Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4356/2020 06.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kolegiyasının İddiaçı “xxxx” İKB ASC cavabdehlər Cavabdeh1və Cavabdeh2 qarşıiş üzrə QƏRARİ (Açar sözlər:kredit borcunun tutulması) Bakı şəhəri, xx xxxxxx 2020-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X2 ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-2611/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (keçmiş “xxxx” X4 ASC) tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları
1. İddiaçı “xxxx” İKB ASC (bundan sonra iddiaçı və ya bank) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6-G-1-0-2231-14 saylı kredit müqaviləsinə əsasən borc alana illik 26 faizlə 60 ay müddətinə 60000 manat məbləğində kredit verilmişdir.
2. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6-G-1-0-2231-14 saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı qismində ipoteka qoyanın mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən, 60 nömrəli evin 3 otaqlı, 58 kvadrat metr ümumi, 45 kvadrat metr yaşayış sahəsindən ibarət 6 nömrəli mənzili (bundan sonr a mənzil) iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqaviləyə əsasən tərəflər ipoteka ilə yüklü edilmiş daşınmaz əmlakın qiymətinin 110000 manat müəyyən edilməsi barədə razılığa gəlmişlər. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Bakı şəhər Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və yüklülük barədə DƏDRX tərəfindən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarış verilmişdir. 3. “xxxx” İKB ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 6-G-1-0-223114 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, zamin borcalanın bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür və bank qarşısında borcalanla birgə məsuliyyət daşıyır. 4. xx.xx.2017-ci il t arixli ərizənin surətindən görünür ki, ipoteka saxlayan tərəfindən ipoteka qoyana ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə həmin tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. İpoteka bildirişinin qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə börcun ödənlməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” İKB ASC ilə Fadinİqor Nikolayeviç arasında bağlanmış xx.xx.2014-cü il ta rixli, 6-G-1-0-223114 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə xx.xx.2014- cü il tarixli, 6-G-1-0-2231-14 saylı kredit müqaviləsi üzrə 53864,33 manat əsas, 24283,51 manat faiz, 934,61 manat cərimə olmaqla, cəmi 79082,45 manat borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tutmanın Fadinİqor Nikolayeviçə məxsus olan mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, ipoteka predmetinə tutma yönəldikdən və o satıİdıqdan 1 ay sonra Cavabdeh1 istifadə hüququnun itirilmiş hesab edilməsi, həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2018-ci il tarixədək Cavabdeh1 kredit müqaviləsi üzrə banka 53864.33 manat əsas, 24283.51 manat faiz, 934.61 manat cərimə borcu olmaqla cəmi 79082.45 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanımn yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. 7. “xxxx” İKB ASC-nin maliyyə arayışından göründüyü kimi, Cavabdeh1 xx.xx.2014-cü il tarixli, 6-G-1-0-2231-14 saylı kredit müqaviləsi üzrə borcu xx.xx.2018-ci il tarixə 53864,33 manat əsas, 24283,51 manat faiz, 934,61 manat cərimə olmaqla, cəmi 79082,45 manat təşkil edir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019cu il tarixli, 16092 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən xx.xx.2014-cü il tarixli, 6-G-1-0-2231-14 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2018-ci il tarixə banka olan borcu ümumilikdə 77725,78 manat müəyyən edilmişdir, o cümlədən: - əsas borc üzrə - 52857,42 manat; faiz borcu üzrə - 24868,36 manat.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Emin Mehdiyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, “xxxx” ASC ilə Fadinİqor Nikolayeviç arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 6-G-1-0-2231-14 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2Kənan oğlundan müştərək qaydada xx.xx.2014-cü il tarixli, 6-G-1-0-2231-14 saylı kredit müqaviləsi üzrə 52857,42 manat əsas və 24868,36 manat faiz, 50 manat cərimə olmaqla, cəmi 77775,78 manat məbləğində borc və 58,80 məhkəmə xərcləri “xxxx”ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka qoyulmuş, Cavabdeh1 məxsus Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən, 60 nömrəli evin 3 otaqlı, 58 kvadrat metr ümumi, 45 kvadrat metr yaşayış sahəsindən ibarət 6 saylı mənzilinə yönəldilərək ilkin satış qiymətinin 110000 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, mənzilə tutma yönəldildikdə və o satıldıqda ən geci 1 ay ərzində Cavabdeh1 mənzildən çıxarılması və mənzilin boşadılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərinin 147 manatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2Kənan oğlundan, 3 manatının isə iddiaçı “xxxx” ASC-dən tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi borc məbləğini müəyyən edərkən ekspert rəyinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Aida Hüseyn) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iləiddiaçı “xxxx” ASC tərəfindən verilm iş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi cərimə borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 934,61 manat cərimə borcunun alınaraq iddiaçı “xxxx” ASC-yə ödənilməsi, ipoteka predmeti olan mənzil ilkin satış qiymətinin 88000 manat müəyyən edilməsi qət olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyin normaları və tərəflər arasında bağlanmış müqavilənin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh kredit müqavilə si ilə üzrəinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də o, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
13. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən əsas və faiz borcun məbləği düzgün müəyyən edilmişdir, belə ki, həmin məbləğlər işin faktiki hallarına, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və onun ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən olunmuş qrafikə uyğun olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəm ə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (keçmiş “xxxx” X4 ASC) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-2611/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə müqavilə bağlandığı andan qüvvəyə minir və borcalanm üzərinə götürdüyü öhdəliyə görə hesablanmış faizlərin tam ödənilməsinə, həmçinin bank qarşısında müqavilədə nəzərdə tutulan bütün öhdəliklər yerinə yetirilməsinədək qüvvədə qalır. Bu səbəbdən, iddia tələbi məhkəmə qətnaməsi ilə təmin ediləcəyi təqdirdə belə ödənilməmiş əsas borc məbləğinə görə faiz hesablanması öh dəlik tam icra olunanadək davam etdirilməlidir. Məhkəmə cavabdehin borcunun məbləğini müəyyən edərkən iş materiallarında olan ekspert rəyinə istinad etmişdir. Lakin ekspert rəyi ilə cavabdehin borcunu düzgün hesablanmamışdır. Bununla da əsas və faiz borcunun hesablanmasında yanlışlığa yol vermişdir. Təkrar ekspertiza təyin edilməli və ekpert rəyi təqdim edilmiş digər sübutlarla yanaşı qiymətləndirilməli idi. Lakin məhkəmə prosessual pozuntuya yol verərək təkrar ekspertiza aparmadan səhv hüquqi nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. İddiaçının vəkili X3 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
18. Mə hkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 19. 385.1-ci maddəsi əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 20. 386.1-ci maddəsi öhdəliyin zərər vurulması, əsassız varla nma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştiakçıları arasında müqavilə olmalıdır. 21. 739-cu maddəsi borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 22. 442-ci maddəsi öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüs urlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 23. 14.2-ci maddəsi məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 24. 77.1-ci maddəsi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 25. 103.1-ci maddəsi Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 26. 101.7-ci maddəsi Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 27. 102.2-ci maddəsi Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. 28. 407.2-ci maddəsi Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 29. 416-ci maddəsi Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
30. Kassasiya inst ansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız iddiaçı bank kasasiya şikayəti vermiş və qətnaməni iddia tələbinin rədd edilən hissədə (tələb edilən əsas və faiz borc məbləğinin rədd edilən hissəsi) mübahisələndirir. Cavabdehlər isə qətnamədən kasasiya şikayəti verməmişlər. Ona görə də, qətna mə iddiaçının kasasiya şikayətinə əsasən yalnız mübahisələndirilən hissədə kasasiya qaydasında yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Kasasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, iddiaçı ekspert rəyinin əsassız olduğunu qeyd etmiş, lakin etirazının əsası kimi istinad etdiyi bu halı əsaslandırmamış, r əyin əsassızlığının nədən ibarət olduğunu göstərməmişdir.
34. İddiaçı kassasiya şikayətində təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilmədiyini qeyd etmiş, lakin təkrar ekspertizanın keçirilməsinin zəruriliyini əsaslandırmamış, iş üzrə təkrar ekspertizanın keçirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud olmamışdır. (§ 27)
35. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (keçmiş “xxxx” X4 ASC) tə rəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)-2611/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi iddiaçının kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov