Məhkəmə qərarları › İş №2(102)-4359/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4359/2019

12.06.2019 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4359/2019 12.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli 2(103)-895/2019 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim K.B.Əsədov, iş № 2(001)-1735/2017) İddiaçı Cavabdeh oğluna qarşı iddiası təmin edilərək Binəqədi rayonu Binəqədi qəsəbə Bələ diyyəsinin 30 dekabr 2005-ci il tarixli 1902 saylı sərəncamına əsasən İddiaçı ayrılmış 200 kv.metr torpaq sahəsindən Cavabdeh oğlunun çıxarılması, həmin torpaq sahəsində onun tərəfindən inşa edilmiş tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: A.N.İmanov, E.Q.Nəbiyev və R.Ə.Qurbanov, iş № 2(103)3881/2018) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qətnaməsi cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 30 oktyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: Ə.A.Əhmədov, A.Ə.İsgəndərov və İ.K.Dəmirov, iş № 2 (102)7007/2018) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 aprel 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə təkrar apellyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: A.Q.Hüseynov, İ.K.Xəlilov və V.N.Sadıqov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 30 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilərək İddiaçı iddia tələbinin rədd olunmasına dair yeni qətnamə qəbul edilmişdir. İşin halları: Bakı şəhəri Binəqədi qəsəbə Bələdiyyəsi sədrinin 30 dekabr 2005-ci il tarixli sərəncamı ilə mübahisəli torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün İddiaçı ayrılm ış və həmin tarixdə Bələdiyyə ilə İddiaçı arasında torpağın alqı-satqısına dair müqavilə bağlanmışdır. 2016-cı ilin sentyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək maddi imkanının olmaması ilə əlaqədar ona ayrılmış torpaq sahəsində heç bir tikinti işi apara bilməməsini, 2014-cü ildə orada olduqda Cavabdeh oğlu tərəfindən orada tikinti işinin aparılmasını müəyyən etməsini əsas göstərməklə sonuncunun həmin torpaq sahəsində inşa etdiyi tikilinin sökülməsi və torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə İddiaçı kassasiya şikayəti verərək torpaq sahəsinin “X2” şirkətinin ərazi hüdudlarında, neft quyularının və neft xəttinin mühafizə zonasında yerləşməsi ilə əlaqədar onun hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamasına dair apellyasiya instansiyası məhkəməsinin nəticəsinin işin hallarına uyğun olmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə ed ib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası iddia tələbinin əsassız olması barədə nəticəyə gələrkən Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli qanuni ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” 01 sentyabr 2005-ci il tarixdə qanuni qüvvəyə minmiş Sazişə istinad etmişdir. Qanunun 4-cü bəndinə görə Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində Sazişə, Hökumət təminatı və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, təminatlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin qanunun 5-ci bəndinə müvafiq olaraq bu qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Müəyyən olunduğu kimi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsi şirkətin ərazi hüdudlarında, neft quyularının və neft xəttinin mühafizə zonasında yerləşməklə həmin torpaq sahəsi ilə bağlı Bələdiyyənin sədrinin sərəncamı 30 dekabr 2005-ci il tarixdə, yuxarıda adı çəkilən qanundan sonra verilmiş, 15 fevral 2011-ci il tarixdə isə iddiaçı həmin torpaq sahəsinə dair sərəncam vermək hüququ da daxil olmaqla cavabdehə 50 il müddətinə etibarnamə vermişdir. Apellyasiya instansiyası məhkəməsi göstərilənlərə əsasən hesab etmişdir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmək üçün subyektik hüquqa malik olmamışdır. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 15 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar