Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4364/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Nəsimi Bələdiyyəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, kassasiya şikayətinin əsaslandırılması) 13.10.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 19 sentyabr tarixli, 2(103)6062/2023 nömrəli qərardadından maraqlarına toxunan şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2-1394/2004 nömrəli, xx.xx.2004-cü il tarixli qətnaməsi ilə (hakim Tapdıq Mahmudov) İddiaçı cavabdeh Nəsimi Bələdiyyəsinə qarşı “torpaq sahəsinin və digər tikililərinin xüsusi mülkiyyətinə verilməsi, qeyd edilən tikililərə texniki pasport və yeni ünvan verilməsi” tələbinə dair iddiası təmin edilmişdir. İddiaçıya məxsus ünvan 3nda yerləşən və istifadəsində olan 300 kv.m torpaq sahəsinə, daş hasara və 4 kv.m sahəsi olan daşdan tikilmiş ayaq yoluna mülkiyyət hüququnun tanınması, qeyd edilən torpaq sahəsinə və tikiliyə texniki pasport, qeydiyyat vəsiqəsi və yeni ünvan - ünvan 1rası bir hissədə Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinə, digər hissəsi isə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə həvalə edilmişdir.
2. Şikayət verilmədiyi üçün qətnamə müvafiq orqanlara göndərilməklə icraya yönəldilmişdir. 3. 20.06.2023-cü il tarixdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 1 saylı Bakı Ərazi İdarəsi (bundan sonra – Reyestr xidməti) tərəfindən məhkəməyə apellyasiya şikayəti ünvanlanmış və şikayətdə qeyd edilmişdir ki, ünvan 3nda yerləşən və istifadəsində olan 300 kv.m torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlər təqdim edilməmiş, məhkəmə tərəfindən isə həmin torpaq sahəsinə dair hissədə araşdırma aparılmamışdır. Qətnaməyə əsasən İddiaçı məxsus torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına da ir hissədə araşdırılması məqsədi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə sorğu ünvanlanmış, sözügedən qətnamə xx.xx.2023-cü ildə İdarəyə daxil olmuş və bundan sonra apellyasiya şikayəti vermişlər, hesab edirlər ki, qətnamə onların maraqlarına toxunur.
4. Birinci instansiya məhkəməsinin 2(006)-1394/2004 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə birinci instansiya məhkəməsinin qətnaməsi ilə hüquq və vəzifələrinə toxunan şəxs qismində tanınmış və şikayətə baxılması üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Fuad Babayev (sədrlik edən və məruzəçi), Günay Axundova və Cəmilə Musayeva) 2023-cü il 19 sentyabr tarixli, 2(103)6062/2023 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsindən maraqlar ına toxunan şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya qaydasında baxılması qeyrimümkün hesab edilmişdir.
6. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamənin surətini məlumat və icra üçün (bir neçə dəfə) müvafiq olaraq həm Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinə, həm də Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə göndərməsinə baxmayaraq, Reyestr xidməti 20 ilə yaxın müddətdən sonra şikayət vermə üzrə prosessual müddətin ötürülübötürülməməsini tam və hərtərəfli araşdırmamış, poçt məlumatlarını dəqiqləşdirməmiş, qətnamə barədə hansı tarixdə məlumatlı olmasını və ondan sonrakı hərəkətlərini yoxlamamış, hətta zərurət yarandığı halda icra işini tələb e dərək baxış keçirməmiş, qeyd edilən hallara diqqət yetirməmiş, sadəcə qətnamənin onun maraqlarına toxunması barədə qərardad qəbul etmişdir. Qeyd edilməlidir ki, məhkəmə aktının surətinin qanunla müəyyən olunmuş qaydada işdə iştirak edən şəxsə göndərildiyi təqdirdə, həmin şəxsin sonradan qətnaməni təkrarən alması müvafiq prosessual müddətlərin yoxlanılmasını aradan qaldırmır. Odur ki, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş məhkəmə qətnaməsi rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddət keçdikdən sonra verildiyindən, geri qaytarılmalıdır.
7. Həmin qərardaddan maraqlarına toxunan şəxs tərəfindən verilmiş kassasiya şikayəti işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM)
8. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
9. Maddə 407.1.4. Kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.
10. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin f aktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
11. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
12. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası hesab edir ki, maraqlarına toxunan şəxs qismində Reyestr xidməti tərəfindən verilmiş kassasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından, şi kayət qeyri-mümkün hesab edilərək iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
14. Belə ki, kassasiya şikayətində işin halları sadalanmış, yalnız “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinin adı və mətni qeyd edilmişdir. Şikayətdə ümumiyyətlə mübahisələndirilən qərardadla bağlı kassatorun mövqeyi əks olunmamış, məhkəmə tərəfindən qərardad qəbul edilərkən hansı maddi və ya prosessual hüquq normalarının pozulduğu göstərilməmişdir.
15. MPM-ə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Kassasiya şikayətində maddi və prose ssual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır (408.1.5). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (407.2).
16. Mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə kassatorun dəlillərini müəyyən etməyə və bununla da kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.
17. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dai r qərardad qəbul edilir.
18. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
19. Qeyd olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 19 sentyabr tarixli, 2(103)6062/2023 nömrəli qərardadından maraqlarına toxunan şəxs qismində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X2 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin.