Məhkəmə qərarları › İş №2(102)-4357/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4357/2023

12.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4357/2023 12.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qızına qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4357/2023 (Açar sözlər: yaşayış evi və torpaq sahəsinin qanunsuz istifadədən geri alınması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış evi və torpaq sahəsinin qanunsuz istifadədən geri alınması” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-646/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 12 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Lənkəran rayonu Aqrar İslahatı Komissiyasının 18 iyun 1998-ci il tarixli 11 saylı qərarına əsasən, X14 mülkiyyətinə -“Torpağa mülkiyyət hüququna dair” JN:1626 kod 80202004 saylı dövlət aktı üzrə, Lənkəran rayonu, Liman şəhərində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və “Torpağa mülkiyyət hüququna dair” JN:743A kod 80202004 saylı dövlət aktı üzrə Lənkəran rayonu, Liman şəhərində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi verilmişdir.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquql arın Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı Çıxarışına əsasən, Liman şəhəri, X28 küçəsində yerləşən 0,02 ha yaşayış məntəqəsinə aid torpaq sahəsi X15 adına xx.xx.2012-ci il tarixdə qeydə alınmışdır.

3. Lənkəran rayonu Aqrar İslahatı Komissiyasının 18 iyun 1998-ci il tarixli 11 saylı qərarına əsasən, X12, Cavabdeh və X4 mülkiyyətinə -“Torpağa mülkiyyət hüququna dair” JN:1625 kod 80202004 saylı dövlət aktı üzrə, Lənkəran rayonu, Liman şəhərində yerləşən 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və “Torpağa mülkiyyət hüququna dair” JN:743A kod 80202004 saylı dövlət aktı üzrə Lənkəran rayonu, Liman şəhərində yerləşən 0,02 ha həyətyanı torpaq sahəsi verilmişdir.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daş ınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı Çıxarışına əsasən, Liman şəhərində yerləşən 0,1361 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, X12 və X4 adına xx.xx.2018-ci il tarixdə qeydə alınmışdır.

5. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X7 və Mülkiyyət hüquqların qeydiyyatı haqqında 229A saylı Qeydiyyat Vəsiqəsinə əsasən, Liman şəhəri, X28 küçəsi 119 ünvanında 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 33,7 kv.m., o cümlədən yardımçı sahəsi 19,7 kv.m. olan yaşayış evi 1/2 hissədə X3, 1/2 hissədə isə X8 adına xx.xx.2002-ci il tarixdə 209A nömrəli kitabda, 1443 saylı inventar nömrəsi ilə qeydə alınmışdır.

6. Lənkəran rayonu 1 saylı notariat ofisinin xüsusi notarius u tərəfindən təsdiq edilmiş AN-İ ******* nömrəli xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, X6 şəhəri, X28 küçəsində mülkiyyətində olan 0,02 ha həyətyanı torpaq sahəsini X1.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Liman şəhəri, X28 küçəsində olan 0,02 ha həyətyanı torpaq sahəsi X16 adına **********47 saylı xx.xx.2020 tarixli reyestr nömrəsi ilə qeydə alınmışdır.

8. İddiaçı dediyinə görə Nağıyeva (Babayeva) Umu Mikayıl qızı onun anasıdır. X21 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı Cavabdeh qarşı “yaşayış evi və torpaq sahəs inin qanunsuz istifadədən geri alınması” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, RX ******* saylı Reyestr Çıxarışına əsasən 0,02 ha həyətyanı torpaq sahəsi və Lənkəran rayonu, Liman şəhəri, X28 küçəsi ev 119 ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslanmışdır ki, mərhum X9nın mülkiyyətində 1626, Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, RX ******* saylı Reyestr Çıxarış ına əsasən 0,02 ha həyətyanı torpaq sahəsi və Lənkəran rayonu, Liman şəhəri, X28 küçəsi ev 119 ünvanda yerləşən fərdi yaşayış evi olmuşdur. X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Anasının yeganə övladı və vərəsəsidir. Hazırda yuxarıda qeyd etdiyi əmlaklar Cavabdeh Nizam qızı tərəfindən qanunsuz olaraq zəbt edilib və istifadə edilir. Mərhum anasının yeganə vərəsəsi olaraq dəfələrlə cavabdehdən həmin əmlakları ona təhvil verməsini tələb etməyisinə baxmayaraq cavabdeh bundan imtina edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

11. Cavabdeh birinci instansiya məhkəməsinə ünvanladığı iddia ərizəsinə qarşı yazılı etirazında bildirmişdir ki, iddiaçı onun ögey xalası olmaqla Salyan şəhərində yaşayır. Mərhum X2na Lənkəran Rayon İcraiyyə Komitəsinin 14 dekabr 1984-cü il tari xli qərarı ilə nənəsinin, yəni X11 öhdəsində olan 0,04 ha torpaq sahəsinin 0,02 ha hissəsi verilmiş və həmin 0,02 ha torpaq sahəsində yaşayış evi tikmək üçün Port-iliç şəhər XDS İcraiyyə Komitəsinin 30 oktyabr 1984-cü il tarixli 12 nömrəli qərarı ilə fərdi yaşayış evi tikilməsinə icazə verilmişdir. Daha sonra həmin mübahisəli ev tikilmiş, o, və bacısı həmin evdə yaşamışlar. Həmin həyətin qalan 0,02 ha sahəsində isə Züleyxa Babayevanın öz evi olmuş, Züleyxa 1984-cü ildə vəfat etdikdən sonra həmin ev sökülmüşdür. Züleyxanın sökülmüş evinin həyəti olan 0,02 ha torpaq sahəsini isə nənəsi X21 təqribən iki il əvvəl qonşuları olan Şahinin qaynı Rəşad adlı şəxsə satmışdır. X2 17 avqust 2001-ci il tarixdə vəfat etmişdir. Anasından qalmaqla Lənkəran rayonu Liman şəhəri (keçmiş Port-iliç şəhəri) X28 küçəsi, 119-da yerləşən ümumi sahəsi 33,7 kv.metr, yaşayış sahəsi 19,7 kv.metr olan iki otaqlı evin 1/2 hisəsi özünün, 1/2 hissəsi isə ögey, atadan ayrı, anadan bir olan bacısı X8 adına rəsmiləşdirilməklə bu barədə onlara 16 aprel 2002-ci il tarixdə 209A nömrə ilə qeydiyyata alınmaqla qeydiyyat vəsiqəsi verilmişdir. Anasının onlardan başqa heç bir vərəsəsi yoxdur, iddiaçının iddia ərizəsində göstərdikləri tamamilə yalandır. O, heç vaxt heç kimin evini zəbt etməmişdir. Həmin evin iddiaçıya heç bir aidiyyəti yoxdur. Onun tələb etdiyi 0,02 ha torpaq sahəsi anası Umu tərəfindən rəsmi olaraq Rəşad adlı şəxsə satılmışdır, iddianın pay torpaq hissəsinə münasibət bildirərək göstərir ki, iddiaçı yalnız iddianın sonunda həmin tələbi də qoymuş, lakin iddianın həmin hissəsini əsaslandırmamışdır. O, he ç bir payı bəlli torpağı zəbt etməmişdir. Mərhum anası və bacısı Günaya məxsus 0,14 ha torpaq sahəsi vardır ki, həmin torpaq sahəsinin iddiaçıya heç bir aidiyyəti yoxdur. Belə ki, həmin kənd təsərrüfat təyinatlı torpq sahəsi Lənkəran rayonu Aqrar İslahat Komissiyasının 18 iyun 1998-ci il tarixli 11 nömrəli qərarı ilə onlara verilmişdir. İddiaçının anası, onun isə nənəsi Umu Nağıyevanın adına da həmin vaxt 0,05 ha torpaq sahəsi verilmişdir ki, həmin torpaq sahəsinin ona heç bir aidiyyəti olmamaqla o, həmin torpaq sahəsini zəbt etməmiş və ümumiyyətlə həmin torpaq sahəsinin harada yerləşdiyini belə bilmir.

12. Lənkəran Rayon Məhkəməsinin 2(049)-3470/2022 nömrəli, 23 noyabr 2022-ci il tarixli qətnaməsi ilə, (hakim Nicat Ağabəyov) iddia tələbi rədd edilmişdir.

13. Birinci instansiya məhkəməsi i ddianı rədd edərkən ilk növbədə qeyd etmişdir ki, iddia tələbinin yönəldiyi şəxs - Cavabdeh atasının adı Namizəd olduğu halda iddiaçı iddia ərizəsində cavabdeh şəxs qismində Cavabdeh Nizam qızına qarşı iddia qaldırmışdır. xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş cavabdehin iddia ərizəsinə etirazına əlavə etdiyi Seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, vəsiqə sahibinin atasının adı Namizəddir. Bundan başqa, həm iddiaçı, həm də cavabdehin məhkəməyə təqdim etdikləri, iddia tələbinin və iddiaya etirazın əsası kimi istinad etdiyi halları əks etdirən sənədlər kserosurətdir.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçı iddia etdiyi mərhum anasından miras qalmış əmlakların onun tərəfindən faktiki qəbul edilməsi ilə bağlı sübutl arı, o cümlədən mirasın qəbulu faktını rəsmiləşdirən sənəd hesab edilən vərəsəlik şəhadətnaməsini məhkəməyə təqdim etməmişdir. Qanunvericilikdə mirasın qəbul edilməsi faktı ya vərəsəlik şəhadətnaməsinin əldə edilməsi və ya vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi, ya da əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa təsdiq edən sənədlərin təqdim edilməsi ilə müəyyən edilmişdir. Lakin, hazırki iş üzrə iddiaçı mərhum anası Umi Nağıyevadan miras qaldığını iddia etdiyi Lənkəran rayonunda yerləşən miras əmlakların onun tərəfindən qəbul edilməsi ilə bağlı məhkəməyə vərəsəlik şəhadətnaməsi, mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsini təsdiq edən, eləcə də əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut edən halları özündə əks etdirən heç bir sübut təqdim etməmişdir.

15. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1145, 1146, 1151, 1159.1.1, 1159.1.3, 1243.1, 1243.2, 1243.3, 1245, 1246-cı maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarına, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülk i Prosessual Məcəlləsinin 307.2.9cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə, MPM-nin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməməsi barədə yeni qərarın qəbul olunmasınıxahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinc i instansiya məhkəməsinin qətnaməsi tamamilə qanunsuz və əsassızdır. Belə ki, mərhum X9nın mülkiyyətində 1626, Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, RX ******* saylı Reyestr Çıxarışına əsasən 0,02 ha həyətyanı torpaq sahəsi və Lənkəran rayonu, Liman şəhəri, X28 küçəsi ev 119 ünvanda yerləşən fərdi yaşayış evi olmuşdur. X9 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Anasının yeganə övladı və vərəsəsidir. Hazırda yuxarıda qeyd etdiyi əmlaklar Cavabdeh Nizam qızı tərəfindən qanunsuz olaraq zəbt edilib və istifadə edilir. Mərhum anasının yeganə vərəsəsi olaraq dəfələrlə cavabdehdən həmin əmlakları ona təhvil verməsini tələb etməyisinə baxmayaraq cavabdeh bundan imtina etmişdir. Bu səbəbdən də anasından qa lmış mirası bu günə kimi istifadə edə bilməmişdir. Lənkəran Rayon Məhkəməsi qətnaməsində mirasın faktiki qəbulu ilə bağlı heç bir sənədin olmadığını qeyd etmişdir. Bununla bağlı qeyd olunmalıdır ki, cavabdeh anasından miras qalmış əmlakdan istifadəyə ona icazə vermir. Əgər icazə vermiş olsaydı və o, miras əmlakı istifadə etmiş olsaydı, o zaman faktiki qəbulla bağlı hər hansı bir sənəd təqdim edə bilərdi. Cavabdehin onun rəhmətlik anası ilə heç bir qohumluq münasibəti yoxdur. Eləcə də məhkəmə təqdim edilmiş sənədlərin ksero surət olduğunu qeyd edərək təqdim etdiyi sənədləri möhtəbər sübut kimi qəbul etməmişdir. Halbuki o, məhkəmə iclasında həmin sənədlərin əsillərinin onda olmadığını və həmin sənədlərin əsillərini əldə edə bilmədiyini dəfələrlə qeyd etmişdir. Məhkəmə belə olan halda karguza rliq qaydalarına və qanunvericiliyə əsasən tərəflərin əldə edə bilmədikləri məlumatları məhkəmə sorğusu ilə dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan və hətta fiziki şəxslərdən tələb etmək hüququna malikdir. Lakin məhkəmə belə bir addım atmayaraq qanunsuz və əsassız olaraq iddia tələbini rədd etmişdir. Məhkəmə araşdırması düzgün aparılmamışdır. Tərəflərin əldə edə bilmədiklərin sübutların alınması ilə bağlı məhkəmə heç bir addım atmamışdır.

18. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-646/2023 nömrəli, 13 iyul 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Pərviz Əhmədov), iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş ü zrə yeni qətnamə qəbul edilməsi, iddiaçının cavabdehə qarşı “1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, RX ******* saylı Reyestr Çıxarışına əsasən 0,02 ha həyətyanı torpaq sahəsi və Lənkəran rayonu, Liman şəhəri, X28 küçəsi ev 119 ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsinin təmin edilməməsi qət olunmuşdur.

19. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsi ilə iddianı rədd edərkən 3 əsasa istinad etmişdir. Həmin əsaslardan birincisi iddiaçının cavabdehin atasının adının “Namizəd” olduğu halda iddiaçının cavabdehin atasının adının “Nizam” kimi yazması və bu barədə dəqiqləşdirmə aparmaması olmuşdur. İkinci əsas isə iddiaçının iddiaçının nənəsi X13 qalmış qeyd edilən miras əmlakı qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada qəbul etməməsinə istinad etmişdir. Halbuki “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarında göstərilir ki, Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququ n xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. Buna görə də Konstitusiya Məhkəməsinin Plenum Qərarı göstərilənlər baxımından, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (a ltı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Məhkəmənin istinad etdiyi digər üçüncü əsas iddiaçı tərəfindən təqdim edilən sənədlərin ksero surət olması olmuşdur. Halbuki, məhkəmə prosesual qənaət prinsipinə riayət edərək ona təqdim edilmiş sənədlərin təsdiq edilmiş surətlərini müvafiq təşkilatlara sorğu etməklə əldə edib işə əlavə edə bilərdi.

20. Məhkəmə kollegiyası mübahisələndirilən torpaq sahəsi və ev ilə bağlı qeyd edib ki, iddiaçı tələb etdiyi daşınmaz əşyaların faktiki olaraq cav abdehdə olmasını sübut edə bilməmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının nənəsi vəfat etməzdən əvvəl qeyd edilən əmlakın bəzisini Rəşad Məmmədov adlı şəxsə satmaqla özgəninkiləşdirmişdir. Cavabdehə gəldikdə isə iş materialları ilə müəyyən olunur ki, cavabdeh hazırda yaşadığı evi vərəsəlik yolu ilə X2ndan qəbul etmişdir.

21. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, ümumiyyətlə iddiaçı anasına məxsus olan əmlakların cavabdehin sahibliyinə keçməsini, cavabdehin həmin əşyaya faktiki sahibliyinin qanunsuz olmasını və yaxudda ki, həmin əşyaların faftiki olaraq cavabdehdə olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.

22. Apelyasiya instasiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4-cü maddələrinə, “Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

23. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddiamın təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun mərhum X9nın mülkiyyətində 1626, KOD 80202004 saylı dövlət aktına əsasən Lənkəran rayonu, Liman şəhərində 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, RX ******* sayl ı çıxarışa əsasən 0,02 ha həyətyanı torpaq sahəsi və Lənkəran rayonu Liman şəhəri, X28 küçəsi, ev 119 ünvanında yerləşən fərdi yaşayış evi olmuşdur. Anasının yeganə övladı və vərəsəsi iddiaçıdır. Lakin anasının mülkiyyətində olan və vərəsəliklə ona məxsus əmlakı cavabdeh zəbt etmiş və qaytarmaq istəmir. Nəticədə onun mülkiyyət hüquqları pozulmuşdur. İddiaçı vərəsə olaraq həmin əmlaklara mülkiyyət hüququ anası vəfat etdiyi andan yaranmışdır. Faktiki olaraq anasından qalmış miras əmlakı iddiaçı idarə edir və mirası o, qəbul edib. Lakin məhkəmə həmin halları araşdırmadan, mülkiyyət hüququnu pozmaqla qətnamə qəbul etmişdir. Qətnamədə göstərilmişdir ki, iddiaçı həmin əmlakların cavabdehdə olması barədə sübut təqdim etməyib. Bu tamamilə absurd fikirdir. Çünki iddiaçı daşınmaz əmlakın mövcudluğun u sübut edir, onun zəbt olunmasını yalnız ekspertiza keçirilməklə və ya yerində baxış keçirməklə müəyyən etmək olardı. Cavabdeh etiraz ərizəsində özü etiraf etmişdir ki, həqiqətən həmin 0,02 ha torpaq sahəsində inşa olunan evdə yaşayırlar. Lakin məhkəmə həmin halların heç birini araşdırmamışdır. Məhkəmə qeyd edib ki, iddiaçının miras əmlakı qəbul etməsinə dair sənəd təqdim edilməmişdir. Halbuki, qanunvericiliyin tələbinə əsasən vərəsə mirası idarə etməyə başladığı andan faktiki olaraq mirası qəbul etmiş sayılır. Məhkəmə iddiaçının mülkiyyət hüquqlarını pozmaqla qətnamə qəbul etmişdir. Prosessual hüquq pozuntulara gəldikdə, məhkəmə sübutları tam araşdırmamış, sübutlara hərtərəfli hüquqi qiymət verilməmiş, sübutlar tam toplanmamış, məhkəmə prosesləri çəkişmə prinsipi əsasında aparılmamış, mə hkəmə işin faktiki hallarını tam olaraq araşdırmamışdır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri:

25. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı cavabdeh yazılı etiraz verərək, kassasiya şikayətinin əsassız olduğunu, mübahisələndirilən miras mülkün iddiaçıya heç bir aiddiyatının olmamasını, iddia ərizəsində və kassasiya şikayətində yazdıqları dəlilləri təsdiq edən heç bir rəsmi sənədi məhkəməyə təqdim etmədiyini qeyd etmiş, kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

26. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. Maddə

29. Hər kəsin mülkiyyət hüqu qu vardır.Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyaclarıvə ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

28. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edi r və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Maddə 152.5. mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

33. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

34. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

35. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

36. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.

37. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

38. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüquq unun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

39. Maddə

55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

40. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericilikdə müəyyən edilmiş qay dada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

41. Maddə

68. Torpaq sahələrinin üzərində hüquqlar torpaq sahələrinin, sərhədlərinin yerdə müəyyən edilməsindən, onların plan və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

42. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəç ilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

43. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

46. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Madd ə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfin dən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

53. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

54. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməs inin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

55. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır.

58. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi, iddia tələbinin rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi əsası ilə ləğv edərək, RX ******* saylı Reyestr Çıxarışına əsasən 0,02 ha həyətyanı torpaq sahəsi və Lənkəran rayonu, Liman şəhəri, X28 küçəsi ev 119 ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddia ərizəsinin təmin edilməməsi barədə nəticəyə gələrkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etsə də, “Torpağa mülkiyyət hüququna d air” JN 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddia ərizəsinin təmin edilməməsi barədə nəticəyə gələrkən maddi və prosessual hüquq normalarının tələblərinə düzgün əməl etməmiş, həmin hissədə düzgün qətnamə qəbul etməmişdir.

59. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən, “Torpağa mülkiyyət hüququna dair” JN 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddianın rədd edilməsinə münasibətdə ləğv olunmalı və həmin hissədə yenidən baxılması üçün iş apellyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməməklə, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

60. Məhkəmə kollegiyası RX ******* saylı Reyestr Çıxarışına əsasən 0,02 ha həyətyanı torpaq sahəsi və Lənkəran rayonu, Liman şəhəri, X28 küçəsi ev 119 ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddia tələbinin rədd edilməsinə münasibətdə apellyasiya məhkəməsinin gəldiyi nəticənin əsassız olması barədə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin hazırki q ərarın 19-20-ci paraqraflarında əksini tapmış həmin əsaslandırması ilə razılaşır.

61. Məhkəmə kollegiyası yuxarıda göstərilən hissədə kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi, RX ******* saylı Reyestr Çıxarışına əsasən 0,02 ha həyətyanı torpaq sahəsi və Lənkəran rayonu, Liman şəhəri, X28 küçəsi ev 119 ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gələrkən, tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış və hansı sübutun mötəbər, hansının isə qeyrimötəbər olduğunu müvafiq prosessual normalara əsasən müəyyən etmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

62. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, RX ******* saylı Reyestr Çıxarışına əsasən 0,02 ha həyətyanı torpaq sahəsi və Lənkəran rayonu, Liman şəhəri, X28 küçəsi ev 119 ünvanda yerləşən fərdi yaşayış evinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddianın rədd edilməsinə münasibətdə iddiaçı tərəfindən verilmiş kassasiya şikayətində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin hazırki qərarın 19-20-ci paraqraflarında göstərilən hissədə ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən qeyd olunan hissəyə münasibətdə iddiaçı tərəfindən veri lmiş kassasiya şikayətinin sadalanan dəlilləri əsassızdır.

63. Məhkəmə kollegiyası həmçinin iddiaçının kassasiya şikayətinin “Torpağa mülkiyyət hüququna dair” JN 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddia tələbinin təmin edilməməsinə münasibətdə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin əsassız olması barədə dəlili ilə bağlı qeyd edir ki, iddiaçı eyni məzmunlu dəlilini apellyasiya şikayətində də vurğulasa da, apellyasiya instansiya məhkəməsi qətnamədə həmin dəlilə hər hansı hüquqi qiymət verməmiş, yalnız iddiaçının tələb etdiyi daşınmaz əşyaların faktiki olaraq cavabdehdə olmasını sübut edə bilməməsi qeyd olunmaqla kifayətlənmiş, “T orpağa mülkiyyət hüququna dair” JN 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən X14 mülkiyyətinə verilmiş Lənkəran rayonu Liman şəhərində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair iddiaçının gözlənilən mülkiyyət hüququnun olmasını araşdırıb düzgün hüquqi qiymət verməmiş, qeyd olunan torpaq sahəsinin hazırda kimin istifadəsində olmasını, həmin mübahisəli torpaq sahəsinin qonşuluğunda yerləşən, cavabdehin və digər şəxslərin mülkiyyətində olan “Torpağa mülkiyyət hüququna dair” JN:1625 kod 80202004 saylı dövlət aktı üzrə, Lənkəran rayonu, Liman şəhərində yerləşən 0,14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı halları araşdırmadan, bu məqsədlə zəruri biliyin tələb edildiyi müvafiq ekspertizanın keçirilməsini təmin etmədən, qeyd olu nan hissədə iddianın rədd edilməsi barədə nəticəyə gəlinmişdir.

64. Bununla da apellyasiya instansiyası məhkəməsi “Torpağa mülkiyyət hüququna dair” JN 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddia tələbinin təmin edilməməsi barədə nəticəyə gələrkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır.

65. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan halları araşdırmadan apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə tam və əsaslı deyildir.

66. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Ple numunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

67. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu q ətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

68. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayətində mübahisələndirilən “Torpağa mülkiyyət hüququna dair” JN 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində iddia tələbinin təmin edilməməsinə münasibətdə apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə həmin hissədə düzgün həllni tapmamışdır.

69. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarları nda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

70. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzər inə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

71. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

72. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin ol unaraq, apelyasiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilmədiyi - “Torpağa mülkiyyət hüququna dair” 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə kassasiya şikayətində mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

73. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq mübahisələndirilən hissədə hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirlə ri görməli, zərurət yarandığı halda digər maraqlı şəxslərin işəcəlb edilməsi məsələsini həll etməli, həmin hissədə mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

74. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-646/2023 nömrəli, 13 iyul 2023-cü il tarixli qətnaməsi, iddia tələbinin təmin edilm ədiyi - 1626 Kod 80202004 saylı Dövlət Aktına əsasən Lənkəran rayonu Liman şəhərində yerləşən 0,05 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsində ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar