Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4354/2020 13.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və X2 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator Cavabdeh2, vəkilləri X4, X1 və Cavabdeh3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(009)-412/2018, hakim Z.Ə.Əliyev) İddiaçı ASC-nin cavabdehlər Cavabd eh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh1 qarşı iddiası qismən təmin edilmiş, Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Səbail rayonu, 4-cü Nərimanov döngəsi, 35 saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-4890/2018, hakimlər X.A.Mərdanova, İ.Ş.Vəliyev və E.M.Həsənov) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh2 verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: XXX 5/8 hissədə Cavabdeh1, 3/8 hissədə isə X5 məxsus olmuşdur. Həmin əmlakın Cavabdeh1 məx sus hissəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və təmin edilən öhdəlik icra edilmədiyindən həmin əmlak açıq hərracdan İddiaçı ASC-yə satılmış və xx.xx.2017-cil tarixdə sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx xxxxxxx 2017-ci il tarixdə İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 bankın mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, 4-cü Nərimanov döngəsində yerləşən 35 saylı fərdi yaşayış evinin 5/8 hissəsindən çıxarılmaları, həmin hissənin boşaldılıb banka təhvilverilməsi və cavabdehlərin həmin evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, k assasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə qanuni və əsaslı olmayan nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkilləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instans iya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını paylı mülkiyyətdə olan fərdi yaşayış evinin iddiaçıya məxsus 5/8 hissəsindən cavabdehlərin çıxarılmaları, həmin hissənin boşaldılıb banka təhvilverilməsi və cavabdehlərin həmin evə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən iddia cavabdehlər Cavabdeh2 və Cavabdeh3 həmin evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissəsində təmin edilmişdir. İddianın təmin edilməyən hissəsində qətnamə mübahisələndirilmir. Hazırda həmin qətna mənin dəyişdirilmədən saxlanılması barədə apellyasiya instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 şikayəti əsasında yoxlanılır. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 mübahisəli əmlaka hər hansı əşya hüququ müəyyən edilmədiyindən, iddiaçı həmin əmlakın 5/8 hissəsini yüksüz şəkildə əldə etmişdir. Apellyasiya məhkəməsinin də istinad etdiyi xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci və 6-cı hissələrinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə mə hkəmə qaydasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli Qararının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin Məcəllənin 87-ci maddənin 2-ci hissəsinə əsasən, icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başq a yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Qeyd olunan maddi hüquq normalarının mənasından göründüyü kimi, şəxsin daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməsi və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməsini sübut etmək üçün ilk növbədə həmin şəxsin qeydiyyatda olduğu mənzili tərk edərkən məhz hansı yaşayış sahəsinə köçməsini və həmin yaşayış sahəsində hansı hüquqla, yəni mülkiyyətçi kimi, icarədar kimi və yaxud mülkiyyətçi və ya icarədarın ailə üzvü kimi yaşamasının müəyyən edilməsi zəruridir. Apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Cavabdeh2 mülkiyyətçilərlə ailə münasibətləri əsasında istifadə hüquqularının yaranması müəyyən edilməmişdir. Belə hüquqları yaranmış olsaydı belə, Cavabdeh2 həmin yaşayış yerini daimi tərk etdiyindən həmin hüquqları aradan qalxmışdır. Bu halda hazırki mübahisə üzrə İradə Abbasovanın XXXnə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbi iş üzrə müəyyən edilmiş həqiqi hallarla uzlaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən gəlinən iş üzrə gəlinən nəticə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmaqla maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğ vi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4354/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4354/2020
13.08.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver