Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-437/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Vəkil1 (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əşyaların yaşayış sahəsindən çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Vəkil1 (X7 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “əşyaların yaşayış sahəsindən çıxarılmas ı” tələbinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 avqust 2024-cü il tarixli 2(103)-4064/2024 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 27 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Səbail rayonunun Badamdar Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 080 nömrəli qərarına əsasən Badamdar qəsəbəsi, İ yaşayış massivində olan 200 kv.m. torpaq sahəsinin İddiaçı adına sənədləşdirilməsi, ərazidə aparılacaq tikinti işlərinin ciddi layihə əsasında Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsinin razılığı alındıqdan sonra aparılması qərara alınmışdır.
2. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi t ikmiş, lakin həmin ev mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, hüquqi vəziyyətinə görə özbaşına tikintidir.
3. İddiaçının oğlu X7 ilə X8 arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanmış, bu nikahdan xx.xx.2013-cü il tarixdə X4 doğulmuş, iddiaçının oğlu, gəlini və nəvəsi ünvan 1 ünvanında yerləşən həmin fərdi yaşayış evində yaşamışdırlar.
4. İddiaçının gəlini xx.xx.2022-ci il tarixdə ölmüşdür (intihar etməsi hazırda hələ də araşdırılır).
5. Səbail Rayon Prokurorluğunun “Cinayət işi başlanmasının rədd edilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarına əsasən X2 intihar etməsi faktı ilə bağlı toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. “Cinayət işi başlanmasının rədd edilməsi bar ədə qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında” 16 iyun 2023-cü il tarixli qərarla Bakı şəhəri, Səbail rayon prokurorluğunda X2 özünü öldürməsi faktına görə toplanmış 34-c-22 saylı material üzrə cinayət işi başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilmiş və material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işinin başlanılması qərara alınmışdır.
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-38/2024 saylı qətnaməsinə əsasən X3 Cavabdeh1 və X5 qarşı “uşağın cavabdehlərdən alınıb atanın himayəsinə verilməsi tələbinə dair” ilk iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, xx.xx.2013-cü il təvəllüdlü X1 babası Cavabdeh1 və nənəsi C avabdeh2 himayəsində saxlanılması qət edilmiş, qətnamə qanuni qüvvəsini almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehlər Cavabdeh1, Vəkil1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanda X6 məxsus – bir ədəd çarpayının, bir ədəd Termonun, iki ədəd çarpayı masasının, bir ədəd şifonerin, bir ədəd tozsovuranın, bir ədəd soyuducunun, bir ədəd paltar yuyanın, bir ədəd ət çəkən maşının, bir ədəd salat doğrayanın, habelə müxtəlif yastıqların, döşəklərin, dəsmalların və qabların mənzildən çıxarılaraq cavabdehlərə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2006-cı ildə Badamadar qəsəbəsində B ələdiyyənin qərarına əsasən istifadəsinə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ünvan 2 ünvanda yerləşir. Həmin ünvanda 2007-2008-ci illərdə sənədsiz həyət evini tikmişdir. xx.xx.2012-ci il tarixdə oğlu Rüstəm Bayramov mərhum X2 razılığı ilə toy olmadan onunla ailə qurmuşlar. Ailə qurduqdan sonra bir il ona məxsus Səbail rayonu ərazisində mülkiyyətində olan digər evdə onunla birgə yaşamışlar. Bir ildən, yəni uşaqları olduqdan sonra birgə köçüb həmin fərdi yaşayış evində yaşamışlar. Toy olmadığından nikahdan sonra mənzildə yaşayış üçün zəruri olan ikinci əl ev və məişət əşyaları alınmışdır. xx.xx.2022-ci il tarixdə gəlini həmin ünvanda intihar etmişdir. Baş verən hadisəyə bir neçə dəfə yekun hüquqi nəticə verilsə də, şikayət nəticəsində hazırda baş vermiş intihar hadisəsinin təkra r olaraq Səbail Rayon Prokurorluğunda araşdırması davam edir. Cavabdehlər mərhum gəlininin valideynləri və qardaşıdır. O, oğlundan ailəyə məxsus əşyaları çıxarmağı tələb etsə də, oğlu evdəki əmlakları istəmədiyini, cavabdehlərə əmlakı götürməyi bildirsə də, onlar dəyəri olan qızıl-zinyət əşyalarını götürüb aparmış, lakin evdə qalan əşyaları götürməmişlər. Əksinə, evdəki əşyalara dəyilməməsi ilə bağlı onlara xəbərdarlıqlar edilmişdir. Hazırda tərəflər arasında mübahisəli vəziyyət olduğundan nə cavabdehlər əmlakları könüllü olaraq evdən çıxartmışlar, nə də ona çıxartmağa şərait yaratmışlar. Mülkiyyətçi olaraq mənzildən sərbəst istifadə edə bilmir.
9. Cavabdeh Vəkil1 iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddia tamamilə əsassızdır və rədd olunmalıdır. Belə ki, iddi açı mülkiyyəti təsdiq edən reyestrdən çıxarış əlavə etməmişdir. Bu da o deməkdir ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatı aparılmamış və hazırda qeyd edilən iddia üzrə iddiaçı mülkiyyətçi kimi qiymətləndirilə bilməz və bu iddia onun mülkiyyət hüquqlarının müdafiə olunması üçün qaldırıla bilməz. Əşyaların çıxarılması öhdəliyinin onun, ata və anasının üzərinə qoyulmasının tələb edilməsi də tamamilə absurddur. Belə ki, vərəsəlik hüququndan irəli gələn məsələlər öz həllini tapmamışdır. Vərəsəsi və ya birbaşa mülkiyyətçisi olmadan əşyaların kimə məxsusluğu sual altında qalır. Ona görə də, onların üzərinə öhdəliyin qoyulması da qanuna uyğun olmaz.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, İddiaçı onun anasıdır. Ev anasına məxsusdur, lakin 2 ildir anası ilə kirayədə yaşayır. Həmin ev anası tərəfindən 2006-cı ildə tikilmiş, 2008-ci ildə kirayəyə verilmişdir. 2013-cü ildə uşaq olandan sonra o, ailəsi ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. Baldızı, bacanağı və qızı gəlib evdən qızılları götürmüş, lakin digər əşyaları götürməkdən imtina etmişlər. Anasına və ona da əşyaları evdən çıxarmağa icazə vermirlər.
11. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(009)492/2024 nömrəli qətnaməsi ilə (hakim Rəna Qafarova) iddianın qismən təmin edilməsi, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən evdən X6 məxsus - bir ədəd çarpayının, bir ədəd termonun, iki ədəd çarpayı masalarının, bir ədəd şifonerin, tozsoranın, soyuducunun, paltar yuyanın, ət çəkən maşının, salat doğrayanın, müxtəlif yastıqlar və döşəklərin, dəsm alların və qabların cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən çıxarılaraq onlara geri qaytarılması, ödənilmiş dövlət rüsumunun 70 manat hissəsinin müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, evdən çıxarılması tələb edilən əşyaların mərhuma məxsus olması işin mübahisəsiz halıdır və tərəflər arasında bu məqamla bağlı mübahisə yoxdur. Tərəflər arasında mövcud mübahisəli vəziyyət ondan ibarətdir ki, iddiaçı mərhumun ailə üzvlərinin onun əşyalarının yaşadığı evdən çıxarılmasına etiraz etdiklərinə görə əşyaları evdən çıxara bilmir və bu da ona məxsus evdən rahat istifadə edə bilməməsinə gətirib çıxarır. Cavabdeh tərəf isə evə dair iddiaçının mülkiyy ət sənədinin olmamasına, eləcə də vərəsələrin müəyyən edilməməsinə istinad edərək, iddianı qanunsuz və əsassız hesab edir. Qanunvericiliyə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. İddiaçı tərəfin və şahidin məhkəməyə bildirdiklərinə əsasən iddiaçıya məxsus torpaq sahəsində tikilən ev iddiaçı tərəfindən tikilmişdir (bu hal məhkəmə araşdırması zamanı mübahisələndirilməmişdir) və onun istifadəsində və sahibliyində olmuşdur. Buna görə də, mərhum X6 məxsus əşyaların bələdiyyə qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsində tikilmiş evdən çıxarılmaması, iddiaçının evdən istifadə etmək imkanlarını məhdudlaşdırır. İş materiallarında olan yazışmalar, cavabdehin etirazda göstərilən mövqeyi və məhkəmə iclasında dindirilən şahid ifadəsi ilə təsdiq edilir ki, mərhumun ailə üzvləri əşyalarının həmin evdən çıxarılmasına etiraz edir və əşyaların çıxarılması ilə bağlı hər hansı addım atmaq istəmirlər. İddiaçı isə tərəflər arasında mübahisəli vəziyyət olduğuna görə əşyaları evdən çıxartmağa ehtiyat edir. Buna görə də, iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
13. Lakin məhkəmə cavabdehlərə münasibətdə iddianın əsaslı olması ilə bağlı qeyd etmişdir ki, mərhumun valideynləri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun birinci növbə qanun üzrə vərəsələridir və onun qızı X4 da hazırda Cavabdeh1 və Cavabdeh2 faktiki himayəsindədir. Odur ki, iddiaçı istifadəsində olan (bələdiyyə qərarına əsasən adına sənədləşdirilmiş torpaq sahəsində) ünvan 4 ünvanında yerləşən evdə n mərhum X6 məxsus əşyaların məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən çıxarılaraq onlara qaytarılması tələbi qanuni və əsaslıdır.
14. Məhkəmə, vərəsəlik hüququ ilə bağlı qanunvericilik normaları baxımından iddianın mərhumun qardaşı olan cavabdeh Vəkil1 aid hissədə əsassız olması qənaətinə gəlmişdir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152, 157, 1159-cu və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 həmin qətnamədən birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
17. Apellyasiya şikayəti o nunla əsaslandırılmışdır ki, vərəsəlik münasibətləri yaranmadan, onların yazılı etirazına və müraciətlərinə baxmayaraq, məhkəmə hüquq əldə etməmiş şəxslərin üzərinə öhdəlik qoymaqla yalnışlığa yol vermişdir. Əgər məhkəmə icraatında tərəfindən qaldırılmış vərəsəlik mübahisəsi olmuş olsaydı, o halda hakim hesab edə bilərdi ki, vərəsələrin əşyaları çıxarmaq vəzifəsi var. Halbuki, indiki halda vərəsəliklə bağlı heç bir tələb olmadığı halda məhkəmə onların üzərinə öhdəlik qoymuşdur. Mülki Məcəllənin tələblərinə əsasən miras əmlakı qəbul etdikdən sonra vərəsənin həmin əmlakla bağlı öhdəliyi yarana bilər. Məhkəmə əmlakın kimə məxsus olmasını, vərəsəlik münasibətlərinin həyata keçirilib-keçirilmədiyini, buna niyyətin olub-olmamasını araşdırmamışdır. Sadəcə etiraz edilmədiyini əsas gətirmişdir. Hal buki, iddia ərizəsinin tamamilə əsassız olması barədə etiraz təqdim edilmişdir.
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Lakin iddiaçı tərəfindən ərizə təqdim edilərək, çıxarılması tələb edilən əşyaların markaları, rəngləri, sayı, ceşidi və digər göstəriciləri dəqiqləşdirilmişdir. Bildirilmişdir ki, 1 ədəd çarpayı, 1 ədəd termo, 2 ədəd çarpayı masası, 1 ədəd şifoner – 2-ci əl olmaqla sexdə hazırlanmışdır. 1 ədəd soyuducu da 2-ci əl olmuş, markası “Swizer”, 1 ədəd toz sovuranın markası “Evrolux”, 1 ədəd paltaryuyan maşının markası “LG”, 1 ədəd ətçəkən maşının markası “Euromerss”dir. Salat doğrayan çin istehsalıdır. Müxtəlif yastıqlar dedikdə - 2 ədəd olmaqla açıq bənövşəyi rəngdə 1 dəst taxt yastığı, 1 ədəd qırmızı güllü ağ yastıq, 1 ədəd bənövşəyi rəngdə uşaq yastığ ı, döşəklər dedikdə 1 ədəd tünd çernil rəngdə və ağdan ibarət çızıqlarla taxt döşəyi, 1 ədəd yaşıl xətli döşək, dəsmallar dedikdə 3 ədəd müxtəlif rəngli dəsmallar, qablar dedikdə çin istehsalı olan 6 ədəd dərin boşqab, 6 ədəd daya boşqab, 6 ədəd nəlbəki ilə birlikdə xrustal stəkan, 6 ədəd nəlbəki ilə birlikdə çay stəkanı nəzərdə tutulmuşdur.
19. Cavabdeh, o cümlədən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat vermiş və verilmiş suallara cavab olaraq bildirmişdir ki, mübahisəli əşyaların cavabdehlərə məxsus olub-olmaması barədə hər hansı məlumat verə bilməz, iddia tələbi əşyaların çıxarılmasıdır. İddiaçı əvvəlcə əşyaların cavabdehlərə məxsusluğunu sübut etməlidir. Məhkəmə tərəfindən vaxt verilsə də, əşyaların kimə məxsus olması ilə bağlı dəqiq mövqe bildirilməyəcəkdir, mübahisənin predmeti əmlakın kimə məxsusluğu deyil. O, nümayəndə kimi təmsil etdiyi tərəfin mövqeyini müdafiə edir. Həmin əşyaların evdən çıxarılması öhdəliyi cavabdehlərin üzərinə qoyula bilməz. Əşyaların cavabdehlərə məxsus olmadığını deyə bilməz, əşyaların cavabdehlərə məxsusluğu ilə bağlı məlumatı yoxdur. Əşyaların cavabdehlərə məxsusluğu ilə bağlı iddia tələbi yoxdur.
20. Məhkəmənin təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş X7 verdiyi izahatında bildirmişdir ki, iddia tələbində sadalanan əşyalar həm cehiz, həm də birgə nikah dövründə alınmış əşyalardır. Mübahisələndirilən çarpayı, termo, 2 ədəd çarpayı masası, dolab, tozsovuran, soyuducu, paltaryuyan, ətçəkə n, böyük döşək və yorğan cehiz əşyalarıdır. Salat doğrayan, müxtəlif dəsmallar, yorğan və qablar birgə nikah dövründə alınıb. Əşyaların hamısının cavabdehlər tərəfindən çıxarılmasına etiraz etmir, həmin əşyalardan hər hansı pay tələbi yoxdur. Hadisə baş verən gündən həmin evdə yaşamır, kirayə evdə yaşayır.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4064/2024 nömrəli 29 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) cavabdehlər tərəfindən birgə verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “tozsoranın, soyuducunun, paltar yuyanın, ət çəkən maşının, salat doğrayanın, müxtəlif yastıqlar və döşəklərin, dəsmalların və qabların mübahisəli mənzildən çıx arılması” hissəsində dəyişdirilmiş, İddiaçı istifadəsində olan ünvan 1 ünvanında yerləşən evdən X6 məxsus olmuş, habelə onun nikahda olduğu dövrdə alınmış “Eurolux” markalı tozsoran, ikinci əl olmaqla “Swizer” markalı soyuducu, 1 ədəd “LG” markalı paltaryuyan, 1 ədəd çin istehsalı olan “Euromess” markalı ətçəkən, 1 ədəd çin istehsalı olan salat doğrayan, açıq bənövşəyi rəngdə 1 dəst taxt yastığı, 1 ədəd qırmızı güllü ağ yastıq, 1 ədəd bənövşəyi rəngdə uşaq yastığı, 1 ədəd tünd çernil rəngdə və ağdan ibarət çızıqlarla taxt döşəyi, 1 ədəd yaşıl xətli döşək, 3 ədəd müxtəlif rəngli dəsmallar, çin istehsalı olan 6 ədəd dərin boşqab, 6 ədəd daya boşqab, 6 ədəd nəlbəki ilə birlikdə xrustal stəkan, 6 ədəd nəlbəki ilə birlikdə çay stəkanının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən çıxarılaraq, onlara geri qaytarılması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aid edilməsi qət edilmişdir.
22. Məhkəmə kollegiyası öz mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, bu hissədə qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmışdır. Lakin məhkəmə mənzildən çıxarılmalı əşyalardan bir qisminin növ əlamətlərini (sayını, markasını, rəngini və s.) dəqiq qeyd etməmiş, nəticədə həmin əşyalarla bağlı hissədə qeyri-müəyyənliyin yaranmasına şərait yaratmış və qətnamənin icra mexanizmini çətinləşdirmişdir. Bu sə bəbdən qətnamə “tozsoranın, soyuducunun, paltar yuyan maşının, ət çəkən maşının, salat doğrayanın, müxtəlif yastıqlar və döşəklərin, dəsmalların və qabların mübahisəli mənzildən çıxarılması” hissəsində dəyişdirilərək, əşyaları xarakterizə edən kəmiyyət və keyfiyyət əlamətləri göstərilməlidir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işin hallarına istinadən qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi bələdiyyə qərarına əsasən iddiaçıya məxsusdur. Mübahisəli fərdi yaşayış evi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış, hüquqi vəziyyətinə görə özbaşına tikilidir. Cavabdehlər iddiaçının keçmiş gəlininin valideynləri və qardaşıdır. İddiaçının oğlu və keçmiş gəlini mübahisəli fərdi yaşayış evində yaşamış və iddiaç ının gəlini xx.xx.2022- ci il tarixdə ölmüşdür (intihar etməsi hazırda da araşdırılır). Hazırda iddiaçı gəlininə məxsus məişət əşyalarının onun istifadə və sahibliyində olan evdə qaldığını və əşyaların çıxarılmaması nəticəsində onun fərdi yaşayış evindən sərbəst istifadə hüququnun pozulduğunu bildirir. Cavabdeh tərəf isə mübahisəli evin daşınmaz əmlakın reyestrində qeydiyyata alınmadığını, bu səbəbdən, iddiaçının mülkiyyət hüquqlarının pozulmasından söhbət belə getmədiyini, bununla belə, mərhum qızlarına münasibətdə vərəsə kimi onların müəyyən olunmadığını bildirərək iddia tələbinin rədd olunmasını xahiş edirlər.
24. Məhkəmə kollegiyası ilk növbədə mübahisə predmetini təşkil edən fərdi yaşayış evinin hüquqi vəziyyətinə görə özbaşına tikili olması səbəbindən iddiaçının mülkiyyət hüququnun pozulmasından söhbət getməməsi ilə bağlı cavabdeh tərəfin arqumentlərinə münasibətdə bildirmişdir ki, ümumi anlamda mülkiyyət, sahiblik və istifadə hər biri əmlak hüquqlarının bir hissəsi olmaqla onların hər birinin ayrılıqda təmin edilməsinə təminat verilir. Həmin fərdi yaşayış evi iddiaçı tərəfindən inşa edilmiş, onun qanuni sahibi məhz iddiaçıdır. Bu əmlakın iddia edildiyi kimi daha əvvəl deyil, məhz iddiaçının oğlu və keçmiş gəlininin nikahda olduqları dövrdə, onların vəsaiti hesabına inşa edilməsini təsdiq edən hər hansı sübut cavabdehlər tərəfindən təqdim edilmir. Bu halların mövcudluğu, o cümlədən iddiaçının həmin fərdi yaşayış evinin qanuni sahibi olması onun hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmasını təsdiq edir. Hər bir halda, əmlakın sahibinin həmin əmlakdan sərbəst istifadəsini məhdudlaşdıran və buna maneə olan hər bir hərəkətdən müdafiə və bu istiqamətdə pozulmuş hüquqlarının bərpasını tələb etmək hüququ var. Bu səbəbdən cavabdeh tərəfin bu qəbildən olan dəlilləri əsassızdır.
25. Məhkəmə kollegiyası cavabdehlərin mərhumun vərəsəsi kimi müəyyənləşdirilməməsi və bu səbəbdən də hazırkı iddianın onlara qarşı yönəldilməli olmaması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, qanunvericiliyin müddəalarına görə valideynlər, ər (arvad) və uşaqlar şəxsin birinci növbəli pay hüququna malik vərəsələridir. İş materiallarından görünür ki, mərhumun qızı X4 xx.xx.2013-cü il tarixdə doğulmuş və yetkinlik yaşına çatmamışdır. Mərhum anasının ölümündən sonra o, məhkəmə qaydasında hazırkı iş üzrə apellyatorların himayəsinə verilmişd ir. Mərhumun əri X7 isə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs kimi mülki işə cəlb edilmiş və o, izahatında həmin əşyaların bir qisminin cehiz əşyası kimi apellyatorların vəsaiti hesabına alındığını, bir qisminin isə birgə nikah dövründə satın alındığını bildirmiş və əşyaların cavabdehlər tərəfindən götürülməsinə etiraz etməmişdir. Qeyd olunanlardan göründüyü kimi, hazırkı iş üzrə apellyatorların mübahisəli əşyalara cehiz əşyaları kimi yanaşıldığı təqdirdə tam, birgə nikah dövründə əldə olunmuş əmlak kimi yanaşıldıqda isə müəyyən hissədə birinci növbəli vərəsə kimi pay hüquqları var. Onların mərhumun miras əmlakının qəbulu ilə bağlı müvafiq quruma heç bir müraciətinin olmaması da bu reallığı dəyişə bilməz. Hər bir halda, ötən dövr ərzində onların rəsmi qay dada miras əmlakdan imtina etdiyi müəyyən edilmir. Göstərilənlər, üçüncü şəxsin də bu əşyalara münasibətdə mövqeyi nəzərə alınmaqla, iddia üzrə cavabdeh qismində (uşaq da hazırda himayələrinə verilmişdir) məhz apellyatorların müəyyən edilməsini şərtləndirir.
26. Məhkəmə kollegiyası o halı da qeyd etmişdir ki, nə apellyasiya şikayətinin dəlillərində, nə də iş üzrə məhkəmə icraatı zamanı cavabdeh tərəf əşyanın mərhum qızlarına məxsus olmaması ilə bağlı konkret mövqe bildirmir və dolayısı ilə həmin əşyaların mərhuma məxsusluğunu qəbul edirlər. Belə ki, məhkəmə iclasında apellyatorların nümayəndəsi qismində çıxış edən, eyni zamanda cavabdeh olan Vəkil1 mübahisəli əşyaların cavabdehlərə məxsus olub-olmaması ilə bağlı hər hansı məlumat verə bilməyəcəyini söyləmişdir. Verilmiş suallara cavab olar aq isə bildirmişdir ki, əşyaların cavabdehlərə məxsus olmadığını deyə bilməz, əşyaların cavabdehlərə məxsusluğu ilə bağlı məlumatı yoxdur, əşyaların cavabdehlərə məxsusluğu ilə bağlı iddia tələbi yoxdur. Bu mövqeyi və suallara verdiyi cavablarla hüquqi nəticə etibarı ilə əşyaların cavabdehlərə məxsus olub-olmaması məsələsinə münasibət bildirməkdən sözün əsl mənasında yayınmışdır. Bu məsələyə aydınlıq gətirilməsi məqsədi ilə məhkəmə iclasında fasilə də elan edilmiş, hətta işə baxılmasının təxirə salınması da təklif edilmişdir. Lakin cavabdehləri onların nümayəndəsi qismində təmsil edən, eyni zamanda, vəkillər kollegiyasının üzvü olan Vəkil1 qeyd etmişdir ki, iddiaçı əvvəlcə əşyaların cavabdehlərə məxsusluğunu sübut etməlidir. Məhkəmə tərəfindən vaxt verilsə də, əşyaların kimə məxsus olması ilə bağlı dəqiq mövqe bildirilməyəcəkdir. Belə ki, mübahisənin predmeti əmlakın kimə məxsusluğu deyil. Nəticə etibarı ilə nümayəndə mübahisəli əmlakların apellyatorlara hər hansı aidiyyətinin olmadığını, o cümlədən onların mərhum qızına aid olmadığını bildirməmişdir. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, həmin hissədə də apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin mövqeyi haqlı və əsaslı olmuşdur.
27. Lakin birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı mövqeyi haqlı olsa da, qətnamədə cavabdehlər tərəfindən mübahisəli evindən çıxarılmalı olan əşyaların bir qisminin növ əlamətləri dəqiq qeyd edilməmiş və hüquqi nəticə etibarı ilə qeyri-müəyyən dairədə əşyalar çıxarılmışdır ki, bu da həmin əşyalarla bağlı hissədə qeyrimüə yyənliyin yaranmasına və qətnamənin icra mexanizminin çətinləşdirməsinə səbəb olacaqdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “tozsoranın, soyuducunun, paltar yuyan maşının, ət çəkən maşının, salat doğrayanın, müxtəlif yastıqlar və döşəklərin, dəsmalların və qabların mübahisəli mənzildən çıxarılması” hissəsində dəyişdirilərək, həmin əşyaları xarakterizə edən kəmiyyət və keyfiyyət əlamətləri də göstərilməlidir.
28. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.5, 157.4, 157.8, 1145, 1146, 1147.2 və 1159.1.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə müvafiq yekun qətnamə qət olunmasını və ya həmin qətnamənin ləğv edilərək iddiaya mahiyyəti üzrə baxılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə müvafiq qərar qəbul olunmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti iddia ərizəsinə etiraz və apellyasiya şikayəti ilə oxşar məzmunda əsaslandırılmışdır. b)
31. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərən cam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
33. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır;
34. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
35. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən h ərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın;
36. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər;
37. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur;
38. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır;
39. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məh kəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır;
40. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sü butun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
48. Ma ddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aş ağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyas iya instansiyası məhkəməsinin qətnaməsininyoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqi qi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
54. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 avqust 2024-cü il tarixli 2(103)-4064/2024 saylı qətnaməsi iddia tələbinin təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.