Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4360/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4360/2023 (Açar sözlər: kassasiya şikayətinin qaytarılması, prosessual müddətin ötürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X3 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2822/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərardadından Cavabdeh (Vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya ş ikayətinə 28 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı Cavabdeh qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsiə müraciət edərək, onun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Abdulla Abdullayev küçəsi 36, ünvanında yerləşən 1 nömrəli mənzilə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1236/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qərardadı ilə iş üzrə Cavabdeh vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə verilmiş qarşılıqlı iddia ərizəsinin geri qaytarılması qərara alınmışdır.
3. Eyni z amanda Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1236/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakim Nilufər Cəfərili) iddia tələbi təmin edilərək, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
4. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilərək təmin edilməsi və ilkin iddia tələbi üzrə mənzilə köçürülmə tələbinin rədd edilməsi haqqında yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2822/2023 nömrəli, 01 may 2023-cü il tarixli qətnaməsi ilə (X2 (sədrlik edən və məruzəçi), Fuad Babayev və Cəmilə Musayeva) Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1236/2023 nömrəli, 25 yanvar 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
6. Qətnamədən cavabdeh (Vəkili Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual normaların pozulması və qətnamənin işin həqiqi hallarına uğun gəlməməsi əsası ilə ləğv edilməsini, mülki işin yenidən apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2822/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərardadı ilə (X2 (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Babayev) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2822/2023 nömrəli, 01 may 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən ver ilmiş kassasiya şikayəti geri qaytarılmşdır.
8. Apellyasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti müddət ötürülməklə verildiyindən geri qaytarılmalıdır. Belə ki, iş materiallarından olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2822/2023 nömrəli, 01 may 2023-cü il tarixli qətnaməsi Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə 31 may 2023-cü il tarixdə yerləşdirilmişdir. Cavabdehə münasibətdə qətnamədən kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş müddət 31 iyul 2023-cü il tarixə qədər olmuşdur.
9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən isə cavabdehin nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətini 14 sentyabr 2023-cü il tarixdə elektron kabinet vas itəsi ilə vermişdir. Beləliklə, kassasiya şikayəti müddət ötürülməklə verilmiş, buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsaslandırılarkən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.3, 135.2, 135.3, 135.5, 405.0.1, 408.1.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
11. Qərardaddan cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qərardadının qanunsuz hesab edilməsi və hazırk mülki iş üzrə kassasiya şikayəti vermə müddətinin buraxılmamış hesab edilməsi haqqında qərardad qəbul olunmasını xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş qətnamənin el ektron kabinetinə yeriləşdirlməsi haqqında Vəkil2 elektron kabinetinin bağlı olduğu elektron poçt ünvanına və ya ********** telefon nömrəsinə heç bir bildiriş daxil olmamışdır. Belə ki, hazırkı şikayətə əlavə edilmiş elektron kabinetin bağlı olduğu elektron poçt ünvanına xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan bildirişlərin siyahısı əlavə edilir. Həmin siyahıdan görünür ki, qeyd olunan mülki iş üzrə qətnamənin elektron kabinetə yerləşdirilməsi haqqında Vəkil2 elektron bildirişi göndərilməmiş və həmin qətnamədən kassasiya şikayəti vermə müddətini hansı tarixdən başlandığı Vəkil2 bəlli olmamışdır.
13. Nə qədər ki, qətnamənin elektron kabinetə yerləşdirilməsi haqqında elektron bildiriş elektron poçt ünvanına daxil olmamışdır, 2 aylıq kassasiya şikayəti vermə müddəti qə tnamənin poçt haqqında qanuna əsasən poçt vasitəsi ilə təqdim edildiyi vaxtdan hesablanmalıdır. Belə ki, hazırkı kassasiya şiakyətinə əlavə edilmiş poçt xəbərnaməsindən də görünür ki, qeyd olunan qətnamə xx.xx.2023-cü il tarixdə iş üzrə Cavabdeh göndərilmiş və həmin qətnamə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmişdir. Əgər həqiqətən də qətnamə xx.xx.2023-cü il tarixdə iş üzrə cavabdehin nümayəndəsi olaraq Vəkil2 elektron kabinetinə yerləşdirilmişdirsə, onda nə zərurət var idi ki, ayrıca qaydada həmin qətnamə cavabdehin öz ünvanına da göndərilirdi. Bundan da bəlli olar ki, həmin qətnamənin vəkilin elektron kabinetinə yerləşdirilmə haqqında ona hər hansı bildiriş göndərilməmiş və nəticə etibarı ilə qətnamənin elektron kabinetə yerləşdirilməsi haqqında məlumat verilmədiyindən vəkilin həmin qətnamənin xx.xx.2023-cü il tarixdə elektron kabinetə yerləşdirilməsi haqqında məlumatı olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
14. Maddə 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir.
15. Maddə 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir.
16. Maddə 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir.
17. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
18. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
19. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
20. Maddə 135.2. Məhkəmə s ənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.
21. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.
22. Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.
23. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onla ra bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.
24. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
25. Maddə 402.2.2 və 402.2.3. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassa siya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında və kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər.
26. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
27. Maddə 408.1.4. Kassasiya şikayəti kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sür ülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
30. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
31. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələn ə bilsin. Elektron imza və elektron sənəd haqqında Azərbaycan Respublikasının qanunu.
32. Maddə 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üzrə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.
33. Maddə 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Kassasiya baxışının hədləri:
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
35. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Cavabdehin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməsi üçün müddətin buraxılması səbəblərinin üzrlü hesab olunmasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır.
38. Qeyd olunmalıdır ki, cavabdeh (Vəkil2) apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətini iş üzrə qəbul edilmiş qətnamənin elektron kabinetinə yeriləşdirlməsi haqqında Vəkil2 elektron kabinetinin bağlı olduğu elektron poçt ünvanına və ya ********** telefon nömrəsinə heç bir bildirişin daxil olmaması, şikayətə əlavə edilmiş elektron kabinetin bağlı olduğu elektron poçt ünvanına xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan bildirişlərin siyahısında qeyd olunan mülki iş üzrə qətnamənin elektron kabinetə yerləşdirilməsi haqqında Vəkil2 elektron bildirişi göndərilməməsi və həmin qətnamədən kassasiya şikayəti vermə müddətinin hansı tarixd ən başlandığının Vəkil2 bəlli olmaması ilə əsaslandırmışdır.
39. Halbuki, “AZİMES” “Elektron Məhkəmə” İnformasiya Sistemindən müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2822/2023 nömrəli, 01 may 2023-cü il tarixli qətnaməsi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə 31 may 2023-cü il tarixdə saat 17:03-də yerləşdirilmişdir.
40. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kollegiyasının “15” iyul 2019-cu il tarixli “17-N” nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarının 2.1-ci bəndinə əsasən informasiya Sisteminin iştirakçıları və istifadəçiləri (işdə iştirak edən şəxslər, şahidlər, ekspertlər, mütəxəssislər, tərcüməçilər, nümayəndələr, vəkillər və s.) müvafiq olaraq “Məhkəmə İşlərinin Elektron İdarəedilməsi Sistemi” və Vahid Məhkəmə Portalı (https://e-mehkeme.gov.az və https://courts.gov.az) vasitəsilə İnformasiya Sisteminə daxil ola bilərlər.
41. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən Hakimin gücləndirilmiş elektron imzası ilə təsdiq edilmiş bütün məhkəmə sənədləri proses iştirakçılarının İnformasiya Sistemində yaradılmış “Elektron kabinet”ində avtomatlaşdırılmış qaydada yerləşdirilir və onlara bu barədə məlumat İnformasiya Sistemi vasitəsilə elektron qaydada (elektron poçt, SMS vasitəsilə) çatdırılır.
42. Həmin Qaydaların 2.3-1-ci bəndinə əsasən hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş məhkəmə qərarları (qətnamələr, əmrlər, qərardadlar və qərarlar) qəbul olunduğu gündən 1 aydan gec olmayaraq avt omatlaşdırılmış qaydada anonimləşdirilməklə elektron qaydada yayılır.
43. Lakin apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, apellyasiya məhkəməsinin qətnaməsi 31 may 2023-cü il tarixdə Cavabdeh rəsmi qaydada verilmiş, yəni onun nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə yüklənmişdir. Cavabdeh isə apellyasiya instansiyası məhkəməsinin 01 may 2023-cü il tarixli qətnaməsi ona rəsmi təqdim edildikdən 2 ay müddətində kassasiya şikayəti verməli olduğu halda bunu etməmiş, qətnaməni rəsmi qaydada aldığı tarixdən 2 ay müddət 31 iyul 2023-cü il tarixində bitməsinə baxmayaraq, həmin qətnamədən müddəti ötürməklə kassasiya şikayəti vermiş, şikayət 14 sentyabr 2023-cü il tarixdə saat 08:56-da elektron sistemə yüklənmişdir. Göründüyü kimi kassasiya şikayəti onun cavabdehin nümayənd əsi və vəkili Vəkil2 elektron sisteminə yüklənməsindən 3 ay 14 gün müddət keçdikdən sonra elektron sistemə yüklənmişdir.
44. Hətta iş materiallarına əsasən apellyasiya instansiya məhkəməsinin qətnaməsinin cavabdehə poçt bildirişinə imza etdirilməklə 03 iyul 2023-cü il tarixdə təqdim edilməsi (iş vərəqi 204) əsas götürülərsə belə, kassasiya şikayəti qətnamənin rəsmi qaydada verildiyi vaxtdan 2 ay 11 gün müddət keçdikdən sonra elektron sistemə yüklənmiş və şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş 2 aylıq müddət ötürülmüşdür.
45. Apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq qətnaməsinin surətinin cavabdehə 31 may 2023-cü il tarixdə verilməsini, yəni onun nümayəndəsi və vəkili Vəkil2 elektron sisteminə yüklənməsini, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətini 14 se ntyabr 2023-cü il tarixdə elektron kabinet vasitəsi ilə müddət ötürülməklə verməsini, müddətin bərpa edilməsinə dair vəsatətin də şikayətə əlavə olunmamasını əsas gətirərək, kassasiya şikayətinin müddət ötürülərək verildiyindən geri qaytarılması qənaətinə gəlmişdir.
46. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiyaya qarşı” və “Kot Rusiyaya qarşı” işlərdə xatırlatmışdır ki, hüquqi müəyyənlik prinsipi tələb edir ki, hər hansı tərəf araşdırmaların yenidən açılmasına sadəcə olaraq yenidən baxılma və işin təzədən araşdırılması üçün çalışmamalıdır. Qəti və məcburi məhkəmə qərarlarının ləğv olunması və ya dəyişdirilməsi səlahiyyəti fundamental səhvləri düzəltmək üçün istifadə edilməli, lakin təzə araşdırmanın keçirilməsinə xidmət etməməlidir. Yenidən araşdırma gizli şikayəti təşkil etməmə li və məsələyə iki baxışın mövcudluğunun sadəcə olaraq mümkünlüyü yenidən baxılma üçün əsas deyildir. Bu prinsipdən kənaraçıxmalar yalnız əhəmiyyətli və qarşısıalınmaz xarakterli hallardan irəli gələn zərurətlə əlaqədar haqlı ola bilər.
47. Həmçinin Avropa Məhkəməsi “Akif Həsənov Azərbaycana qarşı” qərarında göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir”. 48. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM- in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.
49. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin qətnaməsindən qanunla müəyyən edilmiş 2 ay müddəti ərzində kassasiya şikayəti verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.
50. Buraxılmış müddətin bərpası haqqında ərizə verilərkən onun buraxılmasının səbəbləri izah edilməli və ərizəç inin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.). Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 isə qətnamənin elektron sisteminə yüklənməsindən 3 ay 14 gün müddət keçdikdən sonra kassasiya şikayətini elektron sistemə yükləməsinə baxmayaraq, buraxılmış müddətin bərpası haqqında ərizə verməyə belə lüzum görməmişdir.
51. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsində kassasiya şikayətinin məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilməsi nəzərdə tutulsa da, bu hal şikayət vermək niyyətində olan şəxsin həmin müddətin souncu gününlərini gözləməsi və şikayəti müddətin bitməsinin sonuncu günündə verməli olması anlamına gəlmir. Həmçinin mübahisələndirilən qətnamənin tərəfə təqdim edilməsindən dərhal sonra kassasiya şikayətinin verilməsi ilə bağlı qanunvericilikdə hər hansı məhdudiyyət müəyyən edilməmişdir. İşdə iştirak edən şəxs qətnamədən həqiqətən də narazıdırsa, sonradan yarana biləcək nöqsanları aradan qaldırmaq üçün vaxt əldə etnmək məqsədi ilə, şikayətini mümkün qədər, şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ilkin mərhələsində verməli, həmin müddətdən qətnamənin icrasını gecikdirmək və digər başqa məqsədlər üçün istifadə etməməlidir.
52. Məhkəmə kollegiyası eyni zaman da cavabdehin nümayəndəsi və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək həmin dəlilləri əsassız hesab edir. Belə ki, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 ziddiyyətli dəlillərlə əsaslandırılmış şikayətində həm vəkilin elektron kabinetinin bağlı olduğunu göstərmiş, həm də elektron poçt ünvanına xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək daxil olan bildirişlərin siyahısın kserosurətini əlavə etmiş, bununla da qətnamənin 31 may 2023-cü il tarixdə onun elektron sisteminə yüklənmədiyini sübut etməyə çalışmışdır.
53. Halbuki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2822/2023 nömrəli, 01 may 2023-cü il tarixli qətnaməsinin “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 elektron kabinetinə 31 may 2023-cü il tarixdə saat 17:03-də yerləşdirilməsi barədə “AZİMES” “Elektron Məhkəmə” İnformasiya Sisteminin məlumatları daha mötəbər olduğundan apellyasiya instansiya məhkəməsi qeyd olunan məlumatları əsaslı hesab etməkdə haqlı olmuşdur.
54. Bu səbəbdən kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Resp ublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2822/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.