Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4349/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4349/2023 (Açar sözlər: qeyri-yaşayış sahəsindən çıxarılma və əmlakdan istifadəyə törədilən maneələrə son qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və əmlakdan istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-820/202 3 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 12 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı verilmiş arayışda göstərilmişdir ki, İddiaçı (VÖEN: **********) 23 iyul 2004-cü il tarixdə vergi uçotuna alınmışdır. Uçot məlumat bazasına əsasən vergi ödəyicisinin adına ünvan 1 ünvanı üzrə qeydiyyatda olmuş, **********-440001 kodlu, “Qarışıq mallar mağazası” adlı təsərrüfat subyektu (obyekti) 22 may 2006-cı il tarixdə uçota alınmış, 30 yanvar 2014-cü il tarixdə bağlanmışdır.
2. X5 Təchizatı və Satışı İ darəsi Qəbələ Elektrik Şəbəkəsi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı qeyri əhali abonenti olaraq Hərbi şəhərcikdə (Qəbələ-2) özünə məxsus mağazada 2013-cü ilin oktyabr ayından **********30084 (**********9) kodu ******* №-li sayğac ilə elektrik enerjisindən istifadə edir. Sayğac İddiaçı adınadır.
3. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli, 74 nömrəli arayışda göstərilmişdir ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 80-ci km-də yolun sağ tərəfində hər iki qeyri-yaşayış obyektinin altında yerləşən torpaq sahəsi həmin yolun təhkim zolağıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2015-ci il tarixli, 298 nömrəli qərarına əsasən yolun hər bir hərəkət istiqaməti üzr ə hərəkət hissəsinin mərkəzindən obyektə aid olan sahənin kənarına qədər olan məsafə 30 metrdən az olmamalıdır.
4. Qəbələ rayon Polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı X6 tərəfindən qəbul edilmiş 19 yanvar 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən, vətəndaş Cavabdeh “kəndin girəcəyində yerləşən ona məxsus qab-qacaq mağazasının kilidinin dəyişdirilməsi və pəncərəsinin sındırılması barədə” müraciəti əsasında toplanmış HK-1/34 saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma və əmlakdan istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə Qəbələ Rayon Məhkəmə sinə müraciət edərək, cavabdehin ona məxsus Qəbələ şəhəri, 2 hərbi şəhərcikdə (əvvəlki ünvan A.Vasiliyev küçəsi) yerləşən qeyri-yaşayış sahəsindən və həmçinin ona məxsus Qəbələ rayonu, Mirzəbəyli kəndində fındıq emalı zavodunun qarşısında yerləşən 2 ədəd dəmir köşkdən istifadəsinə maneələrə son qoyulması, həmin əmlakların boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Qəbələ şəhərində hərbi şəhərcik deyilən ərazidə Qəbələ şəhəri, 2 hərbi şəhərcik (keçmiş ünvan A.Vasiliyev) ünvanında 90cı illərdə mağaza almışdır. Həmin mağazanı rəsmi olaraq 2004-cü ildən qeydiyyata salmaqla işlətmişdir. Lakin artıq 5 ildir ki, cavabdeh həmin mağazanı mənimsəyərək və başqa şəxslərə verərək ona həmin mağazadan istifadə etməyə i mkan vermir. O, dəfələrlə cavabdehə mağazanı boşaltmağı və ona istifadəyə maneələrə son qoymağı tələb etsə də, cavabdeh bu hərəkətlərinə son qoymamışdır. Vergi orqanlarından arayışdan da göründüyü kimi 22 may 2006-cı ildən həmin əmlakı vergidə iddiaçının adına qeydiyyata alınaraq işləməyi üçün sənəd verilmişdir. Həmçinin cavabdeh ona məxsus fındıq zavodunun qabağında tikdirdiyi, fındıq və qarışıq malların satışı üçün düzəltdirdiyi dəmir köşkü də mənimsəmiş və istifadə etməyinə mane olmuşdur. Hətta orada olan onun mallarını belə götürmüş və qapının qıfılını qıraraq ora yeni qıfıl qoymuşdur. O, həmin dəmir köşkü hərbi şəhərcikdə düzəltmişdir. Bunu həmin köşkü düzəldənlər və texnika ilə ora gətirənlər də təsdiq edir. Həmçinin icra nümayəndəliyindən təqdim etdiyi arayışdan da göründüyü kimi dəmir köşk onun fındıq emalı zavodunun qarşısındadır və ona məxsusdur. Göründüyü kimi cavabdeh hər iki əmlakını mənimsəyərək istifadə edir və ona onlardan istifadəyə maneçilik törədir.
7. Cavabdeh iddia tələbinə qarşı verdiyi yazılı etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində göstərir ki, “Qəbələ şəhərində hərbi şəhərcik deyilən ərazidə Qəbələ şəhəri, keçmiş A.Vasilyev ünvanında 90-cı illərdə mağaza almışdır”. İddiaçı iddia ərizəsində bu ifadəni yazmaqla məhkəməni aldatmağa cəhd etmişdir. Ona görə ki, onun iddiasında göstərdiyi mağaza ötən əsrin 90-cı illərində keçmiş SSRİ-nin N saylı hərbi hissəsinin “Qəbələ RLS” adlanan hərbi yaşayış şəhərciyi olmuşdur. Ötən əsrin 80-90-cı illərində N saylı hərbi hissənin rəhbərliyinin razılığı ilə göstərilən mağazanı işlətmişdir. Laki n sonradan, yəni müstəqillik dövründə hərbi hissənin rəhbərliyi ona məktubla bildirmişdir ki, N saylı hərbi hissənin “Qəbələ RLS” adlanan hərbi yaşayış şəhərciyi ərazisində işlətdiyi ticarət müəssisənin fəaliyyət göstərməsi Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının Qəbələ RLS-lə bağlı müqavilənin tələblərinə ziddir. Həmin məktubda bildirilir ki, mağazanın fəaliyyət göstərməsi üçün adıgedən hərbi hissənin rəhbərliyi ilə yenidən razılaşma müqaviləsi bağlandıqdan sonra mağaza fəaliyyət göstərə bilər. Lakin az keçməmiş həmin hərbi hissə və hərbi yaşayış şəhərciyi Qəbələ rayonunu tərk etmiş, mağaza içərisində bəzi əşyalar olmaqla bu günə kimi bağlı qalmaqdadır və açarlar da ondadır. Həmin mağazanı qeyri-yaşayış obyekti kimi özəlləşdirmək məqsədi ilə Dövlət Əmlak Komitəsinə bir neçə dəf ə şifahi müraciət etmiş, lakin hərbi şəhərcik ərazisində olan obyektlərin özəlləşdirilməsinə hələlik icazə verilmədiyini əsas gətirərək imtina etmişlər. N saylı hərbi hissəsinin komandiri S.Starostinin ona ünvanladığı 08 fevral 2005-ci il tarixli, 463 saylı məktubunu əlavə edir. Bundan başqa Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Bölməsinin rəisi F.X.Əliyevin Qəbələ-2 şəhəri “QORODOK” mağazasının müdiri Cavabdeh ünvanladığı 07 sentyabr 2007-ci il tarixli, 1/328 saylı məktubla bildirilir ki, “Sizin rəhbərlik etdiyiniz mağaza gecə gözətçi tərəfindən mühafizə olunmur” və sairə. Göstərdiyi hərbi hissə komandirinin məktubunun 08 fevral 2005-ci il tarixdə yazılması və polis bölməsi rəisinin məktubu 07 sentyabr 2007-ci il tarixdə yazılması və hər iki məktubun adıgedən mağaza ilə bağlı olmaqla ona ünvanlanması sübut edir ki, İddiaçı iddia ərizəsində “mən Qəbələ şəhərində hərbi şəhərcik deyilən ərazidə Qəbələ şəhəri keçmiş A.Vasilyev ünvanında 90-cı illərdə mağaza almışdım” göstərməsi yalandır və o, açıq-aşkar məhkəməni aldatmaqla özgəsinin əmlakına yiyələnməyə cəhd edir. Qəbələ şəhəri hərbi şəhərcik deyilən ərazidə (keçmiş ünvan A.Vasilyev) yerləşən, yəni keçmiş SSRİ-nin N saylı hərbi hissəsinin “Qəbələ RLS” adlanan hərbi yaşayış şəhərcikdə ticarət müəssisəsi kimi fəaliyyət göstərmiş qeyri-yaşayış sahəsinin ona məxsus olmasına dair mülkiyyət hüququ verən müvafiq sənədi İddiaçı məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda, İddiaçı həmin qeyri-yaşayış sahəsindən onun çıxarılmağını və həmin sahəni, orada olan ona məxsus əşyaları və qapının açarlarını ona təhvil ver ilməsi barədə məhkəmədə iddia qaldırması əsassız, qanunsuz və məntiqsizdir. Ona görə, İddiaçı həmin iddia tələbi məhkəmə tərəfindən rədd edilməli və təmin edilməməlidir. Daha sonra isə İddiaçı iddia ərizəsində göstərir ki, “cavabdeh mənə məxsus mənim fındıq zavodumun qabağında tikdirdiyi və fındıq və qarışıq malların satışı üçün düzəltdirdiyim dəmir köşkü də mənimsəmiş və istifadə etməyimə mane olur. Həmin sahəni də artıq illərdir ki, mənimsəyib işlədir. Hətta orada olan mənim mallarımı belə götürmüş və qapının qıfılını qıraraq ora yeni qıfıl qoymuşdur”. İddiaçı bu iddiasını da yalandan yazaraq məhkəməni aldatmaqla özgəsinin əməlakına yiyələnməyə cəhd edir. Belə ki, “hətta orda olan mənim mallarımı belə götürmüş və qapının qıfılını qıraraq ora yeni qıfıl qoymuşdur” yazması heç də həqiqəti əks etdirmir. Onun yalan göstərməsi və məhkəməni aldatmasını sübuta yetirən sənəd, Qəbələ rayon Polis Şöbəsində 09 yanvar 2022-ci il tarixdə HK-1\34 sayla qeydiyyata alınmış, həmin şöbənin təhqiqat bölməsinin baş təhqiqatçısı X2 22 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarıdır. Bundan başqa iddiaçı iddia ərizəsinə Qəbələ rayonu Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Elxan Abdullayevin imzaladığı və gerbli möhürlə təsdiqlədiyi xx.xx.2022-ci il tarixli, 119 saylı arayışı əlavə etmişdir. Həmin arayışda göstərilmişdir ki, “verilir Qəbələ rayon Mirzəbəyli (Corlu) kənd sakini İddiaçı ondan ötrü ki, həqiqətən o, Mirzəbəyli kəndi ərazisində yerləşən fındıq sexinin qarşısındakı yol kənarında olan iki ədəd dəmir köşk (dəmir dükan) Qəbələ ray on Mirzəbəyli kənd sakini İddiaçı məxsusdur. Arayış Qəbələ Rayon Məhkəməsinə təqdim etmək üçün verilir”. Arayışda “yol kənarında olan iki ədəd dəmir köşk (dəmir dükan) “İddiaçı məxsusdur” göstərilmiş olsa da, arayışın hansı normativ akta, yaxud mülkiyyət hüququnu təsdiq edən sənədə istinadən verildiyi göstərilməmişdir. Tərəfindən edilmiş sorğuya, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 10№-li Yol İstismarı MMC-nin 28 iyul 2022-ci il tarixli, 74 saylı məktubu ilə cavab verilərək bildirilmişdir ki, “Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 80-ci km-də yolun sağ tərəfində hər iki qeyri-yaşayış obyektinin altında yerləşən torpaq sahəsi həmin yolun təhkim zolağıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 298 saylı qərarına əsasən, yolun hər bir hərəkə t istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən obyektə aid olan sahənin kənarına qədər olan məsafə 30 metrdən az olmamalıdır”. Adıgedən iki ədəd dəmir köşk isə, yolun mərkəzindən 25-27 metr məsafədə, yəni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xidmət etdiyi ərazidir və Qəbələ rayonu Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ərazisi deyil. İddiaçı isə iki ədəd köşkdən, yəni qeyriyaşayış sahəsindən onun çıxarılması, həmin sahəni, orada olan, ona məxsus əşyalar və qapının açarlarının təhvil verilməsi barədə məhkəmədə iddia tələbi qaldırması əsassız, qanunsuz və məntiqsizdir. Ona görə, İddiaçı bu iddia tələbi də məhkəmə tərəfindən rədd edilməli və təmin edilməməlidir.
8. Qəbələ Rayon Məhkəməsinin e-2(025)921/2022 nömrəli, 26 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
9. Birinci instansiya məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddiaçı iddia ərizəsində Qəbələ şəhəri, 2 hərbi şəhərcikdə (əvvəlki ünvan A.Vasiliyev küçəsi) yerləşən qeyri-yaşayış sahəsinin və Qəbələ rayonu Mirzəbəyli kəndində ona məxsus fındıq emalı zavodunun qarşısında yerləşən 2 ədəd dəmir köşkün istifadəsinə maneələrə son qoyulmasını, həmin əmlakların boşaldılaraq ona təhvil verilməsini tələb etsə də, iddia tələbinin əsaslandığı hallara, yəni iddia etdiyi əmlaklara dair mülkiyyət hüququ olmasına dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh isə məhkəmə iclasında iddia tələbini etiraf etməmiş, qeyd olunan əmlakların iddiaçıya heç bir aidiyyətinin olmadığını bildi rmişdir. Hazırki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşsə də o, cavabdeh tərəfindən hüquqlarının pozulduğuna dair sübutları və hüquqların pozulmasını mübahisələndirilməsini təsdiqləyən faktları məhkəməyə təqdim etməmişdir. Məhkəmə həmçinin iddiaçının təqdim etdiyi sübutlara, yəni Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı Ərazi Vergilər İdarəsi, Şimal X10 Təchizatı və Satışı İdarəsi Qəbələ Elektrik Şəbəkəsi və Qəbələ rayon İcra Hakimiyyəti başçısının Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışlara hüquqi qiymət verərək, onları Qəbələ şəhəri 2 hərbi şəhərcikdə (əvvəlki ünvan A.Vasiliyev küçəsi) yerləşən qeyri-yaşayış sahəsinin və Qəbələ rayonu Mirzəbəyli kəndində ona məxsus fındıq emalı zavodunun qa rşısında yerləşən 2 ədəd dəmir köşkün iddiaçının mülkiyyətində olmasını təsdiqləyən sübut növü kimi nəzərə almamışdır. Daha sonra məhkəmə qeyd etmişdir ki, hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən iddianın təmin olunması üçün iddiaçı ilk növbədə mübahisəli əmlakların onun mülkiyyətində, yaxud qanuni istifadəsində olduğunu sübut etməli, yaxud bu, işin mübahisəsiz halı kimi müəyyən olunmalı, yəni cavabdeh həmin faktı etiraf etməlidir. Əks halda iddiaçının ümumiyyətlə belə iddianı qaldırmağa subyektiv hüququ olmadığı üçün məhkəmənin istinad olunan maddənin digər dispozisiya şərtləri üzrə, o cümlədən, cavabdehin əmlaka sahibliyinin qanuniliyi barədə araşdırma aparması mübahisənin mahiyyəti üzrə həlli baxı mından əhəmiyyətsizdir. İddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi əmlakların bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən əmlakların hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Hazırkı halda iddiaçı məhkəmə iclasında cava bdehin onun hansı hüququnu pozmasını sübuta yetirə bilməmişdir.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152, 157.2, 157.5-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat:
11. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyri-yaşayış sahələrindən istifadəyə maneələrə son qoyulması ilə bağlı qərar verilməsini xahiş etsə də, məhkəmə onun iddiasını həmin əmlaklara dair hər hansı sənədinin olm amasını əsas gətirərək rədd etmişdir. Halbuki o, məhkəməyə həmin əmlaklarla bağlı müvafiq sənədləri təqdim etmişdir. Belə ki, Qəbələ şəhəri 2 A.Vasilyev küçəsində (keçmiş rus hərbiçilərinin qaldığı qaradok) yerləşən əmlakın daim onun istifadəsinə verilməsinə dair sənədləri təqdim etmişdir. Daha dəqiqi isə onun həmin sahədən istifadə etməyi barədə sənədləri təqdim etmişdir. Həmin əmlak 90-cı illərdə ona istifadəyə verilmiş və həmin vaxtdan son 5 ilədək onun istifadəsində olmuşdur. Düzdür həmin əmlakla bağlı sərəncam vermə hüququm olmasa da həmin əmlakın onun daimi istifadəmdə olması açıq-aşkar təqdim etdiyi sənədlərlə bilinirdi. Həmin yerin ümumiyyətlə sənədi olmadığından o, obyektə dair hüquqmüəyyənedici sənəd təqdim edə bilmir. Lakin onun həmin sahəyə dair müvafiq dövlət vergi xidmətində qeydiyyatı, obyekt kodu almağı və işləməyi açıq aydın sənədlərlə görünürdü. Məhkəmənin isə ümumiyyətlə həmin yerin kimə məxsus olmasını aydınlaşdırmadan, mülkiyyətçinin o, olmadığına əsaslanaraq iddianı rədd etməsi kobud prosessual pozuntudur. Həmin yerə dair o, “Azərişıq”dan da sənəd təqdim edərək onun adına qeydiyyatın olmasını sübuta yetrimişdir. Məhkəmə isə həmin sənədləri sübut kimi qiymətləndirmədən iddianı rədd etmişdir. O, məhkəmədən onun daimi istifadəsində olan əmlaka dair istifadə hüququnun təmin edilməsini və ən əsası həmin sahəyə dair cavabdeh tərəfindən törədilən maneələrə son qoyulmasını tələb etmişdir. Həmçinin digər köşklərlə bağlı isə qeyd olunmalıdır ki, məhkəmə həmin əmlakları daşınmaz əmlak kimi qiymətləndirmişdir. Halbuki həmin əmlaklar daşınar əmlaklardır. Onları o, şəxsən başqa yerdə düzəldib öz zavodunun qabağına qoymuşdur. Bunu icra nümayəndəliyi də müvafiq sənədlərlə təsdiq etmişdir. Həmçinin həmin köşklərin ona məxsus olmasını sübut edən şahidlər də vardır ki, onlarda bunu təsdiq edirlər. Bu köşkə dair qanunvericilik də hər hansı hüquq müəyyənedici sənədin olmasını mütləq qeyd etməyib. Lakin hər bir halda o, həmin köşkü dəzəltmişdir və 30 ildən çoxdur ki, daimi istifadə etmişsə bu əmlak onun sayılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, ona cavabdeh tərəfindən hansı maneələrin olmasını heç cür sübuta yetirə bilmir. Lakin məhkəməyə mübahisəli əmlaklara bağlı başqa hüquqmüəyyənedici sənədlər (çıxarış) olmaması səbəbindən yalnız sübut kimi təqdim etdiyi sənədlərə əsasən iddiasının təmin edilməsini xahiş etmişdir. Həmin yerlərə dair cavabdehin də çıxa rış və ya ümumiyyətlə hər hansı digər sənədi yoxdur. Məhkəmə işin faktiki hallarına, təqdim edilən sənədlərlə, həmçinin şəxsin istifadə və sahiblik hüququnun bərpa edilməsi yönündə məhkəmə çəkişməsini açmasına deyil, yalnız mülkiyyət hüququnun olmamasına istinad edərək iddianı təmin etməyib. Halbuki həmin yerlərə dair cavabdeh tərəfindən onun və ya başqasının mülkiyyətində olmasına dair hər hansı sübut belə təqdim edilməmişdir. Həmçinin yerli baxış keçirdərək həmin sahələri yoxlamalı və hazırda kimin qanunsuz istifadəsində olmasını yoxlamalı idi. Onun fındıq emalı zavodunda yerləşən özünə məxsus köşklərindən o, özü istifadə edə bilmir. Bu da onun istifadə və sahiblik hüququnun pozulmasıdır.
13. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1369/22 nömrəli, 26 dekabr 2022-ci i l tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Vəzirxan Məlikov və Ələddin Məcidov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddianın təmin edilməsi, Qəbələ şəhəri 2 hərbi şəhərcikdə (əvvəlki ünvan A.Vasiliyev küçəsi) yerləşən qeyri-yaşayış sahəsindən və Qəbələ rayonu Mirzəbəyli kəndində iddiaçıya məxsus fındıq emalı zavodunun qarşısında yerləşən 2 ədəd dəmir köşkdən istifadəyə cavabdeh tərəfindən edilən maneələrə son qoyulması, həmin əmlakların boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsi qət olunmuşdur.
14. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə raz ılaşmaraq mövqeyini onunla əsaslandırmışdır ki, Qəbələ rayonu, Mirzəbəyli kəndində yol kənarında yerləşən dəmir köşklər 2001-ci ildə "xxxx" MMC-nin balansından çıxarılaraq kənd sakini olan iddiaçıya satılmışdır. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 10 iyul 2007-ci il tarixli, ********* qeydiyyat nömrəli, MH-0000963 saylı (daşınmaz əmlakın reyestr nömrəsi **********84-06301) çıxarışdan görünür ki, Qəbələ rayonu, Mirzəbəyli kəndində mülkiyyətində olan 0,035 ha torpaq sahəsində yerləşən 7 girişli, 463,9 kv.m. ümumu, 463,9 kv.m. əsas sahədən ibarət 2 mərtəbəli qeyri-yaşayış binası (fındıq emal zavodu) tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 27 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Xalq Deputatları Sovetinin 28 iyul 1992-ci il tarixli 2 nömrəli iclas protokolundan 28 iyul 2022-ci il tarixli, 48 saylı çıxarışdan məlum olur ki, Qəbələ rayonunda fəaliyyət göstərən "xxxx" kiçik müəssisəsinə “Xanlar” adına kolxozun ərazisində tikdirdiyi mağaza binasının yerləşdiyi sahədən 300 kv.m. torpaq sahəsindən istifadə hüququ verilmişdir. İş materiallarından məlum olur ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 10 nömrəli Yol İstismarı MMC tərəfindən verilmiş 28 iyul 2022-ci il tarixli, 74 saylı arayış iddiaçının adına verilmişdir. İş materiallarında olan Qəbələ Rayon İHB Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Qəbələ rayonu, Mi rzəbəyli kəndində yerləşən fındıq sexinin qarşısındakı yol kənarında olan iki dəmir köşk Qəbələ rayonu, Mirzəbəyli kənd sakini iddiaçıya məxsusdur. Eyni zamanda iş materiallarında olan X5 Təchizatı və Satışı İdarəsi Qəbələ Elektrik Şəbəkəsi tərəfindən verilmiş 13 may 2022-ci il tarixli, 317 saylı arayışdan görünür ki, iddiaçı Hərbi şəhərcikdə olan özünə məxsus mağazada 2013-cü ilin oktyabr ayında **********30084 (**********9) kodu ******* nömrəli sayğac ilə elektrik enerjisindən istifadə edir və sayğac iddiaçının adınadır. Göründüyü kimi mübahisə predmeti olan köşklər iddiaçının istifadəsində olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçı qeyri-yaşayış sahəsinin boşaldılması, eyni zamanda qeyri-yaşayış sahəsinin (köşklərin) istifadə edilməsinə cavabdeh tərəfindən törədilən maneəni n aradan qaldırılmasını tələb etməkdə haqlı olmuşdur.
15. Apellyasiya insyansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 152.2, 157.4-cü maddələri, Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 372.1, 372.6, 372.7, 384-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat:
16. Qətnamədən cavabdeh (vəkil Nümayəndə1 Həbəb qızı) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 146, 157.2-ci, Mülki Prosessual Məcəllənin 8.1, 9.1, 81, 88-ci maddələri, “M. Bağırovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı pozulmuşdur. Belə ki, iddiaçı Mülki Məcəllənin 157.2-ci maddəsinin tələb etdiyi üç zəruri şərtlə əsaslanmamış və onun iddia tələbini irəli sürmək üçün subyektiv hüququ olmamışdır. Məhkəmənin istinad etdiyi sənədlərdə göstərilən məlumatlar həqiqəti əks etdirməmişdir. Apellyasiya məhkəməsi bərabərlik prinsipini pozaraq, işi səthi və birtərəfli araşdırmış, təhrif olunmuş faktlara əsaslanmaqla iddianı təmin etmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)1834/2023 nömrəli, 12 may 2023-cü il tarixli qərarı ilə (hakimlər – Elşad Şamayev (məruzəçi), Əhliman Xıdırov və Elşanə Vəliyeva) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 2(107)-1369/20 22 nömrəli, 26 dekabr 2022-ci il tarixli qətnaməsi ləğv olunmuş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
19. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırki tələbin hüquqi əsasını Mülki Məcəllənin 157.2 və 157.8-ci maddələri təşkil edir. Həmin normalara əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Qeyd olunan maddi hüquq normasının dispozisiyasına görə əmlak iddiaçının mülkiyyətində (qanuna və ya müqaviləyə əsasən sahibliyində) olmalı, tələb irəli sürülən vaxt əmlak başqa şəxsin sahibliyində olmalı və sonuncunun sahibliyi qa nunsuz olmalıdır. Hazırda barəsində tələb irəli sürülən qeyri-yaşayış sahəsinin və 2 ədəd köşkün cavabdehin sahibliyində olması işin mübahisəsiz halıdır. Odur ki, araşdırılmalı olan məsələ ilk olaraq həmin əmlakın iddiaçının mülkiyyətinin (qanuni sahibliyinin) olması və cavabdehin mövcud sahibliyinin qanunsuz olub-olmamasıdır. Apellyasiya məhkəməsi mübahisə olunan köşklərin iddiaçının istifadəsində olduğu nəticəsinə gəlmişdir. Bu nəticəyə gələrkən, apellyasiya məhkəməsi qətnaməsində ziddiyyətli sübutları sadalamaqla kifayətlənmiş, lakin həmin sübutları MPM-in 88 və 218.1ci maddələrinə uyğun qiymətləndirməmiş və iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini göstərməmişdir. Halbuki qeyd olunan sübutlar özü-özlüyündə mübahisəli əmlakların iddiaçının mülkiyyətində (qanuni sahibl iyində) olması qənaətinə gəlmək üçün kifayət etmir. Belə ki, məhkəmə dəmir köşklərin "xxxx" MMC tərəfindən iddiaçıya satılmasına istinad etmişdir. Lakin həmin köşklərin MMC-nin mülkiyyətində olduğunu və müvafiq alğı-satqının baş verməsini təsdiq edən hər hansı sənəd iş materiallarında mövcud deyildir. İşdə yalnız "xxxx" Kiçik Müəssisəsinə “Xanlar” adına kolxozun ərazisində tikdirdiyi mağaza binasının yerləşdiyi sahədən 300 kv.m. torpaq sahəsində istifadə hüququnun verilməsinə dair Qəbələ rayon XDS-nin 28 iyul 1992-ci il tarixli 11 nömrəli İclas protokolundan çıxarış əlavə olunmuşdur ki, həmin torpaq sahəsinin hazırda mübahisələndirilən əmlaklara aidiyyəti iş materialları ilə müəyyən olunmur.
20. Həmçinin nəzərə almaq lazımdır ki, iş materiallarına "xxxx" MMC-nin tarixsiz və nömrəsiz məktub u əlavə olunmuşdur ki, “dəmir köşklər 2001-ci ilədək "xxxx" MMC-nin balansında olmuş, həmin ildə isə balansdan çıxarılaraq kənd sakini İddiaçı satılmışdır.” Məktub "xxxx" MMC-nin direktoru İddiaçı tərəfindən imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron çıxarışdan isə müəyyən olunur ki, "xxxx" MMC-nin qanuni təmsilçisi İddiaçıdur. Beləliklə müəyyən olunur ki, apellyasiya məhkəməsinin istinad etdiyi arayışlar iddiaçının özü tərəfindən imzalanmışdır. Həmin arayışlarda əks olunan məlumatların hazırki qərarın 30-cu bəndinə göstərilən sənədlərlə təsdiq olunmadığı halda, apellyasiya məhkəməsi tərəfindən onların sübut kimi mötəbərliyi Mülki Prosessual Məcəl lənin 88-ci maddəsinə uyğun qiymətləndirilməmişdir. Həmçinin Qəbələ rayonunun Mirzəbəyli kəndində iddiaçının mülkiyyətində 0,035 ha torpaq sahəsində 2 mərtəbəli qeyri-yaşayış sahəsinin (fındıq emalı zavodunun) olması, həmin sahənin qarşısında quraşdırılmış köşklərin də sonuncunun mülkiyyəti kimi qiymətləndirilməsinə əsas vermir. Belə ki, köşklər iddiaçının torpaq sahəsində deyil, onun qarşısında yolun mühafizə zonasında yerləşir. Əmlaklar müxtəlif olduğu üçün torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun olması sonuncunun köşklərə də hüququnun olması kimi qiymətləndirilməsi anlaşılmazdır. Daha sonra, məhkəmənin istinad etdiyi Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin "xxxx" MMCnin 28 iyul 2022-ci il tarixli, 74 saylı arayışı tələbin əsaslılığına aidiyyəti də qeyrimüəyyəndir. Belə ki, apellyasiya məhkəməsi həmin arayışın iddiaçıya verildiyini qeyd etmişdir. Lakin iş materiallarının 27, 119-cu vərəqələrində olan qeyd olunan arayışın məzmunundan müəyyən olunur ki, arayış Cavabdeh verilmiş və qeyd olunmuşdur ki, Qaraməryəm – İsmayıllı – Şəki avtomobil yolunun 80-ci km-də yolun sağ tərəfindən hər iki qeyri-yaşayış obyektinin altında yerləşən torpaq sahəsi həmin yolun təhkim zolağıdır. Məhkəmənin istinad etdiyi Qəbələ rayon İHB-nın Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 22 aprel 2022-ci il tarixli arayışına gəldikdə isə, iş materiallarından müəyyən olunur ki, həmin arayışı imzalamış X1 birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş və ifadəsində göstərmişdir ki, arayışın verilməsinə səbəb Mirzəbəyli kəndi ərazisində yerləşən fındıq sexin in qarşısındakı yol kənarında olan iki ədəd dəmir köşkün (dəmir dükanın) İddiaçı məxsus olmasını bilməsi olmuş, İddiaçı həmin dəmir köşklərin onun mülkiyyətində olan torpaq sahəsində yerləşməsinə dair torpaq sahəsinin mülkiyyət sənədini vermişdir. Göründüyü kimi, həmin arayışın verilməsi də fındıq emalı zavodunun yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması ilə əsaslandırılmış və bu səbəbdən arayışın mötəbərliyi hazırki qərarın 34-cü bəndində göstərilən qaydada qiymətləndirilməmişdir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə qeyd olunan sübutlara istinad etməklə, mübahisə predmeti olan köşklərin iddiaçının istifadəsində olması qənaətinə gəlmişdir. Lakin nəticə olaraq cavabdehin həm Qəbələ şəhəri 2 hərbi şəhərcikdə (əvvəlki ünvan A.Vasiliyev küçəsi) yerləşən qeyri-yaşayış sahəsi ndən, həm də Qəbələ rayonu Mirzəbəyli kəndində yerləşən 2 ədəd köşkdən iddiaçının istifadəsinə maneələrə son qoyulmasını və hər iki əmlakın ona təhvil verilməsini qət etmişdir. Göründüyü kimi, qətnamə hərbi şəhərcikdə yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə ümumiyyətlə əsaslandırılmamışdır. Nəhayət işdən müəyyən olunur ki, cavabdeh tərəf də etirazının əsaslandırılması məqsədi ilə məhkəməyə müxtəlif sənədlər təqdim etmiş, lakin apellyasiya məhkəməsi qətnaməsində həmin sənədlərə ümumiyyətlə istinad etməmiş və onları iddiaçının təqdim etdiyi sübutlarla yanaşı qiymətləndirməmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat:
21. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-820/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Günay Cavadova (sədrlik edə n və məruzəçi), Elçin Mehdiyev və Rövşən Rəfiyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. İşə yenidən baxmış apellyasiya intansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər özü-özlüyündə mübahisəli əmlakların iddiaçının mülkiyyətində (qanuni sahibliyində) olması qənaətinə gəlmək üçün kifayət etmir. Belə ki, mübahisələndirilən köşklərin "xxxx" MMC-nin mülkiyyətində olması və MMC tərəfindən köşklərin iddiaçıya satılması ilə bağlı müvafiq alğı-satqının baş verməsini təsdiq edən hər hansı sənəd iş materiallarında yoxdur. İşdə yalnız "xxxx" X7 adına kolxozun ərazisində tikdirdiyi mağaza binasının yerləşdiyi sahədən 300 kv.m. torpaq sahəsində istifadə hüququnun verilməsinə dair Qəbələ rayon XDS-nin 28 iyul 1992-ci il tarixli, 11 nömrəli İclas protokolundan çıxarış əlavə olunmuşdur ki, həmin torpaq sahəsinin hazırda mübahisələndirilən əmlaklara aidiyyəti iş materialları ilə müəyyən olunmur. Həmçinin nəzərə almaq lazımdır ki, iş materiallarına "xxxx" MMC-nin tarixsiz və nömrəsiz məktubu əlavə olunmuşdur ki, “dəmir köşklər 2001-ci ilədək "xxxx" MMC-nin balansında olmuş, həmin ildə isə balansdan çıxarılaraq kənd sakini İddiaçı satılmışdır.” Məktub "xxxx" MMC-nin direktoru İddiaçı tərəfindən imzalanmışdır. Bundan başqa, işdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında elektron çıxarışdan isə müəyyən olunur ki, "xxxx" MMC-nin qanuni təmsilçisi İddiaçıdur. Göründüyü kimi, iddiaçının istinad etdiyi və iş materiallarında olan məktub və arayışlar iddiaçının özü tərəfindən imzalanmışdır. Məhkəmə kollegiyası həmin sənədlərin və sənədlərdə göstərilənlərin mötəbərliliyinə şübhə ilə yanaşaraq bildirmişdir ki, həmin sənədlər dəmir köşklərin iddiaçının mülkiyyətində və ya qanuni sahibliyində olmasını təsdiq etmir.
23. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Qəbələ rayonunun Mirzəbəyli kəndində iddiaçının mülkiyyətində 0,035 ha torpaq sahəsində 2 mərtəbəli qeyri-yaşayış sahəsinin (fındıq emalı zavodunun) olması, həmin sahənin qarşısında quraşdırılmış köşklərin də sonuncunun mülkiyyəti kimi qiymətləndirilməsinə əsas vermir. Belə ki, köşklər iddiaçının torpaq sahəsində deyil, onun qarşısında yolun mühafizə zonasında yerləşir. Əmlaklar müxtəlif olduğu üçü n torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun olması sonuncunun köşklərə də hüququnun olması kimi qiymətləndirilə bilməz. Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin "xxxx" MMC-nin 28 iyul 2022-ci il tarixli, 74 saylı arayışı tələbin əsaslılığını da təsdiq etmir. Belə ki, qeyd olunan arayışın məzmunundan müəyyən olunur ki, arayış iddiaçının deyil, cavabdehin adına verilmiş və arayışda qeyd olunmuşdur ki, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 80-ci km-də yolun sağ tərəfindən hər iki qeyri-yaşayış obyektinin altında yerləşən torpaq sahəsi həmin yolun təhkim zolağıdır. Qəbələ rayon İHB-nın Mirzəbəyli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 22 aprel 2022-ci il tarixli arayışına gəldikdə isə, iş materiallarından müəyyən olunur ki, həmin arayışı imzalamış X1 birinci instan siya məhkəməsində şahid qismində dindirilmiş və o, ifadəsində göstərmişdir ki, arayışın verilməsinə səbəb Mirzəbəyli kəndi ərazisində yerləşən fındıq sexinin qarşısındakı yol kənarında olan iki ədəd dəmir köşkün (dəmir dükanın) İddiaçı məxsus olmasını bilməsi olmuş, İddiaçı həmin dəmir köşklərin onun mülkiyyətində olan torpaq sahəsində yerləşməsinə dair torpaq sahəsinin mülkiyyət sənədini vermişdir. Göründüyü kimi, həmin arayışın verilməsi də fındıq emalı zavodunun yerləşdiyi torpaq sahəsinin iddiaçının mülkiyyətində olması ilə əsaslandırılmışdır. Bu səbəbdən sözügedən arayış mübahimsələndirilən köşklərin iddiaçının mülkiyyəti kimi qiymətləndirilməsinə əsas vermir.
24. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etmişdir ki, hərbi şəhərcikdə yerləşən qeyri-yaşayış sahəsinin də iddiaçıya məxsu s olması və ya qanuni sahibliyində olması mötəbər sübutlarla təsdiq edilmir. Əksinə, Rayon Məhkəməsi tərəfindən iş üzrə şahid qismində dindirilmiş X3 ifadəsində mağazanın Cavabdeh tərəfindən işlədildiyini, onun da 4 il həmin mağazada işlədiyini, əmək haqqının ona Cavabdeh verdiyini bildirmişdir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, həm hərbi şəhərcikdə yerləşən qeyri-yaşayış sahəsinin, həm də fındıq zavodunun qarşısında yerləşən köşklərin mülkiyyətçi (qanuni sahib) olduğunu iddia edən iddiaçı bu əmlaklara mülkiyyət hüququnu və ya qanuni sahibliyini təsdiq edən müvafiq hüquq müəyyənedici sənədi məhkəmələrə təqdim etməmişdir. Həmin əmlaklar üzərində iddiaçının hüququnun olması iş materialları ilə təsdiq olunmur.
25. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının mübahisələndirilən əm laklarla bağlı hazırki iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Rayon Məhkəməsi bu iddianı təmin etməməkdə haqlı olmuşdur. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur.
26. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 6.2, 152, 157.2, 157.8-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 77.1, 88, 217 və 384.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
27. Qətnamədən iddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi işə baxarkən işin hallarına uyğun deyil öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. İlkin olaraq dəmir köşklərlə bağlı qeyd olunmalıdır ki, məhkəmə sübutları qiymətləndirmiş və sənədlərin əksəriyyətinin onun adına olmasına baxmayaraq sonda iddianı təmin etməmişdir. Dəmir köşklərin sənədlərə əsasən iddiaçıya məxsus olması tam sübut olunur. Həmin köşklər MMC-yə məxsus idi. Həmin MMC-nin direktoru və təsisçisi iddiaçı olmuşdur.
29. Məhkəmə işin faktiki hallarına deyil, təqdim edilən sənədlərlə deyil, həmçinin şəxsin istifadə və sahiblik hüququnun bərpa edilməsi yönünd ə məhkəmə çəkişməsini açmasına deyil, yalnız mülkiyyət hüququnun olmamasına istinad edərək iddianı təmin etməyib. Halbuki, həmin yerlərə dair cavabdeh tərəfindən onun mülkiyyətində və ya başqasının mülkiyyətində olmasına dair hər hansı sübut belə təqdim edilməmişdir. Həmçinin məhkəmə yerli baxış keçirdərək həmin sahələri yoxlamalı və hazırda kimin qanunsuz istifadəsində olmasını yoxlamalı idi. İddiaçının fındıq emalı zavodunda yerləşən özünə məxsus köşklərdən özü istifadə edə bilmir. Bu da onun istifadə və sahiblik hüququnun pozulmasıdır.
30. Prosessual hüquq normasının digər bir pozuntusu isə məhkəmə tərəfindən işin hallarına uyğun mübahisəli sahəyə dair müvafiq aidiyyatı idarə və təşkilatlara sorğu verməməsidir. DƏDRX-ə və İcra Hakimiyyətinə sorğu verilsəydi məhkəməyə həmin müəssisələrdə n Qəbələ şəhər 2 hərbi şəhərciyində yerləşən daşınmaz əmlakın iddiaçının istifadəsində olmasını və icarəyə verilməsini müəyyən etmək mümkün idi. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı cavabdeh yazılı etiraz vermiş və etirazında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 iyul 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
32. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
33. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər.
34. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
35. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
36. Maddə
152. Mülkiyyət hüququ-s ubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkandır. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər.
37. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardı r.
38. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
39. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarı: “Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməz sə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. 41. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia q aldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü ele mentləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab o lunur.
44. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
52. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
54. Maddə
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:
55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irə li gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bundan əvvəl kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan apellyasiya inst ansiya məhkəməsi tərəfindən icra olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
58. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutu n mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
59. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
60. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin f aktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 61. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh ed ilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
62. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
63. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasınd akı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
65. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-820/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.