsinə bərpa olunması, 01 sentyabr 2020-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının iddiaçıya ödənilməsi qət olunmuşdur. Ape llyasiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsində onun müddətli bağlandığı göstərilsə də, həmin müqavilə, həm ona 01.02.2019-cu il tarixdə edilmiş dəyişiklik elektron informasiya sistemində “müddətsiz” olaraq qeydə alınmış, iddiaçı da iddia tələbini məhz bu hala əsaslanmaqla irəli sürmüşdür. Qanunverici, işçi ilə işəgötürən arasındakı əmək münasibətlərinin yaranmasını məhz elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə şərtləndirmişdir, bu isə o deməkdir ki, həmin sistemə “müddətsiz” olaraq daxil edilmiş müqaviləni “müddətli” müqavilə olaraq qəbul etmək mümkün deyildir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmə k müqaviləsinin yalnız sonuncu səhifəsi onun tərəfindən imzalanmış, müqavilənin 01 sentyabr 2020-ci il tarixinədək bağlandığı barədə müddəanın yer aldığı 1-ci səhifədəki müvafiq qeydin isə nə vaxt əlavə olunduğu qeyri-müəyyən olan əlyazısı ilə aparılmışdır. Bundan başqa, iş materiallarından, məktəbin direktor müavininin 21.07.2020-ci il tarixdə iddiaçıya elektron məktub göndərdiyi və həmin tarixdən onun işinə xitam verildiyini bildirdiyi aydın olur; əmək müqaviləsinin müddətinin 01.09.2020-ci il tarixinə qədər olduğu irəli sürülən işçinin müqaviləsinə 21.07.2020-ci il tarixində niyə xitam verilmək istənildiyinin ağlabatan izahı isə məhkəmə iclasında verilməmişdir. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən əmək qanunv ericiliyinin tələbləri pozulduğundan, Məktəbin 363M saylı 01 sentyabr 2020-ci il tarixli əmri ləğv edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə iddiaçı Məktəbə bədən tərbiyəsi və idman müəllimi vəzifəsinə bərpa olunmalıdır. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 5, 7, 49, 300-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, məhkəmənin gəldiyi nəticə işin hallarına, sübutlara və məhkəmə iclasında müəyyən edilmiş hallara ziddir, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin hansı tələblərinin pozulmasını əsaslandırmamışdır. Məhkəmə bərabərlik prinsipinə əməl etməmiş, mübahisəni birtərəfli qaydada həll etmişdir. Kassator göstərmişdir ki, Məktəbdə işləyən bütün müəllimlərlə müddətli əmək müqaviləsi bağlanmışdır. Məktəbin bütün əmək müqaviləsi blankları müddətli əmək müqaviləsi üçün hazırlanmış və hazırkı vaxtda da istifadə olunur. Qeyd olunmuş sənədlər məhkəməyə təqdim olunsa da, məhkəmə onlara heç bir hüquqi qiymət ve rməmişdir. Məhkəmə əsassız olaraq müqavilə blankının sonradan dəyişdirilməsi ehtimalını irəli sürmüşdür. Halbuki bütöv bir blank olan müqavilənin sonradan dəyişdirilməsi mümkün deyildir. Bundan başqa, məhkəmə nəzərə almamışdır ki, işəgötürən və işçi arasında əvvəl yazılı əmək müqaviləsi bağlanılır, yalnız bundan sonra müqavilə Elektron hökumət portalında qeydə alınır və bildiriş çap olunur. Məhkəmə isə tərəflər arasında qarşılıqlı razılaşma əsasında bağlanan hüquqi müqaviləni deyil, həmin müqavilənin qeydiyyata alındığı bildirişi müqavilə kimi qəbul etmişdir. Beləliklə, məhkəmə iddiaçının texniki səhvdən istifadəsinə şərait yaratmışdır. İddiaçı ilə müddətli əmək müqaviləsinin uzadılmamasının səbəbi isə o olmuşdur ki, Covid 19 pandemiyası ilə əlaqədar bədən tərbiyəsi dərslərinin onlayn keçi rilməsi mümkün olmamış, həmçinin iddiaçı ingilis dilini bilməmişdir. Belə ki, Məktəbdə bütün tədris ingilis dilində aparılır. Şikayətin əsası kimi Əmək Məcəlləsinin 42, 44, MPM-in 14.2, 77.1, 175.1, 217-ci maddələrinin tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hal larının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələ nə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə 5-1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş ha llar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Maddə 7 (2-ci hissə). Əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Maddə 49 (1-ci hissə). Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. MPM Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgü n qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası nəzərə alır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan b ir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşçi ilə əmək müqaviləsinin bağlanması zamanı işə qəbul prosesinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla sənədləşdirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 15 iyul 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2871/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4347/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4347/2021
27.09.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver