Məhkəmə qərarları › İş №2(102)-4366/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4366/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4366/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı3 və İddiaçı2 Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: etibarsız əqdin nəticələrinin tətbiqi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı3, onun və digər İddiaçı2 vəkili Vəkil, Cavabdeh2 vəkili X1 iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-895/2020 nömrəli iş üzrə 13 mart 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddi açı3 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Beyləqan rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1997-ci il tarixli, 31 nömrəli qərarı üzrə Torpağa Mülkiyyət Hüququna dair JN-233, kod 60707018 saylı Dövlət Aktına əsasən Cavabdeh2 və onun yeddi nəfər ailə üzvlərinə 4,31 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün pay torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı3 və İddiaçı2 məhkəmədə Cavabdeh1 qarşı iddia qaldıraraq cavabdehlə aralarında olan şifahi alqı-satqı müqaviləsinin təsdiq edilməsi, yaxud 7194 manat məbləğində pulun, rəy alınması üçün ödənimiş 185 mana t və dövlət rüsumu kimi ödənilmiş 10 manat pulun cavabdehlərdən alınıb onlara verilməsi barədə qətnamə qabul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışlar ki, o (İddiaçı1) həmkəndlisi olan Cavabdeh1 2013-cü ilin fevral ayında Beyləqan rayon Aqrar İslahat Komissiyasının 24 oktyabr 1997-ci il tarixli 31 nömrəli qərarı əsasında JN 148, KOD60707018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı ilə mülkiyyətlərində olan 3,00 ha pay torpaq sahəsini pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. Arvadı Ülviyyə ilə razılaşıb həmin torpaq sahəsini almaq qərarına gəlmişlər. Cavabdehlə aralarında olan şifahi alqı-satqı müqaviləsinə əsas həmin torpaq sahəsini cavabdehdən 3600 manata birdəfəlik almışlar. Cavabdeh aldıqları torpaq sahəsinə məxsus Dövlət aktının əslini də onlara vermişdir. Aldıqları torpaq sahəsini əkinə yararlı vəziyyətə salmaq üçün şəxsi vəsaitləri hesabına həmin sahədə aqrotexniki işlər görmüş və torpağı yararlı hala salmışlar. Torpaq sahəsini yararlı hala salmaq üçün oraya 8 lapet peyin, 40 kisə kübrə (silitir) səpmişlər. Torpaq sahəsindən 6 ildir ki, istifadə edirlər. Torpaq sahəsini şifahi alqı-satqı ilə alsalar da, cavabdeh torpağı onların adına rəsmiləşdirməmişdir. Dəfələrlə cavabdehdən alqı-satqı müqaviləsinin təsdiq edilməklə torpağı onların adına sənədləşdirilməsini tələb etsə də, cavabdeh hər dəfə müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Hazırda isə cavabdeh onlardan torpaq sahəsindən çıxmalarını tələb edir. Ona görə cavabdehlə aralarında bağlanmış şifahi alqı-satqı müqaviləsinin təsdiq edilməsi və ya cavabdehdən 7194mana t pulun alınıb ona və İddiaçı2 verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Brinci instansiya məhkəməsində tədqiq edilmiş "xxxx" MMC-nin 28 sentyabr 2019-cu il tarixli, 61 saylı qiymətləndirmə rəyinə əsasən, 3 ha torpaq sahəsinin 2019-cu ilə olan bazar dəyəri 1 hektar üçün 3500 manat təşkil edir. Fevral 2013-cü ildə həmin torpaq sahəsi birdəfəlik almaq üçün həmin torpağın mülkiyyətçisinə ödənilmiş 3600 manat pulun oktyabr 2019-cu il tarixi vəziyyətinə ekvivalenti dövrü əhatə edən real infilyasiya nəzərə alınmaqla 7194 manat təşkil edir. Brinci instansiya məhkəməsində tədqiq edilmiş əlyazmada, həmin ərizədə Cavabdeh2 öz pay torpağından 3 ha torpaq sahəsini 3600 manata ömürlük İddiaçı1 satdığını qeyd etmişdir. Birinci instansiya məhkəməsində cavabdeh məhkəməyə verdiyi ərizədə iddia nı qismən qəbul etdiyini, mülkiyyətində olan 3 hektar torpaq sahəsini 2013-cü ilin fevral ayında iddiaçılara 5 illik icarəyə verdiyini, 600 manatı isə dövlətdən subsidiya şəklində aldığını, iddianı cəmi 3600 manat hissəsində qəbul etdiyini bildirmişdir. Beyləqan Rayon Məhkəməsinin (hakim Ramiz Nurullayev) 21 noyabr 2019-cu il tarixli, 2(020)-1731/2019 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh2 3600 manatın və ödənilmiş dövlət rüsumuna görə 15 manat pulun alınıb iddiaçılar İddiaçı3 və İddiaçı2 verilməsi, ödənilmiş dövlət rüsumunun 15 manatın iddiaçılara aid edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə cavabdehin iddia tələbini qismən qəbul etməsinə əsaslanaraq qəbul edilən hissədə iddia tələbini təmin etmişdir. İddiaçılar qətnamədən apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar torpağı cavabdehdən alarkən əkinə yararsız idi. Xeyli xərc çəkib onu yararlı torpağa çevirmişlər. Bununla bağlı Paritet-M MMC-nin 28 sentyabr 2019-cu il tarixli, 61 saylı qiymətləndirilmə rəyinə əsasən 3,00 ha torpaq sahəsinin 2019cu il tarixli bazar dəyəri 1 hektar üçün 3500 manat təşkil edir. 2013-cü ilin fevral ayanda həmin torpaq sahəsini bidəfəlik almaq üçün həmin torpağın mülkiyyətçisinə ödənilmiş 3600 manat pulun oktyabr 2019-cu il tarixi vəziyyətinə ekvivalenti dövrü əhatə edən real infilyasiya nəzərə alınmaqla 7194 manat təşkil edir. Birinci instansiya məhkəməsi isə 7194 manat deyil, 3600 manat və ödənilmiş 15 manat dövlət rüsumunun alınaraq onlara veriliməsi göstərilmişdir. Paritet-M MMC-yə həmin qiymət ləndirmə qərarın çıxarılması üçün 185 manat rüsum ödəmişdir. Məhkəmə qətnamə qəbul Mülki prosessual və maddi hüquq normalarının tələbləri kobud surətdə pozulmuş və ya düzgün tətbiq edilməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Fuad Soltanov - sədrlik edən və məruzəçi, Tale Kərimov, İsmayıl Əhmədov) 13 mart 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə və onun hüquqi əsaslandırılması ilə razılaşaraq hesab etmişdir ki, qətnamə həmin hissədə qanuni və işin hallarına uyğundur, habelə onun qəbulu zama nı maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Belə ki, məhkəmə işin hallarına əsasən müəyyən etmişdir ki, 2013-cü ilin fevral ayında faktiki olaraq hazırki mübahisənin tərəfləri arasında Cavabdeh1 və ailə üzvlərinə mülkiyyət hüququ ilə məxsus 4,31 hektar pay torpaq sahəsinin 3 hektarının iddiaçılara 3600 manata satılması və ya həmin məbləğdə pul müqabilində beş illik icarayə verilməsi barədə şifahi razılaşma əldə olunmuş, yəni əqd bağlanmışdır. Bu razılaşmaya əsasən iddiaçılar cavabdehə 3600 manat pul vermiş, cavabdeh isə sözügedən 3 hektar pay torpaq sahəsini iddiaçıların faktiki sahibliyinə vermişdir. Həmin razılaşma əldə edilərkən müvafiq növ əqdlərin, yəni daşınmaz əmlakın alqı-satqısı və icarəyə verilməsi zamanı bağlanmalı olan əqdlərin qanunvericliklə nəzər də tutulmuş formalarına əməl edilməmişdir. Hazırda tərəflər arasında bağlanmış sözügedən razılaşma hər iki tərəf tərəfindən, iddiaçılar tərəfindən mübahisə predmeti olan torpaq sahəsinin icarəyə verilməsi halı, cavabdeh tərəfindən isə mübahisə predmeti olan torpaq sahəsinin satılması halı olmaqla mübahisələndirlir. Göründüyü kimi hazırki mübahisənin tərəfləri mübahisə predmeti olan torpaq sahəsi, yəni daşınmaz əmlak barəsində nəzərdə tutduqları müqaviləni, istər alqı-satqı, istərsə də icarə müqaviləsini bağlayarkən hər iki müqavilə üçün qanunla müəyyən edilmiş forma tələblərinə riayət etməmiş və bununla da Azərbaycan Respubliası Mülki Məcəlləsində müəyyənləşdirilmiş şərtləri pozmuş olduqlarından, onlar arasında bağlanmış həmin əqd etibarsızdır. Belə olan halda qanunvericliyin tələbinə görə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalıdırlar, o cümlədən hazırki tələb üzrə cavabdeh aldığı 3600 manatı iddiaçılara qaytarmalıdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin “mübahisə predmeti olan torpaq sahəsinin qiymətləndirilməsi üçün ödədiyi 185 manatın ona qaytarılması” barədə dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, həmin qiymətləndirmə hazırki iş üzrə hər hansı bir zərurətdən, o cümlədən qanundan və ya müqavilədən irəli gəlmədiyindən, iddiaçının öz sifarişi ilə həyata keçirildiyindən və mübahisənin həlli üçün hər hansı bir sübutu əhəmiyyət kəsb etmədiyindən onun dəyərinin qaytarılması üçün qanuni əsas yoxdur. Apellyasiya instansiyası məhkəməsi iddiaçıların tələbinin “3600 manat pulun oktyabr 2019-cu il tarixi v əziyyətinə ekvivalenti dövrü əhatə edən real infilyasiya nəzərə alınmaqla 7194,00 manat təşkil etməsi” barədə dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçılar 3600 manatı cavabdehə verdikləri vaxtdan cavabdehə və ailəsinə məxsus sözügedən 3 hektar torpaq sahəsi iddiaçıların faktiki sahibliyinə keçmiş və hazırki mübahisə yaranana qədər onlar həmin torpaq sahəsində istifadə edib bəhər götürmək imkanına malik olmuşlar. Bu baxımdan iddiaçılar sözügedən torpaq sahəsi üçün verdikləri pul məbləğinə münasibətdə zərərə məruz qalmış olmurlar. Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin sübutlara söykənməyən formal mülahizələrdən ibarət olan dəlillərini əsassız sayaraq, onları qətnamənin ləğv üçün əsas hesab etməmişdir. İddiaçılar (Vəkil) kassasiya şi kayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilərək cavabdehdən 7194 manat məbləğində pulun, qiymətləndirmə rəyinin alınması üçün verilmiş 185 manat pulun və 30 manat dövlət rüsumunun alınıb iddiaçılara verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın d əlilləri Cavabdeh kassasiya şikayətinə yazılı etiraz göndərərək şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı1 və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışını n hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, cavabdeh tələbin təmin edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instan siyası məhkəməsi qətnaməni yalnız iddiaçıların apellyasiya şikayətinə əsasən iddia tələbinin rədd edilən hissədə yoxlamışdır. Kassasiya şikayətində qətnamə iş üzrə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq ic ra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 324.1 Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çox tərəfli) ola bilər. Maddə 324.4 Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Maddə 329.3. Şfahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Mə cəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3 Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.

4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5 Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

11. İcarəyəverənlə icarəçinin münasibətləri torpaq icarəsi müqaviləsi ilə tənzimlənir. Maddə

12. Torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əml akın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Məhkəmə kollegiya sı qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-895/2020 nömrəli iş üzrə 13 mart 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar