Məhkəmə qərarları › İş №2(102)-437/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-437/2024

01.02.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-437/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı “yaşayış və istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kompensasiya verilmədən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinin əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2(108)122/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayət inə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən 68,21 kv.m ümumi sahəsi olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. Cavabdeh mülkiyyətçinin oğludur və o, həmin mənzildə qeydiyyatda olsa da, uzun müddətdir ki, faktiki yaşamır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin Naxçıvan şəhəri, ünvan 1 ünvanında yaşayış və istifadə hüququnun kompensasiya ödəmədən itirilməsi barədə qətnamə qəbul edilm əsini məhkəmədən xahiş etmişdir.

4. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh 2014-cü ildə ailə həyatı qurmuş və həmin tarixdən ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Cavabdeh özünə yaşayış yeri seçib və bu səbəbdən də Turalın yaşayış və istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməlidir.

5. Naxçıvan Şəhər Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(078)-169/2023 nömrəli qətnaməsi ilə (hakim G.K.Əliyeva) iddia təmin edilmiş, Cavabdeh İddiaçı mülkiyyətində olan Naxçıvan şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin tərkib hissəsindən yaşayış və istifadə hüququnun itirilmiş hesab edilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli evdən istifadə ilə bağlı hüquq münasibətləri 01 sentyabr 2000-ci ilə qədər yarandığından Azərbaycan Re spublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəaları tətbiq edilməlidir.

7. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh 5 ildən artıq müddətdir ki, mübahisəli mənzili daimi əsaslarla tərk etmiş və hazırda Bakı şəhərində yaşayır.

8. Həmçinin məhkəmə göstərmişdir ki, cavabdeh 29 mart 2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək həmin ərizədə Bakı şəhərində yaşadığını, 2016-cı ildə Naxçıvan şəhərinə qayıdıb yoldaşı və övladı ilə birgə ailəsi ilə yaşadığını, anasının (Eyvazova Tünzalə) və bacısının (Eyvazova Sevinc) evdə çox söz-söhbə t etdiklərini, məcburiyyətdən Bakıya qayıtmalı olduğunu, bacısının ailə həyatı qurduğunu və ayrıldığını, 2016-cı ildən anasının və bacısının onu evdə qovduqlarını qeyd etsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda məhkəmə araşdırması zamanı da cavabdehin ərizəsində qeyd etdiyi bu halların əsaslı olmasını təsdiq edən hallar ortaya çıxmamışdır.

9. Məhkəmə mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 54, 60, 87, 123-cü, Mülki Məcəllənin 152.1, 152.5-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.3, 217.5-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 19 99-cu il tarixli qərarı, “Respublika Məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 16 oktyabr 1992-ci il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Cavabdeh apellyasiya şikayəti verərək, Naxçıvan Şəhər Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(078)-169/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2(108)-122/2023 nömrəli qətnaməsi ilə (hakim M.D.Allahverdiyevin sədrliyi və məruzəsi ilə, hakimlər Ə.K.Allahverdiyevdən və S.Ş.Bəylərlidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin 05 ma y 2023-cü il tarixli, 2(078)169/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi göstərmişdir ki, cavabdeh apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə əsas kimi “... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 mart 1999-cu il tarixli qərarında mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrin məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı olduğunu, bu xüsusatın digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalı olduğunu, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsinin onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməməsini, əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan normanın tərəflərin öz hüquqlarından suiistifadə hallarının qarşısını almağa yönəldiyini, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsinin həyata keçirməsinə onlara imkan verdiyini, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində yaşayış sahəsinin icarədarının ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir olduğunun nəzərdə tutulduğunu, icarədar və ya onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yaşa yış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edildiyini, cavabdehin isə məhkəməyə təqdim etdiyi etirazda da başqa bir yaşayış məntəqəsinə daimi olaraq köçmədiyini, getməsinin Naxçıvan şəhərində iş tapıb ailəsini dolandıra bilməməsi və bir evdə öz ailəsi ilə anası, bacısı ilə aralarında yaranmış problem olduğunu” göstərmiş və məhz bu qeyd olunan əsaslara görə Naxçıvan Şəhər Məhkəməsinin 05 may 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul olunmasını kollegiyadan xahiş etmişdir.

13. Apellyasiya məhkəməsi apellyatorun şikayətində göstərdiyi bu dəlillərlə razılaşmayaraq apellyasiya baxışı zamanı müəyyən edil miş hallara əsaslanmaqla qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmiş, mübahisənin həllində mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmış, maddi hüquq normalarına düzgün əməl edilməklə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. İş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

14. Belə ki, tədqiq olunmuş iş materiallarından da göründüyü kimi, tərəflərin arasındakı hüquq münasibətləri 01 sentyabr 2000-ci ilə qədər yaranmışdır (Naxçıvan şəhər XDS İK-nın xx.xx.1992-ci il tarixli 4335 nömrəli orderi əsasında) ki, b irinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarındakı hüquqi mövqeyinə əsasən bu hüquq münasibətlərinə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan SSR-in 8 iyun 1992-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan SSR Mənzil Məcəlləsi) müddəalarını tətbiq etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Qərarında göstərilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcə llənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

15. İstər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya baxışı zamanı tədqiq olunmuş iş materiallarından məlum olmuşdur ki, iş üzrə Cavabdeh 2016-cı ildən etibarən mübahisəli mənzildən çıxmış və 8 ildən artıq müddətdir ki, daimi əsaslarla həmin mənzili tərk etmişdir. Belə ki, iş üzrə Cavabdeh məhkəmələrə ünvanladığı ərizələrdən də onun 2016-cı ildən mübahisəli mənzili tərk etdiyi, həmin vaxtdan bəri ümumiyyətlə geri qayıtmadığı və ailə üzvləri ilə birlikdə Bakı şəhərində yaşadığı müəyyən olunmuşdur.

16. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iş üzrə Cavabdeh kollegiyaya ünvanladığı ər izədə 2016-cı ildə Naxçıvan şəhərinə qayıdaraq yoldaşı və övladı ilə birgə həmin mənzildə yaşamaq istəməsini, anası və bacısının evdə çox söz-söhbət etdiklərini, məcburiyyətdən Bakıya qayıtmalı olduğunu, bacısının ailə həyatı qurduğunu və ayrıldığını, 2016-cı ildən anasının və bacısının onu evdə qovduqlarını iddia etsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda araşdırma zamanı da cavabdehin ərizəsində qeyd etdiyi bu halların əsaslı olmasını təsdiq edən hallar ortaya çıxmamışdır. Bundan başqa qeyd olunmalıdır ki, keçən bu müddət ərzində cavabdeh tərəfindən iddia olunan hallarla bağlı özünün pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət olunmaması da onu deməyə əsas verir ki, cavabdeh həqiqətən də hazırki mübahisəli mənzildən məcburi qaydada çı xarılmamış və öz iradəsi əsasında könüllü olaraq yaşayış yerini daimi əsaslarla dəyişmişdir. Cavabdehin uzun müddətdir ki, mübahisəli mənzildə yaşamaması onun özünə başqa daimi yaşayış yeri seçməsi və bu mənzilə ehtiyaclarının qalmaması qənaətinə gəlməyə imkan verir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri

17. Cavabdeh kassasiya şikayəti verərək, Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2(108)-122/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı, Mülki Prosessual Məcəllənin 76.1-ci maddələri pozulmuş dur.

19. Belə ki, apellyasiya məhkəməsi qeyd edilən maddi hüquq normasını səhv təfsir etmiş, həmin maddənin tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsinin şərhinə əsaslansa da, düzgün nəticəyə gəlməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi etirazda başqa bir yaşayış məntəqəsinə daimi olaraq köçmədiyini, getməsinin Naxçıvan şəhərində iş tapıb ailəsini dolandıra bilməməsi və bir evdə öz ailəsi ilə anası, bacısı ilə aralarında yaranmış problem olduğu açıq-aşkar izah etmişdir. Apellyasiya məhkəməsi iddianın əsaslı olmasına digər bir dəlil kimi göstərmişdir ki, cavabdeh mübahisəli mənzilə köçmək üçün müraciət etməyib. Birincisi bu şəxsin hüququdur. Digər tərəfdən müraciət edib mənzilə ailəsi ilə birlikdə köçməyi tələb etsə və iddia təmin olunsa da, 68 kvadrat olan mənzildə valideynləri, bacısı, bac ısının uşaqları, cavabdehin ailəsi, uşaqları və bundan əlavə onlarla münaqişəli bir vəziyyətdə olmaları olduğu halda yaşamaq mümkün deyildir.

20. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

21. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

22. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

23. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

24. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülk iyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

25. Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinin üçüncü və dördüncü hissələrinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu Məcəllənin üçüncü hissəsində göstərilən vətəndaşlar kirayəçinin ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, kirayəçinin və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 54-cü maddəsinə əsasən kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş h esab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87-ci maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz h əddi-buluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəs inə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına hüquqi qiymət verilmiş və məhkəmə gəlinən nəticə ilə tam razı laşır.

29. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan yaşayış sahəsindən istifadə hüququnun yaranması işin mübahisə edilməyən halıdır.

30. Mübahisələndirilən məsələ həmin hüquqa kompensasiya verilmədən xitam verilməsinin mümkünlüyüdür.

31. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xita m verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır.

32. Hazırki iş üzrə cavabdehin və ailə üzvlərinin uzun müddət mübahisəli yaşayış sahəsindən istifadə etməməsi və belə istifadənin mümkünsüzlüyü cavabdehin kassasiya şikayətinin dəlilləri də müəyyən olunmuşdur. Odur ki, apellyasiya məhkəməsi cavabdehin iddiaçının mülkiyyətində olan mənzildən ehtiyacının aradan qalxmasını müəyyən etdiyindən, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə Konstitusiya Məhkəməsinin Plenumunun 29 mart 2016-cı il tarixli qərarında ifad ə olunmuş hüquqi mövqeyə uyğun olmuşdur.

33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2023-cü il tarixli, 2( 108)-122/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar