Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4356/2024 23.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin forma və məzmuna uyğun olmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)- 490/2024 nömrəli, 7 oktyabr 202 4-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 23 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (bundan sonra cavabdeh, MMC) iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 64.200 manat pulun və ödənilmiş 282,6 manat dövlət rüsumunun tutulub ona qaytarılması dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat:
2. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(007)-78/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qətnaməsi i lə (hakim Ülkər Yusifova) iddia qismən təmin olunmuş, cavabdeh MMC-dən 49.703,9 manat məbləğində pulun və ödənilmiş 282,6 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
3. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-78/2023 nömrəli, 10 mart 2023cü il tarixli “qətnamədə yol verilmiş yanlışlığın aradan qaldırılması barədə” qərardadı ilə, birinci instansiya məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qətnaməsinin qət etdi hissəsinin aşağıdakı kimi oxunması: “iddia təmin edilsin, cavabdeh MMC-dən 64.200 manat məbləğində pul və ödənilmiş 282,6 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilsin” qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
4. Qərardaddan cavabdeh MMC tərəfindən verilmiş şikayətə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-490/2024 nömrəli, 17 iyul 2024-cü il tarixli qərardadı ilə, şikayət təmin edilərək, birinci instansiya məhkəməsinin 10 mart 2023cü il tarixli qərardadı ləğv edilmişdir.
5. Qətnamədən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Həmçinin, qətnamədən cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instаnsiyа məhkəməsinin qətnаməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-490/2024 nömrəli, 7 okt yabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Vahid Sadıqov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdeh MMC-dən iddiaçıya ödənilməli olan məbləğlə bağlı hissədə dəyişdirilirək, həmin məbləğin 64.200 manat olaraq müəyyənləşdirilməsi qət olunmuşdur.
8. Qətnamədən cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2-2(103)-776/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
9. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
10. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı.
11. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və ya xud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
12. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
13. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
14. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
15. Maddə
409. A pellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
16. Məhkəmə kollegiyası kassasiya şikayətinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, cavabdeh MMC (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
17. Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi MPM-nin 402.1-ci maddəsində nəzərd ə tutulmuş tələblərə tam əməl etməmişdir. İş materialları araşdırılarkən məlum olmuşdur ki, cavabdeh MMC kassasiya şikayətində apellyasiya instansiya məhkəməsinin 2(103)-490/2024 nömrəli, 7 oktyabr 2024-cü il tarixli qətnaməsini deyil, apellyasiya instansiya məhkəməsinin kommersiya kollegiyasının 2-2(103)-776/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qətnaməsini mübahisələndirmişdir.
18. Belə ki, kassasiya şikayətinin “şikayət verən şəxsin tələbi” hissəsində Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2-2(103)-776/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair qərar qəbul olunmasını xahiş edilmişdir.
19. Belə olan halda cavabdeh MMC-nin kassasiya şikayətində qeyd olunan tələbini, yəni nəyi mübahisələndirdiyini müəy yən etmək mümkün deyildir. Göründüyü kimi hazırki kassasiya şikayətində şikayəti verən şəxsin tələbi aydın olmamaqla, şikayət Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş formada tərtib edilməmişdir. Bu halda kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməsinin nədən ibarət olması da göstərilməmişdir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə Əlavə 3-ün “kassasiya şikayəti verən şəxsin tələbi” adlı 9-cu bəndində göstərilmişdir ki, bu hissədə kassasiya şikayəti verən şəxs özünün tələblərini aydın göstərməli, yəni, məhkəmə aktının tam və ya qismən ləğv edilməsinə, eləcə də iş üzrə yeni qərar çıxarılmasına və ya işin təkrar apellyasiya baxışına göndərilməsinə dair tələblərini dəqiq bildirməlidir.
21. Həmçinin yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası MPM-nin 408.1-ci maddəsinə əsasə kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, habelə kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
22. Göstərilən halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 407-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.
23. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud dü zgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə), apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
24. Beləliklə, cavabdeh MMC tərəfindən kassasiya şikayəti verilərkən MPM-nin 407ci maddəsinə riayət olunmadığından kassasiya şikayəti icraata qəbul edilə bilməz.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxma q üçün prosessual əsasların olması daxildir.
26. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
27. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh MMC-nin (Vəkil2) kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.
28. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 408 və 411-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-490/2024 nömrəli, 7 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayəti qe yri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.