Məhkəmə qərarları › İş №2(102)-4354/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4354/2023

04.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4354/2023 04.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmək müqaviləsinin və əmrin ləğv olunması, əvvəlki ixtisas dərəcəsinə və vəzifəyə bərpa olunması, əmək haqqı və pul təminatının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinin və əmrlərin ləğv olunması, əvvəlki ixtisas dərəcəsinə və vəzifəyə bərpa olunması, əmək haqqı və pul təminatının ödənilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegi yasının 2(103)-4535/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 4 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı 26 aprel 2011-ci il tarixli, 57 K saylı əmrə əsasən Yasamal rayon Qaz İstismarı İdarəsində təbii qazın qəbulu və satışı şöbəsinə 8-ci dərəcəli texnik vəzifəsinə keçirilmişdir. 2. 19 iyul 2014-cü ildə X1 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və Mübariz adlı ilk övladını 30 mart 2015-ci il tarixdə dünyaya gətirmiş, bu səbəbdən sosial məzuniyyətə çıxmışdır.

3. İddiaçı Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər iş inə qəbul edilməsi ilə bağlı müraciət etmişdir. 4. 22 dekabr 2015-ci il tarixdə tərəflər arasında əmək müqaviləsi bağlanmış, iddiaçı 23 dekabr 2015-ci il tarixli əmrlə əmək müqaviləsi əsasında bir il müddətinə Birliyin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə təyin edilmişdir.

5. Həmin tarixli əmrlə iddiaçının ərizəsi əsasında başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən - təbii qazın qəbulu və satışı şöbəsinə 8-ci dərəcəli texnik vəzifəsindən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi və iddianın dəqiqləş dirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, analıq məzuniyyətində olduğu dövrdə Cavabdeh İB tərəfindən 22 dekabr 2015-ci il tarixdə tərtib olunmuş əmək müqaviləsinin, habelə iddiaçının Bakı Regional Qazın Satışı Departamentində qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmasına dair əmrin və əmək müqaviləsinin qanunsuz və əsassız olduğu üçün ləğv olunması, Cavabdeh İB-nin üzərinə iddiaçının analıq məzuniyyətinə çıxana qədər işlədiyi və əmək haqqı, eləcə də digər təminatları eyni olan 8-ci dərəcəli texnik vəzifəsinə bərpa olunması, analıq məzuniyyətindən qayıtdıqdan sonra qanunsuz olaraq çıxarıldığı əvvəlki 8-ci dərəcəli texnik vəzifəsi üzrə əmək haqqı və pul təminatının Cavabdeh İB tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi barədə q ətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 26 avqust 2008-ci il tarixdə Cavabdeh İB-nin Yasamal rayon Qaz İstismar İdarəsinə Qazın qəbulu, satışı və hesabatı şöbəsinə 7-ci dərəcəli operator (kompüter üzrə) peşəsinə işə qəbul olunmuşdur. Daha sonra o, Cavabdeh İB-nin 11 mart 2009-cu il tarixli, 06/K saylı əmri üzrə 8-ci dərəcəli kompüter operatoru peşəsinə işə qəbul olunmuşdur. Cavabdeh İB üzrə 26 aprel 2011-ci il tarixli, 57 K saylı əmrə əsasən Yasamal rayon Qaz İstismarı İdarəsində təbii qazın qəbulu və satışı şöbəsinə 8-ci dərəcəli texnik vəzifəsinə işə keçirilmişdir və həmin vəzifədə ailə həyatı qurduğu tarixə qədər, yəni 2014-cü ilə qədər işləmişdir. Həyat yoldaşı ilə nikaha daxil olduqdan sonra 30 mart 2015-ci il tarixdə oğlu Mübarizi n dünyaya gəlməsi səbəbindən iddiaçı qismən ödənişli sosial məzuniyyət hüququndan istifadə etmiş və analıq məzuniyyətinə çıxmışdır. 20 iyul 2016-cı il tarixdə iddiaçı 2-ci dəfə ana olmuşdur. O, analıq məzuniyyətini autizm xəstəsi olan övladının səhhəti ilə bağlı 2021-ci ilin yanvar ayına qədər uzatmışdır. İddiaçı işə çıxdıqda onun əmək və sosial hüquqlarının kobud şəkildə pozulmasını, autizm xəstəsi olan övladı 30 mart 2015-ci il təvəllüdlü Mübarizi müalicə etdirdiyi dövrdə 22 dekabr 2015-ci il tarixdə Cavabdeh İB ilə saxta əmək müqaviləsi bağlandığını, 2015-ci ilin dekabr ayında 8 aylıq xəstə uşağını qoyub işə çıxmağı barədə onun yerinə və onun xəbəri olmadan adından Cavabdeh İB-nin rəhbərliyinin adına ərizə yazıldığını öyrənmişdir. İşə çıxanda isə iddiaçının ixtisas dərəcəsi 8-ci dərəc ədən 5-ci dərəcəyə qanunsuz olaraq salınmışdır. İddiaçı Cavabdeh İB ilə 22 dekabr 2015-ci il tarixdə heç bir əmək müqaviləsi bağlamamışdır. 2014-cü ildən 2021-ci ilədək analıq məzuniyyətində olması ilə bağlı əmək kitabçasında heç bir qeydiyyat aparılmamışdır. 9. 05.08.2021-ci il tarixdə cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının 1 aylıq iddia müddətini ötürməsinə istinad etməklə iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

10. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5123/2021 saylı, 3 sentyabr 2021ci il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2022-ci il tarixli, 4/1672 saylı ekspert rəyinə əsasən 22 dekabr 2015-ci il tar ixli ərizədə, həmçinin iddiaçı və cavabdehin arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli əmək müqaviləsində olan yazıların və imzanın İddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir.

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(011)-125/2022 nömrəli qətnaməsi ilə (A.Həsənova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh tərəfindən tərtib edilmiş 22 dekabr 2015-ci il tarixli, 82/k saylı əmrin, İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli, 795 saylı əmək müqaviləsinin, habelə iddiaçının Bakı Regional Qazın Satışı Departamentində qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmasına dair 23 dekabr 2015-ci il tarixli, SOCAR/15-2900/xx-xx-001305 saylı əmrin ləğv olunması, İddiaçı analıq məzun iyyətinə çıxana qədər işlədiyi və əmək haqqı, eləcə də digər təminatları eyni olan 8ci dərəcəli texnik vəzifəsinə bərpa olunması, iddia tələbinin qalan hissədə, yəni “analıq məzuniyyətindən qayıtdıqdan sonra qanunsuz olaraq çıxarıldığı əvvəlki 8-ci dərəcəli texnik vəzifəsi üzrə əmək haqqı və pul təminatının Cavabdeh İB tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi” hissəsində rədd edilməsi, iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manatın İddiaçı alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət olunmuşdur.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı 26 aprel 2011-ci il tarixli, 57 K saylı əmrə əsasən Yasamal rayon Qaz İstismarı İdarəsində təbii qazın qəbulu və satışı şöbəsinə 8-ci dərəcəli texnik vəzifəsinə keçirilmişdir. İddiaçı 19 iyul 2014-cü ildə ailə həyatı qurmuş, o, ilk övladı Mübarizi 30 mart 2015-ci il tarixdə dünyaya gətirmişdir. İddiaçı analıq məzuniyyətində olarkən 22 dekabr 2015-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərək tutduğu vəzifədən azad edilmişdir. İş materiallarından görünür ki, iddiaçının ərizəsi əsasında o, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilməsi ilə bağlı müraciət etmişdir. 22 dekabr 2015-ci il tarixdə iddiaçı və cavabdeh arasında əmək müqaviləsi bağlanmış, iddiaçı 23 dekabr 2015-ci il tarixli əmrlə əmək müqaviləsi əsasında bir il müddətinə Birliyin Bakı Regional Qazın Satışı Departamentinin Qazın balansı və satışı şöbəsində 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə təyin edilmişdir. İşin hallarından görünür ki, iddiaçı analıq məzuniyyətində olmasına baxmayaraq, onunla bir əmək müqaviləsinə xitam verilmiş, digər müqavilə bağlanmışdır.

13. Məhkəmə araşdırması zamanı cavabdeh tərəf məhkəmə iclaslarında iştirak edərək iddiaçının şəxsi ərizəsinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə, daha sonra isə öz razılığı ilə yeni vəzifəyə keçirilməsinə istinad edərək iddia tələbinə etiraz etmişdir. Lakin cavabdeh bu halı təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən cavabdehə sorğular göndərilmiş, iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinin, iddiaçı tərəfindən yazılmış ərizənin, iddiaçının şəxsi işinin məhkəməyə təqdim edilməsi tələb edilmişdir. Lakin Cavabdeh İB məhkəmənin sorğusuna cavab verməmiş, mülki işin araşdırılması üçün tələb edilən zəruri sənədləri məhkəməyə təqdim etməmiş və məhkəmənin müvafiq qərardadına əsasən cərimə olunmuşdur.

14. Məhkəmə daha sonra əmək müqaviləsinə, habelə iddiaçının qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmasına dair əmrə münasibətdə qeyd etmişdir ki, 22 dekabr 2015-ci il tarixli müqavilə qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır. Belə olan halda 23 dekabr 2015-ci il tarixli əmr də qanu ni hesab edilə bilməz.

15. Beləliklə, məhkəmə hesab etmişdir ki, cavabdeh tərəf iddiaçının öz ərizəsi və razılığı əsasında onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini və digər vəzifəyə keçirilməsini təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etmədiyindən, iddiaçı analıq məzuniyyətində olduğu halda onunla bağlanmış əmək müqaviləsinə qanunsuz olaraq xitam verildiyindən, həmçinin iddiaçının 23 dekabr 2015-ci il tarixli əmrlə keçirildiyi peşə qadın əməyinin tətbiqi qadağan olunan peşələr siyahısına daxil olduğundan, Cavabdeh tərəfindən tərtib edilmiş 22 dekabr 2015-ci il tarixli, 82/k saylı əmr, İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli, 795 saylı əmək müqaviləsi, habelə iddiaçının Bakı Regional Qazın Satışı Departamentində qaz avadanlıqların ın istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmasına dair 23 dekabr 2015-ci il tarixli əmr ləğv olunmalı, iddiaçı analıq məzuniyyətinə çıxana qədər işlədiyi və əmək haqqı, eləcə də digər təminatları eyni olan 8-ci dərəcəli texnik vəzifəsinə bərpa olunmalıdır.

16. Məhkəmə daha sonra qeyd etmişdir ki, 22 dekabr 2015-ci il tarixli ərizədə və iddiaçı ilə cavabdehin arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli müqavilədə olan yazıların və imzanın iddiaçı tərəfindən icra olunub-olunmadığını müəyyən etmək üçün məhkəmə tərəfindən xətşünaslıq ekspertizası keçirilməsi barədə qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 yanvar 2022-ci il tarixli ekspert rəyinə əsasən həmin ərizənin İddiaçı tərəfindən yazılıb imzal andığı müəyyən edilmişdir.

17. Məhkəmə iddia tələbinin “analıq məzuniyyətindən qayıtdıqdan sonra qanunsuz olaraq çıxarıldığı əvvəlki 8-ci dərəcəli texnik vəzifəsi üzrə əmək haqqı və pul təminatının Cavabdeh İB tərəfindən hesablanaraq iddiaçıya ödənilməsi” hissəsinə qiymət verərək belə hesab etmişdir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı iddia tələbini həmin hissədə əsaslandırmamışdır, məhkəməyə iddiaçının 5-ci dərəcəli çilingər vəzifəsində çalışarkən aldığı əmək haqqı ilə bağlı sənədlər təqdim olunmuş, lakin onun daha öncəki dövrdə 8-ci dərəcəli texnik vəzifəsində çalışarkən aldığı əmək haqqının miqdarı ilə bağlı hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə tərəfindən həmin əmək haqqı fərqinin hesablanması mümkün olmamışdır.

18. Məhkəmə ca vabdeh tərəfin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə qeyd etmişdir ki, pul tələbi ilə əlaqədar işçinin, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət etmək hüququ mövcuddur. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsində pul vəsaiti də tələb etdiyindən, həmçinin o, 2021-ci ildə işə geri qayıtdığından iddia ərizəsi ilə 4 iyun 2021-ci il tarixdə məhkəməyə müraciət etmiş, iddia müddəti iddiaçı tərəfindən ötürülməmişdir. Ona görə də, cavabdehin ərizəsi əsassızdır.

19. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsini 1-ci və 3-cü hissəsinə, 296-cı maddəsinin 2-ci bəndinə, 241.1 və 296.4-cü maddəsinə, “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələ rin (vəzifələrin), habelə yerlatı işlərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

20. Cavabdeh apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 18 mart 2022-ci il tarixli, 2(011)-125/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmaqla, işi tam və hərtərəfli araşdırmadan qanunazidd qətnamə qəbul etmişdir. Qanunvericilikdə “Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hes ab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün” olması göstərilmişdir. Qeyd edilməlidir ki, iddiaçı ilə bağlanmış xx.xx.2015-ci il tarixli, 795 saylı əmək müqaviləsi şəxsin öz iradəsi ilə ifadə etdiyi müraciətindən sonra rəsmiləşdirilmiş, həmin müqavilənin sürəti ona bir gün sonra yəni xx.xx.2015-ci il tarixdə rəsmi olaraq təqdim edilmiş, iddiaçı müqavilədən rəsmi olaraq məlumatlı olmasına baxmayaraq həmin halı uzun müddət mübahisələndirməmişdir. Məhkəmə tərəfindən sübutlara hərtərəfli və tam baxılmamış, iş materialları hərtərəfli araşdırılmadan əsassız olaraq iddiaçının xeyrinə qətnamə qəbul edilmişdir. Bundan əlavə, məhkəmə tərəfindən ekspertizanın rəyi nəzərə alınmamış, ekspertiza tərəfindən iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli müqaviləyə cavabdehin imza etməsi müəyyən edilsə də, əmək müqaviləsinə qanunun tələblərinə zidd olaraq müqavilənin ləğv edilməsi barədə qərar qəbul etmişdir. Bununla da cavabdehin ziyanına olan qətnamə elan etmişdir. Məhkəmə xx.xx.2015-ci il tarixli əmək müqaviləsini qanunun tələblərini pozmaqla bağlanmasını qeyd etsə də, faktiki olaraq pozuntunun nədən ibarət olmasını tam əsaslandırmamış, iddiaçının könüllü olaraq xx.xx.2015-ci il tarixli müraciətini isə görməməzlikdən gəlmişdir. Hesab edir ki, bu halı düzgün qiymətləndirməmişdir.

22. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı göstərmişdir ki, hazırkı iş üzrə iddiaçı 2015-ci ildə vəzifəsinin dəy işdirilməsinə məcburiyyət qarşısında ərizə yazsa da, əmrdən xəbərdar olmamışdır. Çünki analıq məzuniyyətində olduğu halda aşağı vəzifəyə keçmək iddiaçıya lazım deyil idi. İddiaçı hal-hazırda da Cavabdehndə işləyir. Belə ki, 2021-ci ilin fevralında işə geri qayıtmışdır, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə uyğun olaraq əmrin iddiaçıya verildiyi cavabdeh tərəfindən təqdim edilən sənədlərdən sübut olunmur, (işçinin hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirmədən bilə-bilə qəsdən pozulduğu gündür). İddiaçı daha sonra Bakı İnziba ti Məhkəməsinə və 4 iyun 2021-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Ona görə də, cavabdehin ərizəsi əsassızdır.

23. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra– apellyasiya instansiyası məhkəməsi) 2(103)-7154/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Şərafət Məmmədova (sədrlik edən və məruzəçi) Fuad Babayev və Rafael Eyvazov) apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

24. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları bir inci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur.

25. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə, Əmək Məcəlləsinin Maddə 2-ci maddəsinin 3-cü hissəsinə, 111-ci maddəsinə, 69-cu maddəsinin 1-ci hissəsinə, 69-cu maddəsinin 3-cü hissəsinə, 241.1-ci maddəsinə, 296-cı maddəsinin 2-ci bəndinə və 296.4-cü maddəsinə, “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yerlatı işlərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

26. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya ins tansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.

28. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiya məhkəməsi) 2(102)-1515/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərarı ilə (hakimlər M.Əhmədova (sədrlik edən və məruzəçi), Ə.Əliyev və V.Həsənov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

29. Kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmamış və hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və pr osessual hüquq normalarının tələblərini pozmuşdur. Nə birinci, nə də apellyasiya instansiyası məhkəməsində iddia müddəti ilə bağlı ərizəyə verilən hüquqi qiymət düzgün olmamış, cavabdehin dəlilləri ilə bağlı ətraflı araşdırma aparmamış, iddia müddətinin tətbiqi barədə ərizəyə hüquqi qiymət verərkən iddia tələblərindən birinin pul tələbi olması əsası ilə işə 1 illik iddia müddətinin tətbiq edilməsi barədə mövqeləri düzgün olmamışdır. Birinci instansiya məhkəməsi iddiaçının yalnız əmrin ləğvi və işə bərpa tələblərini əsaslı hesab edərək təmin etmiş, apellyasiya məhkəməsi də məhkəmənin mövqeyi ilə razılaşmışdır. Halbuki, məhkəmələr iddia müddəti barədə ərizəyə hüquqi qiymət verərkən, təmin edilmiş iddia tələbləri üzrə tətbiq edilməli olan iddia müddətinə dair mövcud maddi hüquq normasını tətb iq etməmişlər. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günü müəyyənləşdirmədən, iddiaçının hansı məzuniyyət növündən hansı tarixlərdə istifadə etməsini aydınlaşdırmadan, iddiaçının hazırki iddia tələbləri ilə məhkəməyə 5 ildən sonra müraciət etməsini nəzərə almadan və iddiaçının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndində göstərilən 1 aylıq müddəti ötürübötürməməsini araşdırmadan iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan qətnamə qəbul etmişdir. 22 dekabr 2015-ci il tarixdə əmək müqaviləsi üzrə vəzifəsinin, əmək şəraitinin və ixtisas dərəcəsinin dəyişməsindən məlumatlı olmuşdur. Apellyasiya instansiyası məhkəməsi isə qeyd olunan hallara diqqət yetirməmiş, mübahisə tərəf i olan cavabdehin hazırki əmək mübahisəsinə iddia müddətinin tətbiqi barədə müraciətinə düzgün hüquqi mövqedən yanaşmamışdır. İşə baxan apellyasiya məhkəməsi iddiaçının qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə təyin edilməsinin Əmək Məcəlləsinin 241.1-ci maddəsinin tələblərinin pozuntusu kimi qeyd etsə də, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında” 05 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə həmin maddə ləğv edilmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

30. Bakı Apellyasiya instansiya məhkəməsinin 2(103)-4535/2023 nömrəli, 27 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər E.Həsənov (sədrlik edən və məruzəçi), X.Mərdanova və S.Bəhrəmzadə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər i Xətai Rayon Məhkəməsinin 2(011)-125/2022 saylı iş üzrə 18 mart 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni Cavabdeh tərəfindən tərtib edilmiş 22 dekabr 2015-ci il tarixli 82/k saylı əmrin, İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış 22 dekabr 2015-ci il tarixli 795 saylı əmək müqaviləsinin, habelə iddiaçının Bakı Regional Qazın Satışı Departamentində qaz avadanlıqlarının istismarı və təmiri üzrə 5-ci dərəcəli çilingər vəzifəsinə təyin olunmasına dair 23 dekabr 2015-ci il tarixli SOCAR/15-2900/xx-xx-001305 saylı əmrin ləğv olunması, İddiaçı analıq məzuniyyətinə çıxana qədər işlədiyi və əmək haqqı, eləcə də digər təminatları eyni olan 8-ci dərəcəli texnik vəzifəsinə bərpa olunması” hissəsində ləğv edilmiş və həmin hissədə yeni qətnamə çıxarılaraq İddiaçı iddia tələbləri rə dd edilmişdir.

31. Apellyasiya məhkəməsi Ali Məhkəmənin mövqeyi və əsaslandırması ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin iddia müddəti ilə bağlı ərizəyə verdiyi hüquqi qiymət, xüsusilə də iddia tələblərindən birinin pul tələbi olması əsası ilə işə 1 illik iddia müddətinin tətbiq edilməsi barədə mövqeyi düzgün olmamışdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün əsas mövcud deyildir. İddiaçı 22 dekabr 2015-ci il tarixdə Cavabdeh İB-nin Bakı regional qazın satışı departamentinin “Qazın balansı və satışı şöbəsi”nə “qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingə r” vəzifəsinə qəbul olmaq üçün göndərişə, həmin tarixdə qeyd olunan vəzifəyə qəbul edilmək üçün ərizəyə və vəzifəyə təyin olunma barədə bağlanmış 795 nömrəli əmək müqaviləsinə şəxsən imza etmişdir.

32. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı xx.xx.2020-ci il tarixdə əmək hüquqlarının pozulması və uşağının xəstəliyi ilə əlaqədar 6 ay müddətinə ödənişsiz məzuniyyətin verilməsi barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsman) və Cavabdeh İB-yə müraciət ünvanlamış, müraciətinə xx.xx.2020-ci il tarixdə Cavabdeh İB tərəfindən cavab verilmiş, cavabda iddiaçıya 22 dekabr 2015-ci il tarixli ərizəsinə əsasən Birliyin 23 dekabr 2015-ci tarixli, SOCAR/15-2900/xx-xx-001305 nömrəli əmri ilə Bakı Regional Qazın Satışı Departamentinin “Qazın bala nsı və satışı şöbəsi”nin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edildiyi, sahə üzrə ixtisasları uyğun olan ali və orta ixtisas təhsilli texnik vəzifəsi üzrə işləyən işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədi ilə onların imtahana dəvət edildiyini, ali və orta ixtisas təhsilli olmadığı üçün onun imtahana dəvət olunmadığı bildirilmişdir. Göründüyü kimi iddiaçı əmək müqaviləsi üzrə vəzifəsinin, əmək şəraitinin və ixtisas dərəcəsinin dəyişməsindən ən azından 2020-ci ilin ortalarında məlumatlı olmuş, 2021-ci ilin ortalarında məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür.

33. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin “iddiaçının “qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər” peşəsinə təyin edilməsinin Əmək Məcəllə sinin 228-ci maddəsinin tələblərinə uyğun olmadığı” qənaəti ilə də razılaşmamış və qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr tarixli 170 nömrəli qərarı ilə təsdiq edilmiş “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin” Siyahısında “neft-mədən avadanlığının təmiri və texnoloji avadanlığın quraşdırılması və xidməti ilə məşğul olan təmirçi-çilingər” vəzifəsi göstərilsə də, iddiaçının əmək funksiyası “neft-mədən avadanlığının təmiri və texnoloji avadanlığın quraşdırılması” ilə bağlı olmamışdır.

34. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11(ə) bəndinə, 42, 68.168.2 (b), (c), (ç), (e), (d) bəndlərinə, 70, (b), (c), (ç), (e), (d) bəndlərinə, 71.3, 125.1, 228, 296.2, 300.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, analıq məzuniyyətində olduğu dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il tarixli qərarı ilə təsdiq olunmuş qadın əməyinin tətbiqinin qadağan olunduğu qaz sahəsi üzrə çilingər peşəsinə işə keçirilmişdir. Himayəsində autizm xəstəsi olan övlad var və onun aylıq müalicəsi xeyli xərc aparır. Belə olan vəziyyətdə cavabdeh qurumun 2 ildən artıq müddətdir ki, onun əmək hüquqlarını pozur və onları bərpa etmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

37. Cavabdeh kassasiya şikayətinə etiraz edərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4535/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

38. Maddə

35. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi

39. Maddə 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

40. Maddə 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: (“a”) tərəflərdən birinin təşəbbüsü; (“b”) əmək müqavilə sinin müddətinin qurtarması; (“c”) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; (“ç”) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); (“d”) tərəflərin iradəsindən asılı olmayan hallar; (“e”) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

41. Maddə

70. Əmək müqaviləsinin işəgötürən tərəfindən hansı hallarda ləğv edilə bilməsi göstərilmişdir. Həmin əsaslar aşağıda göstərilənlərdən ibarətdir: (“a”) müəssisə ləğv edildikdə; (“b”) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; (“c”) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; (“ç”) işçi özünün əmək funksiyasını və ya əm ək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; (“d”) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; (“e”) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.

42. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

43. Maddə 296.2. Bu maddənin birinci hissində göstərilən haldan başqa qalan bütün hallarda işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

44. Maddə 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesa b sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçü n əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilə rək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

58. Məhkəmə kol legiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4535/2023 nömrəli mülki iş üzrə 27 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar