Məhkəmə qərarları › İş №2(102)-4347/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4347/2023

28.11.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4347/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı və iddiaçılar Cavabdeh1 və X2 cavabdehlər Həsənova qızına və Nəsimi Bələdiyyəsinə qarşı iddiası ilə bağlı iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması və təhvil verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X6 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı «torpaq sahəsinin boşaldılması və s.» tələbinə dair və Cavabdeh1, X2 cavabdehlər İddiaçı və Nəsimi Bələdiyyəsinə qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair birləşdirilmiş mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-960/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 28 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Nəsimi Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 25 oktyabr 2005-ci il tarixli 05/82 saylı icarə müqaviləsinə əsasən, ünvan 1 ünvanında yerləşən 400 kv metr torpaq sahəsi xx.xx.2005-ci il tarixdən xx.xx.2054-cü il tarixədək İddiaçı icarəyə verilmişdir. İcarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. 2. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində ilkin olaraq İddiaçı adına xx.xx.2014-cü i l tarixdə dövlət qeydiyyatına alınmış, daha sonra notariat qaydasında təsdiqlənmiş xx.xx.2017-ci il tarixli alğı-satqı və ipoteka müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda torpaq sahəsinin mülkiyyət növü dövlət, torpaq sahəsi üzərində hüququn növü istifadə, ölçüsü isə 0,01936 ha göstərilmişdir (DƏDRX-nin xx.xx.2021-ci il tarixli, **********14 saylı məktubu).

3. Nəsimi Bələdiyyəsi xx.xx.2021-ci il tarixli 01-390 saylı məktubla bildirmişdir ki, İddiaçı ilə Nəsimi Bələdiyyəsi arasında bağlanmış 25 oktyabr 2005-ci il tarixli 02/85 nömrəli müqaviləsi barədə bələdiyyənin vergi-uçot bazasında hər hansı məlumat yoxdur və həmin müqavilə üzrə İddiaçı bələdiyyəyə hər hansı icarə haqqı ödəməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birin ci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Nəsimi Bələdiyyəsi arasında bağlanmış “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 25 oktyabr 2005-ci il tarixli, 02/85 nömrəli müqavilə əsasında ünvan 1 ünvanda onun istifadə və sahibliyinə ayrılmış 400 kv metr torpaq sahəsinin zəbt olunmuş hissəsinin cavabdehlər tərəfindən boşaldılması, cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması, torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Nəsimi Bələdiyyəsi arasında bağlanmış “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 25 oktyabr 2005-ci il tarixli 02/85 nömrəli müqaviləyə əsasən, ünvan 2 ünvanda yerləşən və onun faktiki istifadəsində olan 400 kv metr torpaq sahəsi həyətyanı sahə kimi Nəsimi Bələdiyyəsinin 31 avqust 2001-ci il tarixli 55 saylı əmrinə əsasən onun istifadə və sahibliyinə verilmişdir. Sözügedən torpaq sahəsinin icarəyə verilmə müddəti 49 il, icarə haqqı isə aylıq 7,70 manat, illik isə 92,80 manat məbləğində müəyyən edilmişdir. Bir müddət əvvəl onunla qonşuluqda yaşayan cavabdehlər Aydın və Azər Məmmədov qardaşları, öz torpaq sahəsini genişləndirmək məqsədi ilə onun istifadəsinə ayrılmış 400 kv metretr torpaq sahəsinin 200 kv metretr hissəsini zəbt etmiş, onun həmin ərazidəki hasarını uçurtmuşdur. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində ona ayrılmış torpaq sahəsi üzərində olan hüquqlarından istifadə edə bilmir.

6. Həmçinin iddiaçılar Cavabdeh1 və X7 cavabdeh İddiaç ı və Nəsimi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Nəsimi Bələdiyyəsi arasında “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” bağlanmış 25 oktyabr 2005-ci il tarixli, 02/85 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

7. İddiaçılar Cavabdeh1 və Azər Məmmədov iddia tələblərini onunla əsaslandırmışlar ki, ünvan 3 ünvanda yerləşən torpaq sahəsi 1968-ci ildən, yəni 53 ildir ki, onların ailəsinin sahiblyində və istifadəsindədir. 2021-ci ilin fevral ayında cavabdeh İddiaçı onlara qarşı iddia qaldıraraq göstərmişdir ki, guya onunla Nəsimi Bələdiyyəsi arasında torpaq sahəsinin icarəyə verilməsinə dair 25 oktyabr 2005-ci il tarixli, 02/85 nömrəli icarə müqaviləsi bağlanmış, ünvan 4 ünvanında yerləşən 400 kv metr torpaq sahəsi ona icarəyə verilmişdir. Qeyd edilən icarə müqaviləsindən onların xəbəri olmamış, yalnız 2021-ci ildə iddia ərizəsindən sonra məlumatlı olmuşlar. Hazırda həmin icarə müqaviləsi onların maraqlarına toxunur və mübahisəli olan torpaqdan istifadə və sahiblik hüquqları pozulur. Həmin icarə müqaviləsi tamamilə qanunsuzdur. Belə ki, bu müqavilənin heç bir hüquqi əsası yoxdur. Çünki 2005-ci ildən bu günədək həmin torpaq sahəsi onların istifadəsində və sahibliyində olmuşdur. İcarə müqaviləsində isə göstərilir ki, guya İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi icarəyə verilir. Bundan başqa, ünvan 4 ünvanda yerləşən 400 kv metr torpaq sahəsi Nəsimi Bələdiyyəsinin inzibati ərazi vahidinə aid deyil və bələdiyyə mülkiyyətində deyildir. Həmin torpaq sahəsi dövlət mülkiyyətində o lan torpaqdır.

8. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3209/2021 saylı, 18 iyun 2021ci il tarixli qərardadı ilə iddiaçılar Cavabdeh1 və X2 cavabdehlər İddiaçı və Nəsimi Bələdiyyəsinə qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbinə dair” 2(006)-3209/2021 saylı mülki iş, İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı “torpaq sahəsinin boşaldılması və s. tələbinə dair” e-2(006)-2855/2021 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2855/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Q.İbadzadə) hər iki iddia tələbi rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən tor paq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.

11. Məhkəmə hər iki tələb üzrə iddialarla bağlı qeyd etmşdir ki, tərəflərin irəli sürdüyü faktiki hallar onların iddia tələblərinin qanuni əsaslarının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər, hazırkı iş üzrə isə tərəflərin, qanuni sahibliklərində olduğunu iddia etdikləri torpaq sahəsinin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən torpaq sahəsinin hər hansı hüquqla tərəflərə məxsusluğu müəyyən edilməmiş, eyni zamanda torpaq sahəsinin dövlət m ülkiyyətində olması müəyyən olunmuşdur.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəfləri iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibləri kimi qəbul etmək mümkün deyildir. Çünki onlar, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməmişlər, torpaq sahəsinin mülkiyyətçisi (dövlət) tərəfindən onlarla müvafiq alğı-satqı müqaviləsi bağlanmamış, yaxud torpaq sahəsi qanunla nəzərdə tutulmuş qaydada onların qanuni istifadəsinə verilməmişdir.

13. Bundan əlavə, məhkəmə iddia ərizələrinin digər dəlillərinə münasibət bildirilməsini ümumiyyətlə zəruri hesab etməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 157-ci və Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 80, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

15. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən, yəni onun iddiasına aid hissədə ləğv edilməsi, həmin hissədə onun iddiasının təmin olunması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3533/2 022 nömrəli, 24 may 2022-ci tarixli qətnaməsi ilə (hakimlər Q.A.Əsgərov (sədrlik edən və məruzəçi), A.N.İmanov və F.Ş.Talışinski) İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri, Nəsimi Bələdiyyəsi “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 05/82 saylı, 25 oktyabr 2005-ci il tarixli müqavilə ilə ünvan 4 ünvanında yerləşən 400 kv metr torpaq sahəsini xx.xx.2005-ci il tarixdən xx.xx.2054-cü il tarixədək İddiaçı icarəyə vermişdir. İcarə müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Eyni zamanda mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olması müəyyən olunmuşdur.

18. Göründüyü k imi, mübahisəli torpaq sahəsi iddiaçıya məxsus deyildir və həmin torpaq sahəsinə dair tərəflərin adına heç bir hüquq müəyyənedici sənəd yoxdur. Eyni zamanda müəyyən edilmişdir ki, “Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 05/82 saylı, 25 oktyabr 2005-ci il tarixli icarə müqaviləsi barədə bələdiyyənin vergiuçot bazasında hər hansı məlumat yoxdur və İddiaçı indiyədək bələdiyyəyə hər hansı icarə haqqı ödəməmişdir.

19. Qeyd olunanlara əsasən apellyasiya instasiyası məhkəməsi hesab etmişdir ki, yuxarıda göstərilən halları nəzərə alaraq İddiaçı iddia tələbinin rədd olunması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

20. Apellyasiya instasiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı apellyasiya şikayətində göstərdiyi dəlillər əsassızdır, o, həmin dəlilləri təsdiq e dən heç bir mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Prossesual Məcəllənin 14.2, 76.1, 76.2, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

22. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, onun iddiasına aid hissədə ləğv edilərək, həmin hissədə yeni qərar çıxarılmasını, iddiasının təmin olunmasını xahiş etmişdir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)5150/2022 saylı, 11 oktyabr 2022-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)3533/2022 nömrəli, 24 may 2022-ci il tarixli qətnamə sinin İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı iddianın rədd olunmasına aid hissədə ləğv edilməsi və həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:

24. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

25. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək şikayətin rədd olunmasını xahiş etmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, torpaq sahəsinin boşaldılmasına dair iddianın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşd ığından birinci instansiya məhkəməsinin həmin hissədə iş üzrə gəldiyi nəticə düzgün olmamışdır.

28. İşə yenidən baxılan zaman kassasiya instansiyası məhkəməsinin göstərişi ilə əlaqədar iş üzrə həqiqətin müəyyən edilməsi məqsədi ilə apellyasiya instansiyası məhkəməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsindən 28 mart 2023-cü il tarixli məktubla sənədlər və mütəxəssis rəyi almış, həmin rəydə göstərilmişdir ki; - ünvan 6 ünvanında yerləşən xx.xx.2014cü ildə İddiaçı xx.xx.2017-ci ildə alqı- satqı və ipoteka müqaviləsi əsasında X3 mülkiyyətinə keçmiş fərdi yaşayış evi xx.xx.2014-cü ildə İddiaçı adına ilk dəfə mülkiyyət hüququ əsasında qeydiyyatdan keçərkən 0.01936 ha. ölçüdə olan torpaq sahəsi üzərində istifadə hüququnun qeydiyyata alınmas ı üçün əsas İddiaçı ilə Bakı şahəri Nəsimi Bələdiyyəsi arasında bağlanmış "Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 25 oktyabr 2005-ci il tarixli 05/82 nömrəli müqavilə olmamışdır. Belə ki, İdarənin arxivində İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin hüquqi qeydiyyata alınmasına dair Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014cü il tarixli, 182 nömrəli sərəncamı mövcuddur. Həmin sərəncamda İddiaçı istifadəsində olan torpaq sahəsini Nəsimi rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05/82 saylı müqaviləsi ilə rəsmiləşdirilməsi qeyd olunmuşdur. Qeyd olunan sərəncamın surəti rǝyǝ əlavə olunur; - Vahid elektron kadastr baza məlumatlarına əsasən koordinatlarla verilmiş 200 kv metr sahə Yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyətid ir. Sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Təqdim edilmiş cizgidə istinad məsafələri, perimetrik ölçülər qeyd edilmədiyindən və konfiqurasiya fərqli olduğundan sahənin mövqeyini dəqiqləşdirmək mümkün olmamışdır. Sualda qeyd olunan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi hazırda **********48-10301 reyestr nömrəsi ilə X3 mülkiyyətindədir; - Bakı şəhəri üzrə Bələdiyyə xəritələrinin təsdiqi prosesi səlahiyyətli orqan tərəfindan başa çatdırılmadığından qeyd edilən məsələyə münasibət bildirmək mümkün olmamışdır.

29. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mütəxəssis rəyində bir tərəfdən fərdi yaşayış evi xx.xx.2014-cü ildə İddiaçı adına ilk dəfə mülkiyyət hüququ əsasında qeydiyyatdan keçərkən 0,01936 ha ölçüdə olan torpaq sahəsi üzərində istifadə hüququnun qeydi yyata alınması üçün əsas kimi İddiaçı ilə Bakı şahəri Nəsimi Bələdiyyəsi arasında bağlanmış "Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair” 25 oktyabr 2005-ci il tarixli 05/82 nömrəli müqavilə olmadığı, digər tərəfdən isə İdarənin arxivində İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin hüquqi qeydiyyata alınmasına dair Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 182 nömrəli sərəncamının mövcud olduğu, həmin sərəncamda İddiaçı istifadəsində olan torpaq sahəsini Nəsimi rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05/82 saylı müqaviləsi ilə rəsmiləşdirilməsi qeyd olunur. Rəyə əlavə edilmiş Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2014-cü il tarixli, 182 nömrəli sərəncamında həqiqətən də İddiaçı istifadəsində olan torpaq sahəsini Nəsimi rayon Bələdiy yəsinin xx.xx.2005-ci il tarixli, 05/82 saylı müqaviləsi ilə rəsmiləşdirilməsi qeyd olunur. Demək, fərdi yaşayış evinin qeydə alınması üçün İcra Hakimiyyəti sərəncamında iddiaçının istifadəsində olan torpaq sahəsinin Bələdiyyə ilə bağladığı müqavilə ilə rəsmiləşdirildiyini qəbul və təsdiq etmişdir. Əks halda İcra Hakimiyyəti torpaq sahəsinin fərdi yaşayış evinin yerləşdiyi və hazırda mübahisə predmeti olan hissələrinin hansı orqana, yaxud şəxsə məxsus olduğunu və iddiaçıya hansı əsasla və məqsədlə verildiyini(ayrıldığını) sərəncamında göstərməli idi. Ancaq sərəncamda yalnız Bələdiyyə ilə bağlanmış müqavilə göstərilir, demək, mübahisə predmeti olan torpağın da Bələdiyyəyə aid olduğunu dövlət adından səlahiyyət verilmiş Yerli İcra Hakimiyyəti orqanı etiraf və təsdiq etmiş olur.

30. İkinci ap ellyasiya baxışı zamanı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi də xx.xx.2014-cü il tarixli, 182 nömrəli sərəncamda göstərilənlərin həqiqiliyini, eləcə də mübahisə predmeti olan torpağın Nəsimi Bələdiyyəsinə məxsus olduğunu, Bələdiyyənin də torpağı iddiaçıya verməsinin etibarlı olduğunu, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 2000-ci ildə torpaqların yeni yaradılmış bələdiyyələrə xəritə ilə verildiyini təsdiq etmişdir.

31. Həqiqətən də işə əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının 26 sentyabr 2000-ci il tarixli 919 nömrəli “Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvi verilməsi haqqında” Sərəncamı ilə Nəsimi rayonu üzrə 233,63 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Nəsimi Bələdiyyəsinə təhvil verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyində mübahisə predmeti olan 200 kv metr torpaq sahəsinin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olmaqla dövlət mülkiyyəti olmasını göstərməsi düzgün olmamışdıir. Çünki, həmin sahənin bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməməsi, mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmasını istisna etmir. Birdəki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi qanuna əsasən daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanının bir qurumudur. Əgər belə olmasaydı onda qeyd olunan İdarə məh kəmə sorğusundakı 4-cü suala dəqiq cavab verməli idi, ancaq verməyib və göstərir ki, Bakı şəhəri üzrə Bələdiyyə xəritələrinin təsdiqi prosesi səlahiyyətli orqan tərəfindən başa çatdırılmadığından qeyd edilən məsələyə münasibət bildirmək mümkün olmamışdır.

32. İşə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman iddiaçının tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işdə iştirak etməyə cəlb edilmiş X8 da məhkəmə iclasında iştirak etməsə də ərizə və ona əlavə edilmiş sənədlərlə məhkəməyə müraciət edərək göstərmişdir ki, fərdi yaşayış evi iddiaçının adına qeydiyyata alınarkən Nəsimi rayon Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 05/82 saylı icarə müqaviləsi qeydiyyat üçün əsas olmuş, fərdi yaşayış evi ona satıldıqdan sonra, iddiaçı icarə müqaviləsi əsasında istifad ə və sahibliyində olan torpaq sahəsini onun istifadəsinə verəcəyini öhdəsinə götürmüşdür. İddiaçının icarə haqqı ödəməməsi barədə Nəsimi Bələdiyyəsinin mövqeyi qanunsuz və əsassızdır(ərizəyə ödəniş barədə qəbz əlavə etmişdir). Həmçinin yerli özünü idarə orqanlarının sənədləri 5 ildən sonra dövlət arxivinə təhvi verilməlidir. Nəsimi Bələdiyyəsi tərəfindən həmin sənədlər təhvil verilməyibsə və naməlum şəraitdə saxlanılırsa onda təqdim etdiyi məlumat sübut kimi qəbul edilməməlidir.

33. Göstərilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli ünvandakı torpaq sahəsinə yerində baxış da keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi düzbucaqlı şəklində yerləşir, yəni torpaq sahəsinin bir tərəfinin avtomobil yoluna paralel, digər tərəfi ücüncü şəxsə aid t ikilinin divarına paralel yerləşir, digər tərəfi iddiaçının üçüncü şəxs Nazim Şahbazova satdığı fərdi yaşayış evinə, əks tərəfi isə cavabdehin giriş darvazasından avtomobil yoluna qədər olan yola paralel yerləşir, torpaq sahəsinin kənarları çəpərlənmədiyi müəyyən edildi. Göründüyü kimi, yerli baxış zamanı da mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus evə bitişik olduğu təsdiq olunmuşdur. Bu cür vəziyyətdə cavabdehlərin həmin torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədi olmadan iddiaya etirazı başadüşülən olmamışdır. Torpaq sahəsi uzun illər ərzində cavabdeh tərəfin faktiki istifadəsində olması da əraziyə baxış zamanı müəyyən edilməmişdir. Ən azından bu illər ərzində torpaq sahəsi cavabdeh tərəfin istifadəsində idisə, hansısa formada bunu, yəni kənarlarının çəpərlənərək müh afizə və istifadə olunduğunu müşahidə etmək olardı.

34. Göründüyü kimi, qeyd olunanlar onu göstərir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə mövqeyi və gəldiyi nəticə düzgün olmamışdır. Başqa sözlə iddianın təmin edilməsi üçün əsas olduğu halda məhkəmə bunu etməmişdir.

35. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-960/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2855/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qətnaməsi hazırki apellyasiya icraatının predmeti olan, yəni İddiaçı cavabdehlər Cavabdeh1 və X4 qarşı iddianın rədd olunması hissəsində ləğv edilmiş və həmin hissədə idda təmin edilmişdir. İddiaçı ilə Bakı şəhəri Nəsimi Bələdiyyəsi arasında bağlanmış Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair 25 oktyabr 2005-ci il tarixli, 02/85 nömrəli müqaviləyə əsasən ünvan 4 ünvanda icarəyə verilmiş 400(dörd yüz) kv metr torpaq sahəsinin zəbt olunmuş hissəsindən (200 kv metr hissədən) cavabdehlər Cavabdeh1 və X2 çıxarılması və torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

36. Cavabdeh1 (Vəkil-Nümayəndə2) kassasiya şikayəti verərək şikayətin təmin edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-960/2023 saylı, 24 iyul 2023-cü il tarixli qətnaməsini ləğv edib, İddiaçı iddiasının rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

37. Şikayətdə qeyd etmişdir ki, İddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə alqısatqı müqaviləsi əsas ında X1 evə dair verilmiş çıxarışdan görünür ki, digər 200 kv metr olan fərdi yaşıyış evinin altındakı torpaq sahəsi də dövlət mülkiyyətindədir. Göründüyü kimi, iddiaçı iddia etdiyi guya bələdiyədən icarəyə götürdüyü torpaq sahəsi tamamilə dövlət mülkiyyətində olan torpaq sahəsidir və bələdiyyə torpağı ilə heç bir əlaqəsi yoxdur. b)

38. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

44. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

45. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə t utulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

46. Maddə 158.1.2. Mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ əmlak hüquqları sayılır.

47. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

48. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

49. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.

50. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tə ləb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi:

51. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

52. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

53. Maddə

67. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

54. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanu nla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun:

55. Maddə 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır.

56. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqla rı haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.

57. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur.

58. Maddə 6.5. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşını n mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

59. Maddə 4.1-ci Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər

60. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

64. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

65. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki h allarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

66. Birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın rədd olunması hissədən cavabdehlərin apellyasiya şikayəti verməmələri, iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 24 may 2022-ci il tarixli qətnaməsinin İddiaçı cavabdehlər Cavabdeh1 və X 4 qarşı iddianın rədd olunmasına aid hissədə ləğv edilməsi və həmin hissədə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi nəzərə alındıqda müəyyən edilir ki, apellyasiya baxışının həddi ilk iddia tələbi ilə bağlı olmuşdur. Ona görə də hazırkı məhkəmə baxışında apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

67. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyy ən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

68. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər iddia ərizəsinə etirazda, işə apellyasiya instansiyası məhkəməsində baxılarkən də irəli sürülmüşdür, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən, iş üzrə Ali Məhkəmənin kollegiyasının 11 oktyabr 2022-ci il tarixli qərarındakı göstərişlər də nəzərə alınaraq tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir. Kassasiya instansiya məhkəməsi bu qiymətləndirmə ilə razılaşır.

69. Odur ki, qeyd olunanları nəzərə alaraq kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-960/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar