Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-435/2020 23.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X1 və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, İddiaçı və vəkili X5 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəmkir Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(076)1037/2019, hakim K.C.Məmmədov) İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası qismən təmin edilmiş,iddiaçının xx xxxx 2001-ci il təvəllüdlü Gülçin, xx xxx 2003-cü il təvəllüdlü Jalə və xx xxxxxx 2006-cı il təvəllüdlü Vasif adlı uşaqları ilə birlikdə Şəmkir rayonu, Çaparlı kəndində yerləşən, cavabdehlərın sahibliyində olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli qətnaməsi ilə (iş № 2(104)-3173/2019, hakimlər L.S.Süleymanov, A.H.Hüseynzadə, A.V.Bayramov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə iddianın təmin edilmiş hissəsində Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh1 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: Cavabdeh1 ilə İddiaçı xx xxxxxxxx 2001-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuş, birgə nikahlarından xx xxxx 2001-ci ildə Gülçin, xx xxx 2003-cü ildə Jalə və xx xxxxxx 2006-cı ildə Vasif adlı uşaqları doğulmuşdur. İddiaçı Şəmkir rayonu, Çaparlı kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. xx xxxxxx 2019-cu il tarixdəİddiaçı Cavabdeh1 və Cavabdeh2 qаrşı gəlin köçərək Cavabdeh1la birgə nikahda olduğu müddətdə yaşadığı evə uşaqları ilə bərabər köçürülməsi və istifadə hüququnun tanınması barədə hazırki iddiа ərizəsi ilə məhkəməyə mürаciət etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassasiya şikayəti onunla əsasland ırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş kassator məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini əsassız hesab edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. H əmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddiaçı 2001-ci ildən ildə gəlin köçüb yaşadığı, sonradan ailə münasibətləri pozulduğundan tərk etdiyi evə köçürülməsini tələb edir. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh Cavabdeh1 2000-ci ilin noyabr ayında faktiki olaraq ailə qurmuş, nikahlarını xx xxxxxxxx 2001-ci il traixdə rəsmiləşdirmişlər. İddiaçı ailə quran zaman cavabdehlərin yaşadığı Şəmkir rayonu, Çaparlı kəndində yerləşən Cavabdeh1 babası mərhum Qulu Qasımova məxsus olmuş fərdi yaşayış evinə köçməklə, cehiz əşyalarını da həmin evə gətirmişdir. Onların birgə nikahlarından olan xx xxxx 2001-ci il təvəllüdlü Gülçin, xx xxx 2003-cü il təvəllüdlü Jalə və xx xxxxxx 2006-cı il təvəllüdlü Vasif də həmin evdə doğulmuşdur. Həmin müddətdə, yəni 18 il ərzində iddiaçı cavabdehlərlə birgə yaşamaqla onların ailə üzvü kimi qəbul edilmiş və birgə təsərrüfat aparmışdır. Bununla bərabər iddiaçının gəlin köçüb yaşadığı zaman mübahisə predmeti olan ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış yaşayış sahələrindən istifadə hüququnun əsasları Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa tənzimlənmədiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11-ci maddəsinin tələblərinə uyğun olaraq hazırkı mübahisəyə mülki qanunvericilik analogiya üzrə tətbiq edilir. Həmin Məcəllənin 27.1-ci maddəsinin tələblərinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Azə rbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır. Apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, mübahisəli ev iddiaçının uşaqları ilə bərabər yaşayış yeri sayıldığından və cavabdehlərin ona həmin evdə yaşamağa maneçilik törətmələri səbəbindən öz yaşayış yerini müəyyən müddətə tərk etməli olduğundan, bununla da yaşayış yerindən məhrum olunduğundan iddiaçı uşaqları ilə bərabər həmin evə köçürülməlidir. Beləliklə, apellyasiya məh kəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanuni və əsaslı olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-435/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-435/2020
23.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver