Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4351/2023 04.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X23 Cavabdeh qarşı ilk, Cavabdeh X28 qarşı qarşılıqlı tələblər barədə iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququnun itirilməsi, mənzilə köçürülmə, müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, iddiaçı X23 Cavabdeh qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair ilk, Cavabdeh X28 qarşı mənzilə köçürülmə, müqavilələrin və çıxarışların etibarsız hesab olunaraq ləğv edilməsi, kirayə haqqının ödənilməsi tələbinə dair qarşılıqlı iddiası barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2533/2023 nömrəli, 07 iyun 2023-cü il tarixli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 04 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Bakı şəhəri 40 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2000-ci il tarixli, 101523 saylı müqaviləyə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən 27 saylı mənzili 33750000 manat məbləğinə X22 satın almışdır.
2. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 049990 nömrəli Qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ü nvanda yerləşən, yaşayış sahəsi 29,95 kv metr olan 2 otaqlı 27 saylı mənzil tam mülkiyyət hüququ üzrə X15 adına xx.xx.2000-ci il tarixdə qeydiyyata alınmışdır.
3. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 231166 nömrəli Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi 29,95 kv metr olan 2 otaqlı 27 saylı mənzil tam mülkiyyət hüququ üzrə X15 adına xx.xx.2005-ci il tarixdə qeydiyyata alınmışdır.
4. Cavabdeh tərəfindən ünvan 3 ünvanlanmış xx.xx.2007-ci il tarixli ərizəyə əsasən Cavabdeh ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 51,75 kv metr olan 27 saylı mənzilin bağışlanmasına etiraz etməmişdir.
5. Bakı şəhəri 40 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2007-ci il tarixl i daşınmaz əmlakın bağışlama müqaviləsinə əsasən X29 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51,75 kv metr olan 27 saylı mənzilini oğlu X28 bağışlamışdır. X1 adından etibarnamə üzrə nümayəndəsi X30 imzalamışdır.
6. X29 xx.xx.2008-ci il tarixdə ölmüşdür.
7. ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən Cavabdeh ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51,75 kv metr olan 27 saylı mənzilə dair texniki pasportun tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixli ********** nömrəli ərizəsinə baxılmışdır. Sözügedən ünvanda yerləşən mənzil arxiv məlumatlarına əsasən 40 saylı DNK-da təsdiq edilmiş 4Ə-1-95 reyestr nömrəli xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh tərəf indən digər fiziki şəxsə satılmış və reyestrdə qeydiyyat aparılmışdır. Bu səbəbdən Cavabdeh müraciətinin təmin edilməsi mümkün olmamışdır.
8. DİN tərəfindən verilmiş ******* saylı, xx.xx.2022-ci il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən Cavabdeh xx.xx.2002-ci il tarixdən ünvan 1 ünvanında yerləşən 27 saylı mənzildə qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxs isə X6r.
9. ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən ünvan 1 ünvanında yerləşən 27 saylı mənzilin Cavabdeh adına qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.
10. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 2 ünvanı nda yerləşən ümumi sahəsi 51.75 kv metr olan 27 saylı mənzil tam mülkiyyət hüququ üzrə X23 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. 11. “Vətəndaşın müddətli həqiqi hərbi xidmətə göndərilməsinə dair” elektron arayışa əsasən X8 xx.xx.2022-ci il tarixdən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir.
12. X4, X16 və X18 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən Cavabdeh onun həyat yoldaşı X2 və oğlu X8 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Zəngəzur şadlıq sarayının ərazisində yerləşən özbaşına tikilidə kirayə qalırlar və hər ay 250 manat məbləğində kirayə haqqı ödəyirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı X37 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, şəxsi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51,75 kv metr olan 27 saylı mənzilə dair mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh onun bacısıdır. O, ilk öncə alqı-satqı müqaviləsi əsasında sözügedən mənzili mərhum anasına satmış (bununla da cavabdeh mülkiyyət hüquqlarını itirmişdir), alqı-satqı müqaviləsi əsasında mülkiyyətinə keçmiş həmin mənzili isə anası xx.xx.2007-ci il tarixdə ona bağışlamışdır. Cavabdeh bağışlama müqaviləsi əsasında iddiaçının mülkiyyətinə verilmiş mənzildə ümumiyyətlə yaşamamışdır. Belə ki, Cavabdeh iddiaçıya məxsus mənzilin 2009-cu ildən əvvəl mülkiyyətçisi olduğundan hazırkı mübahisə üzrə hüquq münasibətləri də həmin ildə yaranmış hesab olunmalıdır. Bu əsasla Cavabdeh hüquqi vəziyyəti münasibətlərin yarandığı dövrdə qüvvədə olan 1982-ci ilə aid Azərbaycan Respublikası Mənzil Məcəlləsi ilə tənzimlənməlidir. Müvafiq olaraq həmin Məcəllənin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Eyni zamanda, həmin maddənin sonuncu bəndində təsbit edilmişdir ki, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Bu normalardan da göründüyü kimi, cavabdeh iddiaçıya məxsus mənzildə uzun müddətdir ki yaşamadığından mənzildən mülkiyyət hüququnu itirdiyi vaxtdan 6 ay sonra onun istifadə hüquqlarının itirilməsi üçün əsas yaranmış və faktiki olaraq o, mənzilə dair istifadə hüququnu həmin vaxtdan itirmişdir. Hazırki mübahisə üzrə cavabdeh şəxsin onun mənzilindən uzun müddət öncə getməsi, özünə başqa yaşayış yeri seçməsi şəxsin iddiaçıya məxsus mənzil üzərində mülkiyyət hüquqlarının itirilməsi hesab edilməsinə dəlalət etmişdir.
15. Cavabdeh X28 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia tələbinin tam rədd edilməsi, onun və hazırda hərbi xidmətdə olan oğlu X5 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, ev 109, 27 saylı mənzilə köçürülməsi, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, ev 109, 27 saylı mənzilə dair alqı-satqı, bağışlanma müqavilələrinin etibarsız hesab olunaraq ləğv edilməsi, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, ev 109, 27 saylı mənzilə dair X25 adına olan ********** nömrəli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi, X35 onu və oğlu - Elmar Allahverdiyevi qeydiyyatda olduqları və yaşamaq hüquqları olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, ev 109, 27 saylı mənzilə buraxmadığına görə xx.xx.2002-ci ilin sonundan başlayaraq (20 il=240ay) hazırki tarixədək hər ay yaşayış sahəsinin kirayəsinə görə 240 (ay) x 250 manat = 60000 manat kirayə haqqının X19 alınaraq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisələndirilən lakin qeydiyyatda olduğu həmin mənzildə yaşamamışdır, çünki X37 onu və oğlunu mənzilə buraxmamış, ona qarşı iddia ərizəsini bir neçə gün əvvəl məhkəmədən əldə etmişdir. Mübahisəli mənzili xx.xx.2000-ci il tarixli 101523 nömrəli alqı-satqı müqaviləsinə əsasən 33750000 manata satıcı X22 almışdır. Alqı-satqı müqaviləsi Bakı şəhəri 40 saylı DNK-da rəsmiləşdilmişdir. Mənzil hüquqi rejiminə görə Kooperativin mülkiyyətində-balansında olmuşdur. xx.xx.2005-ci ildə qardaşı onu notariata aparmış və o məzmunu oxuyub-başa düşmədiyi sənədləri imza etmişdir. Bundan az sonra X37 onu yaşadığı mənzildən bayıra atmış, yaşamağa imkan verməmişdir. Mənzillə bağlı aparılan bütün əməliyyatlar saxta olmuşdur, çünki sənədlər saxtalaşdırılmışdır. Bunu qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi Dövlət Notariat Arxinin xx.xx.2019-cu il t arixli arayışı təsdiq etmişdir. O, ünvanda qeydiyyatda olduğuna görə mənzilin başqasının mülkiyyətinə keçməsinə notarial təsdiq edilmiş ərizə verməmişdir. Dəfələrlə mənzilə köçmək istəsə də, X37 buna imkan verməmişdir. Ona görə də ailəsi ilə köçüb müvəqqəti kirayədə qalaraq hər ay 250 manat kirayə haqqı ödəmişdir. Mənzil onun anasına məxsus olmuşdur, anası mənzili ona vermişdir ki, ailəsi ilə birgə yaşasın. X13 mənzili saxta sənədlərlə ələ keçirərək onu və ailəsini mənzildən qovmuş, yaşamağına imkan verməmiş və hazırda hüquqlarının itirilmiş hesab olunmasını tələb etmişdir. X23 iddia ərizəsində əldə etdiyi çıxarışa qədər əməliyyatların tarixini və yerini göstərməməsi yazdıqlarının həqiqət olmasına dəlalət etmişdir. Qanunun mənasına görə mənzil özəlləşdirilərkən 18 yaşı tamam olmuş ailə ü zvlərinin razılıq ərizəsi olmalıdır. Mənzil satılarkən (bağışlanarkən) 18 yaşı tamam olmuş qeydiyyatda olan hər bir şəxs notarial təsdiq edilmiş ərizə verməlidir. Belə ərizəni nə o nədə ki, digər ailə üzvləri verməmişlər. Ona görə də, ünvanı göstərilən mənzilin özəlləşdirilməsinə və özgəninkiləşdirilməsinə əsas olmuş sənədlər müvafiq DƏDRX-dən sorğu ilə tələb edilib, tədqiq edilməli, hüquqi qiymət verilməlidir. Bu səbəb və əsaslara görə mübahisələndirilən mənzillə bağlı aparılan bütün əməliyyatlar (alqı-satqı və çıxarış) etibarsız hesab olunmaqla ləğv edilməlidir. Mənzil əvvəlki vəziyyətə, yəni onun mülkiyyətinə qaytarılmalıdır. Ona görə ki o həmin mənzilin satılmasına və ya bağışlanmasına razılıq ərizəsi verməmişdir. Bu məqsədlə mübahisələndirilən mənzilin hüquqi rejimi barədə DƏDRX-ə müv afiq sorğu verilməlidir. Çünki onun tərəfindən sənədlər əldə etmək cəhdləri alınmamış və ona bildirilmişdir ki, həmin sənədlər (hüquqi rejim, çıxarış, alqı-satqı müqaviləsi) yalnız məhkəmə sorğusu əsasında verilir.
17. X37 iddia müddətinin tətbiq edilməsinə dair ərizə verərək, qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində Cavabdeh 22 ildə ödədiyi kirayə haqqını hesablayıb iddiaçıdan tələb etməklə sözü gedən evdə yaşamadığını etiraf edir.
18. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 göstərmişdir ki, o ünvan 2 ünvanında yerləşən 29 saylı mənzildə yaşayır. X37 onun qonşusu olmuşdur. Lakin onlar həmin evdə daimi qalmamışlar, yayda gəlib-gedmişlər. Cavabdeh isə tanımamışdır.
19. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 g östərmişdir ki, X37 ilə çoxdandır qonşudur. Eyni zamanda o Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən 109 nömrəli binanın komendantıdır. X9 yaşadığından, bura yayda gəlibgedmişdir. Cavabdeh isə bir dəfə görmüşdür.
20. X11 göstərmişdir ki, o ünvan 2 ünvanında yerləşən 46 saylı mənzildə yaşayır. X37 onun qonşusudur. Lakin onlar həmin evdə daimi qalmamışlar, yayda gəlib-gedmişlər. Cavabdeh isə tanımamışdır.
21. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-4415/2022 nömrəli iş üzrə 3 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova) ilkin iddianın təmin edilməsi, Cavabdeh ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51,75 kv metr olan 27 saylı mənzilinə dair istifadə hüququnun itirilmiş hesab edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
22. Birinci instansiya məhkəməsinin qənaətinə görə hər bir vətəndaşın mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan müstəsna hüquqdur. Şəxsin mülkiyyət hüququ toxunulmazdır və kənar müdaxilələrdən mühafizə edilməlidir. Cavabbeh Cavabdeh həmin mənzildən qeydiyyatdan çıxmaması X23 mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilməlidir. Cavabdeh daimi yaşamaq üçün başqa yerə köçlüyünə və mübahisəli mənzilə hər dansı bir əlaqəsi qalmadığına görə onun mənzildən istifadə hüququ saxlana bilməz. Odur ki, ilkin iddia təmin edilərək, Cavabdeh sözügedən mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir.
23. Məhkəmə qarşılıqlı iddianın Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, ev 109, 27 saylı mənzilə dair alqı-satqı, bağışlanma müqavilələrini n etibarsız hesab olunaraq ləğv edilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia bu hissədə rədd edilməlidir. Hazırkı mübahisə üzrə bağlanmış alqı-satqı və bağışlama müqavilələrinin etibarlılığını şübhə altına alan hallardan hər hansı biri məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bundan əlavə Cavabdeh əqdin etibarsızlığının mübahisələndirilməsi üçün qanunvericiklə müəyyən edilmiş müddəti ötürmüşdür. Məhkəmə hesab etmişdir ki, iddia tələbinin əsasını təşkil edən faktiki halların mövcudluğu Cavabdeh tərəfindən sübut edilməlidir. Lakin, Cavabdeh bununla bağlı kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə iddia tələblərinin əsasını təşkil faktiki halların mövcud olmadığına dair qənaətə gələrək hesab etmişdir ki, qarşılıqlı i ddia qeyd edilən hissədə rədd edilməlidir.
24. Məhkəmə qarşılıqlı iddianın Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, ev 109, 27 saylı mənzilə dair X25 adına olan ********** nömrəli çıxarışın etibarsız hesab olunaraq ləğv edilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, qeyd edilən hissədə də iddia rədd edilməlidir. Belə ki, çıxarışın etibarsız hesab edilməsi və ləğv edilməsi ilə bağlı tələb, həmin çıxarışın verilməsi üçün əsas olan xx.xx.2007-ci il tarixli daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə əlaqəli olmuşdur. İddia müqavilənin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyinə görə məhkəmə hesab etmişdir ki, xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli **********2605301-093005 reyestr nömrəli Çıxarışın et ibarsızlığı və ya ləğvi üçün hər hansı əsas mövcud olmamışdır.
25. Məhkəmə qarşılıqlı iddianın Cavabdeh və hazırda hərbi xidmətdə olan oğlu X5 Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, ev 109, 27 saylı mənzilə köçürülməyi hissəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququna xitam verildiyindən, X3 isə ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51,75 kv metr olan 27 saylı mənzilə köçürülməsinə gəldikdə isə, nəzərə alsaq ki, sözügedən mənzildə istifadə hüququnun yaranması məhkəmə tərəfindən müəyyən edilmədiyindən, onların həmin mənzilə köçürülməsi üçün də heç bir əsas olmamışdır. Odur ki, göstərilən hissədə iddia təmin edilməməlidir.
26. Məhkəmə qarşılıqlı iddiaya X37 onu və Elmar Allahverdiyevi qeydiyyatda olduqları və yaşamaq hüquqları olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, ev 109, 27 saylı mənzilə buraxmadığına görə xx.xx.2002-ci ilin sonundan başlayaraq (20 il=240ay) hazırki tarixədək hər ay yaşayış sahəsinin kirayəsinə görə 240(ay)x250manat=60000 manat kirayə haqqının X19 alınaraq iddiaçıya ödənilməsi hissəsinə qiymət verərək belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51,75 kv metr olan 27 saylı mənzilə köçürülməsi ilə bağlı tələb, onun həmin mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı ilkin iddia tələbi ilə əlaqəli olmuşdur. İlkin iddia təmin edildiyinə görə məhkəmə hesab etmişdir ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51,75 kv metr olan 27 saylı mənzilə köçürülməsi ü çün hər hansı əsas mövcud olmamışdır. Belə olan halda X10 Təranə Akif qızına qarşı hər hansı delikt törərməmiş və onun Cavabdeh maddi ziyanın ödənilməsinə dair hər hansı öhdəliyi də yaranmamışdır.
27. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152, 157, 337, 339, 354, 1096 və 1097-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına qiy mət verərkən iddiaçı-cavabdehin vəkili və nümayəndəsinin 40 saylı DNK-dan əldə edib təqdim etdiyi sübutların saxta olmasına hüquqi qiymət verməmişdir. Bakı şəhəri 40 saylı DNK-dan əldə edilmiş mənzilin alqı-satqı işindəki mənzilin satılmasına və bağışlanmasına etiraz etməməsi barədə xx.xx.2007-ci il tarixli sənəddəki imzaya və yazıya əhəmiyyət vermədən qətnamə qəbul etmişdir. Hakim məhkəmə iclasında nümayəndə R.Almuradova verdiyi etibarnamədəki imza ilə 4Ə-02/247 nömrəli alqı-satqı işindəki imzaları müqayisə etməmişdir. İşə baxan məhkəməyə lazım gəlirdi ki, Bakı şəhəri 40 saylı Dövlət notariat ofisindəki reyestr kitabını tələb edib, imzaları müqayisə edib, məhkəmə xətşünaslıq ekspertizası təyin edib sübuta hüquqi qiymət versin. O, aparılan bütün notariat əməliyyatlarının saxta olduğunu və sənədlərin etibarsız hesab olunaraq ləğv edilməsini tələb etmişdir. Lakin məhkəmə həqiqətə nail olmaq istəməmişdir. Bundan başqa, işə baxan məhkəmə onun və övladının bu illər ərzində harada və hansı keyfiyyətdə yaşamaqları barədə xüsusatları araşdırmadan qətnamə qəbul etmişdir. Qətnamə onun və xidmətdə olan oğlunun hüquq və mənafeyinə tamamilə zidd olmuşdur. Belə ki, işə baxılarkən maddi və prossesual hüquq normaları pozulmuş, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Məhkəmə qətnaməsi dəlillərə və sübutlara əsasən qəbul edilməmişdir. Məhkəmə istinad etdiyi maddi hüquq normaları həmin hüquq münasibətlərinə aid olmamışdır. Maddi hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2533/2023 nömrəli mülki iş üzrə 7 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Xumar Mərdanova) cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
31. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası hesab etmişdir ki, Cavabdeh uzun illərdir mübahisəli mənzildə yaşamamasının səbəbi kimi qorxduğunu və onu evə buraxmadıqlarını qeyd etsə də, bununla bağlı hər hansı bir hərəkət etmədiyini, bu barədə hüquq mühafizə orqanlarına və ya məhkəməyə müraciətinin olmadığını bildirmişdir. Cavabdeh mübahisəli mə nzili alqı-satqı müqaviləsi əsasında anası X7, o cümlədən sonuncunun isə övladı olan X28 mənzili bağışlamasına etiraz etməməklə, 2007-ci ildən hal-hazıradək həmin mənzildə yaşamamaqla mənzil üzərində hüquqları, eləcə də istifadə hüququ itirilmişdir. Həmin vaxtdan bir gün belə həmin mənzildə yaşamamış, mənzilə köçürülmə və ya onun mənzildə yaşamasına maneçiliyin aradan qaldırılması barədə məhkəməyə hər hansı müraciəti olmamışdır. Onun bu barədə müraciət etməməsinin səbəbi kimi qorxmasını bildirməsi isə hər hansı bir sübutla təsdiqini tapmamışdır.
32. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh mübahisəli mənzildən istifadə hüququna xitam verildiyindən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51,75 kv metr olan 27 saylı mənzilə köçürülməsi üçün də heç bir əsas olmamışdır. Eyni zamanda X 3 həmin mənzilə köçürlüməsi tələbi Cavabdeh tərəfindən qoyulsa da, həmin şəxs yetkinlik yaşına çatmış şəxs olmaqla müstəqil surətdə öz adından iddia tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu baxımdan bu hissədə də məhkəmə haqlı olaraq iddia tələbini təmin etməmişdir.
33. Həmçinin məhkəmə hesab etmişdir ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51,75 kv metr olan 27 saylı mənzilə köçürülməsi ilə bağlı tələb, onun həmin mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı ilkin iddia tələbi ilə əlaqəli olmuşdur. İlkin iddia təmin edildiyinə görə məhkəmə belə qənaətə gəlmişdir ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 51,75 kv metr 27 saylı mənzilə köçürülməsi üçün hər hansı əsas mövcud olmamışdır. Həmçinin, Cavabdeh mübahisəli mənzilə dair hüquqlarının pozulması müəyyən edilmədiyindən həmin mənzilə münasibətdə kirayədə qaldığı dövr üçün pul tələbi də məhkəmə tərəfindən haqlı olaraq təmin edilməmişdir.
34. Apellyasiya məhkəməsi daha sonra hesab etmişdir ki, mübahisəli mənzilə dair alqı-satqı müqaviləsinin bağışlama müqaviləsinin etibarsızlığı üçün hər hansı əsas mövcud olmamışdır. Belə ki, Cavabdeh özü məhkəmə kollegiyasının iclasında alqı-satqı müqaviləsinin bağlanması, o cümlədən bağışlama müqaviləsi zamanı imza özünün olmaqla sənədləşmə işinin düzgün aparılmasını, lakin qorxması səbəbindən imza etdiyini, ona qardaşı tərəfindən hədələr olduğunu bildirmişdir. Bununla bağlı isə apellyasiya şikayətinin dəlili olaraq xətşünaslıq ekspertizasının keçirilməsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin dəlil araşdırılarkən qarşılıqlı iddiaçının özü onun tərəf indən imzanın edilməsini təsdiq etmişdir. Bu baxımdan ekspertiza təyin edilməsinin lüzumsuz və işin baxılmasının əsassız yerə uzadılması kimi qiymətləndirməklə ekspertiza təyin etməmişdir. Eyni zamanda, ona qarşı olan hədlərə görə imza etməsi isə yuxarıda qeyd edildiyi kimi hər hansı bir sübutla təsdiqini tapmadığından məhz bu əsasla müqavilələrin etibarsız hesab edilməsi barədə tələb təmin edilə bilməz. Belə olan halda bu hissədə də birinci instansiya məhkəməsi haqlı olaraq qarşılıqlı iddianı rədd etmişdir.
35. Məhkəmə öz mövqeyini 2009-cu ilin oktyabr ayın 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60 və 87.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157, 178, 203, 337 və 339-cu maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qar şı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilkin iddianın baxılmamış saxlanmasına dair qərardad qəbul edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, onu və hazırda həqiqi hərbi xidmətdə olan oğlu X5 mübahisələndirilən ünvan 2, 27 saylı mənzilə köçürülmələri barədə qərar çıxarılmasını xahiş etmişdir.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə sorğu ilə DNK-dan mənzilin alqı-satqı işini sorğu ilə tələb etmiş, tədqiq etmiş, lakin alqı-satqı işinə adından yazılaraq icra edilmiş “razılıq ərizəsi”dəki yazının və imzanın saxta olmasına əhəmiyyət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi məh kəmə-xətşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatətinə heç bir münasibət bilrməmişdir. Qarşı tərəf rəsmi razılığı olmadığı halda əmlakı notarial qaydada özününküləşdirmişdir.
38. Cavabdeh qeyd etmişdir ki, iş üzrə cavabdeh olan oğlu Elmar Allahverdiyev işə cəlb edilməmiş, məhkəmə baxışlarına çağrılmamış, ona məlumat verilməmiş, mübahisəyə münasibəti öyrənilməmiş, ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəlillərdən asılı olmayaraq ləğv edilməlidir.
39. Mübahisələndirilən mənzil Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan Kooperativə məxsus olmuş, kooperativ mənzillərin özəlləşdirilməsi, özgəninkiləşdirilməsi digər kateqoriyalı mənzillərdən fərqli qaydada həyata keçirilir. Məhkəmə kooperativ mənzilin saxta sənədlər əsasında satılmasına, payçı olmuş şəxsin v ə onun ailə üzvünün yaşayış hüququnun itirilməsinə baxsa da, Kooperativi işə cəlb etməmişdir.
40. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiyasının 29, 33, 43 və 60cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1, 6, 178 və 228-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5, 76, 77 və 382-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
43. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
44. Maddə 152.3. İstifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
45. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən t örədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər.
46. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir.
47. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir.
48. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.
49. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır.
50. Maddə 339.2. Şəxs əqd bağl anması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan)
51. Maddə
60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır.
52. Maddə 87-ci maddənin 2-ci hissəsi. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntə qəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
60. Qanunun tələbi nə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
64. Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair d əlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi ye ni sübut qəbul etmir.
65. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
66. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh və qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2533/2023 nömrəli iş üzrə 07 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.