Məhkəmə qərarları › İş №2(102)-436/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-436/2021

05.04.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-436/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Sahiblik hüququnun müdafiəsi) 05.04.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdeh2 və onun vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-3781/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhlədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilə istifadə hüququnun olması Azərbaycan SSR Orcanikidze Rayon Məhkəməsinin xx xxxxxx 1988-ci il tarixli, 279 saylı qətnaməsi ilə tanınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(082)155/2017 saylı, xx xxxxxx 2017ci il tarixli qərarı ilə üçüncü şəxs Cavabdeh1 arasında bağlanmış mənzil kirayə müqaviləsi üzrə Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli sərəncam ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(103)-6040/2015 saylı qərardadından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhlədə yerləşən 10 nömrəli evinn 3 nömrəli mənzilindən istifadə hüququnun itirilmiş hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu məhlədə yerləşən 10 nömrəli evin 3 nömrəli mənzilindən istifadə hüquq itirilmiş hesab olunması qət edilmişdir. Həmin qətnamədən cavabdeh İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qərardadı ilə apellyasiya şika yəti geri qaytarılmışdır. Qərardaddan cavabdeh İddiaçı şikayət vermiş və onun şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsi, 4048/49-cu mərhələdə yerləşən 10 nömrəli evinn 3 nömrəli mənzilə köçürülməsi qət edilmiş, qətnamədən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018ci il tarixli qətnaməsi ilə təmin edilməmiş, qeyd edilən qətnamədən verilmiş kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. xx xxxxx 2016-cı il tarixli 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1212/2016 saylı qərar ından görünür ki, iddiaçı Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinə qarşı mənzilə yaşayış yeri üzrə qeydiyyata alınmağın cavabdehə həvalə edilməsi tələbinə dair iddiası təmin edilmiş, iddiaçı Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçüxur qəsəbəsi, Y.Eyvazov küçəsi 4048/49-cu məhəllədə yerləşən 10 saylı evin 3 saylı mənzilinə pasport qeydiyyatına alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2018-ci il tarixli 2-1(102)-632/2018 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon Polis İdarəsinə və üçüncü şəxs Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Bakı şəhəri, ünvan 1 ünvana pasport qeydiyyatına alınması vəzifəsinin cavabdeh İdarənin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2-1(82)-2094/2017 saylı qərarı ilə iddianın təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli, 2-1(103)2128/2017 saylı qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti vermiş, kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarı dəyişdirilmədən sa xlanılmışdır. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2-(010)-7672/2018 saylı qərardadından görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzildən və pasport qeydiyyatdan çıxarılma tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı iddia ilə məhkəməyə müraciət edərək cavabdehlərin Bakı şəhəri, ünvan 1 saylı mənzildən çıxarılmasına dair qətnamə edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim Səlimə Miriyeva) 2(010)1317/2019 saylı işi üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 152.1, 157.4, 15 7.2, 158-ci maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının mübahisəli mənzilə istifadə hüququ tanınmışdır. Ona görə də, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, iddia tələbi əsaslıdır. Həmin qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə verdikləri apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər – Azad İmanov sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Vahid Sadıqov) 2(103)-9865/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiy a məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 və Cavabdeh2 mübahisəli mənzilə yəni Bakı şəhəri, ünvan 1 ünvana istifadə hüququ və həmin evə pasport qeydiyyatına alınmaları qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri və qərarıları ilə müəyyən olunsa da, birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almamış və iddia tələbini təmin etmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı iddia tələbinə cavab verməli olan şəxslər kimi Cavabdeh1, Cavabdeh2 və X4 göstərmiş və onların mənzildən çıxarılması tələb etmişdir. İş materiallarından isə müəyyən olunur ki, X5 xx.xx.2001-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayan şəxsdir. Lakin birin ci instansiya məhkəməsi qeyd olunan bu hala qiymət verməmiş və X4 cavabdeh qismində cəlb etməklə onu da mənzildən çıxarmışdır. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Akif İsgəndərov - sədrlik edən və məruzəçi, Əhməd Əhmədov, İlqar Dəmirov) xx xxxxxx 2020ci il tarixli qərarı ilə həmin qətnamədən iddiaçının verdiyi kassasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsinin işi yeni apellyasiya baxışına göndərərkən qeyd etmişdir ki,“...mülki iş materialları öyrənilərkən orada cavabdehlərin mübahisə li mənzildən istifadə hüququ olması və pasport qeydiyyatına alınmaları barədə qüvvədə olan hər hansı məhkəmə qətnaməsi, yaxud qərarının olması müəyyən edilmədi. Cavabdeh1 Suraxanı rayon İcra hakimiyyətinə və qeyrilərinə qarşı mübahisəli mənzildən istifadə hüququnun tanınması faktının müəyyən edilməsi və həmin mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması tələbinə dair iddiası Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə təmin olunsa da, sonradan həmin qətnamə maraqlarına toxunan şəxs kimi İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə ləğv olunmuş və Cavabdeh1 iddiası rədd edilmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilməmiş və qanuni qüvvəyə minmişdir. Göründüy ü kimi, hazırda cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun tanınması ilə bağlı qüvvədə olan hər hansı məhkəmə qətnaməsi yoxdur. Cavabdehlərdən Ümüd Əfəndiyevin xx.xx.2001-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmadığı və bu səbəbdən də hazırkı iş üzrə cavabdeh ola bilməməsi ilə bağlı kassasiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarında Ümüd Əfəndiyevin doğum tarixini (il, ay, gün) təsdiq edən hər hansı sənəd (doğum haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsi) olmadığından bu dəlilin nə dərəcədə əsaslı olması barədə fikir yürütmək mümkün deyil. Ona görə də, işə apellyasiya qaydasında yenidən baxılarkən Ü.Əfəndiyevin şəxsiyyətini təsdiq edən sənəd nəzərdən keçilrilməli və onun hazırkı iş üzrə cavabdeh ola bilməsinin mümkünlüyünə MPM-nin 49-cu maddəsinin (mülki prosessual fəa liyyət qabiliyyəti) tələbləri baxımından qiymət verilməlidir....” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova - sədrlik edən və məruzəçi, Məmmməd Məmmədov, Rəşad Həsənov) xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Azərbaycan SSR Orcanikidze Rayon Məhkəməsinin xx.xx.1988-ci il tarixli, 2-79 saylı qətnaməsi ilə 63 saylı MİS-in İddiaçı qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı mübahisəli mənzilə köçürülməsi qət edilmiş, qətnamələrdən müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası SSR Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin mənzilə istifadə hüququ əldə etmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçı Badamxanım Babyevanın mübahisəli mənzilə dair istifadə hüququ olduğunu, həmçinin Cavabdeh1 Suraxanı rayon İcra hakimiyyətinə və qeyrilərinə qarşı mübahisəli mənzildən istifadə hüququnun tanınması faktının müəyyən edilməsi və həmin mənzilə dair onunla kirayə müqaviləsinin bağlanması tələbinə dair iddiası Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ilə təmin olunsa da, sonradan həmin qətnamə maraqlarına toxunan şəxs kimi İddiaçı verdiyi apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə ləğv olunduğunu və Cavabdeh 1 iddiasının rədd edildiyi və həmin qətnamədən kassasiya şikayəti verilmədiyi üçün qanuni qüvvəyə mindiyini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, cavabdehlərin mübahisəli mənzilə dair hər hansı bir hüquqları yoxdur. Apellyasiya instansiyası məhkəməsi cavabdehlərdən X1 yetkinlik yaşına çatmayan şəxs olduğu barədə irəli sürülənlərə dair qeyd etmişdir ki, iş materiallarında görünür ki, Ü.Əfəndiyev xx.xx.2001-ci ilda anadan olmuşdur və hazırda yetkinlik yaşına çatmışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, hazırki halda onun qanuni nümayəndəsinin işə cəlb edilməsinə ehtiyac yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cava bdeh2 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. İddiaçı hazırki tələblə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmamışdır. İddiaçı mübahisəli mənzilə dair nə sahiblik, nədəki istifadə hüququ yoxdur. Məhkəmələr bu hala əhəmiyyət verməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz göndərmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, heç bir hüquqi əsasa söykənmir. Etirazda kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxılanılması xahiş edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 və onun vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı və onun vəkili X6 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və h üquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə Cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üç ün əsas yoxdur. Kassasiya şikayətinin iddiaçının iddia tələbi irəli sürməkdə subyektiv hüququnun olmaması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının belə tələb irıəli sürmək üçün hüququ Mülki Məcəllənin 157.8 və 165.1-ci maddələrinin tələblərindən irəli gəlir. Həmin normalara görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə (İşin halları hissədə göstərilmişdir) iddiaçının mübahisəli mənzillə bağlı sahiblik və istifadə hüquqlarının olması apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir. Ona görə də, iddiaçının hazırklı tələbi irəli sürməkdə subyektiv hüququ vardır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(103)-3781/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar