Məhkəmə qərarları › İş №2(102)-4353/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4353/2021

27.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4353/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı xx2na və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X6, Maraqlı şəxs X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3209/2021 nömrəli iş üzrə 18 ma rt 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 01.03.1996-cı il tarixli sərəncamı ilə X4 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sübhi küçəsi 6 A saylı evə daimi pasport qeydiyyatına alınmışdır. X8 03.05.2002-ci il tarixdə vəfat etmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi ilə xx2 arasında 06.09.2013-cü tarixdə bağlanmış 4524 saylı “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsi”nə əsasən ünvan 1 ünvanındakı Təsərrüfat blokunun yarımçıq tikilisinin istifadəsində olan 1769,9 kvadrat metr torpaq sahəsi adı çəkilən şəxsə satılm ış, 31.10.2013-cü il tarixdə xxxə sözügedən yarımçıq tikiliyə və torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı 1 X2 x1na və Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə (DƏDRX) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sübhi küçəsi 6 A ünvanında yerləşən 1600 kvadrat metr torpaq sahəsinin 1960ci illərdə X9 iştirakçısı kimi mərhum anasının istifadəsinə verildiyini, 1996-1998-ci illərdə Qaradağ RİHB sərəncamlarına əsasən həmin ünvana pasport qeydiyyatına alındıqlarını, Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 05.01.1997-ci il tarixili Sə rəncamı ilə həmin torpaq sahəsində tikdirdiyi yaşayış evinin X4 adına sənədləşdirilməsinin qərara alındığını, X4 03 may 2002-ci il tarixdə vəfat etdiyini, ölümündən sonra anasından qalmış həmin mirası qəbul etdiyini, lakin bu zaman ƏMDK-nin sözügedən torpaq sahəsini qanunsuz olaraq xxxə satdığını öyrəndiyini irəli sürmüş, buna görə də qeyd olunan torpaq sahəsinə dair xx2na verilmiş 31 oktyabr 2013-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertizanın rəyində (Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 11 sentyabr 2017-ci il tarixli rəyi), X5 adına hazırlanmış texniki pasportda torpaq sahəsinin koordinatlarının olmaması səbəbindən onun hansı torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etməyin mümkün olm adığı göstərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Kəmalə Əmirxanova) 07 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə iddia tələbini təmin etməyərkən həmin torpaq sahəsinin iddiaçıya (onun nənəsinə) ayrılması barədə sənəd aşkar edilməməsinə, iddiaçının və ya x1nın mülkiyyət hüququnun rəsmiləşdirilmədiyinə, torpağın xxxin mülkiyyətində olmasına əsaslanmışdır. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Apellyasiya icraatı zamanı iddiaçı tələbinə dəqiqləşdirmə ərizəsi verərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə xx2 arasında bağlanmış 05 sentyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqaviləyə əsasən xx2 adına daşınm az əmlakın dövlət reyestrində 31 oktyabr 2013-cü il tarixdə aparılmış qeydin pozulması və çıxarışın ləğv edilməsini xahiş etmişdir. Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin 26.11.2019-cu il tarixli ekspert rəyində X5 adına hazırlanmış texniki pasportda torpaq sahəsinin koordinatlarının olmaması səbəbindən onun hansı torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər: İkram Şirinov - sədrlik edən və məruzəçi, Tofiq Səmədov, Elşən Kazımov) 19 dekabr 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, qətnamə ləğv olunaraq yeni qətnamə çıxarılmış, iddiaçının apellyasiya baxışı zamanı iddia tələbini dəqiqləşdirməsi barədə ərizəsi də nəzərə alınmaqla onun iddia tələbi təmin edilmi ş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə xx2 arasında bağlanmış 05 sentyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, həmin müqaviləyə əsasən xx2 adına daşınmaz əmlakın dövlət reyestrində 31 oktyabr 2013-cü il tarixdə aparılmış qeydin pozulması və çıxarışın ləğv edilməsi qət olunmuşdur. Həmin qətnamədən ƏMDK DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və xx2 kassasiya şikayətləri vermişlər. Həmçinin qətnamənin hüquq və vəzifələrinə toxunduğunu irəli sürən X3 müraciəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təqdimat vermişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Ali Məhkəmənin Mülki Kollegiyasının (hakimlər: Gündüz Quliyev - sədrlik edən və məruzəçi, Aqil Abbasov, Zaur Əliyev) 25 noyabr 2020-ci il tarixli qərarı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin kassasiya şikayəti qismən, xx2nun kassasiya şikayəti və Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin təqdimatı təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 19 dekabr 2019-cu il tarixli qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin hazırkı işi yeni apellyasiya baxışına göndərərkən mövqeyi aşağıdakı kimi olmuşdur “...Tərəflər arasındakı mübahisə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sübhi küçəsində yerləşən torpaq sahəsi ilə bağlıdır. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, həmin əmlak Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 05 sentyabr 2013-cü il tarixdə Miranar Seyidova satılmışdır. Eyni zamanda, Miranar Seyidovla arvadı Cəmilə Babayeva arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair məhkəmə mübahisəsi olmuş, həmin iş üzrə yekun məhkəmə aktı əsasında torpaq sahəsinin 1/3 hissəsinə Miranar Seyidovun, 2/3 hissəsinə Cəmilə Babayevanın mülkiyyət hüququ tanınmışdır. İddiaçı iddia edir ki, həmin torpaq sahəsinin 800 kvadrat metr hissəsi onların ailəsinə məxsus olduğundan, həmin əmlakın Miranar Seyidovun xeyrinə əvəzli şəkildə özgəninkiləşdirilməsi barədə bağlanmış əqd qanunsuzdur. Bununla belə, iddiaçı həmin əqdin və əqd əsasında verilmiş mülkiyyət hüququnu təsdiq edən sənədin ləğv edilməsini tələb edir. Əvvəla, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsiilə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları müəyyən edilmişdir. Həmin mad dənin tələblərinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əqdin və ya orqanların, hüquqi şəxslərin hüquqi nəticə yaradan aktlarının və qərarlarının etibarsızlığı anlayışı isə onu ehtiva edir ki, qeyd edilən əqd, akt və ya qərar, hazırkı işə münasibətdə isə alqı-satqı müqaviləsi və çıxarış verildiyi və yaxud bağlandığı an qanunvericiliyin şərtlərinə uyğun verilməmiş və ya bağlanmamışdır. Yuxarıda qeyd edildiyi kimi, iddiaçı əqdin etibarsızlığını deyil, ləğvini tələb edir. Azərbaycan Respublikası MPMnin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya məhkəməsi tərəfindən qeyd olunanlara həmin maddənin tələbləri baxımından hüquqi qiymət verilmədən alqı-satqı müqaviləsinin etibarsızlığı barədə qətnamə qəbul edilmişdir. Digər tərəfdən yuxarıda qeyd edildiyi kimi iddiaçı çıxarışda qeyd olunan 0,17699 ha torpaq sahəsinin 800 kvadrat metr hissəsinin onların ailəsinə məxsus olduğunu mübahisələndirməklə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin apellyasiya instansiya məhkəməsi işin qeyd olunan halına da hüquqi qiymət verməmiş, bu halda iddiaçının həm in torpaq sahəsinə bağlanmış əqd ilə çıxarışı bütövlükdə mübahisələndirmək üçün subyektiv hüquqa malik olmamasına ümumiyyətlə hüquqi qiymət verməmişdir. Bundan başqa, apellyasiya məhkəməsi iş üzrə gəldiyi nəticənin əsası kimi 26 noyabr 2019-cu il tarixli ekspert rəyinə istinad etmişdir. Azərbaycan Respubikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin tələblərinə görə torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Qanunvericiliyin tələblərinə görə, məhkəmə tərəfindən yalnız torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq müvafiq sübut hesab edilə bilən rəy alınmaqla, iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri yerdə (naturada) müəyyən edilməklə, iddiaçının qanunsuz olaraq satıldığını istinad etdiyi torpaq sahəsi ilə üst-üstə düşübdüşm ədiyi müəyyən edilməklə iddia tələbinin əsaslı olub-olmaması nəticəsinə gəlmək olar. Halbuki yuxarıda qeyd edildiyi kimi apellyasiya məhkəməsi tərəfindən istinad olunan 26 noyabr 2019-cu il tarixli ekspert rəyində iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri ümumiyyətlə müəyyən edilməmişdir. xxxə satılmış torpaq sahəsi ünvan 1 ünvanında, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi isə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sübhi küçəsi 6 A ünvanında yerləşir. Bu halda məhz qeyd olunan ünvanda iddiaçıya məxsus torpaq sahəsinin sərhədləri yerində müəyyən edildikdən sonra iddia etdiyi 800 kvadrat metr torpaq sahəsinin xxxə satılmış və mülkiyyətində olan torpaq sahəsinin hansı hissəsi ilə üst-üstə düşüb-düşmədiyi müəyyən edilə bilər. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normaları pozulmuş, qanuni və əsaslı qətnamə qəbul edilməmişdir. Eyni zamanda yuxarıda qeyd edildiyi kimi, mübahisə predmeti olan torpaq sahəsi xxxlə bərabər Cəmilə Babayevanın paylı mülkiyyətindədir. Buna baxmayaraq, həmin torpaq sahəsi ilə bağlı hazırki mübahisəyə dair işə baxılması zamanı Cəmilə Babayevanln maraqlarına toxunan məsələnin həll edilməsinə baxmayaraq o, işə cəlb edilməmiş, nəticədə onun qanunla qorunan hüquqları pozulmuşdur”. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) 18 mart 2021-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinin qəbulundan imtina edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) 18 mart 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının mərhum nənəsinə torpaq sahəsi ayrılarkən qüvvədə olmuş, Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin 1-ci bəndinə görə, “vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir”. Həmin Əsasnamənin 2-ci və 3-cü bəndlərinə görə isə, “göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooper ativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Vətəndaşların arzusu ilə...fərdi, kollektiv, kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altındakı torpaqlara dair sənədlər... X1 və İstismarı Birliyi vasitəsi ilə də Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilə bilər” Məhkəmə müəyyən etmişdir ki, iddiaçının mərhum nənəsinə Qaradağ rayon İcra Hakimiyyətçi başçısının sözügedən sərəncamı əsasında ayrılmış torpaq sahəsi qanunvericiliyin yuxarıda göstərilən müddəalarına uyğun olaraq onun mülkiyyətinə keçirilməmişdir. Digər tərəfdən xxxə satılmış torpaq sahəsi ünvan 1 ünvanında, id diaçının ona məxsusluğunu iddia etdiyi torpaq sahəsi isə ünvan 4 ünvanlar fərqlidir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 14.02.2018-ci il tarixlı qətnaməsi ilə X7 məxsus ünvan 6 ünvanda yerləşən 1600 kvadrat metr torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən tikililərə İddiaçı vərəsəlik hüququ tanınmış, həmin qətnamə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti əsasında Bakı Apellyasi Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli qərardadı ilə ləğv olunaraq iddia ərizəsi baxılmamış saxlanılmışdır. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunan digər halına görə, Babayeva (Sarıyeva) Cəmilə Nazim qızının xx2na qarşı “birgə mülkiyyətdə olan əmlakın bölünməsi” tələbi Azərbay can Respublikası Ali Məhkəməsinin 24.07.2019-cu il tarixli qərarı ilə təmin edilmiş, ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə Cəmilə Babayevanın 2/3 hissədə, xxxin 1/3 hissədə payları tanınmışdır. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilə biləcək Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, məhz mülkiyyətində (qanuni sahibliyində) olduğunu iddia etdiyi torpaq sahəsinin cavabdehin qanunsuz sahibliyində olduğu müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi mübah isənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Bu qənaətə gələrkən məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh xxx mübahisəsi gedən torpaq sahəsinin 2/3 hissəsinə münasibətdə artıq faktiki olaraq iddiaya cavab verməli şəxs statusunu itirmişdir; torpaq sahəsinin 2/3 hissəsinin hazırkı mülkiyyətçisi olan Cəmilə Babayeva isə həmin sahə üzərində hüququ məhkəmə aktı əsasında əldə etməklə onun hüquqlarının xələl görməsi mümkün deyildir. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etir azın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxs məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veri lmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Torpaq Məcəlləsi Maddə 67.4 Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektv hüquq üç elemenin məcmusu kimi qiymtələndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüq uqu; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin d əlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı kassasiya şikayətində mübahisəli torpaq sahəsinin onun mərhum nənəsinin mülkiyyəti kimi tanınmasını göstəmişdir. Lakin işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına əsasən iddiaçının mərhum nənəsinə Qaradağ rayon İcra Hakimiyyətçi başçısının sərəncamı əsasında ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin 10.01.1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə uyğun olaraq onun mülkiyyətinə keçirilməmiş, mülkiyyət hüququnun dövlət qeydi yyatına alınması üçün Güllü İsmayılova sağlığında təşəbbüs göstərməmişdir. Həmin torpaq sahəsinin sonuncudan qalmış miras əmlakın kütləsinə daxil olması, İddiaçı mirası qəbul etməsi, bu barədə Vərəsəlik hüququ haqqında şəhadətnamənin və ya qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması müəyyən edilmir. İddiaçı mübahisələndirdiyi torpaq sahəsinin cavabdeh xxxin adına dövlət qeydiyyatına alınması barədə 31.10.2013-cü il tarixli Çıxarışın ləğvi tələbini irəli sürərkən ƏMDK ilə xx2 arasında bağlanmış 06.09.2013-cü tarixli 4524 saylı “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqavilə”ni etibarsızlığını irəli sürməmiş, bu müqavilə ləğv olunmadan Çıxarışın ləğvinin mümkünsüzlüyünü nəzərə almamışdır. Digər tərəfdən xxxə satılmış torpaq sahəsi ünvan 1 ünvanında, iddiaçının ona məxsusluğunu iddia etdiyi torpaq sahəsi isə Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Sübhi küçəsi 6 A ünvanında yerləşir. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş ka ssasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3209/2021 nömrəli iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar