Məhkəmə qərarları › İş №2(102)-4353/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4353/2019

21.06.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4353/2019 21.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh MMC-nin (xxxx MMC) nümayəndəsi X2 iştirakı ilə, Cavabdeh MMC-nin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh MMC Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şika yəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh MMC-nə (xxxx MMC) qarşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə (sədrlik edən R.Səmədov, iş 2(006)-8388/2016) iddia tələbi rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixli qətnaməsi ilə (hakimlər T.Əliyev (sədrlik edən və məruzəçi), hakimlər T.Səmədov və İ.Şirinov, iş № 2(103)-9751/2016) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, iddianın təmin edil məsi, Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin 11.01.2016-cı il tarixli 2K nömrəli əmri ləğv edilməklə İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətində hüquq şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi, Cavabdeh MMC tərəfindən iddiaçıya məcburi işburaxma müddəti üçün (2.901,75 manat pulun artıq ödənildiyi nəzərə alınmaqla) əmək haqqının ödənilməsi, Cavabdeh MMC-dən 30 (otuz) manat dövlət rüsumunun dövlət büdcəsi hesabına tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 13 iyun 2017-ci il tarixli qərarı ilə (hakimlər İ.Dəmirov (sədrlik edən və məruzəçi), Ə.Rüstəmov və T.Qoldman, iş № 2(102)-3424/2017) Cavabdeh MMC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixliqətnaməsi ləğv ed ilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər İddiaçı (sədrlik edən və məruzəçi), hakimlər X.Mərdanova və X.Sarıyev, iş № 2(103)-852/2018) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22 sentyabr 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və sair tələbi barədə iddiasının təmin edilməsi, Cavabdeh MMC-nin 11.01.2016-cı il tarixli 2K nömrəli “Əmək müqaviləsinə xitam verilməsi haqqında əmri”nin ləğv edilməsi, iddiaçının Cavabdeh MMC-də hüquq şöbəsinin müdiri vəzifəsinə bərpa edilməsi və ona məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi qət edil mişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh MMC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh MMC-nin (xxxx MMC) nümayəndəsi X2 izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasını n vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki,“xxxx” - cavabdeh MMC-nin baş direktoru X4 ilə “İşçi” - iddiaçı arasında bağlanmış 01.03.2011-ci il tarixli, 76 “A” nömrəli “Əmək müqaviləsinə” görə, bu müqaviləyə əsasən iddiaçı aylıq əmək haqqı 1.808 manat müəyyən edilməklə 31.12.2011-ci il tarixədək MMC-nin Hüquq Şöbəsinin müdiri vəzifəsinə qəbul edilmişdir. MMC-nin baş direktoru X4 ilə iddiaçı arasında bağlanmış 05.01.2012-ci il tarixli 39 nömrəli müddətli “Əmək müqaviləsi” ilə tərəflər arasında bağlanmış əvvəlki müqavilə yenilənmişdir. Bu müqavilə 05.01.2012-ci il tarixdən 31.12.2012-ci il tarixə bağlanmışdır. MMC-nin baş direktoru H.Məmmədov ilə iddiaçı arasında bağlanmış “Əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə” 07.01.2014-cü il tarixli, 23 nömrəli müqavilə ilə əmək haqqının məbləği 700 manat müəyyən edilmiş, habelə tərəflər arasında bağlanmış 39 nömrəli müddətli “Əmək müqaviləsi” bu müqavilə qüvvəyə mindiyi andan öz hüquqi qüvvəsini itirmişdir. Eyni tərəflər arasında bağlanmış “Əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməs i barədə” 18.12.2014-cü il tarixli, 75 nömrəli müqavilə ilə iddiaçının əmək haqqısının məbləği01.01.2015-ci il tarixdən 3.100 manat müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən iddiaçıya ünvanlanmış 08.01.2016-cı il tarixli məktubaəsasən, iddiaçı ilə bağlanmış “Əmək müqaviləsinin” müddəti 05.01.2016-cı il tarixdə bitmiş, iddiaçı ona təklif edilmiş 1 ay müddətinə bağlanılması nəzərdə tutulan yeni əmək müqaviləsinin bağlanmasına razılıq vermədiyindən, onunla bağlanmış əvvəlki əmək müqaviləsinə xitam veriləcəyi bildirilmişdir. Cavabdeh MMC tərəfindən verilmiş 2 “K” nömrəli, 11.01.2016-cı il tarixli “xxxx” görə, iddiaçı ilə MMC arasında bağlanmış “Əmək müqaviləsinə” Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən11.01.2016-cı il tarixdən xitam verilmiş, eyni zamanda iddiaçıya 01.03.2015-ci il tarixdən əmək müqaviləsinə xitam verilən günədək istifadə edilməmiş 26.2 təqvim günü məzuniyyətə görə pul əvəzinin ödənilməsi əmr edilmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbinə görə: (1ci hissəsi) əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır; (2-ci hissəsi) Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir; (3-cü hissəsi) Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tər əfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Cavabdeh MMC kassasiya şikayətində qeyd edir ki, “Ali məhkəmənin Mülki Kollegiyasının 13 iyun 2017-ci il tarixli, 2 (202)- 3424/2017 saylı Qərarında göstərilmişdir ki, işə əlavə olunmuş “əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə” “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 23 saylı, 07 yanvar 2014-cü il tarixli müqavilənin 2.3cü bəndinə görə bu Müqavilənin qüvvəyə minmə tarixi 07 yanvar 2014-cü il sayılır.Həmin Müqavilənin 4.14-cü bəndində isə müəyyən edilir ki, işçinin iş dövrü təqvimlə hesablanır və bu müqavilənin qüvvəyə minmə tarixindən etibarən başlayıb müqavilənin 2.1-ci maddəsi ilə müəyyən edilmiş müddətin bitdiyi son təqvim günündən sonrakı təqvim günü bitir.Göründüyü kimi iddiaç ının da qəbul etdiyi 07 yanvar 2014-cü il tarixli, 23 saylı əmək müqaviləsinin məzmununa əsasən həmin müqavilədə müddətli bağlanmış bir müqavilədir və bu baxımdan məhkəmə kollegiyası iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilənin müddətsiz olmasına dair apellyasiya instansiya məhkəmə kollegiyasının gəlmiş olduğu qənaətlə razılaşmır və hesab edir ki, həmin xüsusat bir daha və daha ətrafla araşdırılmaqla iş üzrə qanunauyğun hüquqi nəticəyə gəlinməlidir.Göründüyü kimi işin faktiki halları apellyasiya instansiya məhkəmə kollegiyası tərəfindən tam, hərtərəfli və obyektibv olaraq araşdrılmamış, bununla əlaqədar maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.” Kassasiya şikayətinin həmin dəlili ilə əlaqədar Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işdə mübahisənin əsas mahiyyətini iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin müddətli və ya müddətsiz bağlanması təşkil edir. Bu xüsusatın araşdırılaraq düzgün nəticəyə gəlinməsi üçün tərəflər arasında bağlanmış müqavilələr və onlara dəyişiklik edilməsi barədə müqavilələr araşdırılmalı və müqavilədəki müddəalara hüquqi qiymət verilməlidir. Bunun üçün isə ilkin olaraq mülki işə həmin müqavilələrin əsli və ya qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş surəti əlavə olunmalıdır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, mülki işə tərəflər arasında bağlanmış 23 saylı 07 yanvar 2014-cü il tarixli müqavilənin əsli və ya onun lazımi qaydada təsdiq edilmiş surəti əlavə olunmamışdır. Ona görə də həmin müqavilədə tərəflər arasında razılaşdırılmış müddəaların onların verdikləri izahatlar ilə uyğunluq təşkil edib-etməməsi m üəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılarkən yol verilmiş prosessual pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnə bilərdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418.3-cü maddəsi nəzərdə tutur ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu pozuntu düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnsin və y a nəticələnə bilsin. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar