Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4352/2021 27.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddaçı İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-654/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.Ş ərifzadə küçəsi 150 nömrəli evin 36 nömrəli mənzili 2013-cu ildən mülkiyyət hüququ ilə Cavabdeh məxsusdur.
2. Tərəflər 01 oktyabr 2016-cı ildə nikaha daxıl girmişlər və 30 sentyabr 2017-ci ildə xadlı uşaqları doğulmuşdur.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, onun 30 sentyabr 2017-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, A X saylı mənzilinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o, yetkinlik yaşına çatmayan uşa ğıyla birlikdə Bakı şəhəri, A.Şərifzadə küçəsi 150 saylı evin 36 saylı mənzildə qeydiyyatda olmaqla istifadə hüquqları vardır. Lakin cavabdeh bu mənzildə yaşamağa şərait yaratmır. Nəticədə onun və yetkinlik yaşına çatmayan uşağın hüquqlarını pozur. Cavabdeh tək onun hüququnu deyil, həmçinin yetkinlik yaşına çatmayan uşaqlarının hüquqlarını pozur, halbuki, uşağın da bərabər mənzil hüququ vardır. Hüquqlarının bərpası üçün o və uşağı həmin mənzilə köçürülməlidir.
6. Cavabdeh birinci instansiya məhkəməsinin iclasında iddiaya etiraz edərək bildirmişdir ki, ev bir otaqlıdır, bir yerdə yaşamaq qeyri-mümkündür. Habelə qardaşı nişanlanıb, bir azdan nişanlısı və anası (cavabdehin) ilə birlikdə mübahisəli evdə yaşayacaqdırlar. İddiaçını həmin evdən heç kəs qovmayıb, özü könüllü olaraq çıxıb-getmişdir.
7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim A.Məmmədov) 17 dekabr 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə İddiaçı 30 sentyabr 2017-ci il təvəllüdlü X1 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə küçəsi, 150 saylı evin, 36 saylı mənzilə müvəqqəti olaraq bir il müddətinə köçürülmələri, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət olunmuşdur.
8. Məhkəmə Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı övladı ilə birlikdə 2017-ci ildən hal-hazıradək mübahisəli mənzildə qeydiyyatdadır. Hazırda tərəflərin nikahı pozulsa da, qanunvericilik keçmiş ailə üzvünün mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun məhkəmənin qərarı əsasında saxlanıl masını tanıyır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-R.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Şirinov və F.Talışinski) 23 fevral 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 dekabr 2019-cu il tarixli,X saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. İddiaçı kassasiya şikayəti verərək qətnamənin dəyişdirilməsi, iddiaçının azyaşlı uşağı ilə daimi yaşamaq üçün göstərilən ünvana köçürülməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmələrin hüquqi cəhətdən yanaşması qanunsuzdur. Əvvəla, cavabdeh tərəfindən qarşılıqlı iddia qaldırılmamış, iddiaçının və uşağının istifadə hüquqları mübahisələndirilməmişdir. Bu səbəbdən məhkəmə iddia tələbindən kənara çıxmışdır. MPM-nin 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göründüyü kimi məhkəmə iddia tələbindən kənara çıxmış, ilkin və qarşılıqlı iddia ərizəsində qaldırılmayan məsələləri həll etmişdir. Bundan əlavə, məhkəmənin maddi hüquq normaları baxımından yanaşması da, əsassızdır. Belə ki, cavabdehin yetkinlik yaşına çatmayan uşağı i lə ailə münasibətlərinə xitam verilmir və bu halda uşağın istifadə hüququ daimi olaraq saxlanılır. Eyni zamanda, iddiaçının istifadə hüquqlarına yalnız kompensasiya verilməklə xitam verilə bilər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
15. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlə rinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
16. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
17. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri aras ında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.
18. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə ü zvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
20. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
21. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını ar aşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
25. Tərəflərin 01 oktyabr 2016-cı il tarixdə rəsmi nikaha daxıl olmaları, birgə nikahdan bir azyaşlı uşaqlarının (30 sentyabr 2017-ci il təvəllüdlü X2) olması, nikahlarının Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 05 avqust 2019-cu il tarixli qətnaməsi ilə pozulması, uşağın ananın yanında qalması işin mübahisə olunmayan hallarıdır.
26. Eyni zamanda işdə olan sübutlardan (yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin məktubu, çıxarış və s.) görünür ki, mübahisə predmeti olan Bakı şəhəri, Yasamal rayonu, A.Şərifzadə k üçəsi, 150 saylı evin, 36 saylı mənzili cavabdehin xüsusi mülkiyyətində olmaqla, iddiaçı həmin ünvanda yaşayış yeri üzrə qeydiyyata alınmışdır.
27. İddiaçı mübahisəli ünvanda istifadə hüququnun mövcudluğunu iddia etsə də, işin faktiki hallarından və araşdırılmış sübutlardan görünür ki, mübahisəli mənzil tərəflərin nikahından əvvəl (2013-cü ildə) vərəsəlik qaydasında cavabdehin mülkiyyətinə keçmiş, tərəflər arasında nikah isə 2016-cı il tarixdə rəsmiləşdirilmişdir.
28. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarına əsasən - yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən son ra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009- cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir.
29. Tərəflər arasında münasibətlər 2016-cı ilə təsadüf etdiyindən mübahisəyə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin müvafiq müddəaları tətbiq edilir.
30. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30- cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün «yaşayış sahəsindən istifadə etmək hüququ» ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir.
31. Bu səbəbdən də apellyasiya kollegiyası iddiaçının apellyasiya şikayətinin, həmçinin - istifadə hüququna kompensasiya ödənilməklə xitam verilm əsi hissəsinə də münasibət bildirərək qeyd etmişdir ki, iddiaçının Mülki Məcəllənin 228-ci maddəsi anlamında mübahisəli yaşayış sahəsinə istifadə hüququ yaranmadığından, ona həmin maddəyə əsasən kompensasiya ödənilməklə xitam verilməsi də mümkün deyildir.
32. Göründüyü kimi, iddiaçı və onun övladının cavabdehin ailə üzvü kimi mübahisəli yaşayış sahəsindən istifadə etmək hüquqları olmuşdur. Lakin, tərəflər arasında nikah 2019-cu il tarixdə pozulduğundan və tərəflərin ailə münasibətlərinə faktiki xitam verildiyindən iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır.
33. Buna baxmayaraq, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin ikinci cümləsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həy ata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
34. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd edilən normaya əsasən iddiaçının (mülkiyyətçisinin keçmiş ailə üzvünün) maddi vəziyyətini və özünü yaşayış sahəsi ilə təmin etmək imkanının olmamasını nəzərə alaraq, onun müəyyən müddətə istifadə hüququnun saxlanılması (bu səbəbdən də 1 il müddətinə köçürülməli olması) nəticəsinə gəlmişdir. Bu hal isə iddia tələbindən kənara çıxma kimi qiymətləndirilə bilməz, çünki qanunverici belə bir səlahiyyəti məhkəməyə tanımışdır.
35. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı» Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 22 yanvar 2015-ci il tarixli qərardadından da görünür ki, mübahisəli münasibətlərin tərəflərinin maraqlarının ədalətli tarazlığını təmin etmək məqsədi ilə məhkəmələr keçmiş ailə üzvünün onun tərəfindən müvafiq tələbin verilməsindən asılı olmayaraq yaşayış sahəsindən müəyyən müddətə istifadə etmək hüququnun saxlanılması məsələsini həll etməlidirlər.
36. Apellyasiya instansiyası məhkəməsi nəzərə almışdır ki, mülkiyyətçinin keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun saxlanılması müddətinin (davamlılığının) müəyyənləşdirilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxaraq, Mənzil Məcəlləsi hər bir halda müvafiq yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvlərinin həmin yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün həqiqətən də əsasların olub-olmamasının yoxlanılmasının vacibliyini nəzərdə tutur, həmin şəxslərin istifadədə olan yaşayış sahəsindən çıxarılması isə yalnız işin hüquqi əhəmiyyət kəsb edən bütün hallarının məhkəmə tərəfindən yoxlanılmasından sonra mümkündür («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarı).
37. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə mal ik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
39. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
40. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qərar qəbul edildiyi andan qüvvəyə minir.