Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4357/2019 19.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Əkbərli Əkbər Eldar oğlunun katibliyi, iddiaçı Ərizəçi nümayəndəsi X6, vəkili Vəkil iştirakları ilə,Baki Apellyasiya Məhkəməsinin MK-nın 28 yanvar 2019-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Baki şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-7493/2018 12 sayli 12 oktyabr 2018-ci il tarixli qərari ilə ərizə təmin edilərək Ərizəçi 1973-cü ilin iyun ayindan 1978-ci ilin sentyabr ayina qədər Ermənistan Respublikasi (keçmiş Ermənistan SSR-nin)Qafan rayonunda "xxxx"adina sovxozda fəhlə vəzifəsində işləməsi faktinın təsdiq edilməsi qət edilmişdir. Baki Apellyasiya 2(103)-881/2019 saylı, 28 yanvar 2019-ci il tarixli qətnaməsi ilə (sədrlik еdən hаkim A.Hüseynov, A.İmanov, V.Sadıqov) apellyasiya şikayəti qismən təmin edilərək Baki Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7493/2018 sayli iş üzrə 12 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləvğ edilməsi, iş üzrə yeni qətnamə çixarılmasi, ərizə qismən təmin edilərək xx xxxxxxx 1957-ci il tarixində anadan olmuş Ərizəçi 1973-cü ilin iyun ayindan 1978-ci ilin sentyabr ayina qədər Ermənistan SSR "xxxx" H eyvandarliq Kolxozunda və "xxxx" sovxozunda fəhlə işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. İŞİN HALLARİ: Ərizəçi əmək stajının təsdiq edilməsi faktının müəyyən edilməsi tələbi barədə ərizə ilə Sabunçu rayon Məhkəməsinə müraciət edərək, 1973-cü ilin iyun ayından 1978-ci ilin sentyabr ayınadək Ermənistan SSR "xxxx" Heyvandarliq Kolxozunda və "xxxx" sovxozunda əmək fəaliyyəti müddətinin əmək pensiyası təyin edilməsi üçün onun ümumi iş stajına daxil edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi və vəkili Vəkil kassasiya şikayəti ve rərək şikayəti onunla əsaslandırmışlar ki, ərzəçinin Ermənistan SSR "xxxx" Heyvandarlıq Kolxozunda və "xxxx" sovxozunda 1974-cü ilin iyun ayindan 1978-ci ilin sentyabr ayınadək işlədiyini təsdiq edən hər hansı mötəbər sübut yoxdur.Məhkəmənin qərarı təmamilə şahid ifadələrinə əsaslanmışdır,faktın hər hansı digər şəkildə yoxlanılması həyata keçirilməmişdir.Düşünürük ki,məhkəmə qərar qəbul edərkən bütün faktiki halları araşdırmamış,mövcud qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri yerinə yetirməmişdir. Ona görə də, Baki Apellyasiya Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli,2-(103)-881/2019 sayli qətnaməsinin ləvğ edilməsini, Ərizəçi tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı Ərizəçi nümayəndəsi X6 və vəkili Vəkil şikayətinin dəlilləri ilə razilaşmadığ ıni vurğulayaraq şikayətin təmin edilməməsini Baki Apellyasiya Məhkəməsinin 28 yanvar 2019-cu il tarixli,2-(103)-881/2019 sayli qətnaməsinin dəyişdirilmədən saxlanilmasini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə digər tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, digər tərəflər üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 28 yanvar 2019-cu il tarixli qətnaməsidəyişdirilmədən saxlanilmalidir. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416 -cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş halları əsasında belə nəticəyə gəlmişdir ki, ərizəçi xx.xx.1957-ci il tarixdə Ermənistan SSR Qafan rayonunda anadan olub və hal-hazırda Bakı şəhəri,Maştağa qəsəbəsi,subtropik sovxozu,ev 1 ünvanında qeydiyyatda olmaqla yaşayir. Ərizəçi pensiya təyin olunması üçün maraqlı şəxsə müraciət etmiş,lakin sığorta stajı kifayət etmədiyindən ərizəsi təmin edilməmişdir. Apellyasiya baxışı zamanı dindirilmiş şahidlər X8 və X10 ərizəçi ilə həmyerli olduqlarını,əmək kitabçalarin da göstərilən dövrdə "xxxx" Heyvandarliq Kolxozunda işlədiklərini,sonradan kolxozun bölünməsi nəticəsində “"xxxx"” sovxozunun yarandığını ərizəçinin də həmin dövrdə onlarla birlikdə həmin təsərrüfatda fəhlə işlədiyini bildirmişlər. Əslində baxış keçirməklə surəti iş materiallarina əlavə edilmiş şahidlərin əmək kitabçaları əsasında müəyyən edilmişdir ki, X9 1966-1977-ci illərdə, X10 isə 1971-1986-cı illərdə "xxxx" Heyvandarlıq Kolxozunda və "xxxx" sovxozunda işləmişlər. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə görə işçinin əmək fəaliyyəti haqqinda sənəd əmək kitabçası hesab edilir (maddə 87). “Əmək pensiyaları haqqında” Azərbaycan Respub likasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunmasi, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” nın 3.4-cü maddəsinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzürlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin səndləri bərpa etmək mümkün olmadıqda sığortaolunanların sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-ə müvafiq olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1, 307.1).Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa,məhkəmə hüquqi əhəmiyyəti o lan faktları o zaman müəyyən edə bilər ki,ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə müvafiq olaraq məhkəmə xüsusi icraat qaydasında, həmçinin fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktların müəyyən edilməsi haqqında işlərə baxır (maddə 305.1.1, 307.1). Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır (maddə 307.2.11). Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (maddə 308). Maraqlı şəxsin apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunun tələblərinə əməl etməməsi barədə kassasiya şikayətinin dəlillərinə qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər apellyasiya şikayətinin dəlilləri ilə eynidir, həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən verilmiş qiymətlə məhkəmə kollegiyası razılaşır və ona görə də kassasiya şikayətinin dəlillərini eyni əsaslarla qiymətlənləndirilməsinə zəmin görmür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin nəticələri işin faktiki hallarına uyğun olmaqla onun tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmişdir. Kassasiya şikayətinin dəlilləri isə qanuni və əsaslı olan apellya siya instansiyası məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla prosessual və maddi hüquq normaları düzgün tətbiq olunaraq iş üzrə düzgün hüquqi nəticəyə gəlinmişdir. Ona görə də kassasiya şikayəti təmin olunmadan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 28 yanvar 2019-cu il tarixli qə tnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4357/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4357/2019
19.06.2019 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver