Məhkəmə qərarları › İş №2(102)-4350/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4350/2020

06.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4350/2020 06.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kolegiyasının İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5qarşı iş üzrə QƏRARİ (Açar sözlər:kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilovİsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (keçmiş İddiaçı X4 ASC) vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyası nın 2(103)-626/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (keçmiş İddiaçı X4 ASC)tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı İKB ASC (bundan sonra iddiaçı və ya bank) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 23-G1-1-0-438-15 saylı kredit müqaviləsinə əsasən borc alana 36 ay müddətinə illik 25% olmaqla 33000 ABŞ dolları məbləğində kredit verilmişdir.

2. İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində ipoteka qoyanın mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Əbdü lrəhim Haqverdiyev küçəsi, 568-ci məhəllədə yerləşən, 2a nömrəli evin 2 otaqlı, 56,38 kvadrat metr ümumi, 36,28 kvadrat metr yaşayış sahəsindən ibarət 19 saylı mənzili (bundan sonra mənzil) iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir.

3. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və yüklülük barədə DƏDRX tərəfindən xx.xx.2015-ci il tarixli, RX seriyalı, ******* saylı çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5na qarşı “kredit müqaviləsi üzrə börcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəh əri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli, 23-G1-1-0-438-15 saylı kredit müqaviləsi üzrə 15111,83 ABŞ dollan əsas, 16670,12 ABŞ dolları faiz, 2764,89 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 443,05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 34989,89 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Əbdülrəhim Haqverdiyev küçəsi, 568-ci məhəllədə yerləşən, 2a nömrəli evin 2 otaqlı, 56.38 kvadrat metr ümumi, 36.28 kvadrat metr yaşayış sahəsindən ibarət 19 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Emin Mehdiyev) 2(004)-2575/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh1 ndan xx.xx.2015-ci il tarixli, 23-G1-1-0-438-15 saylı kredit müqavi ləsi üzrə 15111,83 ABŞ dollan əsas, 16670,12 ABŞ dolları faiz, 100 ABŞ dolları cərimə, kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2019-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 443,05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 32325 ABŞ dollarıməbləğində borc (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və 55,20 məhkəmə xərcləri İddiaçı İKBASC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, Cavabdeh1 na məxsus Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, 568-ci məhəllədə yerləşən, 2a nömrəli evin 2 otaqlı, 56,38 kvadrat metr ümumi, 36,28 kvadrat metr yaşayış sahəsindən ibarət 19 saylı mənzilinə yönəldilərək ilkin satış qiyməti 90000 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilsin. Sa tışdan əldə edilmiş məbləğ iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi,Bakı şəhəri, Yasamal rayonu, Haqverdiyev Əbdülrəhim küçəsi, 568-ci məhəllədə yerləşən, 2a nömrəli evin 2 otaqlı, 56.38 kvadrat metr ümumi, 36.28 kvadrat metr yaşayış sahəsindən ibarət 19 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində cavabdehlər SəfərovKamal, X7, X2, X8 və Cavabdeh5 mənzildən çıxarılmalarl və mənzil boşadılması, iddia ərizəsi qalan hissədə təmin edilməməsi qət edilmişdir.Ekspertiza tədqiqatının dəyərinin 138 manatı Cavabdeh1 ndan, 12 manatı İddiaçı İKB ASC-dən tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019cu il tarixli, 10371 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyi nə görə, iş materiallarında olan hesabdan çıxarış, kassa məxaric orderi məlumatlarına əsasən xx.xx.2015-ci il tarixli, 23-G1-1-0438-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 nun xx.xx.2019-cu il tarixə əsas borc üzrə 15186,38 ABŞ dolları; faiz borcu üzrə 18899,11 ABŞ dolları;xx.xx.2017-ci il tarixəəsas borc üzrə 14786,38 ABŞ dollarıfaiz borcu üzrə 19074,96 ABŞ dolları təşkil edir. 7. “xxxx” MMC-nin ekspertləri tərəfindən aparılmış araşdırmaların nəticələrinə dair xx.xx.2019-cuil tarixli, 02/37/19/NB saylı rəyi ilə ipoteka predmeti olan mənzil 90000 manat məbləğində qiymətləndirilmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

8. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) xx xxxx 2020-ci il tar ixli qətnaməsi iləcavabdehlərin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi əsas borcun tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh1 İddiaçı İKB ASC-nin xeyrinə ödənilməli olan əsas borcu 14786,38 ABŞ dolları müəyyən edilmiş, məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 150 manat pulun Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinə ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilə də göstərilən pul məbləğini borcalana vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə borcun zaminlər tərəfindən ödənilməsini tələb etmək hüququ vardır.

10. Qeyd olunanlara əsasən, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddanın faiz borcunun tutulması hissəsi ilə bağlı düzgün nəticəyə gəlsə də, əsas borcun hesablanmasında səhv nəticəyə gəlmişdir. Belə ki, iddiaçının iddia tələbi ilə məhkəməyə müraciət edərkən ərizəsinə əlavə etdiyi və iddianın əsasını təşkil edən maliyyə arayışına əsasən borc pul vəsaitinin tutulmasını tələb etmişdir. Birinci instansiya məhkəməsinin qərardadı əsasında təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2019-cu il tarixli, 10371 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən xx.xx.2015-ci il tarixli, 23-G1-1-0-438-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 nun xx.xx.2019-cu il tarixə əsas borc üzrə 15186,38 ABŞ dolları; faiz borcu üzrə 188 99,11 ABŞ dolları; xx.xx.2019-cu il tarixə əsas borc üzrə 14786,38 ABŞ dolları faiz borcu üzrə 19074,96 ABŞ dolları təşkil edir.

11. Buna baxmayaraq apelyasiya instansiyası məhkəməsi tərəfindən əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının nəticələrinə dair məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 31020 saylı ekspert rəyinə əsasən, xx.xx.2015-ci il tarixli, 23G1-1-0-438-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 nun xx.xx.2018-ci il tarixə əsas borc üzrə 19036,38 ABŞ dolları; faiz borcu üzrə 16673,02 ABŞ dolları; xx.xx.2019-cu il tarixə (qətnamə qəbul edilən tarix) əsas borcu 14786,38 ABŞ dolları, faiz borcu isə 21077.28 ABŞ dolları təşkil edir.

12. Keçirilm iş ekspertiza tədqiqatı ilə bank tərəfindən ödənilməsi tələb olunan əsas borc məbləğinin az, faiz borcunun isə çox hesablandığı müəyyən olunmuşdur.

13. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia tələbinin kredit borcu üzrə əsas borcunun ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas borc məbləği üzrə maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, borclu tərəfindən Banka ödənilməmiş əsas borcu 14786,38 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (keçm iş İddiaçı X4 ASC) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə əsas borcun məbləğini müəyyən edərkən ekspert rəyinə əsaslanmışdır. Lakin rəy əsaslandırılmamışdır. Məhkəmə təkrar ekspertiza keçirməli olduğu halda bunu etməyərək prosessual pozuntuya yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

17. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (keçmiş İddiaçı X4 ASC) vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

18. Məhkəmə kollegiyası iclasının yeri və vax tı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19. 385.1-ci maddə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 20. 386.1-ci maddə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əs aslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır 21. 739.1-ci maddə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borcalan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2 maddəsinə əsasən Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 22. 442-ci maddə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin mə zmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 23. 445-ci maddə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 24. 14.2-ci maddə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 25. 77.1-ci maddə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 26. 103.1-ci maddə Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 27. 101.7-ci maddə Ekspertin rəyi məhkəmədə tədqiq olunur v ə digər sübutlarla yanaşı qiymətləndirilir. 28. 102.2-ci maddə Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 29. 407.2-ci maddə Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 30. 416-ci maddə Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi xahiş edilsə də, şikayətin məzmunundan görünür ki, iddaçı qətnamənin yalnız iddia tələbinin apelyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilıməyən hissəsini, yəni əsas borc hissədə iddia tələbinin rədd edilən hissəsini münahisələndirir. Cavabdehlər isə qətnamədən kasasiya şikayəti verməmişlər. Ona görə də, qətnamənin yalnız iddiaçı bankın kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə kasasiya qaydasında yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi nin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Kasasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, iddiaçı ekspert rəyinin əsassız olduğunu qeyd etmiş, lakin etirazının əsası kimi istinad etdiyi bu halı əsaslandırmamış, rəyin əsassızlığının nədən ibarət olduğunu göstərməmişdir.

35. İddiaçı kassasiya şikayətində təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilmədiyini qeyd etmiş, lakin təkrar ekspertizanın keçirilməsinin zəruriliyini əsaslandırmamış, iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. (§ 28)

36. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hi ssədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (keçmiş İddiaçı X4 ASC) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-626/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi iddiaçının kasasiya şikayıtinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar