Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-436/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 04 iyul 2019-cu il tarixli qətnaməsindən cavabdeh x2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 yanvar 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim C.T.Tağıyev, iş № 2(021)-759/2018) iddia təmin edilmiş, cavabdeh x2 iddiaçı x1 ilə birgə n ikah dövründə əldə etdikləri Bərdə rayonu, Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəliyinin Şorəlli kəndində, bələdiyyə mülkiyyətində olan mal örüş sahəsinin 0,10 ha hissəsində inşa etdikləri 6x4 ölçüdə iki otaqdan, 3x4 ölçüdə bir mətbəxdən və 9x4 ölçüdə bir zaldan ibarət evin, həmin evin qarşısında inşa olunmuş çardağın və 12x5 ölcüdə inşa olunmuş mal tövləsinin tikilməsi üçün çəkilən 23714,0 (iyirmi üç min yeddi yüz 14) manat xərcin yarı dəyəri olan 11857,0 (on bir min səkkiz yüz əlli yeddi) manat pul alınaraq iddiaçı x1na verilməsi, iş üzrə ödənilməmiş 30 manat dövlət rüsumu cavabdeh x2 alınaraq dövlət büdcəsinə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz ) manat cavabdeh x2 alınaraq Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesaba ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın 04 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən, məruzəçi), İ.Şəfiyev və A.Bayramov, 2(104)2948/2019 saylı mülki iş) hazırki iş üzrə Bərdə Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı x1 cavabdeh x2 qarşı iddia ərizəsi, iddia ərizəsinə düzəliş edilməsi barədə ərizə və iddia həcminin artırılması barədə ərizə ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, x2 ilə birgə yaşadıqları dövrdə əldə etdikləri Bərdə rayonu Şorəlli kəndində yerləşən iki otaq, bir mətbəx və bir zaldan ibarət olan bir mərtəbəli yaşayış evinin evin qarşısında tikilimş çardağın və mal tövləsinin tikilməsində istifadə olunmuş materialın dəyərinin yəni, 23714 (iyirmi üç min yeddi yüz on dörd) manatın yarısının 11,850 manatın alınıb ona verilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri Cavabdeh x2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və p rosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. İddiaçı x1 və cavabdeh x2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instans iyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 sentyabr 2014-cü il tarixli, AZ-İ 197093 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında qeydə alınmış nikah 24 sentyabr 2014-cü ildə po zulmuşdur. İşə əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 oktyabr 2017-ci il tarixli, 2892 nömrəli arayışdan görünür ki, x1 Bərdə rayon Güloğlular kənd İƏD üzrə nümayəndəliyinin Şorəlli kəndində bələdiyyənin mülkiyyətində ollan mal-örüş yeri adlanan ərazidə Ağdam rayon köçkünü x2 ilə 0,10 ha sahəni zəbt edərək bir mərtəbəli yeni yaşayış evi tikmişdirlər. Keçmiş bələdiyyə sədri x3, kənd sakinlərinin və orda yaşayan insanların dediklərinə görə, sözü gedən evin tikintisi x2 x1 ilə birgə nikah dövründə tikmişdirlər. Həmin yaşayış evinin hüquqi sənədləri olmadığına görə icra nümayəndəliyində qeydiyyata alınmamışdır. Bərdə rayon Şorəlli Bələdiyyəsi tərəfindən verilmiş 27 sentyabr 2017-ci il tarixli, 31 nö mrəli arayışdan görünür ki, x1 2008-ci ildə bələdiyyə mülkiyyətində olan örüş yeri adlanan ərazidə 0,10 ha hektar sahəni zəbt edərək 1 mərtəbəli yaşayış evi tikdirmişdirlər. Kənd sakinlərinin və orada yaşayan insanların dediklərinə görə sözü gedən evi x2 x1 ilə birgə nikah dövründə tikdirmişdirlər. Bərdə Rayon Məhkəməsinin 12 yanvar 2018-ci il tarixli, 2(021)-759/2018 nömrəli qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 avqust 2018-ci il tarixli, 6382 nömrəli ekspert rəyindən görünür ki, iddiaçı x1nın cavabdeh x2 ilə birgə yaşadığı müddətdə Bərdə rayonu, Şorəlli kəndində iki otaqlı, bir mətbəx və bir zaldan ibarət olan bir mərtəbəli yaşayış evinin, evin qarşısında ça rdaq tikilisinin və mal tövləlsinin inşa edildiyi müəyyən edilir. Bərdə rayonu Şorəlli kəndində iki otaq, bir mətbəx və bir zaldan ibarət olan bir mərtəbəli yaşayış evində, tavlar və tövlədə görülmüş yenidənqurma və tikinti-təmir işlərinin təqribi dəyəri bazar qiymətlərinə uyğun olaraq 23714.0 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı x1 ilə cavabdeh x2 ilə 30 iyun 2007-ci ildə ailə qurmuş və 2008-ci ildə nikahları qeydə alınmışdır. Birgə nikahlarından iki uşaqları anadan olmuş və onların nikahı 24 sentyabr 2014-cü ildə pozulmuşdur. Onlar birgə yaşayış müddətində Bərdə rayonu Güloğlullar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin Şorəlli kəndində bələdiyyə mülkiyyətində olan mal örüş yerində yerləşən 0,10 ha torpaq sahəsində 6x4 ölçüdə iki otaq, 3x4 ölçüdə bir mətbəx və 9x4 ölçüdə bir zaldan ibarət yaşayış evi, evin qarşısında inşa olunmuş çardaq və 12x5 ölçüdə inşa olunmuş mal tövləsi tikərək, həmin evin və tövlənin tikilməsi üçün 23714.0 (iyirmi üç min yeddi yüz on dörd) manat xərcləmişlər. İşin həmin halı Bərdə rayon İcra Hakimiyyəti başçısının Güloğlular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 06 oktyabr 2017-ci il tarixli, 2892 nömrəli və Bərdə rayon Şorəlli Bələdiyyəsinin 27 sentyabr 2017-ci il tarixli, 31 nömrəli arayışları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbayc an Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən, ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. İş materiallarından görünüdüyü kimi, mübahisə edilən tikili bələdiyyə mülkiiyətində ol an torpaq sahəsində tikilmiş özbaşına tikili olsa da, həmin tikili tərəflərin birgə nikah müddətində birgə vəsaitləri hesabına tikildiyindən, iddiaçı həmi tikilinin başa gəlməsinə sərf edilmiş pul vəsaitinin bölünərək, ona çatacaq payın verilməsini tələb etməkdə haqlı olmuşdur. Belə ki, iddiaçı həmin tikilidən çıxarılmış və hazırda tikili üzərində sahibliyi cavabdeh həyata keçirir. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq cavabdeh x2nun və qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi şikayət vermiş x4 iddia olunan evin x4 məxsus olmasını və həmin evin birgə nikah müddətində tikilməməsinə dair dəlillərini əsassız hesab etmiş və qeyd etmişdir ki, onların həmin dəlili müvafiq icra və yerli idarəçilik orqanlarının işə əlavə edilən arayışları ilə də təkzib olunmuş və iddiadan yay ınmaq xarakteri daşımışdır. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ Cavabdeh x2nun kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 04 iyul 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-436/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-436/2020
22.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver