Məhkəmə qərarları › İş №2(102)-435/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-435/2021

25.02.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-435/2021 25.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər X18 və X23 ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, İddiaçı və onun vəkili Yaqubova Könül Rafiq qızının, Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 vəkili Vəkil iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5046/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən üçüncü şəxs X9 tərə findən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdeh Bakı şəhər Cavabdehnə qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddia ilə məhkəməyə müarciət edərək onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməklə mülkə qanun üzrə vərəsə tanıyaraq ona tam mülkiyyət hüququ verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, o, şəhid X5 anasıdır. X3 xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Respublikası DİN-nin Nizami rayon şöbəsində polis starşinası vəzifəsində işləyirdi, xx xxxx 1992-ci il tarixdə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olmuş dur. Onun ölümü barədə xx.xx.1992-ci il tarixdə Səbail rayon Qeydiyyat şöbəsi tərəfindən “Ölüm haqqında şəhadətnamə“ verilmişdir. Qanunvericiliyə uyğun olaraq oğlu şəhid hesab edilmişdir. O, şəhid ailəsinin üzvü hesab edilmiş və bu barədə ona qanuna müvafiq olaraq sənəd verilmişdir. X3 xx.xx.1990-cı il tarixdə X9 ilə nikaha daxil olmuşdur. Onların nikahı Nərimanov rayon Qeydiyyat şöbəsində xx.xx.1990-cı il tarixdə qeydə alınmış və bu barədə 892 nömrəli akt qeydi tərtib olunmuşdur. Birgə nikahlarından uşaqları olmamışdır. Oğlunun vəfatından sonra X9 yenidən xx.xx.1995-ci il tarixdə X14 ilə rəsmi nikaha daxil olmuşdur. Nikahları Binəqədi rayon “Leyla” Nikah evində xx.xx.1995-ci il tarixdə qeydə alınmış və bu barədə 288 nömrəli nikah haqqında akt qeydi tərtib edilmişdir. Azərbaycan Respublika sı Prezidentininin “Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxx 2018-ci il tarixli 1 nömrəli Fərmanına əsasən 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada on bir min manat məbləğində birdəfəlik ödəmə verilməsi nəzərdə tutulmuşdur. Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həla k olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan, habelə 11000 manat məbləğində (qanunvericiliklə hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə verilir. O, birdəfəlik ödəməni almaq üçün lazım olan vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi xahişi ilə Bakı şəhəri Cavabdehnə müraciət etmişdir. Lakin Cavabdeh notariusu Mirbaba Hadıyevin 165 saylı, xx xxxx 2019-cu il tarixli Notariat əməliyyatının aparılmasından imtina barədə qərarında göstərilmişdir ki, təqdim edilən sənədlər araşdırılarkən və aparılan şifahi söhbət zamanı məlum olmuşdur ki, birdəfəlik ödəmənin bölüşdürülməsi sahəsində vərəsələr arasında mübahisə vardır. Buna görə də notariat əməliyyatının aparılmasından imtina edilmişdir. Notariusun imtinasına görə o, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılması xahişi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” xx.xx.1993-cü il tarixli 697 nömrəli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşma çatanadək sağlamlıq imkanlarını n məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar, ilk peşə-ixtisas təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. X2 həyat yoldaşı olmuş X9 xx.xx.1995-ci il tarixdə yenidən başqa bir şəxslə rəsmi nikaha daxil olduğu üçün şəhid ailəsinin üzvü statusunu itirmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən 3-cü şəxs X9 cavabdehlər Bakı şəhəri Cavabdehnə və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 11000 manat birdəfəlik ödəmənin 50%, yəni 5500 manat hissəsinə üçüncü şəxsin adına, 50% isə, yəni 5500 manat hissəsinə digər vərəsə İddiaçım qızının adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia onunla əsaslandırılmışdır ki, X9 xx xxxxxxxx 1990-cı ildə X10 ilə rəsmi nikaha daxil olaraq evlənmişlər. İdris Süleymanov Azərbaycan Respublikası DİN Nizami rayon Pİ-də polis serjantı vəzifəsində işləmiş, xx xxxx 1992-ci il tarixdə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. O, hazırda şəhid İdris Süleymanovun ailə üzvü və vərəsələrindən biridir. Ondan başqa şəhidin başqa anası İddiaçı da şəhidin ailə üzvü və vərəsəsidir. Qanunvericiliyin tələbindən göründüyü kimi, 11000 manat birdəfəlik ödəmənin ölmüş və sa ir hərbi qulluqçunun vərəsələrinə verilməsi nəzərdə tutulmuşdur. X1 İdris Xanqulu oğlu ilə sonuncu şəhid olan günədək nikahda olmuş və onun vərəsəsidir. Ona görə də, məhkəmə də onu vərəsə kimi tanımalıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Miriyeva, iş № 2(010)-2641/2019) iddia tələbi təmin olunmuş, Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında xx xxxxx 2018-ci il tarixli fərmanına əsasən X2 xx xxxx 1992-ci i l tarixdə şəhid olması ilə əlaqədar 11000 manat məbləğində birdəfəlik ödəmənin alınması məqsədi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri, 10 saylı Notariat Kontorunun üzərinə qoyulması, müstəqil tələb irəli sürən X4 iddiaçının təmin edilməməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Vətəndaşlıq Aktlarının AQİS-dən çıxarışın notarial qaydada təsdiq olunmuş surətinə görə, nikah haqqında akt qeydlərində xx xxxxxxxx 1990-cı il tarixdə X10 ilə X17 nikaha daxil olmuş, evləndikdən sonra Məcidova soyadı Süleymanova soyadı ilə əvəzlənmişdir. Sonradan xx.xx.1995-ci il tarixdə X9 ilə X15 ilə nikaha daxil olmuşdur. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdak ıları qeyd etmişdir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminat verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, habelə miras qoyanın əmlakının istər qanun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlakı əldə etmə hüququnu birləşdirir. 2000-ci ilin sentyabr ayının 1-dən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133-cü maddəsində göstərilir ki, ölmüş şəxsin (miras qoyanın əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-cü maddəsinə görə qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1160-cı maddəsinə görə əvvəlki növbənin vərəsələrindən, heç olmazsa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Həmin Məcəllənin 1145 və 1146-cı maddələrinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qararının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1243.1-c i maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1248.1. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 59-cu maddəsinə və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 92-99 və 102-ci maddələrinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtını şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağrılmaq üçün əsasların olmasını təsdiq edən sənədlərin təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Eyni zamanda qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazıla bilərlər. Razılıq vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək yazılı sürətdə ifadə edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə müstəqil tələb irəli sürən üç üncü şəxs X4 vərəsəlik şəhadətnamənin verilməsi ilə bağlı yaratdığı mübahisə əsassızdır. Belə ki, iş üzrə İddiaçı haqlı olaraq yeganə varis kimi notariat kontoruna müraciət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra - hərbi qulluqçuların) vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmənin verilməsi ilə bağlı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin notariat kontorunda mübahisə olduğundan vərəsəlik haqqında şəhadətnamə verilməmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cəmilə Süleymanova hazırda başqa şəxslə ailə qurduğundan o, mərhum şəhid X5 vərəsəsi say ıla blməz. Ümumiyyətlə həmin şəxs şəhid ailəsi statusu daşıya bilməz. Mülki qanunvericiliyin tələblərinə uyğun olaraq o, bu barədə düzgün məlumat verməyə borclu idi. Lakin bu günə kimi o, düzgün məlumat verməmişdir. Eyni zamanda, “Notariat haqqında” Azərbaycan Respublikası qanununun və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın qeyd olunan maddələrinin mənasına görə notarius vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə birinci növbədə şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, birinci 6 növbədə vərəsələrin dairəsini müəyyən etməyə borcludur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı mərhum X5 anası olmaqla o, mərhum İ dris Süleymanovun birinci növbədə vərəsəsidir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilməsi əsassızdır. Notariat Kontoruna vərəsələrin əhatə dairəsi, müstəqil tələb irəli sürən şəxsin mərhumun vərəsəsi olmaması məlum olsa da, düzgün nəticəyə gəlinməmişdir. Bununla da mərhum X5 birinci növbədə vərəsəsi kimi hazırki iş üzrə iddiaçının miras əmlakdan pay almaq hüququ pozulmuşdur, iddiaçı hazırki tələblə çıxış etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs mərhumun vərəsəsi hesab oluna bilməz. O, mərhumun arvadı deyil. Ona görə də iddiaçı tərəfindən irəli sürülər iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Ko llegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Şamayev (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova, iş № 2(103)-12755/2019) apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə, İddiaçı, X8 iddia ərizələri qismən təmin edilərək, İdris Süleymanovun xx xxxx 1992-ci il tarixdə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhid olması ilə əlaqədar “Azərbaycan Respublikasının ərazi bütövlüyü uyğunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqın da” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli fərmanına əsasən 11000 manat məbləğində birdəfəlik ödəmənin alınması üçün İddiaçı adına 2/3 payda, X4 adına 1/3 payda qanun üzrə vərəslik hüququ haqqında şəhadətnamə verilməsi və qalan hissədə iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı X3 xx xxxx 1992-ci il tarixdə Azərbaycan Respublikası müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Şuşa şəhərində şəhid olmuşdur. X9 xx xxxxxxxx 1990-cı il tarixdən X5 şəhid olması tarixədək sonuncu ilə rəsmi nikahda olmuşdur. X9 xx xxx 1995-ci il tarixdə təkrar nikaha daxil olmuşdur. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni qəbul edərkən madd i hüquq normalarını pozmuş, tətbiq etməli olduğu qanun normasını tətbiq etməmiş, onun gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırılmamış, həmçinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası hazırda qüvvədə olan Mülki Məcəlləsinin normalarına istinad etməklə, maddi hüquq normalarını pozmuş, tətbiq etməli olduğu qanun normasını tətbiq etməmişdir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, mərhum X11 xx xxxx 1992-ci ildə vəfat etdiyi üçün, sonuncu tərəfindən qoyulmuş miras kütləsinə vərəsəlik hüququnun yaranması məsələləri Azərbaycan Respublikasının xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin müddəalarına uyğ un olaraq həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası (Azərbaycan SSR-in) Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə və rəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Eyni Məcəllənin 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, məhkəmə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən olunmuş şəhid ailəsi anlayışını şəhidin vərəsəsi anlayışı ilə səhv salmış və bunun nəticəsində düzg ün olmayan nəticəyə gəlmişdir Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli Fərmanının 1-ci bəndində 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə gör ə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin qeyd olunan Fərmanında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinə deyil, məhz onların vərəsələrinə birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmuşdur. Apellyasiya instansiya məhkəməsinin qənaətinə görə, birinci instansiya məhkəməsinin “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsini şərh edərək, şəhid statusuna malik mə rhum X5 ölümündən sonra arvadı X4 yeni nikaha daxil olduğu üçün şəhid ailəsi statsunudan məhrum olunması və bununla da mərhumun vərəsəsi hesab edilməməsi qənaətinə gəlməsi əsassız olmuşdur. Belə ki, ilk olaraq mübahisəli hüquq münasibətləri yaranan dövrdə qüvvədə olmuş, nə də ki, hazırki mülki qanunvericiliyində miras qoyan şəxsin arvadının (ərinin) miras qoyanın ölümündən sonra yeni nikaha daxil olmaqla vərəsəlik hüququndan mərhum olunmasına dair müddəa mövcud deyildir. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, X9 artıq mərhum X5 vərəsəsi kimi tanınmış və mirası qəbul etmişdir. Belə ki, üçüncü şəxsin nümayəndəsinin apellyasiya instansiyası məhkəməsinə təqdim etdiyi “Qanun əsasında vərəsəlik hüququ haqqında” xx xxxx 1992-ci il tarixli şəhadətnamənin surətinə əsasən X9 xx xxxx 1992 -ci il tarixdə ölmüş X5 miras əmlakının 1/3 hissəsində vərəsəsi kimi müəyyən olunmuşdur. Miras əmlakın 2/3 hisəssinin digər vərəsələrə verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, birinci instansiyası məhkəməsi X7 vərəsə kimi tanımaqdan imtina etməklə və bunun nəticəsi olaraq onun iddiasını tam rədd etməklə düzgün nəticəyə gəlməmişdir. Tərəflərin miras paylarını müəyyən edərkən apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, həm ilk, həm də üçüncü şəxsin iddiası qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, X10 şəhid olarkən onun birinci növbədən üç vərəsəsi: anası (iddiaçı), atası və arvadı (üçüncü şəxs) olmuşlar. Məhz bu səbəbdən X12 xx xxxx 1992-ci il tarixli şəadətnamə ilə X5 miras əmlakının 1/3 hissəsində vərəsəsi kimi tanınmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, vərəsələrdən biri – mərhumun atası X6 xx xxxxxx 2006-cı il tarixdə öldüyündən və üçüncü şəxs sonuncunun vərəsəsi olmadığından, birdəfəlik ödəmədən Xanqulu Süleymanova düşən pay da, sonuncunun birinci növbədə vərəsəsi kimi İddiaçı aid olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç a yadək uzadılmalıdır. Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əhmədov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Dəmirov, iş № 2(102)-646/2020) İddiaçı və müstəqil tələb irəli sürən şəxs X9 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi xx xxxxxxxx 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 528, 532, 552-ci maddələrinin tələblərinə istinad edib 11.000 manat bir dəfəlik ödənci mərhum İdris Süleymanovdan miras qalmış əmlakın kütləsinə aid etsə də, həmin maddələrin tələbləri baxımından sözügedən məbləğin ondan miras qalmış əmlakın kütləsinə daxil olubolmamasını tam, hərtərəfli və obyektiv araşdırmadan, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli, 01 saylı Fərmanı ilə 11.000 manat birdəfəlik ödəncin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin məhz ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə ayrılmasını, Cəmilə Süleymanovanın xx xxx 1995-ci il tarixdə rəsmi nikah əsasında Oqtay Məcidovla ailə qurması ilə mərhum İdris Süleymanovun ailə üzvü, vərəsəsi olması statusunu itirməsini nəzərə almadan, onun iddia ərizəsini qismən təmin etməklə iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Halbuki, mərhum İdris Süleymanovdan miras qalmış əmlaka vərəsəlik açılarkən qüvvədə olmuş Mülki Məcəllənin 558-ci, eləcə də hazırda qüvvədə olan Mülki Məcəllənin 1151.1-ci maddələrinin mənasına görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni, mirasın açıldığı vaxtadək mirası qoyanın mülkiyyətində olmayan əmlak mirasın kütləsinə aid edilə bilməz. Kassasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Cəmilə Süleymanovanın mərhum İdris Süleymanovla olan bütün qarşılıqlı münasibətlərinə xx xxx 1995-ci il tarixdən son qoyulduğu üçün o, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli, 01 saylı Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak o lmuş şəxslərin, o cümlədən mərhum İdris Süleymanovun ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə ayrılan 11.000 manat birdəfəlik ödəncin 1/3 hissəsinə vərəsə sayıla bilməz. Eyni zamanda, sözügedən 11.000 manat məbləğində birdəfəlik ödənc mərhum İdris Süleymanovdan miras qalmış əmlakın kütləsinə aid edilmiş olsa belə, mülki qanunvericilik nikahı ləğv edilmiş ər-arvadın biri-birinin vərəsəsi olmasını istisna edir. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon Şöbəsinin xx xxxx 2019-cu il tarixli arayışı ilə də müəyyən olunur ki, Cəmilə Süleymanova başqa şəxslə ailə qurmasını Fonddan gizlətdiyi üçün, şəhid İdris Süleymanovun ailəsinə verilən Prezident təqaüdü də dayandırılıb. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini səhv təfsir edib və bunun nəticəsində düzgün olmayan nəticəyə gəlib. Belə ki, həmin Qanunun 1-ci maddəsinə əsasən, şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər, yəni ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlar, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr şəhid ailəsinin üzvləri hesab edilir. Kassasiya instansiya məhkəməsi kassasiya şikayətlərinin dəlillərini araşdırıb hesab etmişdir ki, sözügedən maddədə şəhid ailəsinin üzvlərinin dairəsi dəqiq müəyyən edildiyindən və həmin maddədə başqa şəxslə nikaha girmiş arvadın şəhid ailəsinin üzvü statusunu saxlaması nəzərdə tutulmadığından, həmin maddənin tələbləri İddiaçı ziyanına geniş təfsir oluna bilməz və sözügedən Fərmanda xx xxxxxx 1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə müəyyənləşdirilmiş qaydada 11.000 manat birdəfəlik ödəncin verilməsinin nəzərdə tutulması, başqa şəxslə nikaha girmiş arvadın şəhidin vərəsəsi olması və bu stutusu saxlaması anlamına gəlmir. Kassasiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi sözügedən Fərmanla şəhid İdris Süleymanovun ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə ayrılan 11.000 manat birdəfəlik ödənci ondan miras qalmış əmlakın kütləsinə aid edib, həmin əmlakın 1/3 hissəsinə Cəmilə Süleymanovanın vərəsəlik hüququnu müəyyən etməklə sadalanan maddi hüquq normalarının tələblərin i pozub. Belə ki, Cəmilə Süleymanovanın xx xxx 1995-ci il tarixdə başqa şəxslə nikaha daxil olması halı həmin tarixdən onun şəhid ailəsi satusundan irəli gələn bütün güzəşt və imtiyazlardan məhrum olması nəticəsinə gəlməyə əsas verir. Çünki, həmin Fərman sırf şəhid ailələrinin sosial müdafiəsinin və onların maddi rifah halının yaxşılaşdırılması üçün verilib və Cəmilə Süleymanova isə şəhid ailəsinin üzvü statusunu artıq xx xxx 1995-ci il tarixdən itirib. Həmçinin, sözügedən Fərmanda 11.000 manat birdəfəlik ödəncin xx xxxxxx 1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının “vərəsələri”nə verilməsi ifadəsindən istifadə olunması, əslində həmin vəsaitin miras əmlak olması anlamına gəlmir. Həmin vəsait əslində dövlətin vəsati hesabına şəhidin ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlib. Ona görə də hazırki halda Cəmilə Süleymanova şəhid İdris Süleymanovun ailə üzvü satusuna malik olmadığı üçün, İddiaçı iddia ərizəsi açıq-aşkar əsassız deyil və onun kassasiya şikayətinin dəlilləri Cəmilə Süleymanovanın irəli sürdüyü əsaslara görə qəbul olunmaz hesab edilə bilməz. Kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə n ail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Apelyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova, iş № 2(103)-5046/2020) müstəqil tələb irəli sürən üçüncü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(102)-8825/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, işin mübahisə olunmayan hallarına görə, İdris Süleymanov Azərbaycan Respubli kası DİNnin Nizami rayon şöbəsində polis starşinası vəzifəsində işləyib və xx xxxxxxxx 1990-cı il tarixdə rəsmi nikah əsasında Cəmilə Süleymanova ilə ailə qurub və onların birgə nikahlarından uşaqları olmayıb. xx xxxx 1992-ci il tarixdə İdris Süleymanov Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Şuşa şəhərində şəhid olub. xx xxxxx 1992-ci il tarixdə Bakı şəhəri Səbail rayon VVADQ şöbəsi tərəfindən İdris Süleymanovun adına “Ölüm haqqında” Şəhadətnamə və Bakı şəhəri 1 saylı DNK tərəfindən ondan miras qalmış 50000 rubl sığorta məbləğinin 1/3 hissəsinə dair arvadı Cəmilə Süleymanovanın adına xx xxxx 1992-ci il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilib, mirasın qalan 2/3 hissəsi isə digər vərəsələrə verilməsi üçün açıq saxlanılıb. Bundan sonra xx xxx 1995-ci il tarixdə Cəmilə Süleymanova rəsmi nikah əsasında Oqtay Məcidovla ailə qurub. xx xxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 01 saylı Fərmanının 1-ci bəndinə əsasən xx xxxxxx 1997-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə müəyyənləşdirilmiş qayda da 11000 manat birdəfəlik ödəncin verilməsi qərara alınıb. xx xxxx 2019-cu il tarixdə İddiaçı birdəfəlik ödənci almaq üçün onun adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməsi verilməsi ilə bağlı Bakı şəhəri Cavabdehnə müraciət edib və ödəncin bölüşdürülməsi ilə bağlı onunla mərhum İdris Süleymanovun keçmiş arvadı Cəmilə Süleymanova arasında mübahisə olduğu üçün notarius xx xxxx 2019-cu il tarixli qərarı ilə notariat əməliyyatının aparılmasından imtina edilib. Hazırda, 11000 manat birdəfəlik ödəncə dair İddiaçı bütövlükdə, Cəmilə Süleymanova isə həmin məbləğin 1/2 hissəsinə dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilməsini iddia edirlər. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə Azərbaycan Respublikası Mül ki Məcəlləsinin 1133, 1134.1, 1145, 1146, 1160, 1243.1, 1248.1-ci maddələrinin və “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin, həmçinin xx.xx.2000-ci il tarixədək qüvvədə olan Mülki Məcəllənin 528, 532, 552-ci maddələrinin tətbiqi ilə razılaşmışdır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, Cəmilə Süleymanova hazırda başqa şəxslə ailə qurduğundan, o, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018ci il tarixli, 01 saylı Fərmanı ilə Azərba ycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin, o, cümlədən mərhum İdris Süleymanovun ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə ayrılan 11000 manatla bağlı vərəsə sayıla bilməz. X8 xx xxx 1995-ci il tarixdə başqa şəxslə nikaha daxil olması halı həmin tarixdən onun şəhid ailəsi statusundan irəli gələn bütün güzəşt və imtiyazlardan məhrum olması nəticəsinə gəlməyə əsas verir. Çünki, həmin Fərman sırf şəhid ailələrinin sosial müdafiəsinin və onların maddi rifah halının yaxşılaşdırılması üçün verilib və Cəmilə Süleymanova isə şəhid ailəsinin üzvü statusunu artıq xx xxx 1995-ci il tarixdən itirib. Buna görə də, birinci instansiya məhkəməsi iddianı təmin, müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apelly asiya instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri Üçüncü şəxs X9 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)5046/2020 nömrəli iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, onun iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı eti raz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5046/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, üçüncü şəxsin iddia tələbinin təmin edilməsini barədə yeni qərar qəbul edilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. İddiaçı vəkili Yaqubova Könül Rafiq qızı izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yo l verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5046/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nə ticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası üçüncü şəxs X9 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərini apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd olunanlara hüquqi qiymət vermiş və aşağıdakıları göstərmişdir: “...Cəmilə Süleymanova hazırda başqa şəxslə ailə qurduğundan, o, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2018-ci il tarixli, 01 saylı Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin, o, cümlədən mərhum İdris Süleymanovun ailə üzvlərini n sosial müdafiəsinin yaxşılaşdırılması məqsədi ilə ayrılan 11000 manatla bağlı vərəsə sayıla bilməz. X8 xx xxx 1995-ci il tarixdə başqa şəxslə nikaha daxil olması halı həmin tarixdən onun şəhid ailəsi statusundan irəli gələn bütün güzəşt və imtiyazlardan məhrum olması nəticəsinə gəlməyə əsas verir. Çünki, həmin Fərman sırf şəhid ailələrinin sosial müdafiəsinin və onların maddi rifah halının yaxşılaşdırılması üçün verilib və Cəmilə Süleymanova isə şəhid ailəsinin üzvü statusunu artıq xx xxx 1995-ci il tarixdən itirib. Buna görə də, birinci instansiya məhkəməsi iddianı təmin, müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir.” Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansi yası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Üçüncü şəxs X9 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5046/2020 nömrəli iş üzrə 22 iyul 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar