Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4352/2019 20.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin, cavabdeh x3, üçüncü şəxs X2 və vəkili X5 oğlunun iştirakı ilə, cavabdeh x3 və üçüncü şəxslər X2, X4 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(010)5412/2018 saylı qətnaməsi ilə (hakim R.Həsənov) iddia tələbi təmin edilərək, Cavabdeh və ailə üzvlərinin (qızı, kürəkəni) təhlükəsizliyinin təm in edilməsi məqsədi ilə onların üzərinə 35.000 manat maddi yardım əvəzində ünvan 1 ünvanında yerləşən yaşadıqları yataqxana binasındakı otaqlarını boşaltmalarına dair öhdəliyin qoyulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli 2(103)-84/2019 saylı qətnaməsi ilə (hakimlər: V.Sadıqov, A.Hüseynov və A.İmanov) Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(010)-5412/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli 2(103)-84/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər X4, X5 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli 2(103)-84/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçı Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti Cavabdeh qarşı «birdəfəlik maddi yardım əvəzində qəzalı vəziyyətə düşmüş yataqxana binasındakı otağın boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ailə üzvlərinin (qızı, kürəkəni) təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə onların üzərinə 35.000 manat maddi yardım əvəzində ünvan 1 ünvanında yerləşən yaşadıqları yataqxana binasındakı otaqlarını boşaltmalarına dair öhdəliyin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, A zərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri tərəfindən ünvan 1 ünvanında yerləşən yataqxana binasına baxış keçirilərək tərtib olunmuş 21.10.2016-cı il tarixli rəydə həmin yataqxana binasının mövcud texniki vəziyyətinin yolverilməz, 07.04.2017-ci il tarixli rəydə isə qəzalı olduğu göstərilmişdir. Sözügedən qəzalı yataqxana binasında baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması, sakinlərin təhlükəsizliyinin təmin edilməsi, orada faktiki yaşayan ailələrin Bakı şəhər İcra Hakimiyyətinə 2017-ci ilin yerli xərclərində mənzil fondunun əsaslı təmiri üçün ayrılmış vəsait hesabına birdəfəlik maddi yardım ödənilməklə (hər bir ailə üçün 35.000 manat) köçürülməsi, el əcə də binanın sökülərək ərazinin abadlaşdırılması işlərinin həyata keçirilməsinə dair Bakı şəhər İcra Hakimiyyətinin 13.07.2017-ci il tarixli təklifinə Azərbaycan Respublikası Baş Nazirinin müavini 27.07.2017-ci il tarixli 17/17/3266-12 saylı dərkənarı ilə etiraz edilməmişdir. Suraxanı rayon İcra Hakimiyyəti başçısının 89 nömrəli 31.07.2017-ci il tarixli sərəncamı ilə müvafiq komissiya yaradılaraq Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan ünvan 1 ünvanında yerləşən qəzalı yataqxana binasında inventarlaşdırma işləri aparılmış, orada faktiki yaşayan ailələrin dəqiqləşdirilmiş siyahısı tərtib olunmuşdur. Sözügedən yataqxana binasının mövcud texniki vəziyyəti müəyyən olunduqdan sonra dövlət büdcəsində n əlavə vəsaitin əldə edilməsi məqsədi ilə bəzi sakinlər tərəfindən mənzillərin otaqlarının bölünərək sənədləşdirilməsi, nikahın pozulması və s. kimi süni hərəkətlərin edilməsi hallarına komissiya tərəfindən aparılan inventarlaşma işləri zamanı rast gəlinmişdir. Hazırda bu binada yaşayan ümumilikdə 71 ailədən 54 ailənin artıq müvafiq maddi yardım əvəzində köçürüldüyünü, analoji əsaslarla otağın boşaldılmasına dair dəfələrlə edilən təklif və xəbərdarlıqlara baxmayaraq yalnız 17 ailənin, o cümlədən Cavabdeh öz ailəsi ilə birlikdə qəzalı yataqxana binasında yaşamaqda davam etdiyini, bu halın isə cavabdeh və onun ailə üzvlərinin həyatı üçün ciddi təhlükə yaratdığını nəzərə alaraq Suraxanı rayon İcra Hakimiyyəti gələcəkdə baş verə biləcək bədbəxt hadisənin qarşısının alınması məqsədi ilə onları n üzərinə yaşadıqları qəzalı vəziyyətdə olan otaqların boşaldılmasına dair məhkəmə qaydasında öhdəlik qoyulmasını vacib hesab edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh X2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019cu il tarixli 2(103)-84/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxslər X4 və X5 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozul ması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019cu il tarixli 2(103)-84/2019 saylı qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Prosesiştirakçılarının izahatları: Cavabdeh X2, üçüncü şəxs X4 və vəkili X5 oğlu kassasiya şikayətlərinin dəlillərinə müvafiq izahat verərək, kassasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən işin baxılmasında onun iştirakını mümkün hesab etmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası mə hkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, tərəfləri və vəkillərini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, kassasiya şikayətləri təmin edilməlidir. İş materiallarından göründüyü kimi Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyəti başçısının iddiasını təmin edən məhkəmə kollegiyası ona əsaslanmışdır ki, cavabdehin yaşadığı yataqxana qəzalı vəziyyətdə olduğundan onun və ailə üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yaşadıqları otaqlardan 35.000 manat kompensasiya verilməklə çıxarılsınlar. İddianın təmin edilməsinə dair qətnaməni dəyişdirmədən saxlayan apelyasiya məhkə məsi maddi hüquq norması kimi “Azərbaycan Respublikası Mənzil Məcəlləsi”nin 28.5, 84.0.1, 84.0.3, 91.1.1-ci maddələrinə istinad etmişdir. Aşağıda göstərilənlərə əsasən apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. İlkin olaraq məhkəmə iddiaçı Bakı şəhəri, Suraxanı rayon İcra Hakimiyyətinin yataqxanasından çıxarma ilə əlaqədar subyektiv hüquqa malik olub-olmamasını dəqiqləşdirməmişdir. İş materiallarından göründüyü kimi mübahisəli yataqxana binası Bakı şəhəri, Mənzil Kommunal Təsərrüfat Departamentinin balansındadır. Həmin Departamentin yataqxana ilə əlaqədar sərəncam vermək hüququnu Bakı şəhəri, Suraxanı İcra Hakimiyyətinə verməsi iş materiallarından müəyyən edilmir. Eləcə də məhkəmə Cavabdeh yataqxanada hansı hüquqla yaşamasını müəyyən etməmişdir. Onun və ailə üzvlərinin ha nsı hüquqla və hansı otaqda yaşaması müəyyən edilməmişdir. Cavabdeh məhkəmə iclasında yataqxanada ona verilmiş order əsasında 30 ildən artıq yaşamasını bildirsə də işə mahiyyəti üzrə baxan məhkəmələrə heç bir sənəd təqdim olunmamışdır. Bununla da məhkəmə cavabdehin yataqxanada hansı hüquqla yaşamasını, kompensasiya verməklə onun hansı hüququna xitam verilməli olmasını müəyyən etməmişdir. İddianı təmin edən məhkəmə konkret olaraq hansı maddi hüquq normasına görə qərar qəbul etməsini, cavabdehin üzərinə 35.000 maddi yardım ödəməklə yataqxana binasından çıxarılmaq öhdəliyinin qoyulmasını əsaslandırmamışdır. Məhkəmənin maddi-hüquq norması kimi istinad etdiyi Mənzil Məcəlləsinin 28.5-ci maddəsində göstərilir ki, mənzil (yaşayış binası) təbii fəlakət nəticəsində qəzalı vəziyyətə düşdükdə, onun t əmiri (bərpası) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş qaydada hesablanan və ayrılan kompensasiya hesabına həyata keçirilə bilər. Həmin Məcəllənin 28.7-ci maddəsinə əsasən qəza vəziyyətində olan mənzildən (yaşayış binasından) köçürülən şəxslər barəsində bu Məcəllənin müvafiq hallara uyğun olaraq 85-ci maddəsinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 85-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi ilə verilmiş yaşayış sahəsinin yerləşdiyi ev (bina) sökülməli olduqda, evin (binanın) sökülməsi barədə qərar qəbul etmiş kirayəyə verən tərəfindən yaşayış sahəsindən çıxarılan vətəndaşlara sosial kirayə müqavilələri ilə qabaqcadan digər abadlaşdırılmış yaşayış sahələri verilir. Məhkəmənin istinad etdiyi Mənzil Məcəlləsinin 84.0.1, 84.0.4-cü maddələrinə əsasən yaşayış sa həsinin yerləşdiyi ev (bina) sökülməli olduqda; evin (binanın) əsaslı təmiri və ya yenidən qurulması nəticəsində yaşayış sahəsini saxlamaq mümkün olmadıqda və ya onun ümumi sahəsinin azalması nəticəsində həmin yaşayış sahəsində yaşayan kirayəçi və onun ailə üzvləri yaşayış sahəsinə ehtiyacı olan hesab edildikdə və ya yaşayış sahəsinin ümumi sahəsinin əhəmiyyətli dərəcədə artması nəticəsində yaşayış sahəsinin ailə üzvlərinin adambaşına düşən ümumi sahəsi ayrılma normasından əlli faizdən çox artıq olduqda vətəndaşlar sosial kirayə müqavilələri ilə digər abadlaşdırılmış yaşayış sahələri verilməklə yaşadıqları yaşayış sahələrindən çıxarılırlar. Məcəllənin 91.1.1, 91.1.2-ci maddələrinə əsasən xidməti yaşayış sahələri, yataqxanalarda yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sa hələrinə aiddir. Apellyasiya Məhkəməsinin istinad etdiyi maddi-hüquq normalarında maddi yardım ödənilməklə mənzildən çıxarılma nəzərdə tutulmamışdır. Əksinə həmin normalarda qəzalı vəziyyətdə mənzildən çıxarılan vətəndaşlara abadlaşdırılmış mənzil verilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi apelyasiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikası MPM-nin 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. İddia tələbində Cavabdeh ilə bərabər onun ailə üzvlərinin - qızı və kürəkəninin yataqxana binasındakı otaqlardan çıxarılması iddia olunmasına baxmayaraq, üzərinə tələb yönəldilmiş cavabdehin ailə üzvlərinin adları, onların poçt ünvanlar göstərilməmiş, onlar işdə iştirak etməyə cəlb olunmadan hüquqları haqqında məsələ müzakirə olunmuş, yataqxana otaqlarından çıxarılması barədə qərar qəbul edilmişdir. Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin qətnaməsində, eləcə də apelyasiya məhkəməsinin qətnaməsində yataqxanadan çıxarılan ailə üzvlərinin şəxsiyyəti barədə heç bir məlumat yoxdur. Apellyasiya Məhkəməsi baş vermiş qanun pozuntusunu aradan qaldırmamış, üzərlərinə tələb yönəldilmiş cavabdehləri 3-cü şəxs kimi işdə iştirak etməyə cəlb etmişdir. Hansı ki, MPM-nin 259.0, 259.0.12-ci maddələrinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1—150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Apellyasiya Məhkəməsinin istinad etdiyi hallar iş materiallarından irəli gəlmir. Şərh olunanları nəzərə alan məhkəmə belə qərara gəlir ki, apelyasiya məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən göstərilən qanun pozuntuları aradan qaldırılmalı, iddiaçının iddia qaldırmaq üçün subyektiv hüquqa malik olub-olmaması, cavabdehin və ailə üzvlərinin hansı hüquqi əsasla yataqxanada, hansı otaqda yaşaması, iddia tələbinin – yəni maddi yardım ver məklə yataqxana otaqlarından çıxarılmanın maddi – hüquqi əsasları müəyyən edilməli, iddia ərizəsi verilən zaman MPM-nin 149-cu maddəsinin tələblərinin pozulması halına qiymət verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x3, X2 və X4 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-4352/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4352/2019
20.06.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver