Məhkəmə qərarları › İş №2(102)-435/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-435/2024

12.02.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-435/2024 12.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri 251 saylı körpələr evi - uşaq bağçasına qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-435/2024 (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri 251 saylı körpələr evi -uşaq bağçasına qarşı “işdən çıxarılma əmrinin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” t ələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5210/2023 nömrəli, 26 setyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə2) tərəfindən verilmiş kassasiya şikayətinə 12 fevral 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı 05 iyun 1990-cı il tarixdən Bakı şəhəri, Xətai rayonu 251 nömrəli körpələr evi - uşaq bağçasında tibb bacısı vəzifəsində işləmişdir.

2. Əmək funksiyalarını tam yerinə yetirməməsinə, müəssisənin daxili intizam qaydalarını pozduğuna, qanunsuz işçiləri şantaj edərək onların, qrupların və mətbəxin fəaliyyətini mobil telefona çəkdiyinə, baxçada psixoloji rejimi pozduğuna, müdiri təhqir etdiyinə, menyuya imza atmadığı na görə, bununla da əmək və icra intizamının pozduğuna görə xx.xx.2022-ci il tarixdə 17 Ş1 saylı əmri ilə, işəgötürən tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. Töhmət əmrinin verilməsinə əsas kimi isə xx.xx.2022-ci il tarixdə uşaq bağçasının həmkarlar təşkilatının keçirdiyi iclasın qərarı və işçilərin ərizəsi götürülmüşdür.

3. Uşaq bağçasında əmək funksiyasının tam yerinə yetirmədiyinə, müəssisə daxili intizam qaydalarını pozduğuna, qanunsuz işçiləri şantaj edərək onların və mətbəxin fəaliyyətini mobil telefona çəkdiyinə, bağçada sağlam psixoloji rejimi pozduğuna, 8 nömrəli uşaq poliklinikasının bağçaya təhkim olunmuş həkiminin iş planını qeyri-qanuni ələ keçirərək, qanunazidd olaraq mətbəxdə və qruplarda işçiləri aldadaraq onlara uyğun tələblər edərək öz prinsipini irəli sürdüyünə, müdiri təhqir etdiyinə, menyuya qol çəkmədiyinə görə xx.xx.2022-ci il tarixdə 20 Ş1 saylı əmri ilə, işəgötürən tərəfindən İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən yenidən töhmət verilmişdir.

4. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli H-6756-01/09 №li məktubda qeyd olunmuşdur ki, 251 saylı uşaq bağçasında araşdırma aparılmış və bağçanın müdiri Aygün Qurbanova barəsində qanunamüvafiq tədbir görülmüşdür.

5. Bakı şəhəri Xətai Rayon 251 saylı körpələr evi - uşaq bağçasının 23 fevral 2023cü il tarixli, 7 Ş1 nömrəli əmrinə əsasən, İddiaçı Tibb bacısı kimi 0,5 ştat vahidi ilə işlədiyi vəzi fədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 23 fevral 2023-cü il tarixdən azad edilmiş, onunla bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ləğv edilmişdir. Əmrin əsası kimi Xətai Rayon 251 saylı uşaq bağçasının xx.xx.2022-ci il tarixli, 17 Ş1 nömrəli, xx.xx.2022-ci il tarixli, 20 Ş1 nömrəli əmrləri, Həmkarlar Təşkilatının xx.xx.2023-cü il tarixli, 2 nömrəli protokolundan çıxarış qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı (bundan sonra iddiaçı və ya İddiaçı) nümayəndəsi və vəkili X4 cavabdeh Bakı şəhəri 251 saylı körpələr evi - uşaq bağçasına qarşı (bundan sonra cavabdeh və ya uşaq Bağçası) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh uşaq Bağçası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 7 Ş1 saylı əmrin qanunsuz hesab edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi, 250 manat hüquqi xərclərə çəkdiyi vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi və buraxılmış iş günlərinə görə bütün işləmədiyi dövr üçün xx.xx.2023-cü il tarixdən əvvəlki vəzifəsinə bərpa olunana kimi olan orta aylıq əmək haqqının cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinad olunmaqla onunla əsaslandırılmışdır ki, iddiaçı 05 iyun 1990-cı ildən Bakı şəhəri, Xətai rayonu 251 nömrəli körpələr evi - uşaq Bağçasında tibb bacısı vəzifəsində işləmişdir. 23 fevral 2023-cü il tarixdə 251 nömrəli körpələr evi - uşaq Bağçasının 7 Ş1 nömrəli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xit am verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinə səbəb kimi uşaq Bağçasının xx.xx.2022-ci il tarixli 17 Ş1 saylı əmri, xx.xx.2022-ci il tarixli 20 Ş1 saylı əmri və xx.xx.2023-cü il tarixli Həmkarlar İttifaqı təşkilatının protokolundan çıxarış göstərilmişdir. Qeyd olunmalıdır ki, xx.xx.2022-ci il tarixdə işəgötürən tərəfindən iddiaçıya əmək və icra intizamının pozulmasına görə töhmət verilmişdir. Əmrdə iddiaçı tərəfindən xx.xx.2022-cü il tarixdə əmək funksiyalarının tam yerinə yetirməməsinə, müəssisədaxili intizam qaydalarını pozduğuna, qanunsuz işçiləri şantaj edərək onların qrupların və mətbəxin fəaliyyətini mobil telefona çəkdiyinə, baxçada psixoloji rejimi pozduğuna, müdiri təhqir etdiyinə, menyuya imza atmadığına görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” b əndinə əsasən töhmət verilmişdir. Töhmət əmrinin verilməsinə əsas kimi isə xx.xx.2022-ci il tarixdə uşaq Bağçasının həmkarlar təşkilatının keçirdiyi iclasın qərarı və işçilərin ərizəsi götürülmüşdür. xx.xx.2022ci il tarixdə işəgötürən tərəfindən iddiaçıya yenidən töhmət verilmiş, əmrdə iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə uşaq Bağçasında əmək funksiyasının tam yerinə yetirmədiyinə, müəssisə daxili intizam qaydalarını pozduğuna, qanunsuz işçiləri şantaj edərək onların və mətbəxin fəaliyyətini mobil telefona çəkdiyinə, bağçada sağlam psixoloji rejimi pozduğuna, 8 nömrəli uşaq poliklinikasının bağçaya təhkim olunmuş həkiminin iş planını qeyri-qanuni ələ keçirərək, qanuna zidd olaraq mətbəxdə və qruplarda işçiləri aldadaraq onlara uyğun tələblər edərək öz prinsipini irəli sürdüyünə, müd iri təhqir etdiyinə, menyuya qol çəkmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “b” bəndinə əsasən töhmət verilmişdir. Töhmət əmrinin verilməsinə əsas kimi isə xx.xx.2022-ci il tarixdə uşaq Bağçasının həmkarlar təşkilatının keçirdiyi iclasın qərarı və işçilərin ərizəsi götürülmüşdür. Qeyd olunmalıdır ki, işəgötürən iddiaçını işdən azad edərkən uzun müddət bu sahədə qüsursuz çalışmasını və 30 il ərzində heç bir nöqsana yol verməməklə, heç vaxt intizam məsuliyyətinə cəlb edilməməsini nəzərə almamış, intizam tənbehlərinin verilməsi ilə bağlı əmək qanunvericiliyində təsbit edilmiş diskresion hüququndan qərəzli şəkildə istifadə edərək, barəsində ağır intizam tənbehi tətbiq etməklə, onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Bundan əlavə 2022-ci ilin oktyabr və noyabr aylarında baş vermiş pozuntulara görə 2023-cü ilin fevral ayında xitam verməklə, “İntizam tənbehi verilməsi qaydaları” adlanan Əmək Məcəlləsinin 187-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Həmçinin qeyd olunmalıdır ki, cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli töhmət əmrləri qanunsuzdur. Belə ki, əmrlərdə iddiaçı tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar sübut edilməmiş və iddiaçı tərəfindən müəssisədaxili intizam qaydarının pozulmasının nədən ibarət olması konkret olaraq əsaslandırılmamışdır. Həmçinin, qeyd olunan əmlərin məzmunu və forması qanunvericilyə uyğun olmamışdır. İşəgötürən tərəfindən verilən töhmət əmrlərində iddaçı tərəfindən Əmək Məcəlləsin in 72-ci maddəsinin hansı bəndinin tələblərinin pozulması əsaslandırıla bilməmiş və bununlada verilən əmrlərin qanunsuz olmasını bir daha sübut edir. Həmçinin verilmiş əmrlərdə həmkarlar ittifaqının komitəsinin razılığı alınmışdır ki, intizam tənbehi barədə əmrlərdə həmkarlar ittifaqı komitəsinin razılığı tələb olunmur. Həmçinin iddiaçının bununla bağlı izahatı alınmamışdır ki bu da qanunvericiliyin tələblərinin pozulması kimi qəbul edilməlidir. İşəgötürən tərəfindən xx.xx.2023-cü il tarixdə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi barədə əmr verilmiş və əmrin verilməsinə əsas kimi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli intizam tənbehi əmrləri, həmçinin həmkarlar ittfaqı komitəsinin xx.xx.2023-cü il tarixli protokoldan çıxarışı göstərilmişdir. B ununla bağlı qeyd olunmalıdır ki, verilən əmr qanunsuz və əsassızdır. Belə ki, əmrin verilməsinə səbəb olan intizam tənbehi barədə əmrlər işdən çıxaram barədə verilən əmrdən 3 ay bundan qabaq verilmişdir. Cavabdeh tərəfindən tətbiq edilən intizam tənbehlərinin üzərindən 3 ay keçdikdən sonra onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri baxımından qanun pozuntusudur. İddiaçının cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli töhmət əmrlərində qeyd edilən nöqsanlar işəgötürən tərəfindən düzgün qiymətləndirilməmişdir. Qeyd edilməlidir ki, göstərilən nöqsanlar əmək funksiyasının və öhdəliyinin pozulması kimi qəbul edilə bilməz. İşçinin əmək funksiyası və ya əm ək müqaviləsi üzrə öhdəlikləri, əmək vəzifələrindən fərqlənir. Əmək funksiyası işçinin yerinə yetirdiyi iş və ya xidmətdir. Əmək vəzifəsi əmək funksiyalarının düzgün, vicdanla və qanuna uyğun yerinə yetirilməsidir. Əmək funksiyasının pozulması işçinin yerinə yetirməli olduğu işlərin yerinə yetirilməməsi əmək funksiyasını yerinə yetirərkən qanuna zidd hərəkət etməsi, verilmiş tapşırıqları düzgün yerinə yetirməməsi isə əmək vəzifəsinin pozulması kimi qəbul edilir. İddiaçının iddia edildiyi kimi yol verdiyi nöqsan işəgötürən tərəfindən pozuntu kimi müəyyən edilsədə, həmin nöqsan yalnız Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallar olduqda kobud pozuntu hesab edilir. Bu səbəbdən, iddiaçının iddia edildiyi kimi törətdiyi və cavabdehin pozuntu kimi qəbul etdiyi nöqsan işəgötürən tərəfindən düzgün qiymətləndirilməmiş və nəticədə bu hal düzgün əsaslandırılmamış əmrin qəbul edilməsinə səbəb olmuşdur. Əmək Məcəlləsinin 189.1-ci maddəsinə əsasən, bir intizam xətasına görə bir intizam tənbehi verilir. Bir dəfə törədilən intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. İşəgötürənin verdiyi intizam tənbehi haqqında əmrlədən görünür ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli intizam tənbehi haqqında əmrlərin məzmunu və qeyd olunan nöqsanlar eynilik təşkil edir və bu xüsusatda verilən əmrlərin qanunsuz və əsassız olmasını bir daha sübut edir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlər yol verilir ki, işçi qəsdən və ya səhlənkarl ıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyıçi işəgötürənin, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Yuxarıda qeyd edilənlərə əsaslanaraq işdən azad olunmağını qanunsuz, əsassız, ədalətsiz və qərəzli hesab edir. Belə ki, işəgötürənin təqsiri səbəbindən qanunsuz olaraq 30 illik işindən məhrum edilmişdir. Məhkəmədən bu vəzifədə uzun müddət çalışmış bir kadr kimi bütün hüquq və vəzifələrinin bərpa olunmasını və yenidən həmin vəzifəyə bərpa olunmağını və buraxılmış iş günlərinə görə əmək haqqının verilməsi barədə ədalətli qərar çıxarılmasını gözləyir. Həmçinin məhkəmənin n əzərinə çatdırmaq istər ki, bağçanın rəhbəri barədə tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanladığı müraciətə cavab olaraq, idarənin müdiri tərəfindən xx.xx.2023-cü il tarixdə ona rəsmi olaraq cavab məktubu göndərilmişdir. Məktubda müraciətdə qeyd olunan məsələrlələ bağlı əlaqədar aparılmış araşdırma nəticələrinə əsasən, uşaq Bağçasının müdiri Aygün Qurbanova barəsində qanuna müvafiq tədbir görüldüyü bildirilmişdir. Yuxarıda qeyd olunanlardan müəyyən olunur ki, iddiaçının Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə ünvanladığı müraciətdən sonra xx.xx.2023-cü il tarixdə iddiaçı ilə əmək müqaviləsinə xitam verilmişdir, buna səbəb isə iddiaçının müraciəti olmuşdur (məktubun surəti əlavə olunur). Tər əfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosu ilə müqavilə bağlanmış və 200 manat vəsait ödənilmişdir. Həmçinin mediasiya sessiyası üçün 50 manat məbləğində pul vəsaiti ödənilmişdir.

8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, müəssisədə nizam-intizam qaydalarının pozulmasını təsdiq edən hər hansı mötəbər sübutun mövcud olmadığını bildirmişdir. Töhmətdə bəhs edilən videolar müəssisə işçilərinin fəaliyyəti, onları şataj etmək niyyəti ilə çəkilməmiş, sadəcə uşaq Bağçasında uşaqların qidlanması ilə bağlı ərzaqların aiddiyyatı yerdə, müəyyən olunmuş sayda olmaması ilə bağlı olmuşdur. Həmin videolar da müvafiq dövlət orqanlarına göndərilmişdir. Elə ərzaqla bağlı müdirlə mübahisələri olmuşdur. Bundan sonra müdirin iddiaçı ilə qərəzli münasibəti yaranmışdır. İddiaçı tərəfindən müəssisədə nizam-intizam qaydaları pozulduğu təqdirdə bağçada təlim-tərbiyə alan uşaqların valideynlərinin şikayəti mövcud olardı, ancaq belə bir şikayət mövcud deyil.

9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 izahatında bildirmişdir ki, iddiaçı tərəfindən müəssisədə işin ahəngi pozulmuşdur. Həmçinin iddiaçı barəsində müəssisə tərəfindən tərtib edilən aktların və intizam tənbehlərinin hüquqi qüvvəsi qalmaqdadır. Belə ki, iddiaçı onun barəsində aktlar tərtib edildiyi və ona qarşı intizam tənbehi tədbiri tətbiq edilən zaman həmin aktları və intizam tənbehlərini mübahisələndirməmişdir. İddiaçının hərəkətlərindən də aydın şəkildə görünür ki, iddiaçı ətrafındakı ş əxslərə qarşı çox aqressivdir və bu səbəbdən artıq müəssisədə fəaliyyətini davam etdirməsi qeyri-mümkündür.

10. Birinci instansiya məhkəməsinin iclasında çahid Şahid3 ifadəsində bildirmişdir ki, bəhs edilən müəssisədə artıq 12 ildir fəaliyyət göstərir. Baş verən hadisələr son dövrlərdə yaranmışdır. Hazırkı vəziyyətə çatmasının qarşısını almaq məqsədi ilə tərəfləri dəfələrlə sülh yolu ilə danışıqlara dəvət etmişlər. Lakin tərəflər razılığa gəlməmişlər. Son dövrlərdə iddiaçı ilə cavabdeh arasında tez-tez mübahisələr yaranmışdır. İddiaçıya töhmət verilən zaman o, iclasda iştirak etmişdir. X1 sədri Aysel xanımdır. O, müdürün qızıdır və səsvermə yolu ilə seçilmişdir. İddiaçı barəsində aktlar tərtib edilən zaman məlumatlı olmuşdur. İddiaçı müəssisədə hər zaman həkim önlüyü ilə gəzmişdir. O, 2022 -ci ilin mart ayında bir dəfə müəssisə rəhbəri Aygün xanıma yaxınlaşaraq Mahirə xanımı tərbiyəçi vəzifəsinə keçirməsini xahiş etmiş, Aygün xanım isə cavabında tərbiyəçi təyin etmək səlahiyyətinin olmadığını bildirmişdir. Müəssisədə fəaliyyətə başladığı vaxtdan səhər fəaliyyətində hər zaman uşaqları özü tək qəbul etmiş, video çəkiliş olduğunu eşitmiş, lakin onun qrupunda heç bir zaman video çəkiliş olmamışdır. İşçilərin şantaj olunması ilə bağlı da heç bir məlumatı yoxdur.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(011)-3431/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim Samirə Eyvazova) iddia tələbi təmin edilmiş, uşaq Bağçasının xx.xx.2023-cü il tarixli, 7 Ş1 saylı əmri ləğv edilmiş və iddiaçı 0,5 ştat vahidi ilə tibb bacısı vəzif əsinə bərpa edilmiş, xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqının iddiaçıya ödənilməsi, iddiaçının çəkdiyi hüquqi xərclərə görə 250 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, cavabdehdən 100 manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət nəfinə keçirilməsi qərara alınmışdır.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı 1990-cı ildən həmin müəssisədə işləmiş, işlədiyi dövrdə heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir (əvvəllər mövcud olmuş intizam məsuliyyətilə bağlı heç bir sübut təqdim edilməmişdir). uşaq Bağçasının müdiri Aygün Qurbanova ilə iddiaçı arasında münasibətlər 2022-ci ilin ortalarından gərginləşməyə başlamış, daha sonra iddiaçı ardıcı l olaraq intizam məsuliyyətlərinə cəlb edilmiş, şiddətli töhmət (xx.xx.2022-ci il tarixli) verildikdən sonra müdir Bakı şəhəri Təhsil idarəsinə iddiaçının işdən çıxarılması üçün təqdimat (xx.xx.2022ci il tarixli) ünvanlamışdır. Təqdimata cavab (xx.xx.2023-cü il) olaraq bildirilmişdir ki, iddiaçı ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi uşaq Bağçasının müdirinin səlahiyyətindədir.

13. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixli Xətai Rayon 251 saylı uşaq Bağçasının № 7 Ş1 əmrinə əsasən, İddiaçı 0,5 ştat vahidi ilə işlədiyi Tibb bacısı kimi 23 fevral 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ləğv edilmişdir. Əmri n əsası kimi xx.xx.2023-cü il tarixli Xətai Rayon 251 saylı uşaq bağçasının əmr № 7 Ş1, xx.xx.2022-ci il tarixli əmr № 20 Ş1, xx.xx.2023-cü il tarixli Həmkarlar Təşkilatının № 2 saylı protokolundan çıxarış qeyd edilmişdir. Əmrin əsası kimi çıxış edən töhmət, şiddətli töhmət və Həmkarlar Təşkilatının protokolu məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməmişdir. Məhkəmə gəldiyi həmin nəticəni onunla əsaslandırmışdır ki, məhkəməyə təqdim edilmiş töhmət və şiddətli töhmət üçün əsas kimi göstərilən müxtəlif tarixli aktların böyük əksəriyyəti eyni şəxslər tərəfindən imzalanmışdır. Həmin şəxslərdən dördü məhkəmə baxışına şahid qismində dəvət edilmiş, lakin onlardan yalnız biri məhkəmə baxış iclasında iştirak etmişdir. Şahid qismində izahat vermiş Şahid3 öz izahatında müdirlə iddiaçı arası nda yalnız bir dəfə mübahisənin şahidi olduğunu qeyd etsə də xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli aktlarda müdir və iddiaçı arasında mütəmadi mübahisə olduğu qeyd edilir və aktın sonunda şahidin imzası, soyadı qeyd edilmişdir. Məhkəmə oxşar məzmunlu, şahid ifadəsi ilə təsdiqini tapmayan, tərtibat üsulu baxımından şübhə doğuran aktları mötəbər sübut hesab etmir. Bu səbəbdən də töhmətlərin əsası kimi çıxış edən halların məhkəmədə sübuta yetirilə bilmədiyi qənaətinə gəlmişdir.

14. Əmrin əsası kimi çıxış edən Həmkarlar Təşkilatının xx.xx.2023-cü il tarixli, 2 nömrəli iclas protokolunda iclasda iştirak edənlərin sayı 10 nəfər göstərildiyi halda, bu şəxslərin adları qeyd edilməmiş, imzaları göstərilməmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, (iddiaçının izahatı, şahid i fadəsi, müdir Aygün Qurbanovanın izahatı) Həmkarlar Təşkilatının sədri uşaq Bağçasının müdiri Aygün Qurbanovanın qızıdır. Bu rəhbər şəxslərin yaxın qohumluq əlaqəsində olması, o cümlədən iclas iştirakçılarının öz imzaları ilə iştiraklarını təsdiq etməməsi səbəbindən məhkəmə işdən çıxma əmrinin əsası kimi çıxış edən Həmkarlar Təşkilatının xx.xx.2023-cü il tarixli, 2 nömrəli protokolunu da mötəbər sübut kimi qəbul etməmişdir.

15. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi iddiaçının yol verdiyi iddia olunan pozuntunun xarakterinə adekvat deyil. Həmçinin, işin hallarından da göründüyü kimi, iddiaçı tərəfindən əmək funsiyalarının, vəzifə borcunun yerinə yetirilməməsini sübut edən mötəbər dəlil mövcud deyildir. Cavabdeh iddiaçı barəsində verilmiş intizam tənbeh təd birləri ilə iddiaçının tanış olmasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı, müdir və işçi arasında münasibətlərin gərginləşməsi səbəblərindən biri kimi iddiaçının bağçaya gətirilən ərzaqların saxlanması, miqdarı, uşaqların qidalanması ilə bağlı müdirə iradlar bildirməsi, müvafiq qurumlara şifahi və yazılı müraciət etməsi ilə bağlı olduğu qeyd edilmişdir.

16. Şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə səbəb olan, həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş nəticələrin baş verməsi cavabeh tərəfindən sübuta yetirilmədiyindən, habelə iddiaçının hərəkətləri onunla bağlanmış əmək müqaviləsinin Əmək Mə cəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə mütənasib olmadığından cavabdehin xx.xx.2023-cü il tarixli, 7 Ş1 saylı əmri ləğv edilməli, həmçinin iddiaçıya xx.xx.2023-cü il tarixdən işə bərpa olunduğu günədək buraxdığı məcburi iş müddəti üçün əmək haqqı verilməlidir. (ƏM 300.1-ci maddəsi).

17. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 36-ci (İİİ hissə), Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.2, 2.3, 12, 14, 70 (“ç” bəndi), 70.2, 71.3, 72, 186.2, 186.3, 187.4, 189.3, 195, 196.1, 300.1-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsinin “Langer Almanyaya qarşı” və “Qavazov Bolqarıstana qarşı” işlər üzrə qərarlarına istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

18. Qətnamədən cavabdeh apellyasiya şi kayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; Göründüyü kimi iddiaçını əməllərində hər iki hal mövcudur. Birinci hal onunla sübut olunur ki, iddiaçını qanunsuz hüquq pozuntuları törətməsi barədə işçilərin çoxsaylı akt, ərizə və izahatları, həmçinin valideynlərin çoxsaylı müraciətləri mövcuddur. İkinci hal üzrə iddiaçı tərəfindən X3 pozulmasına görə barəsində xx.xx.2022-ci il tarixli, 17 Ş1 saylı əmri ilə intizam tənbehi tətbiq edilərək töhmət, xx.xx.2022-ci il tarixli, 20 Ş1 saylı əmri ilə barəsində intizam tənbehi tətbiq edilərək şiddətli töhmət verilmişdir. Hər iki qərar mübahisələndirilməmişdir. Əmək Məcəlləsinin 10-cu maddəsinin ç) bəndinə əsasən işçinin həyatının, sağlamlığının və əməyinin mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə, belə şəraitin yaradılmasını tələb etmək hüququ vardır. İş materialları ilə müəyyən edilir ki, işçilər ayrı-ayrı vaxtlarda uşaq Bağçasının müdriyyətinə çoxsaylı müraciətlər edərək bildiril ir ki, iddiaçı tərəfindən onlara psixoloji təsir edilir və onun tərəfindən körpələr evində əsassız söz-söhbətlər yaradılır və onlar tərəfindən işin normal ahəngi təmin edilə bilmir. İşçilər tərəfindən bu barədə tədbir görülməsi rəhbərlikdən xahiş edilmişdir. Xətai Rayonu, 251 saylı körpələr evi - uşaq baxçasının X3 3.1-ci bəndinə əsasən işçilərin aşağıdakı vəzifələri vardır. 3.1. Rəhbərin göstərişlərini, habelə onunla bağlanmış Əmək müqaviləsinin müəyyən etdiyi xidmət vəzifələrini vaxtında, dəqiq və vicdanla yerinə yetirmək: 3.6. İş yoldaşlarının hüquqlarına hörmətlə yanaşmaq, onların qanuni maraqlarını pozmamaq: 6.1. Müəssisənin imicinə zərər vurmamaq, yəni qeyri etik (yalan) məlumatların işçilər tərəfindən yayılması, işçilər və ictimayyət arasında çaşqınlıq yaradan məlumatların yayılması: 7.1 İşçilər müəssisənin müəyyən etdiyi xüsusi geyimləri geyinməlidir 10.1. Öz xidməti vəzifəsini yerinə yetirərkən hər bir işçi dərk etməlidir ki, baxçanın mənafeləri işçinin hər hansı şəxsi mənafelərindən həmişə üstündür və işçi qeyd edilən mənafelər arasında ziddiyyət yaratmaqdan şərtsiz vaz keçməlidir.

20. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən o qənaətə gəlmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə səbəb olan hallar Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş nəticələrin baş verməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən,habelə iddiaçının hərəkətləri onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə mütanasib olmadığından cavabdehin xx.xx.2023cü il tarixli, 7 Ş1 saylı əmri ləğv edilməlidir. Məhkəmə bu qərara gələrkən öz qətnaməsində (bax 5-ci səhifə 2-ci abz.) Əmək Məcəlləsinin 70-ci maddəsinə istinad etmiş və göstərmişdir ki, əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud çəkildə pozduqda ləğv edilə bilər.

21. Məhkəmə öz qərarında ona istinad etmişdir ki, işəgötürən işçi tərəfindən əmək funksiyalarının, vəzifə borcunun yerinə yetirilməməsini sübuta yetirə bilməmiş və əmək və icra intizamının normal ahənginin pozulmasını, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı f ormada ziyan dəydiyini göstərə bilməmişdir. Bu hissədə məhkəmə ya qanunları bilmir, ya da ki, sübutların saxtalaşdırılmasına cəhd edir. Birincisi, məhkəmə bilərəkdən nəzərdən qaçırır ki, müəssisə istehsal xarakterli deyil, təlim, təhsil və tərbiyə xarakterlidir. Yəni, müəssisənin istehsal xarakteli olması kimi göstərilərək dəymiş zərərin maddi formada olmasına istinad edilməsi yolverilməzdir. Bu kimi müəssisələrdə yalnız işin ahənginin pozulması və əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi kimi özünü büruzə verə bilər. Göründüyü kimi bu tipli müəssisələrdə qanunverici ziyanın hər hansı formada olmasını əsas tutmuşdur. İş materialları ilə müəyyən edilir ki, iddiaçı uşaqlara verilən yeməyin keyfiyyətinə məsul ol masına baxmayaraq, tərtib edilmiş menyulara qərəzli olaraq qol çəkməmiş və nəticədə davamlı olaraq uşaqlara yeməyin verilməsində mütəmadi olaraq gecikmələr baş vermişdir ki, bu da iş yerində işin, əmək və icra intizamının normal ahənginin pozulmasına səbəb olmuşdur.

22. Əmək Məcəlləsinin 84-cü maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada - təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə sübutların qiymətləndirilməsinə dair hissədə də qanunu tələblərini pozub. Belə ki, məhkəmə qanunsuz olaraq, 252 saylı uşaq baxçasının 7 Ş1 saylı əmrini n əsası kimi çıxış edən, iddiaçıya töhmət verilməsi barədə xx.xx.2022-ci il tarixli, 17 Ş1 saylı əmri, şiddətli töhmət verilməsi barədə xx.xx.2022-ci il tarixli, 20 Ş1 saylı əmri, xx.xx.2023-cü il tarixli Həmkarlar Təşkilatının 2 saylı, xx.xx.2023cü il tarixli Protokoldan Çıxarışı sübut kimi qəbul edilməmişdır.

23. Mülki işin materialları ilə müəyyən edilir ki, işçinin əsas vəzifələrinə daxil olan yuxarıda göstərilən hallar işçi tərəfindən pozulmuşdur. Belə ki, işçi hər dəfə müxtəlif bəhanələrlə iş vaxtı müəssisədə dava-dalaş salaraq işin normal ahəngini pozmuşdur. Bu halların baş verməsi işçilər tərəfindən, işəgötürənə edilmiş şifahi müraciətlərlə və digər işçilər tərəfindən ayrı-ayrı vaxtlarda verilmiş ərizələrdə ifadə olunmaqla öz təsdiqini tapmışdır.

24. Apellyasiya instansiya məhkəm əsinin iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmiş və bildirmişdir ki, işçi tərəfindən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Buna görə də, işçi barəsində ayrı-ayrı vaxtlarda 11 akt tərtib edilmiş, 3 işçinin hər biri ayrı-ayrı ərizə ilə müraciət edərək iddiaçıdan şikayət etmişdir. İddiaçı barəsində 2 dəfə intizam tənbehi verilmişdir. Bunlardan sonra şəxs işdən azad edilmişdir. İşdən azad edilərkən Həmkarlar İttifaqının razılığı alınmışdır. Son 1 ildə yeməklərə nəzarəti tibb bacısı yox, həkim həyata keçirir. Aktlardan da görünür ki, iddiaçı son vaxtlarda gündəlik menyuya imza atmaqdan imtina etmişdir ki, valideynlər şikayət etsin. Mübahisənin səbəbi iddaçının müəllim diplomu alandan sonra tərbiyəçi keçmək istəməs i olmuşdur. Bu isə Elm və Təhsil Nazirliyinin səlahiyyəti olduğundan bağçanın müdiri işəgötürənlə aralarında mübahisə yaranmışdır. Həmçinin, bağçada ali təhsilli 1 nəfər var, o, da Həmkarlar İttifaqının sədridir. Sənədlərin tərtibində texniki vasitələrdən istifadə edilməməsinin səbəbi də elə budur. İşdən çıxarılma barədə əmr qanuni olduğundan, apellyasiya şikayətinin təmin edilməsi və qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

25. Apellyasiya instansiya məhkəməsinin iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq bildirmişdir ki, 1990-cı ildən bağçada işləyir, direktor isə 2009-dan orada işləyir. Direktorla münasibətləri yaxşı olmuş, son il yarımda münasibətləri pozulmuş, o, uşaqlara yemək tələb etmişdir. Uşaqların q idalanması və bağçadakı sair pozuntular barədə dövlət orqanlarına məlumatlar ötürmüşdür. Yoxlamalar olsa da, hamısı direktorun xeyrinə olmuş, ona görə də, direktor işçilərə məcburi qaydada akt yazdırmış, onlara qol çəkdirmişdir. Bu barədə dəfələrlə müvafiq orqanlara müraciət etsə də, bir nəticəsi olmamışdır. Direktorun həmin əməllərini sübut etmək üçün videolar çəkib, həmin video görüntüləri sadəcə olaraq Dövlət Təhsil İdarəsinə, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, X2 göndərmişdir. Bu mübahisələrdən sonra onu işdən azad etmişlər. Bundan əlavə, 2022ci ildə tərbiyəçi keçmək üçün imtahan vermişdir. 3 diplomu var, lakin onu tərbiyəçi keçirmək istəmirlər. Ancaq yaranmış ixtilaf bununla bağlı olmamışdır. Əvvəllər ona töhmət və şiddətli töhmət verilməsindən məlumatı var. Lakin həmin əmrlərin m übahisələndirilə bilən olmasını bilməmişdir. Qeyd edilənlərə əsasən, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

26. Apellyasiya instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti ilə razılaşmayaraq bildirmişdir ki, tərəfin məhkəməyə təqdim etdiyi 50-60 sənəd vardır ki, onların hamısı etibarsızdır. Qeydiyyat kitabçasında heç biri qeyd edilməmişdir. Aktların nömrəsi, tarixi yoxdur. İddiaçı tibb bacısıdır. O, yuxarı orqanlara direktorun uşaqların qidalanması ilə bağlı tədbir görmədiyindən şikayət vermişdir. Bundan sonra direktor xanıma qərəzli münasibət bəsləmişdir. İddiaçı çəkiliş etsə də, onu kütləvi informasiya vasitələrində yaymamış, sadəcə olaraq müvafiq orqanlara təqdim etmişdir. Əvəllər heç bir töhməti, xəbərdarlığı olmamış, h eç bir valideyndən də onunla bağlı şikayət daxil olmamış, iddiaçı tərəfindən müəssisənin fəaliyyətinə hər hansı ziyan da vurulmamışdır.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-5210/2023 nömrəli, 26 sentyabr 2023-cü il saylı qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Elşən Kazımov) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçının cavabdeh 251 saylı uşaq bağçasına qarşı “işə bərpa və buraxılmış iş günlərinə görə işə bərpa olunanadək orta aylıq əmək haqqının ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməmişdir.

28. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbini təmin edən birinci instansiya məhkəməsi həmin əmrə əlavə edilmiş və onun verilməsinə əsas olmuş daha əvvəl iddiaçıya intizam tənbehi kimi verilmiş töhmət, şiddətli töhmət və Həmkarlar Təşkilatının protokolunu sübut kimi qəbul etməmişdir. Birinci instansiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, təqdim edilmiş töhmət və şiddətli töhmət üçün əsas kimi göstərilən müxtəlif tarixli aktların böyük əksəriyyəti eyni şəxslər tərəfindən imzalanmışdır. Həmin şəxslərdən dördü məhkəmə baxışına şahid qismində dəvət edilmiş, lakin onlardan yalnız biri məhkəmə baxış iclasında iştirak etmişdir. Şahid qismində izahat vermiş Şahid3 öz izahatında müdirlə iddiaçı arasında yalnız bir dəfə mübahisənin şahidi olduğunu qeyd etsə də xx.xx.2021-ci il tarixli, xx.x x.2022-ci il tarixli aktlarda müdir və iddiaçı arasında mütəmadi mübahisə olduğu qeyd edilir və aktın sonunda şahidin imzası, soyadı qeyd edilmişdir. Məhkəmə oxşar məzmunlu, şahid ifadəsi ilə təsdiqini tapmayan, tərtibat üsulu baxımından şübhə doğuran aktları mötəbər sübut hesab etmir. Bu səbəbdən də töhmətlərin əsası kimi çıxış edən halların məhkəmədə sübuta yetirilə bilmədiyi qənaətinə gəlir.

29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, MPM-in 190.1-ci maddəsinə görə, intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Məcəllənin 190.3-cü maddəsinə görə, işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qa ydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Hazırkı halda iddiaçıya töhmət verilməsi barədə xx.xx.2022-ci il tarixli, 17 Ş1 nömrəli və şiddətli töhmət verilməsi barədə xx.xx.2022-ci il tarixli, 20 Ş1 nömrəli əmr iddiaçı tərəfindən Əmək Məcəlləsinin 190.3-cü maddəsinə uyğun olaraq mübahisələndirilməmişdir. İddiaçı özü də məhkəmə kollegiyasının iclasında intizam tənbehləri barədə həmin əmrlərdən məlumatı olduğunu, lakin onları mübahisələndirmədiyini təsdiq etmişdir. Belə olan halda məlum olur ki, birinci instansiya məhkəməsinin iddiaçıya töhmət və şiddətli töhmət növündə inzibati tənbeh verilməsi barədə qüvvədə olan və iddiaçının da mübahisələndirmədiyi əmrlərə münasibətdə onların mötəbər sübut hesab edilməməsi və nəzərə alınmaması ilə bağlı gəldiyi qənaət aşkar ə sassız olmuşdur. Bu isə son nəticədə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Belə ki, birinci instansiya məhkəməsi öz qətnaməsində iddiaçı tərəfindən sonuncu dəfə intizam tənbehinin verilməsinə əsas olan pozuntuya yol verildiyini müəyyən etmişdir. Lakin birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi onun törətdiyi pozuntuya adekvat olmamışdır. Demək ki, iddianı təmin edən birinci instansiya məhkəməsi də iddiaçının sonuncu dəfə intizam tənbehi verilməsinə əsas olan pozuntuya yol verdiyini təsbit etmiş, lakin iddiaçı barəsində əvvəlki intizam tənbehi barədə qüvvədə olan əmrlərə münasibətdə qiymətləndirmədə səhvə yol verdiyindən, işəgötürən tərəfindən sonuncu pozuntuya görə Əmək Məcəlləs inin 70-ci maddəsinin “ç” bəndinin tətbiqini adekvat – mütənasib hesab etməmişdir. Halbuki Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi digər pozuntularla yanaşı, həm də Əmək Məcəlləsinin 72-ci maddəsində təsbit olunmuş əmək vəzifələrinin kobud pozulmasını da nəzərdə tutur. Həmin normada sadalanan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarına əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması da aid edilmişdir (maddə 72 “ə” bəndi). Bununla da məlum olur ki, işəgötürənin mübahisələndirilən əmri iddiaçının törətdiyi pozuntuya tam uyğun (adekvat) və mütənasib olmuşdur.

30. Əmrin əsası kimi çıxış edən xx.xx.2023-cü il tarixli Həmkarlar Təşkilatının 2 saylı iclas protokolunu d a birinci instansiya məhkəməsi mötəbər sübut kimi qəbul etməmiş və qeyd etmişdir ki, iclasda iştirak edənlərin sayı 10 (on) nəfər göstərildiyi halda, bu şəxslərin adları qeyd edilməmiş, imzaları göstərilməmişdir (iddiaçının izahatı, şahid ifadəsi, müdir Aygün Qurbanovanın izahatı), Həmkarlar Təşkilatının sədri uşaq Bağçasının müdiri Aygün Qurbanovanın qızıdır. Bu rəhbər şəxslərin yaxın qohumluq əlaqəsində olması, o cümlədən iclas iştirakçılarının öz imzaları ilə iştiraklarını təsdiq etməməsi səbəbindən məhkəmə işdən çıxma əmrinin əsası kimi çıxış edən xx.xx.2023-cü il tarixli Həmkarlar Təşkilatının 2 saylı protokolunu da mötəbər sübut kimi qəbul etmir.

31. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericilik işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinin müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilməsini tələb etmişdir. Hazırkı iddiaçının əmək müqaviləsinə xitam verilən zaman işəgötürən tərəfindən, qanunun həmin tələblərinə əməl edilmişdir. Buna baxmayaraq, birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən əsasla (Həmkarlar təkilatının sədrinin işəgötürənlə yaxın qohumluq əlaqəsində olması, o cümlədən iclas iştirakçılarının öz imzaları ilə iştiraklarını təsdiq etməməsi səbəbindən) həmin protokolu mötəbər sübut kimi qəbul etməməsi də əsassız olmuşdur. Beləliklə, iddiaçıya töhmət verilməsi barədə xx.xx.2022-ci il tarixli, 17 Ş1 nömrəli və şiddətli töhmət verilməsi barədə xx.xx.2022-ci il tarixli, 20 Ş1 nömrəli əmr qüvvədə olduğundan, cavabdehin xx.xx.2023-cü il tarixli, 7 Ş1 nömrəl i əmrlə iddiaçının əmək müqaviləsinə 23 fevral 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməsi, əmək qanunvericiliyinin tələblərinə uyğun olmuşdur.

32. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 36-cı (İİİ hissə), Əmək Məcəlləsinin 2.2, 2.3, 12, 14, 70 (“ç” bəndi), 70.2, 71.3, 72, 80.1, 80.2, 186.2, 186.3, 187.4, 189.3, 195, 196.1, 300.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

33. Qətnamədən iddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti vermiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

34. Kassasiya şi kayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, iddianı təmin edən birinci instansiya məhkəməsi qətnamədə haqlı olaraq göstərmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi iddiaçının yol verdiyi iddia olunan pozuntunun xarakterinə adekvat deyil. Məhkəmənin də göstərdiyi kimi iddiaçı 1990-cı ildən həmin müəssisədə işləmiş, işlədiyi dövrdə heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir. İddiaçının bağçanın müdiri ilə münasibətləri 2022-ci ilin ortalarından gərginləşməyə başlamış, bunun nəticəsi olaraq da iddiaçı ardıcıl olaraq intizam məsuliyyətlərinə cəlb edilmiş, sonda da işdən çıxarılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsini qanunsuz hesab edən apellyasiya instansiya məhkəməsi işəgötürənin iddiaçı ilə əmək müqaviləsini ləğv e dən zaman bunun zəruriliyini əsaslandırmamasını, iddiaçı tərəfindən əmək funsiyalarının, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların baş verməsinə dair mötəbər dəlilin mövcud olmamasını nəzərə almamış, nəticədə qeyd edilən maddi hüquq normalarının tələblərini pozmuşdur. Çünki cavabdeh tərəf qeyd edilən maddi hüquq normalarında nəzərdə tutulan qaydada iddiaçıya istinad olunan pozuntular nəticəsində iddiaçının əmək vəzifələrini kobud şəkildə pozduğunu, nəticədə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmasını və ya müəssisəyə ziyan vurulmasını sübuta yetirə bilməmişdir.

35. Məhkəmə işdə olan sübutlara mülki prosessual qanunvericiliyin normaları baxımından düzgün hüquqi qiymət verməmiş, nəticədə prosessual hüquq normalarını pozara q, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Belə ki, hazırkı işin hallarından göründüyü kimi müdir və işçi arasında münasibətlərin gərginləşməsinin əsas səbəbi son dövrlər məhz iddiaçının bağçaya gətirilən ərzaqların saxlanması, miqdarı, uşaqların qidalanması ilə bağlı müdirə iradlar bildirməsi, bununla bağlı müvafiq qurumlara şifahi və yazılı müraciətlər etməsi olmuşdur.

36. İddiaçı tərəfindən ilk öncə bu iradlar şəxsən müdirin özünə bildirilmiş, bundan sonra müdir tərəfindən etdiyi əməlllərin davam etdiyini görən iddiaçı artıq rəsmi müraciətlərə başlamışdır ki, belə müraciətlərdən biri və ən əsası xx.xx.2022-ci ildə Bakı şəhər üzrə Təhsil İdarəsinə edilmiş, məhz bundan sonra bağçada yoxlamalar aparılmış, nəticədə müdir tərəfindən iddiaçıya qarşı qərəzli hərəkətlərə başlanılmışdır. Töhmətlərin verilməsi üçün əsas kimi göstərilən məzmun və tərtibat baxımından demək olar ki, eyni olan aktlardan da göründüyü kimi aktların hamısı məhz oktyabr ayında-iddiaçının müdirə davamlı iradlara başlaması ərəfəsində tərtib edilmiş, eyni şəxslər tərəfindən imzalanmış, aktları imzalayan şəxslərdən dördü məhkəmə baxışına şahid qismində dəvət edilsə də, onlardan yalnız biri məhkəmə baxış iclasında iştirak etmiş, o, da aktların məzmununa uyğun olmayan ifadə vermişdir. (Həmin aktı işəgötürənin təsiri ilə imzalayan işçilər sonradan peşman olaraq, aktda göstərdiklərinin həqiqətə uyğun olmaması ilə bağlı yeni akt tərtib etmişlər ki, həmin akt da şikayətə əlavə ediləcəkdir.) Birinci instansiya Məhkəməsi haqlı olaraq iddiaçıya verilmiş töhmətlərin əsasını mötəbər hesab etməyərək, bunu məhz i şəgötürənin iddiaçıya qarşı qərəzi ilə əlaqələndirmişdir.

37. Məhkəmə həmçinin göstərmişdir ki, iddiaçı tərəfindən hər hansısa hərəkət edilmiş olsa belə, həmin hərəkətlər iddiaçı ilə əmək müqaviləsinin göstərilən əsasla xitamı üçün adekvat deyildir. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq göstərmişdir ki, iddiaçının barəsində olan intizam tənbehləri barədə əmrlərdən məlumatı olmuş, lakin onları mübahisələndirməmişdir.

38. Apellyasiya instansiya məhkəməsi nəzərə almamışdır ki, tərəflər arasındakı münasibət məhz oktyabrda daha gərgin xarakter almış, məhz oktyabrda iddiaçı müdirin hərəkətlərindən şikayətlər etmiş, aktlar və birinci töhmət də məhz oktyabrda olmuşdur. Həm müxtəlif orqanlara, həm birinci instansiya məhkəməsinə, həm də apelly asiya instansiya məhkəməsinə təqdim edilmiş maddi daşıyıcıda olan videogörüntülərdən də açıq-aşkar göründüyü kimi iddiaçı tərəfindən həmin görüntülər qeydə alınarkən hər hansı işin ahəngi, qaydası pozulmamış, iddiaçı heç kəsə mane olmamış, sakitcə videoları çəkmişdir. Çünki iddiaçının tibb işçisi kimi vəzifələrinə uşaqları mütəmadi tibbi müayinədək keçirmək, uşaqların qida rasionuna və orada istifadə ediləcək qidaların kalorisinə, keyfiyyətinə, ərzaq normalarından düzgün istifadə edilməsinə nəzarət etmək, menyunu qabaqcadan tərtib etmək və sair daxil olmuşdur. İddiaçı isə nəzarəti həyata keçirən zaman boşluqlarla qarşılaşdığından həmin boşluqları videoya çəkmişdir. Aktlarda əslində iddiaçının vəzifələrini pozduğu kimi göstərilən hallar əksinə, iddiaçının öz vəzifələrini layiqincə yerinə ye tirməyə çalışdığının göstəricisidir. (Məsələn: uşaqlara verilməsi nəzərdə tutulan yeməklə reallıqda verilən yemək üst-üstə düşmədiyindən iddiaçı menyunu imzalamaqdan imtina edərək, bu halın düzəldilməsini tələb etsə də, onun bu hərəkəti aktda məhz iddiaçının guya qaydaları pozması kimi göstərilməyə çalışılmışdır.) Son dövrlərdə müdirin hərəkətlərinə görə öz vəzifələrini layiqincə yerinə yetirə bilməyən iddiaçı müdirdən bu hərəkətlərinə son qoymağı xahiş etsə də, müdir bu məsələlərin iddiaçıya dəxli olmadığını bildirmiş, bundan sonra iddiaçı müdirin qanunsuz hesab etdiyi hərəkətləri ilə bağlı açıq iradlara və yuxarı orqanlara şikayətlərə başladıqda isə müdir də ona qarşı qərəzli hərəkətlərə başlamışdır. Apellyasiya instansiya məhkəməsi isə işin bu hallarına düzgün hüquqi qiymət verməyərək, formal olaraq, iddiaçının yalnızca həmin əmrləri mübahisələndirməməsinə istinad etmişdir. Halbuki qısa müddətdə və arda-arda tərtib edilmiş aktlar, verilmiş əmrlər məhz işəgötürənin iddiaçıya qarşı qərəzini açıq şəkildə göstərir. Bundan başqa, birinci instansiya məhkəməsinin də göstərdiyi kimi əmrin əsası kimi çıxış edən xx.xx.2023-cü il tarixli Həmkarlar Təşkilatının 2 saylı iclas protokolunda iclasda iştirak edənlərin sayı 10 (on) nəfər göstərildiyi halda, bu şəxslərin adları qeyd edilməmiş, imzaları göstərilməmişdir. Həmkarlar Təşkilatının sədrinin isə müdirin qızı olması işin mübahisəsiz halıdır. İclas iştirakçılarının öz imzaları ilə iclasda iştiraklarını təsdiq etməməsi və rəhbər şəxslərin yaxın qohumluq əlaqəsinin olması səbəbilə birinci instansiya məhkəməsi haqlı olaraq, həmin prot okolu mötəbər sübut kimi qəbul etməmişdir. Birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayan apellyasiya instansiya məhkəməsi sadəcə göstərmişdir ki, işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir və guya işəgötürən tərəfindən buna əməl edilmişdir. Halbuki yuxarıda da qeyd etdikləri kimi işəgötürən tərəfindən formal olaraq xx.xx.2023-cü il tarixli Həmkarlar Təşkilatının 2 saylı iclas protokolu tərtib edilməyə çalışılsa da, həmin protokoldan iclasda iştirak edən şəxslərin kimlər olduğunu, oradakı imzaların kimə məxsus olduğunu müəyyən etmək mümkün olmur. Bu halın özü isə ümumiyyətlə, həmin tarixdə həqiqətən də iclas keçirilib-keçirilmədiyini sual altına alır ki, məhkəmə bu hallara ümumiyyətlə, qiymət verməmiş, birinci instansiya məhkəməsinin dəlillərini təkzib edə bilməmiş, sadəcə belə protokolun “olmasını” qeyd etməklə kifayətlənmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

39. Maddə 35 (İ hissə). Əmək fərdi və ictimai rifahın əsasıdır. (İİ hissə). Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır;

40. Maddə 36 (İİİ hissə). Fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir.

41. Maddə 57 (İİ hissə). Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarının və onların vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşlar ın fəaliyyətini və ya işini tənqid etmək hüququ vardır. Tənqidə görə təqib qadağandır. Təhqir və böhtan tənqid sayıla bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

42. Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

43. Maddə 2 (2-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir.

44. Maddə 12 (1-ci hissə). Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; ç) kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək; d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; ə) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək; f) işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyəl ənmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq və s.

45. Maddə 14 (1-ci hissə). Əmək münasibətlərinin tənzimlənməsi sahəsində qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində: qanunvericiliyin tələblərinə əmək münasibətlərinin subyektləri tərəfindən hər yerdə eyni qaydada və dürüst əməl olunmasını; sağlam və təhlükəsiz əmək şəraitinin təmin olunmasını; işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını; işçilərin və işəgötürənlərin pozulmuş hüquqlarının bərpa olunmasını; səlahiyyətləri çərçivəsində əmək qanunvericiliyinin təkmilləşdirilməsini; əmək münasibətləri sahəsində Azərbaycan Respublikasının Konsti tusiyası ilə müəyyən edilmiş insan hüquqları və azadlıqları prinsipləri əsasında dövlət siyasətinin həyata keçirilməsini təmin etməlidirlər.

46. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

47. Maddə 68 (2-ci hissə, “a” bəndi). Tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir.

48. Maddə 70 (bənd “ç”). Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər.

49. Maddə 70 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

50. Maddə 71 (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

51. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb o lmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyy ətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.

52. Maddə 80 (1-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

53. Maddə 80 (2-ci hissə). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv e tmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

54. Maddə 83 (1-ci hissə). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

55. Maddə 186 (2-ci hissə). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.

56. Maddə 186 (3-cü hissə). İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarl ıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır.

57. Maddə 189 (1-ci hissə). Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.

58. Maddə 189 (3-cü hissə). İntizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır.

59. Maddə 300 (1-ci hissə). Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək müna sibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008 -ci il tarixli qərarı: 60.... insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun. MPM-ə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün o, işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirir (MPM-in 9.1-ci, 14.1-ci, 88-ci maddələri). Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

61. Maddə 8.1. Mülki işlər və kommersiya mübahisələri üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.

62. Maddə 8.2. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər icti mai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır.

63. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.

64. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

65. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

66. Maddə 77.1. Hər bir tərəf öz tələblərini n əsası kimi istinad etdiyi halları sübut etməlidir.

67. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

68. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

69. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yox dur.

70. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

71. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

72. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

73. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

74. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

75. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

76. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prose ssual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

77. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

78. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsəl əyə düzgün hüquqi qiymətin verilmədiyi, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

79. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (h abelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir.

80. Məhkəmə kollegiyası ilk olaraq apellyasiya məhkəməsi ilə razılaşır ki, iddiaçı barəsində qəbul edilmiş cavabdehin 23 fevral 2023-cü il tarixli əmri Əmək Məcəlləsinin 72ci maddəsinin “ə” bəndinin tələblərinə uyğun olub-olmamasına hüquqi qiymət verilməlidir.

81. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, iddiaçı 05 iyun 1990-cı il tarixdən Bakı şəhəri, Xətai rayonu 251 nömrəli körpələr evi - uşaq bağçasında tibb bacısı vəzifəsində işləməyə başlamış, işlədiyi dövrdə heç bir intizam məsuliyyətinə cəlb edilməmişdir (əvvəllər mövcud olmuş intizam məsuliyyətilə bağlı heç bir sübut təqdim edilməmişdir). Uşaq bağçasının müdiri Aygün Qurbanova ilə iddiaçı arasında münasibətl ər 2022-ci ilin ortalarından gərginləşməyə başlamış, daha sonra iddiaçı ardıcıl olaraq intizam məsuliyyətlərinə cəlb edilmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə əsasən xx.xx.2022-ci il tarixli 17 Ş1 saylı əmrlə töhmət (əmək funksiyasını tam yerinə yetirmədiyinə, müəssisədaxili intizam qaydalarını pozduğuna, qanunsuz işçiləri şantaj edərək onların qruplarını və mətbəxin fəaliyyətini mobil telefona çəkdiyinə, bağçada uşaqların psixoloji rejimi pozduğuna, müdiri təhqir etdiyinə və menyuya imza atmadığına görə), xx.xx.2022-ci il tarixli 20 Ş1 saylı əmrlə şiddətli töhmət (əmək funksiyalarını tam yerinə yetirmədiyinə, müəssisədə nizam-intizam qaydalarını pozduğuna, qanunsuz işçiləri şantaj edərək onların və mətbəxin fəaliyyətini telefonla çəkdiyinə, baxçada s ağlam psixoloji rejimi pozduğuna, 8 saylı uşaq poliklinikasının bağçaya təhkim olunmuş həkminin iş planını qanunsuz ələ keçirərək mətbəxdə və qruplarda işçiləri aldadaraq öz prinsiplərini həyata keçirdiyinə, müdiri təhqir etdiyinə və menyuya qol çəkmədiyinə görə) verildikdən sonra müdir Bakı şəhəri Təhsil idarəsinə xx.xx.2022-ci il tarixdə iddiaçının işdən çıxarılması üçün təqdimat ünvanlamışdır. Təqdimata cavab olaraq xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, uçaq bağçasının tibb bacısı olan iddiaçının fəaliyyəti ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi işəgötürən olaraq uşaq Bağçasının müdirinin səlahiyyətindədir. Daha sonra Xətai Rayon 251 saylı uşaq Bağçasının müdirinin 7 Ş1 nömrəli, xx.xx.2023-cü il tarixli əmrinə əsasən, İddiaçı 0,5 ştat vahidi ilə işlədiyi tibb bacıs ı kimi 23 fevral 2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsi ləğv edilmişdir. Əmrin əsası kimi Xətai Rayon 251 saylı uşaq Bağçasının 7 Ş1 nömrəli, xx.xx.2022-ci il tarixli əmri, 20 Ş1 nömrəli, xx.xx.2023-cü il tarixli əmri, Həmkarlar Təşkilatının 2 saylı, xx.xx.2023-cü il tarixli protokolundan çıxarış qeyd edilmişdir.

82. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digə r həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

83. Bu isə onu ehtiva edir ki, Əmək Məcəlləsi işəgötürən və işçi arasında olan əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsiplərinə əsaslanır və hər hansı fərqli yanaşmaya yol vermir.

84. Əmək Məcəllənin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməkdən ibarətdir.

85. Hə min Məcəllənin 11-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək münasibətləri sahəsində işəgötürənin....c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək hüquqları vardır.

86. Eyni zamanda Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;... e) işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq; ə) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək;... və sairdən ibarətdir.

87. Apellyasiya instansiya məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, qətnaməni ləğv edərək iddia tələbini rədd edərkən qeyd etmişdir ki, MPM-in 190.1-ci maddəsinə görə, intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur. Məcəllənin 190.3-cü maddəsinə görə, işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının po zulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Hazırkı halda iddiaçıya töhmət verilməsi barədə xx.xx.2022-ci il tarixli, 17 Ş1 nömrəli və şiddətli töhmət verilməsi barədə xx.xx.2022-ci il tarixli, 20 Ş1 nömrəli əmr iddiaçı tərəfindən Əmək Məcəlləsinin 190.3-cü maddəsinə uyğun olaraq mübahisələndirilməmişdir. İddiaçı özü də məhkəmə kollegiyasının iclasında intizam tənbehləri barədə həmin əmrlərdən məlumatı olduğunu, lakin onları mübahisələndirmədiyini təsdiq etmişdir. Belə olan halda məlum olur ki, birinci instansiya məhkəməsinin iddiaçıya töhmət və şiddətli töhmət növündə inzibati tənbeh verilməsi barədə qüvvədə olan və iddiaçının da mübahisələndirmədiyi əmrlərə münasibətdə onların mötəbər sübut hesab edilməmə si və nəzərə alınmaması ilə bağlı gəldiyi qənaət aşkar əsassız olmuşdur. Bu isə son nəticədə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi digər pozuntularla yanaşı, həm də Əmək Məcəlləsinin 72-ci maddəsində təsbit olunmuş əmək vəzifələrinin kobud pozulmasını da nəzərdə tutur. Həmin normada sadalanan əmək vəzifələrinin kobud şəkildə pozulması hallarına əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması da aid edilmişdir (maddə 72 “ə” bəndi). Bununla da məlum olur ki, işəgötürənin mübahisələndirilən əmri iddiaçının törətdiyi pozuntuya tam uyğun (adekvat) və mütənasib olmuşdur.

88. Kassasiya instansiya məhkəməsi apellyas iya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, işəgötürənin iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin “a” bəndinə uyğun olaraq - “əmək funksiyasını tam yerinə yetirmədiyinə, müəssisədaxili intizam qaydalarını pozduğuna, qanunsuz işçiləri şantaj edərək onların qruplarını və mətbəxin fəaliyyətini mobil telefona çəkdiyinə, bağçada uşaqların psixoloji rejimi pozduğuna, müdiri təhqir etdiyinə və menyuya imza atmadığına görə” xx.xx.2022-ci il tarixli 17 Ş1 saylı əmrlə töhmət, daha sonra isə - “əmək funksiyalarını tam yerinə yetirmədiyinə, müəssisədə nizam-intizam qaydalarını pozduğuna, qanunsuz işçiləri şantaj edərək onların və mətbəxin fəaliyyətini telefonla çəkdiyinə, baxçada sağlam psixoloji rejimi pozduğuna, 8 saylı uşaq poliklinikasının bağçaya tə hkim olunmuş həkminin iş planını qanunsuz ələ keçirərək mətbəxdə və qruplarda işçiləri aldadaraq öz prinsiplərini həyata keçirdiyinə, müdiri təhqir etdiyinə və menyuya qol çəkmədiyinə görə” xx.xx.2022-ci il tarixli 20 Ş1 saylı əmrlə şiddətli töhmət verməsi və iddiaçının da etiraf etdiyi kimi həmin əmrlərdən məlumatlı olsa da, əmrləri mübahisələndirməməsi, habelə cavabdehin 7 Ş1 nömrəli əmrinə əsasən iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edildiyi xx.xx.2023-cü il tarixdə, iddiaçıya intizam tənbehinin verilməsi barədə yuxarıda qeyd olunan əmrlərin qüvvədə olması işin mübahisəsiz halıdır.

89. Bununla belə apellyasiya instansiya məhkəməsinin də qətnaməsində qeyd etdiyi kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi digər pozuntularla yanaşı, həm də əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması kimi, Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndində təsbit olunmuş əmək vəzifələrinin kobud pozulmasını da nəzərdə tutur. Lakin apellyasiya instansiya məhkəməsi iddiaçıya iki dəfə, xx.xx.2022-ci il tarixdə töhmət və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə şiddətli töhmət intizam tənbehinin verilməsindən sonra iddiaçının altı ay müddət ərzində təkrarən əmək funksiyasını pozmasını təsdiq edən hər hansı sübutun cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməməsini və iş materiallarında belə sübutun mövcud olmamasını nəzərdən qaçırmış, iddiaçının əmək vəzifələrinin pozulmasına yol verilm əsini təsdiq edən sübutlar kimi cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə yalnız xx.xx.2021 (i.v.30-31), xx.xx.2022 (i.v.37-81), xx.xx.2022 (i.v.48-51), xx.xx.2022 (i.v.47), xx.xx.2022 (i.v.45-46), xx.xx.2022 (i.v.54), xx.xx.2022 (i.v.55) tarixlərdə uşaq Bağçasının əməkdaşları tərəfindən tərtib edilmiş Aktların təqdim edilməsinə, qeyd olunan Aktlarda yol verdiyi göstərilən əmək vəzifələrinin pozulmasına görə iddiaçıya iki dəfə, xx.xx.2022-ci il tarixdə töhmət və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə şiddətli töhmət intizam tənbehinin tətbiq edilməsinə diqqət yetirməmiş, işin qeyd olunan hallarına düzgün hüquqi qiymət verməmişdir.

90. Halbuki Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yer inə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etməklə bağlı intizam tənbehlərindən birini verə bilər.

91. Əmrin əsası kimi çıxış edən xx.xx.2023-cü il tarixli Həmkarlar Təşkilatının 2 saylı iclas protokolunda (i.v.61-63) isə, qeyd olunan iclasda iştirak edən əməkdaşların çıxışlarında “iddiaçının xx.xx.2023-cü il tarixdə məzuniyyətdən qayıtdıqdan sonra yenə də “köhnə əməllərini” davam etdirməyə başlama sı” vurğulansa da, cavabdeh tərəfindən Həmkarlar Təşkilatına ünvanlanmış əsaslandırılmış yazılı təqdimat, habelə həmin təqdimata əlavə edilmiş müvafiq əsaslandırma sənədləri birinci instansiya məhkəməsinə təqdim edilməmişdir.

92. Halbuki Əmək Məcəlləsinin 80-cı maddəsinin 2-ci hissəsinə əsasən Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

93. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, hətta nəzərə alınsa ki, iddiaçının xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunması üçün əsaslar, ona əvvəllər iki dəfə, töhmət və şiddətli töhmət intizam tənbehinin verilməsi üçün əsas olmuş hallarla eynidir, bu halda işin faktiki hallarını araşdıran məhkəmələr tərəfindən mübahisələndirilən əmrlə yanaşı iddiaçıya töhmət və şiddətli töhmət intizam tənbehinin verilməsi barədə əmrlərin qanuniliyinə də hüquqi qiymət verilməli idi.

94. İşdən göründüyü kimi, iddiaçıya töhmət verilməsi barədə xx.xx.2022-ci il tarixli 17 Ş1 saylı əmrdə onun “əmək funksiyasını tam yerinə yetirmədiyi, müəssisədaxili intizam qaydalarını pozduğu, qanunsuz işçiləri şantaj edərək onların qruplarını və mətbəxin fəaliyyətini mo bil telefona çəkdiyi, bağçada uşaqların psixoloji rejimini pozduğu, müdiri təhqir etməsi və menyuya imza atmaması”, iddiaçıya şiddətli töhmətin verilməsi barədə xx.xx.2022-ci il tarixli 20 Ş1 saylı əmrdə isə ”əmək funksiyalarını tam yerinə yetirmədiyi, müəssisədə nizam-intizam qaydalarını pozduğu, qanunsuz işçiləri şantaj edərək onların və mətbəxin fəaliyyətini telefonla çəkdiyi, baxçada sağlam psixoloji rejimi pozduğu, 8 saylı uşaq poliklinikasının bağçaya təhkim olunmuş həkminin iş planını qanunsuz ələ keçirərək mətbəxdə və qruplarda işçiləri aldadaraq öz prinsiplərini həyata keçirdiyi, müdiri təhqir etdiyi və menyuya qol çəkmədiyi” göstərilmiş, bunun konkret hansı hərəkətlərlə ifadə olunması qeyd olunmamışdır.

95. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının əmək funksiyalar ını tam yerinə yetirməməsinin, müəssisədə nizam-intizam qaydalarını pozmasının, baxçada sağlam psixoloji rejimin pozulmasının, qanunsuz işçiləri şantaj etməsinin, öz prinsiplərini həyata keçirməsinin nədə ifadə olunması, həmin halların Əmək Məcəlləsinin 72-ci maddəsinin dispozisiyasında qeyd olunmuş əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallara aid olub-olmaması aydınlaşdırılmamış, iddiaçının müdiri təhqir etməsi ilə bağlı ayrıca məhkəmə araşdırmasının olub-olmaması, iddiaçının tibb bacısı kimi menyunu imzalamaq kimi zəruri vəzifəsinin olub-olmaması, ümumiyyətlə hansı vəzifələrə malik olması, hansı hallarda menyunu imzalamamaq hüququnun olması araşdırılmamış, eyni zamanda həmin hallar mövcud olsaydı belə, əmrlə tətbiq olunmuş intizam tənbehinin Əmək Məcəlləsinin 186-cı ma ddəsinin 3-cü bəndinə uyğun olaraq işçinin şəxsiyyətinə uyğun, habelə yol verilən pozuntuya mütənasib olub-olmaması düzgün əsaslandırılmamışdır.

96. O da nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

97. Bundan başqa uşaq Bağçası barədə iddiaçının Azər baycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciətindən sonra, 251 saylı uşaq bağçasında araşdırma aparılması və bağçanın müdiri Aygün Qurbanova barəsində qanunamüvafiq tədbir görülməsi ilə bağlı, qeyd olunan İdarədən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli H-6756-01/09 №li məktuba apellyasiya instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməmiş, bağçanın müdiri tərəfindən iddiaçı barəsində görülmüş intizam tədbirlərinin onun tənqidə görə təqib olunması ilə bağlı olubolmamasına münasibət bildirilməmişdir.

98. Həmçinin qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 23 fevral 2023-cü il tarixli, 7 Ş1 nömrəli əmrin məzmunu araşdırılmamış, həmin əmrin yalnız Əmək Məcəlləsinin 72-ci maddəsinin “ə” bəndinin dispozisiyası ilə əsas landırılması, bu zaman işçinin yol verdiyi pozuntuların konkret nədə ifadə olunmasının əmrdə göstərilməməsi, bununla da əmrin Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin və 83-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun tərtib edilib-edilməməsinə hüquqi qiymət verilməmişdir.

99. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların k onstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

100. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadığından, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə iddianın qismən təmin olunması barədə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz.

101. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməlidir.

102. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibə tinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

103. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5210/2023 nömrəli, 26 setyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsın. Qərar qətidir və qəbul edildiyi an

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar