Məhkəmə qərarları › İş №2(102)-4348/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4348/2020

25.08.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4348/2020 25.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Ələsgər Əliabbas oğlu, Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, Cavabdeh və vəkili Vnın iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim E.Nuriyev) xx.xx.2018-ci il tarixli, xxx nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə verilmiş çıxarışın, alqı-satqı müqavilələrinin etibarız hesab edilməsi” tələbinə dair iddiası təmin edilərək, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən İddiaçı məxsus 2016 kv.m torpaq sahəsinə dair AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən ilkin olaraq X4 verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli “Çıxarış”ın və X9 adına verilmiş ******* nömrəli, xx.xx.2017-ci il tarixli “Çıxarış”ın etibarsız hesab edilməsi, həmin “Çıxarışlar” əsasında X1, X9 və Cavabdeh arasında 9 saylı notrariat kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qeyd edilən müqavilələr əsasında Cavabdeh adına AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tari xli, ******* nömrəli “Çıxarış”ın etibarsız hesab edilməsi qət edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin (hakim E.Nuriyev) xx.xx.2018-ci il tarixli, xxx nömrəli xüsusi qərardadı ilə Bakı şəhər İcra hakimiyyətinin xx.xx.1996-cı il tarixli 1248 nömrəli sərəncamı ilə Bilgəh qəsəbəsi 59 saylı BTK-nın nəzdində 0.05 ha torpaq sahəsi olan 1216v (kiril qrafikası ilə) saylı bağ sahəsinə dair X11 adına Bağlar Təsərrüfatı İdarəsinin 10 nömrəli orderində sonradan mexaniki üsulla pozma aparılmasında “Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə” cinayətinin əlamətləri olduğu üçün bu barədə xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegi yasının (hakimlər M.Məmmədov, Ş.Məhərrəmova, E.Şamayev) xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018ci il tarixli, xxx saylı qətnaməsinin Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kasasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə verilmiş çıxarışın etibarız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ona məxsus 2016 kv.m torpaq sahəsinə dair Cavabdeh adına verilmiş Çıxarışın və çıxarışın verilməsinə əsas olmuş ilkin sənədlərin e tibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ona məxsus 2016 kv.m torpaq sahəsinə dair ilkin olaraq X7 və X9 adına verilmiş Çıxarışların etibarsız hesab edilməsi, çıxarışların verilməsinə əsas olmuş ilkin sənədlərin etibarsız hesab edilməsi, həmin Çıxarışlar əsasında sonuncularla Cavabdeh arasında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr əsasında Cavabdeh adına verilmiş Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili V kassasiya şikayəti ni onunla əsaslandırmışlar ki,Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi bağ massivində sahəsi 0.15 ha torpaq sahəsindən ibarət 1253 A saylı bağ sahəsi üzərində Cavabdeh xüsusi mülkiyyət hüququ xx xxx 2017-ci il tarixdə müvafiq dövlət orqanında rəsmi olaraq dövlət reyestr xidmətində qeydiyyata alınmış və Cavabdeh buna dair hüquqların qeydiyyatını təsdiq edən Çıxarış verilmişdir. Qeyd edilən torpaq sahəsini Cavabdeh satıcılar - X2 (0.1 ha) və X5 (0.5ha) 9 saylı Notariat Kontorunda təsdiq edilməklə bağlanmış xx xxx 2015-ci il tarixli alqı-satqı müqavilələri əsasında almış, alqı-satqı müqavilələrinə əsasən müvafiq olaraq 30000 manatı Nərminə Bəxtiyarovaya, 20000 manatı isə Nərminə Əlibəyliyə ödəmişdir. İş materiallarından görünür ki, mübahisəli torpaq sahəsinə dair ilkin mülkiyyət hüququ Daşı nmaz Əmlakın Dövlət Reyestr Xidmətində X9 adına xx xxxxx 2017-ci il tarixdə (0,05ha) və X1 adına (0.10ha) xx.xx.2017-ci il tarixdə qeydiyyata alınaraq bağ sahəsi olaraq özəlləşdirilmişdir. Yəni əvvəllər bağ massivinə aid olan torpaq sahəsinə mülkiyyət hüququ yuxarıda göstərilən şəxslərin adına özəlləşmə proseduru əsasında keçirilmişdir. Belə ki, Bakı şəhəri İcra hakimiyyətinin xx xxxx 1996-cı il tarixli 290 saylı Sərəncamına əsasən 1253 A saylı bağ sahəsi 22 saylı order əsasında cavabdeh X3, Bakı Şəhəri İcra Hakimiyyətinin xx.xx.1996-cı il tarixli 1248 saylı sərəncamına əsasən isə 1216 K saylı bağ sahəsi 10 saylı order əsasında Donara Əlibəyliyə ayrılmışdır. Hesab edirlər ki, çıxarışların etibarsız hesab edilməsi ilə bağlı mübahisənin aidiyyət məsələsinə apelyasiya instansiyası məhkəməsi d üzgün qiymət verməmişdir. Bu mübahisə inzibati məhkəmə yurisdiksiyasına aid edildiyindən qanunsuz olaraq ümumi məhkəmədə baxılmışdır. Bundan əlavə birinci instansiya məhkəməsinin qanunsuz qətnaməsini təsdiqləyən apelyasiya instansiyası məhkəməsi maddi hüquq normallarını kobud şəklidə pozmuşdur. Əvvəla mübahisəli torpaq sahəsinə dair ilkin olaraq X4 verilmiş xx.xx.2017-ci il tarixli Çıxarış və X9 adına verilmiş Çıxarışın verilməsinə əsas olan hüquqverən sənədlər mübahisələndirilmədən, ləğv edilmədən məhkəmələr qanunsuz olaraq çıxarışları etibarsız etmişdir. Aydın deyildir hansı əsaslara görə və hansı maddi normaya əsasən məhkəmələr bu qənaətə gəlmişdir. Mübahisəli torpaq sahəsi bağ massivi torpaqları kateqoriyasına aid olmaqla əvvəllər Bakı şəhər İcra Hakimiyyətinin balansında olmaqla bağ t əsərrüfatı idarələrinin sərəncamında olmuş, bələdiyyə mülkiyyəti olmamışdır. Daha sonra birinci instansiya Məhkəməsinin mövqeyi ilə razılaşaraq təsdiqləyən apelyasiya instansiyası məhkəməsi X8 və Cavabdeh arasında X12 ilə Cavabdeh arasında bağlanmış və 9 saylı notariat kontorunda təsdiqlənmiş xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli alqı-satqı müqavilələrini qanunsuz olaraq etibarsız hesab etmişdir. Mübahisəli torpaq sahələrinə dair alqı-satqı müqavilələri bağlanılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir. Mübahisəli torpaq sahəsi heç vaxt Bilgəh bələdiyyəsinin mülkiyyətinə verilməmişdir və bunu təsdiq edən sənədi iddiaçı məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materiallarına əlavə edilmiş AR X14 Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsinin xx xxxxxx 2017-ci il tarixli mütəxəssis rəyindən görünür ki, mübahisəli torpaq sahəsi “Kadastr və yer quruluşu Layihə-Tədqiqat Mərkəzi” elektron baza məlumatlarına əsasən bağlar üçün ayrılmış ərazidir və Cavabdeh mülkiyyəti kimi rəsmiləşdirilmişdir. Cavabdeh vicdanlı alıcıdır və mülkiyyət hüquqlarını qanuni əsaslarla əldə etmişdir. Mübahisələndirilən qətnamə maddi və prosessual hüquq normalarına ziddir. Göstərilənlərə əsasən onlar Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi, həmçinin nizami Rayon Məhkəməsinin eyni tarixli xüsusi qərardadının ləğv edilməsi barədə qərar qəbul edlməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin İd diaçı, cavabdehlər X6, X12 və 3-cü şəxs AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh və vəkili V kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin f aktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kasasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kasasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Kasasiya kollegiyası apellyasiya kollegiyasının qənaəti ilə razılaşmayaraq bildirir ki, iddia ərizəsindən görünür ki, iddiaçı Donara Əlibəylinin adına verilmiş orderdə saxtakarlıq olmasına, həmçinin ona məxsus torpaq sahəsinə dair saxta sənəd əsasında alqı-satqı müqavilələri bağlanmasına və Çıxarışlar əldə edilməsinə istinad etmiş, hətta bununla bağlı birinci instansiya məhkəməsi tərəfindən xüsusi qərardad qəbul edilmişdir. İşə mahiyyəti üzrə baxan apelyasiya kollegiyası da hazırki cavabdehin Sabunçu rayon Bilgəh Bələdiyyəsinə qarşı “İddiaçı ilə Bilgəh bələdiyyəsi arasında bağlanmış xx.xx.2007-ci il tarixli torpaq sahəsinin alqı-satqısına dair qərarına ləğv edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qüvvədə olan xx.xx.2018-ci il tarixli qərarına istinadən İddiaçı ilə Bilgəh bələdiyyəsi arasında bağlanmış xx.xx.2007-ci il tarixli torpaq sahəsinin alqı-satqısına dair qərarının qanuniliyinin öz təsdiqini tapmasını vurğulamış, belə halda cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsinə dair Çıxarış alması barədə dəlillərini öz təsdiqini tapmış hesab etmişdir. Lakin apelyasiya kollegiyası nəzərə almamışdır ki, iddiaçı alqısatqı müqavilələri və onlara əsasən verilmiş çıxarışların etibarsızlığı tələbini irəli sürərkən torpağa dair sənədlərdə saxtakarlığa yol verilməsinə istinad etmişdir. Belə olan halda mübahisəli torpaq sahəsinə dair ilkin olaraq X4 verilmiş xx.xx.2017-ci il tarixli Çıxarış və X9 adına verilmiş Çıxarışın verilməsinə əsas olan hüquqverən sənədlər, hüquqverən sənədlər vermiş inzibati orqanın hərəkətləri mübahisələndirilməlidir. Bu cür mübahisələndirməyə isə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına əsasən, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-nin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli Qərarına əsasən, mülki və iqtisadi mübahisələrə dair bir-biri ilə əlaqədar olan tələblərin aidiyyət məsələsi Azərbaycan Respublikasının MPM-nin 30-cu maddəsinə uyğun həll edilməli, iddia tələbi predmetinə, mahiyyətinə və subyektiv tərkibinə görə inzibati xarakterli olduqda məhkəm əyə aidiyyəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə müvafiq olaraq müəyyən edilir və bu tələblə əlaqədar olan mülki və (və ya) iqtisadi tələblərin bir icraatda birləşdirilməsi istisna olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bundan başqa inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarının 16.1-ci bəndinə əsasən inzibati mübahisə hüquqi təbiətinə görə mülki (iqtisadi) mübahisələrdən fərqli olduğundan mülki (iqtisadi) tələblər inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddialarla, inzibati iddia tələbləri isə mülki məhkəmə icraatı qaydasında qaldırılan iddialarla heç bir halda birləşdirilə və onlara birgə baxıla bilməz. Bununla yanaşı, həmin Qərarın 16.2-ci bəndinə əsasən İnzibati-iqtisadi məhkəməyə inzibati məhkəmə icraatı qaydasında verilmiş iddia ərizəsindəki tələblə rdən birinə inzibati məhkəmə icraatı, digərinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduqda, iddianın mülki tələbə dair hissəsi mümkün sayılmamalı, iddiaçıya mülki məhkəmə icraatı qaydasında səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilənlərə əsasən kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyəti olan məhkəmə olduğundan kasasiya kollegiyasının yuxarıda qeyd etdiyi məsələnin araşdırılması və bu xüsusda işin məhkəmə aidiyyətinin düzgün müəyyən edilməsi üçün kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Hazırda aidiyyəti qaydası pozulduğu üçün digər dəlillər araşdırılmır. Azərbaycan Respublikasının MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən, kasasiya instansiyas ı məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 418.1, 418.3, 419, 420, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xxx nömrəli qətnaməsi ləğv edilsin və mülki iş yenidən apelyasiya qaydasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar