Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4358/2019 07.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2(103)896/2019 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, XX rayon məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli, 2(006)-1023/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim E.Ə.Mehdiyev) İddiaçı cavabdehlər Cavabdeh1, Cava bdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi, mənzilin boşaldılaraq təhvil verilməsi” barədə ilk iddia ərizəsi rədd, Cavabdeh1 “xxxx” MMC və İddiaçı qarşı “hərracın nəticələri haqqında yekun protokolun etibarsız hesab edilməsi” barədə qarşılıqlı iddia ərizəsi təmin edilərək, Bakı şəhəri, XX rayonu, XX küçəsi, 34 saylı evin 31-ci mənzilinə dair hərracın nəticələri haqqında 29 iyun 2017-ci il tarixli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə İddiaçıla bağlanmış 29 iyun 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində onun adına aparılmış qeydin ləğv edilməsi qət olunub. İddiaçı qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019- cu il tarixli, 2(103)896/2019 saylı qətnaməsi ilə (hakimlər A.Q.Hüseynov sədrlik edən, məruzəçi, A.N.İmanov və V.N.Sadıqov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, XX rayon məhkəməsinin 24 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. İddiaçı və vəkili XX qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ: İşdən görünür ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, XX rayonu, XX küçəsi, 34 saylı evin 31-ci mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və mənzilin tam boşaldılmaqla ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Cavabdeh1 isə “xxxx” MMC və İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, ipoteka predmeti olan mən zilə dair “xxxx” MMC hərracın nəticələri haqqında 29 iyun 2017-ci il tarixli yekun protokolunun və hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə İddiaçıla bağlanmış 29 iyun 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına aparılmış qeydin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməs inin qətnaməsinin ləğv edilib, iş üzrə yeni qərar qəbul edilməsi xahiş olunub. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ İddiaçı, vəkili XX, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “xxxx” MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün, kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb, hesab edir ki, aşağıdakılara gö rə kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, birinci instansiya məhkəməsinin ilk iddia ərizəsini rədd, qarşılıqlı iddia ərizəsini təmin etməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlməsinə, ipoteka predmetinin açıq hərracdan satılması üçün sadalanan qanuni əsaslardan (notariusun icra qeydi və ya qanuni qüvvəyə minmiş məhkəmə aktı) heç birinin mövcud olmamasına, icra qeydinin iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə verilməsinə, icra qeydində tələbin ipoteka predmetinə yönəldilməsinin nəzərdə tutulmamasına, icra məmuru da məhz həmin icra qeydində göstərilən tələbin icrası ilə bağlı icra icraatına başlamasına və bununla bağlı bildirişi borcluya verməsinə, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin rəsmi qaydada Cavabdeh1 verilməsi barədə işdə heç bir sübutun olmamasına, icra məmurunun heç bir hüquqi əsas olmadan, qanunvericiliyin tələblərini pozaraq ipoteka predmetinə tutmanın yönəldilməsi qaydasında mənzilin açıq hərracdan satılması barədə ixtisaslaşdırılmış hərrac mərkəzinə sifariş verməsinə, mənzilin özgəninkiləşdirildiyi barədə iddiaçının yalnız hazırkı məhkəmə baxışı zamanı məlumat əldə etmə sinə və dərhal həmin əqdi mübahisələndirməsinə və bu barədə onun məlumatlı olmasına dair məhkəməyə heç bir sübut təqdim edilməməsinə və beləliklə də iddiaçının 1 illik müddəti ötürməsinin mülki iş materialları ilə istisna edilməsinə istinad etmiş və hüquqi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 36.1, 36.2, 38.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtəfli və obyektiv araşdırmamışdır. Belə ki, işdən görünür ki, 19 noyabr 2016-cı il tarixli kredit müqa viləsinə əsasən İddiaçı 19 yanvar 2017-ci il tarixədək qaytarmaq şərti ilə Cavabdeh1 12.000 manat borc verib. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi 19 noyabr 2016-cı il tarixli ipoteka müqaviləsinə əsasən borclu Cavabdeh1 məxsus olan Bakı şəhəri, XX rayonu, XX küçəsi 34 saylı evin ümumi sahəsi 44,8 kv.metr olan 31-ci mənzili (yeni qaydalarla: Az 1111, Bakı şəhəri, XX rayonu, XX küçəsi, 98, M1, m1) tələbkar İddiaçı xeyrinə ipoteka hüquqi ilə yüklü edilib. Eləcə də borclu Cavabdeh1 ailə üzvləri, oğlanları Elşən Əhmədov, Emin Əhmədov və arvadı Gülnurə Əhmədova mənzilin ipoteka qoyulmasına yazılı razılıq verib və borc ödənilmədikdə mənzili boşaldacaqlarına dair yazılı öhdəlik götürüblər. Həmçinin tərəflərin razılaşmasına əsasən ipoteka predmetinin dəyə ri 125.000 manat müəyyən edilib. Bundan sonra Bakı şəhəri, 18 saylı Notariat Kontorunun xüsusi notariusu Anar Bəşirov 05 fevral 2017-ci il tarixdə tələbkar İddiaçı xeyrinə borclu Cavabdeh1 19 yanvar 2017-ci il müddət üçün vaxtında ödənilməmiş 120.000 manat pulun tutulması barədə icra qeydi verib. İcra qeydi üzrə Bakı şəhəri, XX rayon İcra şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilib və Cavabdeh1 icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra olunması təklif olunub. Bakı şəhəri, XX rayon İcra şöbəsinin sifariş məktubuna əsasən “xxxx” MMC tərəfindən verilmiş 15 mart 2017-ci il tarixli əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatda ipoteka predmeti olan mənzilin qiyməti 115.000 manat göstərilib. Bakı şəhəri, XX rayon İcra Şöbəsi 12 may 2017-ci il tarixdə “xxxx” MMC məktub ünvanlayaraq, ipoteka predmeti olan mənzilin ipoteka predmetinə tutma yönəldilməsi qaydasında satışının təşkil olunmasını sifariş verib. “Birja yenilikləri” qəzetinin 26 may 2017-ci il tarixli, 64 saylı və “Market” qəzetinin 09 iyun 2017-ci il tarixli, 68 saylı buraxılışlarında ipoteka predmetinin 29 iyun 2017-ci il tarixdə açıq hərrac vasitəsilə satışına dair elan verilib. “xxxx” MMC tərəfindən sifarişçi Bakı şəhəri, XX rayon İcra şöbəsinə, tələbkar İddiaçı və borclu Cavabdeh1 hərracın yeri və vaxtı barədə məlumat verilməsinə dair 26 may 2017-ci il və 09 iyun 2017-ci il tarixli bildirişlər ünvanlanıb. “X2” MMC tərəfindən 13 iyun 2017-ci il tarixdə tərtib edilmiş akta əsasən, borclu Cavabdeh1 göndərilmiş məktub şəxs ünvanda yaşamadığı üçün geri qayıdıb. “xxxx” MMC tərəfindən 29 iyun 2017-ci il tarixdə keçirilmiş hərrac nəticəsində ilkin satış qiyməti 115.000 manat olan ipoteka predmeti tələbkar İddiaçı 115.000 manata satılıb. Hərracın nəticələri haqqında 29 iyun 2017-ci il tarixli, Y-322 saylı yekun protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 29 iyun 2017-ci il tarixli müqavilə tərtib edilib və mənzil mülkiyyət hüququ üzrə 05 aprel 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində tələbkar İddiaçı adına qeydə alınıb. Göründüyü kimi cavabdeh 19 noyabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə iddiaçıdan 120.000 manat borc pul alıb və həmin borcu müqavilədə razılaşdırılmış müddətdə, yəni 19 yanvar 2017-ci il tarixədək iddiaçıya qaytarmayıb. Həmin borcun cavabdehdən tutulub iddiaçıya verilməsinə dair notariusun 05 fevral 20 17-ci tarixli icra qeydi 29 iyun 2017-ci il tarixədək icra olunmayıb. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 6.1.1 və 6.1.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin qərarları; notariusun icra qeydləri və sair icra sənədləri sayılır. Həmin Qanunun 43.1.1, 43.1.5-ci maddələrində göstərilir ki, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər və sair məcburi icra tədbirləri hesab edilir. Həmin Qanunun 44.1.1-44.1.3-cü maddələrinin mənasına görə, bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; icra məmuru tərəfindən icraata başlamaq haqqında qər arın qəbul edilməsi; könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi və sair məcburi icra tədbirlərinin tətbiqinin əsaslarını təşkil edir. Eləcə də “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.1-ci maddəsində göstərilir ki, ipoteka- öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 35.1, 35.1.1-ci maddələrində göstərilir ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka predmeti hesabına ödənilməsinə ipoteka müqaviləsində nəzərdə tutulduğu halda da yol verilir. Həmin Qanunun 38-ci maddəsində göstərilir ki, məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi qaydası ipoteka müqaviləsində nəzərdə tutulduğu və ya ipoteka kağızının verildiyi hallarda əsas öhdəlik bu Qanunun 40-cı maddəsində göstərilən müddətdə icra edilmədikdə tutma notariusun icra qeydi əsasında həyata keçirilir. Həmin Qanunun 40-cı maddəsinə görə, tutmanın yönəldilməsi haqqında bildiriş bu Qanunun 36.1-ci maddəsində nəzərdə tutulmuş şəxslərə verildikdən azı 30 təqvim günü keçdikdən sonra ipoteka predmeti bu Qanunla müəyyən edilmiş qaydada satıla bilər. Tərəflər arasında bağlanmış “İpoteka müqaviləsi”nin 9.2-ci bəndində göstərilir ki, ipoteka predmetinə tutmanın yönəldilməsi məhkəməyə müraciət edilmədən notariusun icra qeydi əsasında həyata keçirilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının tələblərini pozaraq, borclu Cavabdeh1 19 noyabr 2016-cı il tarixli kredit müqaviləsi üzrə 120.00 0 manat borcundan ötən müddət ərzində bir manatda olsun tələbkar İddiaçı pul ödəməməsini, mübahisəli mənzilin məhz həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üsulu kimi ipoteka qoyulmasını, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, həmçinin bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlərində də məcburi icra tədbirləri sayılmasını, məhkəməyə müraciət edilmədən ipoteka predmetinə tutmanın yönəldilməsi qaydasının bilavasitə tərəflər arasında bağlanmış ipoteka müqaviləsində nəzərdə tutulmasını nəzərə almadan, borclu Cavabdeh1 ipoteka predmetinə dair hərracın nəticələri haqqında 29 iyun 2017-ci il tarixli yekun protokolun, eləcə də hərracı n yekunları üzrə ipoteka predmetinin alqı-satqısı barədə tələbkar İddiaçıla bağlanmış 29 iyun 2017-ci il tarixli müqavilənin etibarsız sayılmasına əsas verən halları nə vaxtdan bilməsi və ya bilməli olması barədə kifayət qədər araşdırma aparmadan, bu barədə işə əlavə edilmiş çoxsaylı sübutlara, o cümlədən borclu Cavabdeh1 yaşadığı ünvana rəsmi qaydada göndərilmiş bildirişlərə, “Birja yenilikləri” qəzeti, “Market” qəzetində verilmiş elanlara obyektiv hüquqi qiymət vermədən, borclu Cavabdeh1 izahatını həmin sübutlarla müqayisəli şəkildə tədqiq edib yoxlamadan, yalnız sonuncunun gətirdiyi arqumentlərə əsaslanaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmışdır. Halbuki, Mülki Məcəllənin 354.2-ci maddəsinə görə, həmin Məcəllənin 347.1-ci maddəsində nəzər də tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, qeyd olunan maddədə nəzərdə tutulan müddət iddia müddəti deyil, kəsici müddətdir. Yəni həmin müddət keçdikdən sonra maraqlı şəxs əqdi mübahisələndirmək hüququnu itirir. İddia müddətindən fərqli olaraq həmin müddət bərpa olunmur, dayandırılmır və kəsilmir. Bərpa olunmaq, kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər isə iddia müddəti üçün xarakterikdir. Yalnız qanunla müəyyən edilmiş halda həmin müddət uzadıla bilər. Ona görə də, Mülki Məcəllənin 354.2-ci maddəsi mülki mübahisəyə tətbiq edilərkən, yalnız iki hal aydınlaşdırılmalıdır: birincisi, maraqlı şəxs nə vaxt əqdin etibarsız sayılmasına əsas verən halları bilib və ya bilməli idi; ikincisi, həmin gündən hesablandıqda əqdi hansı müddətdə mübahisələndirib. Kassasiya instansiyası məhkəməsi eyni zamanda hesab edir ki, kəsici müddətin tətbiq edilməsi üçün mübahisə tərəfinin iddia müddətinin tətbiqinə dair ərizə verməsi tələb olunmur. Çünki Mülki Məcəllənin 375.2-ci maddəsi yalnız iddia müddətlərinə aiddir. Kəsici müddətin tətbiq edilməsi isə məhkəmənin səlahiyyətinə aid olub, həmin müddətin tətbiqi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunmur. Apellyasiya instansiyası məhkəməsi qətnamədə ipoteka predmetinin özgəninkiləşdirilməsi barədə iddiaçının yalnız hazırkı məhkəmə baxışı zamanı məlumat əldə etməsini və dərhal da hazırkı əqdləri mübahisələndirməsini göstərsə də, işdə, bu barədə heç bir mötəbər yazılı sübut yoxdur. Halbuki, MPM-nin 77.1-ci maddəsinin mənasına görə, tələb və etirazlarının əsası kimi istinad etdikləri halları tərəflər özləri sübut etməlidirlər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etm əlidir. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da təsbit edilib göstərilmişdir. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini nəzərə alıb, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellya siya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirlər görülməli və araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli, 2(103)-896/2019 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4358/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-4358/2019
07.06.2019 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver