Məhkəmə qərarları › İş №2(102)-4349/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4349/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4349/2020 21.10.2020 ALİ MƏHKƏMƏ İş № 2(102)-4349/2020 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası xx xxxxxxx 2020-ci il Bakı şəhəri Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, “xxxx” (Azərbaycan) ASC-nin nümayəndəsi və vəkili X9 oğlunun, Cavabdeh1 nümayəndəsi və vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qətnaməsindən “xxxx” (Azərbaycan) ASC və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsi (hakim S.Mehrəliyev) xx xxxxxxx 2018ci il tarixli, 2(0 04)-125/2018 nömrəli qətnamə ilə ilk iddianın qismən təmin edilməsini, Cavabdeh1 xx.xx.2014-cü il tarixli xsaylı “Bərpa olunmayan kredit xətti müqaviləsi” üzrə 1.664.433,84 ABŞ dolları əsas borc, 170.884,55 ABŞ dolları faiz olmaqla cəmi 1.835.318,39 ABŞ dolları, xx.xx.2014-cü il tarixli 109557-14890/4 saylı kredit müqaviləsi üzrə 1.328.167,45 ABŞ dolları əsas borc, 126.592,68 ABŞ dolları faiz olmaqla cəmi 1.454.760,13 ABŞ dolları, ümumilikdə 3.290.078,52 ABŞ dolları borcun (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 148,50 manat məhkəmə xərclərinin tutularaq Banka ödənilməsini; tutmanın ipoteka predmeti olan, paylı mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus, xdə mülkiyyətində olan 0.116 ha torpaq sahəsində yerləşən 3 ədəd 3 mərtəbəli, 23 otaqlı, 668.6 kv.m. yaşayış, 1040.4 kv.m. köməkçi sahədən ibarət 72 nömrəli fərdi yaşayış evinin “V” tikilisinə və 0.036 ha torpaq sahəsinə yönəldilməsini və ilkin satış qiymətinin 2.500.000 manat müəyyən edilməklə açıq hərracdan satılmasını; satışdan əldə edilmiş pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsini, xdə mülkiyyətdə olan 0.116 ha torpaq sahəsində yerləşən 3 ədəd 3 mərtəbəli, 23 otaqlı, 668.6 kv.m. yaşayış, 1040.4 kv.m. köməkçi sahədən ibarət 72 nömrəli fərdi yaşayış evinin “V” tikilisinə və 0.036 ha torpaq sahəsinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində Cavabdeh1 mənzildən çıxarılmasını və mənzilin boşadılmasını; ilk iddianın borcun cavabdehlər Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5ndən tutulması və tutmanın digər daşınmaz əmlaklara yönəldilməsi hissələrində təmin edilməməsini; qarşılıqlı iddi anın təmin edilməməsini; qarşılıqlı iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçılara aid edilməsini; iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 267,30 manatının Cavabdeh1, 2,70 manatının iddiaçı Bankdan tutulub dövlət büdcəsinə keçirilməsini qət etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Həsənov (sərlik edən və məruzəçi), Ş.Məmmədova və N.Cəfərov) xx xxxxxx 2019-cu il tarixli, 2(103)994/19 nömrəli qətnaməsi ilə, Bankın apelyasiya şikayətinin təmin edilməməsi; Cavabdeh1 apelyasiya şikayətinin qismən təmin edilməsi; Rayon Məhkəməsinin qətnaməsinin qismən – “tutmanın ipoteka predmeti olan, paylı mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus, xdə mülkiyyətində olan 0.116 ha torpaq sahəsində yerləşən 3 ədəd 3 mərtəbəli, 23 otaqlı, 668.6 kv.m. yaşayış, 1040.4 kv.m. köməkçi sahədən ibarət 72 nömrəli fərdi yaşayış evinin “V” tikilisinə və 0.036 ha torpaq sahəsinə yönəldilməsi və ilkin satış qiyməti 2.500.000 manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaitinin borcun ödənilməsinə yönəldilməsi, xdə mülkiyyətdə olan 0.116 ha torpaq sahəsində yerləşən 3 ədəd 3 mərtəbəli, 23 otaqlı, 668.6 kv.m. yaşayış, 1040.4 kv.m. köməkçi sahədən ibarət 72 nömrəli fərdi yaşayış evinin “V” tikilisinə və 0.036 ha torpaq sahəsinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində Cavabdeh1 mənzildən çıxarılması və mənzilin boşadılması” hissəsində ləğv edilməsi; həmin hissədə iddianın təmin edilməməsi; qətnamənin apelyasiya şikayəti verən şəxslərə münasibətdə qalan mübahisələndirilən hissə lərdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər G.Quliyev (sədrlik edən və məruzəçi), Ə.Mirzəliyev və T.Qoldman) 2(102)-4957/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə “xxxx” (Azərbaycan) ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv olunmuş, iş yenidən baxılması üçün həmin apelyasiya məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-M.Məmmədov (sərlik edən və məruzəçi), Ş.Məhərrəmova və E.Şamayev) xx xxxxxx 2020-ci il tarixli, 2(103)-600/20 nömrəli qətnaməsi ilə apelyasiya şikayətlərinin təmin edilməməsi, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməs inin dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarının onları ödəmiş şəxslərin özlərinə aid edilməsi qət edilmişdir. Cavabdeh1, kassasiya şikayəti verərək qətnamənin ləğv, ilkin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. “xxxx” (Azərbaycan) ASC də kassasiya şikayəti verərək, qətnamənin ləğv, bankın iddiasının tam təmin edilməsi haqqında yeni qərar çıxarılmasını xahiş etmişdir. Bununla belə, kassasiya baxışında “xxxx” (Azərbaycan) ASC, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 öz aralarında barışığa gəlmələri barədə saziş və notarial qaydada təsdiqlənmiş ərizələr təqdim edərək, bağladıqları xx.xx.2020-ci il tarixli barışıq sazişinə əsasən, işin ictraatına xita m verilməsini xahiş etmişlər. Məhkəməyə təqdim edilmiş barışıq sazişindən görünür ki, tərəflər iş üzrə aşağıdakı şərtlərlə razılığa gəlmişlər: “1. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatında iddiaçı “xxxx (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5nə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və sair tələblərinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli x nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxılması ilə əlaqədar 2(102)-4349/2020 saylı mülki iş vardır. 2. “Bank” ilə “Borclu” Cavabdeh1 arasında bağlanmış xsaylı, xx.xx.2014-cü il tarixli “Kredit Müqaviləsi” üz rə, “Borclu” və “Zaminlər”in Banka müştərək qaydada olan borcu 1,665,219.00 ABŞ dolları məbləğində əsas borc, 173,695.87 ABŞ dolları məbləğində faiz borcu, 6,142.90 ABŞ dolları cərimə və x saylı, xx.xx.2014-cü il tarixli “Kredit Müqaviləsi” üzrə, “Borclu” və “Zaminlər”in Banka müştərək qaydada olan borcu 1,328,167.24 ABŞ dolları məbləğində əsas borc, 127,020.82 ABŞ dolları məbləğində faiz borcu, 1,008.62 ABŞ dolları cərimə üzrə borcu olmaqla, ümumilikdə 3,301,254.45 (üç milyon üç yüz bir min iki yüz əlli dörd,45) ABŞ dolları məbləğində müəyyən edilir.

3. Tərəflər hazırkı Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi razılığına gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: 3.1. Bu Sazişin 2 -ci bəndində göstərilən xsaylı, xx.xx.2014-cü il tarixli və x saylı, xx.xx.2014-cü il tarixli kredit müqavilələri üzrə ümumilikdə Banka olan 3,301,254.45 (üç milyon üç yüz bir min iki yüz əlli dörd, 45) ABŞ dolları məbləğində borc 1 ABŞ dolları = 1.70 AZN məzənnəsi ilə manata konvertasiya edilərək 5,612,132.56 (beş milyon altı yüz on iki min yüz otuz iki, 56) manat məbləğində müəyyən olunur və bu məbləğə heç bir faiz və digər əlavə ödəniş hesablanmır. Həmin borc məbləğinin 4,300,000.00 (dörd milyon üç yüz min) manat məbləğində olan hissəsinin 500,000.00 (beş yüz min) manatı saziş imzalandıqdan dərhal sonra “Borclular” tərəfindən müştərək qaydada ödənilir və bu saziş qüvvəyə mindikdən sonra həmin ödəniş borc məbləğindən silinir, qalan hissəsi isə 3.2- ci bəndində nəzərdə tutulmuş qrafikə uy ğun olaraq 60 (altmış) ay müddətində hər təqvim ayının 25-dən gec olmayaraq 63,333.33 (altmış üç min üç yüz otuz üç, 33) manata bölünmüş hissələrlə “Borclular” tərəfindən müştərək qaydada ödənilir. Ümumilikdə saziş imzalandıqdan sonra 4,300,000.00 (dörd milyon üç yüz min) manat ödənildiyi təqdirdə “Borclular”ın Bank qarşısında olan öhdəlikləri tam icra olunmuş hesab olunur, onların Bank qarşısında bütün öhdəliklərinə xitam verilir, Bank tərəfindən “Borclular”a bu barədə arayış təqdim edilir və Bank qarşısında yüklü edilmiş ipoteka predmetləri yüklülükdən azad olunur. 3.2. Qrafik 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,3 33.33 63,333.33 63,333.33 31 32 33 34 35 36 37 38 39 40 41 42 43 44 45 46 47 48 49 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 20 21 22 23 24 25 26 27 28 29 30 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 50 51 52 53 54 55 56 57 58 59 60 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.53

4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) gündən artıq olmamalıdır. “Borclular” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə, hər hansı bir irad və ya etiraz bildirmədən aşağıdakı tələbləri icra etməyi qəbul edirlər. İstisna hal kimi barışıq sazişi qanuni qüvvəyə mindikdən sonra Nazirlər Kabineti tərəfindən Respublikada tətbiq olunmuş karantin rejimi dönəmində yenidən sərt karantin rejimi tətbiq edildiyi halda gecikmələrin sayı bir dəfədən artıq olmamaq şərtilə 120 gündən artıq olmamalıdır: 4.1. “Borclular”dan müştərək qaydada 5,612,132.56 (beş milyon altı yüz on iki min yüz otuz iki, 56) manat məbləğində olan borcun həmin günə olan qalıq məbləği Bankın xeyrinə tutulur. 4.2 Tərəflərin qarşılıqlı razılığı ilə Bank qarşısında ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan xxx ində 518.0 kv.m. ümumi, 518.0 kv.m. əsas, - kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 1,632,000.00 (bir mily on altı yüz otuz iki min) manat, paylı mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, xdə mülkiyyətində olan 0.116 ha torpaq sahəsində yerləşən 3 ədəd 3 mərtəbəli, 23 otaqlı, 668.6 kv.m. yaşayış, 1040.4 kv.m. köməkçi sahədən ibarət 72 nömrəli fərdi yaşayış evinin “V” tikilisi və 0.036 ha torpaq sahəsinin ilkin satış qiyməti 1,170,000.00 (bir milyon bir yüz yetmiş min) manat, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında yerləşən 208.7 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 125,000.00 (bir yüz iyirmi beş min) manat, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində mülkiyyətində olan 0.0062 ha torpaq sahəsində yerləşən 43.8 kv.m. ümumi, 21.8 kv.m. yardımçı və 22 kv.m. yaşayış sahəsindən i barət 89 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 100,000.00 (bir yüz min) manat müəyyən edilməklə daşınmaz əmlaklar açıq hərracdan satılır və məcburi qaydada boşaldılır, satışdan əldə olunmuş vəsait isə “Bank”a ödənilir. 4.3. İpoteka predmetlərinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “Borclular”ın “Bank”a olan borcunun qalığının bağlanmasına yönəldilir, qalan hissəsi isə “İpoteka qoyan”a qaytarılır. 4.4. İpoteka predmetlərinin satışından əldə olunan vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun qalığının ödənilməsi üçün yetərli deyildirsə, həmin çatışmayan məbləğ “İcra haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir və əldə olunmuş vəsait “Bank”a olan borcunun ödənilməsinə yönəldilir. 5. “Borclular” bu Sazişin 3-cü bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu sazişin 2-ci bəndində qeyd edilən kredit müqavilələri üzrə Bank qarşısında heç bir öhdəliyi qalmır, bu sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlaklar “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad edilir və ipoteka müqavilələrinə xitam verilir. 6. “Borclular” öz öhdəliklərini bu sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul olunmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir.

7. X8 şərtləri onların könüllü iradələrini əks etdirir.

8. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.

9. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi “Tərəflər”ə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir. 10.Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 7 (yeddi) nüsxədə tərtib edilmişdir.

11. Bu Saziş məhkəmənin qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir.” Tərəflər imzaları ilə təsdiqlədikləri sazişdə və işin icraatına xitam verilməsi haqqında ərizələrdə bəyan etmişlər ki, sazişin şərtləri onların könüllü iradələrini əks etdirir, onun məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş prosessual nəticələri aydındır. Məhkəmə iclasında iştirak edən “xxxx” (Azərbaycan) ASC-nin nümayəndəsi və vəkili X9 o ğlu və Cavabdeh1 nümayəndəsi və vəkili X1 təsdiq edilməklə mülki işin icraatına xitam verilməsini xahiş etmişlər. Beləliklə, tərəflər mübahisəni barışıqla həll edərək, işin icraatına xitam verilməsi barədə ərizələri məhkəməyə təqdim etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin barışıq sazişi barədə onların iradə ifadələri bu hərəkətin nəticəsi aydın surətdə şərh olunan yazılı formada tərtib edilərək məhkəməyə təqdim olunmuşdur, barışıq sazişi qanuna zidd deyil və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafe yini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 191-ci maddəsinə əsasən, tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. MPM-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam veri r. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. MPM-nin 417.1.5-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Kollegiya hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığı, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün təsdiq edilməli, bununla bağlı Bakı Apellyasiya Məhkəməsinin Mülki Ko llegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Respublikası MPM-nin 417.1.5-ci QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, x nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş üzrə xx.xx.2020-ci il tarixdə tərəflər arasında bağlanmış: “1. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının icraatında iddiaçı “xxxx (Azərbaycan)” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5nə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsi və sair tələblərinə dair” mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegi yasının xx.xx.2020-ci il tarixli x nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə baxılması ilə əlaqədar 2(102)-4349/2020 saylı mülki iş vardır. 2. “Bank” ilə “Borclu” Cavabdeh1 arasında bağlanmış xsaylı, xx.xx.2014-cü il tarixli “Kredit Müqaviləsi” üzrə, “Borclu” və “Zaminlər”in Banka müştərək qaydada olan borcu 1,665,219.00 ABŞ dolları məbləğində əsas borc, 173,695.87 ABŞ dolları məbləğində faiz borcu, 6,142.90 ABŞ dolları cərimə və x saylı, xx.xx.2014-cü il tarixli “Kredit Müqaviləsi” üzrə, “Borclu” və “Zaminlər”in Banka müştərək qaydada olan borcu 1,328,167.24 ABŞ dolları məbləğində əsas borc, 127,020.82 ABŞ dolları məbləğində faiz borcu, 1,008.62 ABŞ dolları cərimə üzrə borcu olmaqla, ümumilikdə 3,301,254.45 (üç milyon üç yüz bir min iki yüz əlli dörd,45) ABŞ d olları məbləğində müəyyən edilir.

3. Tərəflər hazırkı Sazişi imzalamaqla aralarında yaranmış mülki mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi razılığına gəlirlər və qeyd olunan mübahisənin aşağıdakı şərtlərlə həll edilməsini öz öhdələrinə götürürlər: 3.1. Bu Sazişin 2-ci bəndində göstərilən xsaylı, xx.xx.2014-cü il tarixli və x saylı, xx.xx.2014-cü il tarixli kredit müqavilələri üzrə ümumilikdə Banka olan 3,301,254.45 (üç milyon üç yüz bir min iki yüz əlli dörd, 45) ABŞ dolları məbləğində borc 1 ABŞ dolları = 1.70 AZN məzənnəsi ilə manata konvertasiya edilərək 5,612,132.56 (beş milyon altı yüz on iki min yüz otuz iki, 56) manat məbləğində müəyyən olunur və bu məbləğə heç bir faiz və digər əlavə ödəniş hesablanmır. Həmin borc məbləğinin 4,300,000.00 (dörd milyon üç yüz min) manat mə bləğində olan hissəsinin 500,000.00 (beş yüz min) manatı saziş imzalandıqdan dərhal sonra “Borclular” tərəfindən müştərək qaydada ödənilir və bu saziş qüvvəyə mindikdən sonra həmin ödəniş borc məbləğindən silinir, qalan hissəsi isə 3.2- ci bəndində nəzərdə tutulmuş qrafikə uyğun olaraq 60 (altmış) ay müddətində hər təqvim ayının 25-dən gec olmayaraq 63,333.33 (altmış üç min üç yüz otuz üç, 33) manata bölünmüş hissələrlə “Borclular” tərəfindən müştərək qaydada ödənilir. Ümumilikdə saziş imzalandıqdan sonra 4,300,000.00 (dörd milyon üç yüz min) manat ödənildiyi təqdirdə “Borclular”ın Bank qarşısında olan öhdəlikləri tam icra olunmuş hesab olunur, onların Bank qarşısında bütün öhdəliklərinə xitam verilir, Bank tərəfindən “Borclular”a bu barədə arayış təqdim edilir və Bank qarşısında yüklü ed ilmiş ipoteka predmetləri yüklülükdən azad olunur. 3.2. Qrafik 1 2 3 4 5 6 7 8 9 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 31 32 33 34 35 36 37 38 39 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 40 41 42 43 44 45 46 47 48 49 50 51 52 53 54 55 56 57 58 59 60 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.33 63,333.3 3 63,333.33 63,333.33 63,333.33 63,333.53

4. Bir təqvim ili ərzində ümumi gecikmələrin sayı 30 (otuz) gündən artıq olmamalıdır. “Borclular” bu Saziş ilə müəyyən edilmiş qaydada pul öhdəliyinin icrasını təmin etmədikdə və ya lazımınca təmin etmədikdə, hər hansı bir irad və ya etiraz bildirmədən aşağıdakı tələbləri icra etməyi qəbul edirlər. İstisna hal kimi barışıq sazişi qanuni qüvvəyə mindikdən sonra Nazirlər Kabineti tərəfindən Respublikada tətbiq olunmuş karantin rejimi dönəmində yenidən sərt karantin rejimi tətbiq edildiyi halda gecikmələrin sayı bir dəfədən artıq olmamaq şərtilə 120 gündən artıq olmamalıdır: 4.1. “Borclular”dan müştərək qaydada 5,612,132.56 (beş milyon altı yüz on iki min yüz otuz iki, 56) manat məbləğində olan borcun həmin günə olan qalıq məbləği Bankın xeyrinə tutu lur. 4.2 Tərəflərin qarşılıqlı razılığı ilə Bank qarşısında ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan xxx ində 518.0 kv.m. ümumi, 518.0 kv.m. əsas, - kv.m. köməkçi sahədən ibarət qeyri-yaşayış sahəsinin ilkin satış qiyməti 1,632,000.00 (bir milyon altı yüz otuz iki min) manat, paylı mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, xdə mülkiyyətində olan 0.116 ha torpaq sahəsində yerləşən 3 ədəd 3 mərtəbəli, 23 otaqlı, 668.6 kv.m. yaşayış, 1040.4 kv.m. köməkçi sahədən ibarət 72 nömrəli fərdi yaşayış evinin “V” tikilisi və 0.036 ha torpaq sahəsinin ilkin satış qiyməti 1,170,000.00 (bir milyon bir yüz yetmiş min) manat, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh4 məxsus olan ünvan 1 ünvanında yerləşən 208.7 kv.m. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin ilkin satış qiymət i 125,000.00 (bir yüz iyirmi beş min) manat, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Maqsud Əlizadə küçəsində mülkiyyətində olan 0.0062 ha torpaq sahəsində yerləşən 43.8 kv.m. ümumi, 21.8 kv.m. yardımçı və 22 kv.m. yaşayış sahəsindən ibarət 89 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 100,000.00 (bir yüz min) manat müəyyən edilməklə daşınmaz əmlaklar açıq hərracdan satılır və məcburi qaydada boşaldılır, satışdan əldə olunmuş vəsait isə “Bank”a ödənilir. 4.3. İpoteka predmetlərinin satışından əldə olunmuş vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan “Borclular”ın “Bank”a olan borcunun qalığının bağlanmasına yönəldilir, qalan hissəsi isə “İpoteka qoyan”a qaytarılır. 4.4. İpoteka predmetlərinin satışından əldə olunan vəsait bu Sazişin 4.1-ci bəndində qeyd olunan borcun qalığının ödənilməsi üçün yetərli deyildirsə, həmin çatışmayan məbləğ “İcra haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra mətndə “İcra haqqında” Qanun) uyğun olaraq “Borclular”a məxsus digər daşınar və daşınmaz əmlaklara yönəldilir və əldə olunmuş vəsait “Bank”a olan borcunun ödənilməsinə yönəldilir. 5. “Borclular” bu Sazişin 3-cü bəndi ilə müəyyən edilmiş qaydada pul öhdəliyini tam həcmdə icra etdikdən sonra onların bu sazişin 2-ci bəndində qeyd edilən kredit müqavilələri üzrə Bank qarşısında heç bir öhdəliyi qalmır, bu sazişin 4.2-ci bəndində göstərilən daşınmaz əmlaklar “Bank” tərəfindən ipoteka ilə yüklülükdən azad edilir və ipoteka müqavilələrinə xitam verilir. 6. “Borclular” öz öhdəliklərini bu sazişə uyğun icra etmədikdə, bu Saziş üzrə qəbul ol unmuş məhkəmə qərardadı əsasında verilmiş icra sənədi müvafiq olaraq icraya yönəldilir və “İcra haqqında” Qanuna əsasən icra edilir.

7. X8 şərtləri onların könüllü iradələrini əks etdirir.

8. Bu Sazişin hər hansı bir hissəsinin etibarsızlığı bütövlükdə Sazişin etibarsızlığına səbəb olmur.

9. Bu Sazişin şərtlərinin könüllü icra edilməməsi “Tərəflər”ə həmin şərtlərin məcburi icrasını tələb etmək hüququ verir. 10.Bu Saziş Azərbaycan dilində və tərəflərin hər birində bir nüsxə qalmaqla və bir nüsxəsi məhkəməyə təqdim edilməsi üçün eyni hüquqi qüvvəyə malik 7 (yeddi) nüsxədə tərtib edilmişdir.

11. Bu Saziş məhkəmənin qərardadı ilə təsdiq olunur və həmin qərardadın qüvvəyə mindiyi anda qüvvəyə minir.” məzmunundakı barışıq sazişi təsdiq edilsin. Mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə iza h olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar