Məhkəmə qərarları › İş №2(102)-4367/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4367/2019

07.06.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4367/2019 07.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı və cavabdeh “xxxx” ASC nümayəndəsi və vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2019-cu il tarixli, 2(103)77/2019 saylı qətnaməsindən cavabdeh “xxxx” ASC nümayəndəsi və vəkili X1 kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli, 2(006)50 92/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.T.Tağıyeva) İddiaçı cavabdeh “xxxx” ASC qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” barədə iddiası təmin edilərək, işəgötürənin 18 iyul 2018-ci il tarixli, k/18-03866 saylı əmrinin ləğv edilməsi, iddiaçının işlədiyi “Şirvan” EŞ nəzarətçi- mühəndis vəzifəsinə bərpa edilməsi və “Şirvan” RETSİ –dən məcburi işburaxma günləri üçün 18 iyul 2018-ci il tarixdən icra sənədinin icra olunduğu günədək bütün müddət üçün əmək haqqının tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Cavabdeh təşkilatın nümayəndəsi xxx qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2019-cu il tarixli, 2(103)77/2019 saylı qətnaməsi ilə (hakimlər V.N.Sadıqov sədrlik ed ən, məruzəçi, A.Q.Hüseynov və A.N.İmanov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabheh təşkilatın nümayəndəsi və vəkili Tahir Əliyev qətnamədən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə cavabdeh təşkilata qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri üçün əmək haqqının ödənilməsi” barədə iddia qaldırmış və tələblərini onunla əsaslandırmışdır ki,30 mart 1977-ci il tarixdən cavabdeh təşkilatda elektrik çilingəri vəzifəsinə işə qəbul edilmiş və həmin vaxtdan etibarən qeyd edilən təşkilatda müxtəlif vəzifələrdə işləmişdir. Sonuncu iş yeri cavabdeh təşkilatda enerji satışı sahəsinin nəzarətçi mühəndisi vəzifəsi olmuşdu r. İşəgötürənin 18 iyul 2018-ci il tarixli, k/18-03866 saylı əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Cavabdeh təşkilatda işlədiyi 41 ildən artıq müddət ərzində əmək və icra intizamına yol verməmişdir. Bundan əvvəl iki dəfə də əmək müqaviləsinə qanunsuz olaraq xitam verildiyi üçün məhkəmənin qətnaməsi ilə əvvəlki işinə bərpa edilmişdir. 13 aprel 2015-ci il tarixdə onunla 3 ay müddətinə müddətli əmək müqaviləsi bağlanmış və nə müqavilənin müddəti bitdikdən əvvəl, nə də müqavilə bitdikdən, yəni 13 iyul 2015-ci il tarixdən sonra ona müqavilənin bitməsi ilə bağlı heç bir məlumat verilməmişdir. 13 aprel 2015-ci il tarixdən sonra onunla ümumiyyətlə heç bir əmək müqaviləsi bağlanmamışdır. Yalnız ə mək müqaviləsinə xitam verildikdən sonra onunla müddətli əmək müqaviləsi bağlandığı məlum olmuşdur. Halbuki, onun işlədiyi vəzifə daimi xarakterlidir və o, uzun illər həmin vəzifədə işləmişdir, qanunun tələbinə görə daimi vəzifə ilə bağlı müddətli əmək müqaviləsinin bağlanması yolverilməzdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instans iyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında cavabdeh “xxxx” ASC nümayəndəsi və vəkili XX kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat vermişdir. İddiaçı məhkəmə iclasında iştirak etsə də, vəkillə birgə təmsil olunmadığı üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləməmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kasssasiya instansiyası məhkəməsi məruzəçini, cavabdeh “xxxx” ASC nümayəndəsi və vəkili Tahir Əliyevin izahatını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası mə hkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə əmək qanunverciliyinin tələblərinin pozulmaqla xitam verilməsinə, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad etmiş və hüquqi mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci, 4-cü hissələrinin, 47-ci maddəsinin “f” bəndinin, 68-ci maddəsinin “b” bəndinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etmişdir, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməmişdir və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, iddiaçı işəgötürənin 30 aprel 2015-ci il tarixli, k-15-0372 saylı əmrinə əsasən iki ay sınaq müddətinə cavabdeh təşkilatın XXXEŞ-də “nəzarətçi mühəndis vəzifəsinə işə qəbul edilmiş və işəgötürənin 18 iyul 2018-ci il tarixli, k|18-03866 saylı əmri ilə onunla bağlanmış əmək müqaviləsinə müqavilənin müddəti qurtardığı üçün 18 iyul 2018-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmrin verilməsinə iddiaçı ilə bağlanmış əmək müqaviləsi və XXX-nin rəisinin məktubu əsas kimi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş digər sübutları da tədqiq edib müəyyən etmişdir ki, iddiaçı 1977-ci ildən cavabdeh təşkilatda əmək fəaliyyətinə başlamış və 40 ildən artıqdır ki, eyni sahədə i şləməklə, birinci dərəcəli elektrik- çilingər vəzifəsindən nəzarətçimühəndis vəzifəsinədək yüksəlmişdir. İddiaçı onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsasına görə xitam verilməsi ilə razılaşmayıb, iddia etmişdir ki, 40 ildən artıq müddətdə cavabdeh təşkilatda işlədiyindən, əmək qanunverciliyinə görə işəgötürən 30 aprel 2015-ci il tarixli, k-15-0372 saylı əmrlə onunla müddətli əmək müqaviləsi bağlaya bilməzdi. Digər tərəfdən əslində 13 aprel 2015ci il tarixdə cavabdeh təşkilat “xxxx” ASC çevrildikdən sonra onunla yeni müddətsiz əmək müqaviləsi bağlanmışdır, lakin əmək müqaviləsinin surəti ona verilməmişdir. İşəgötürən onun razılığı olmadan əmək müqaviləsini 3 ay müddətinə bağlamış və bunun da 2 ayı sınaq müddəti olmuşdur. Bu səbəbdən də onunla bağlanmış əmək müqaviləsinə müdd ətin başa çatması əsasına görə xitam verilə bilməzdi və əvvəldən onunla müddətli əmək müqaviləsinin bağlanması qanunsuz olmuşdur. Tərəflər arasında əmək müqaviləsi bağlandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45-ci maddəsinin 1-ci hissəsinə görə, əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. Həmin Məcəllənin 45-ci maddəsinin 4-cü hissəsinin tələbinə görə, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 47-ci maddəsinin “f” bəndinə görə, tərəflərin hüq uq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Həmin Məcəlləsinin 51-ci maddəsinə görə, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini, müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədi ilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Sınaq müddəti 3 aydan artıq olmamaq şərti ilə müəyyən edilir. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan a pellyasiya şikayətinin dəlillərini araşdırıb, işə əlavə edilmiş sübutları tədqiq edib, sadalanan maddi hüquq normalarının tələblərini hazırkı əmək mübahisəsinə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, əmək qanunvericiliyi əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olması qabaqcadan bəlli olduğu hallarda əmək müqaviləsinin müddəti müəyyən edilmədən bağlanmalı olduğunu müəyyən etmişdir. Yalnız tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. İddiaçının təyin olunduğu vəzifə üzrə yerinə yetirdiyi işin daimi xarakter daşıması isə işin mübahisə olunmayan halıdır. Belə olan halda iddiaçı ilə əmək müqaviləsi müddəti müəyyən edilmədən (müddətsi z) bağlanmalı idi. “Qarşılıqlı razılığa” gəldikdə isə, qanunun tələbinə görə, bu, tərəflərin hüquq bərabərliyi prinsipinə əsaslanmalı, bir tərəfin (işəgötürənin) digər tərəfə (işçiyə) münasibətdə üstün mövqeyinə görə subyektiv yanaşmaya şərait yaratmamalıdır. İşin hallarından isə açıq-aydın görünür ki, işəgötürən qanunun ona verdiyi hüquqdan sui-istifadə edərək iddiaçı ilə müddətli, özü də cəmi 3 ay müddətinə əmək müqaviləsi bağlamışdır ki, bunun da 2 ayı sınaq müddəti olmuşdur. Halbuki, iddiaçının kifayət qədər ixtisaslı işçi olmaqla, sınaq müddətinə heç bir ehtiyac olmadığı qabaqcadan aydın idi. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işin məhkəmə iclasında müəyyən edilmiş faktiki hallarını nəzərə alıb düzg ün olaraq qeyd etmişdir ki, iddiaçının əmək kitabçasında 2 aylıq sınaq müddəti ilə işə götürüldüyü qeyd olunsa da, əmək müqaviləsinin hansı müddətə bağlanması barədə heç bir qeyd yoxdur. Bu isə haqlı olaraq iddiaçının onunla əmək müqaviləsinin müddətli bağlanmasından məlumatsız olması barədə dəlillərini inandırıcı və ağlabatan hesab etməyə əsas verir. Belə ki, iddiaçının işə qəbul olunması barədə əmr 30 aprel 2015-ci il tarixdə verildiyi, müvafiq olaraq əmək kitabçası da yalnız bundan sonra doldurulduğu halda, onunla əmək müqaviləsi hələ 13 aprel 2015-ci ildə bağlanmışdır və əmək müqaviləsində müqavilə müddəti göstərilmiş olsaydı, aydındır ki, bu barədə əmək kitabçasında da müvafiq qeyd aparılardı. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd e tmişdir ki, 38 illik iş stajına malik (2015-ci il üçün) kifayət qədər ixtisaslı işçi ilə 2 aylıq sınaq müddəti ilə cəmi 3 ay müddətinə əmək müqaviləsinin bağlanması real və işçinin mənafeyinə uyğun hesab edilə bilməz. İddiaçının bu 3 il müddət ərzində heç bir irad bildirilmədən əmək funkisyalarını yerinə yetirməsi də onunla bağlanmış əmək müqaviləsinin əslində müddətsiz xarakter daşıdığını göstərir. Əmək müqaviləsində müddət təyin edilməsi isə iddiaçının istənilən vaxt rahatlıqla işdən çıxarılmasına nail olmaq məqsədinə xidmət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublika sının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır (Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsi). Apellyasiya instansiyası məhkəməsi sadalanan normaların tələblərini əsas tutub haqlı olaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış 13 aprel 2015-ci il tarixli əmək müqaviləsi işəgötürənin mənafeyinə xidmət etməklə, yuxarıda istinad olunan əmək qanunvericiliyinin prinsiplərinə əsaslanmamışdır. O na görə də iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsi düzügün nəticəyə gəlmiş və sadalanan maddələrin tələblərini hazırkı əmək mübahisəsinə düzgün tətbiq etmişdir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və belə qənaətə gəlir ki, cavabdeh təşkilatın kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşıdırılmaqla hüquqi qiymət verildiyindən, həmin dəlillərin yenidən müzakirə olunmasına lüzüm yoxdur. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nətic əyə gəlmiş, işə əlavə edilmiş sübutlara sadalanan maddi hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət vermiş və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmışdır. Ona görə də kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki,kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Q ƏRARA ALDİ: 416-420-ci Cavabdeh “xxxx” ASC nümayəndəsi və vəkili X1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 yanvar 2019-cu il tarixli, 2(103)-77/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar