Məhkəmə qərarları › İş №2(102)-4370/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-4370/2022

04.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4370/2022 04.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh3,, Cavabdeh5, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19 Vladimirovnaya, Cavabdeh20 qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhv olmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı MT K-nın cavabdehlər AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi və qeyrilərinə qarşı “mənzillərin dövlət qeydiyyatının ləğvi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5369/2020 nömrəli, 9 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinə 30 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr H 5-ci il tarixli 322 saylı Qərarı ilə (bundan sonra – NK-nın qərarı) Bakı şəhərinin Sabunçu rayonu ərazisində sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə qəzalı vəziyyətdə olan, şəhərin görünüşünə xələl gətirən və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi, binalar söküldükdə orada yaşayan sakinlərin yeni mənzil verilənədək kirayə mənzillərə köçürülmələri nəzərdə tutulmuşdur.

2. Çoxmənzilli yaşayış binasının tikintisinin layihələndirilməsi barədə Sabunçu rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2016-cı il tarixli 95 saylı Sərəncamı ilə (bundan sona – Sərəncam) ünvan 1 ünvanlarda (bundan sonra – mübahisəli ünvanlar) yerləşən qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sökülərək yerində yeni mənzilli yaşayış binalarının tikintisinin layihələ ndirilməsi üçün İddiaçı MTK-ya (bundan sonra – iddiaçı) icazə verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi və sonradan tələbin dəqiqləşdirilməsi bağlı ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehlərin mənzillərinin dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, NK-nın qərarı ilə Sabunçu rayonu ərazisində yerləşən qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sökülərək yerində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün ona icazə verilmişdir. Sərəncama əsasən iddiaçı qəzalı vəziyyətdə olan həmin binada yaşayan sakinləri tikinti işlərini həyata keçirən şirkət hesabına kompe nsasiya verməklə kirayəyə köçürərək müqavilə şərtlərini tam şəkildə yerinə yetirmişdir və ərazidə yerləşən bina artıq sökülmüşdür, yerində müasir tələblərə cavab verən hündürmərtəbəli çoxmənzilli yaşayış binasının tikilmiş və sakinlərə tam təmirli mənzillər verilmişdir. Mübahisəli ünvanlarda yerləşən xüsusi mülkiyyətdə olan mənzillərin dövlət qeydiyyatı ləğv olunmadığına görə yeni tikilmiş binanın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır.

5. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-701/2020 nömrəli, 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim: Əşir Səmədov) iddia təmin edilmişdir.

6. Məhkəmə öz mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, mübahisəli ünvanlarda yerləşən xüsusi mülkiyyətdə olan mənzillərin dövlət qeydiyy atı ləğv olunmadığına görə yeni tikilmiş binanın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır.

7. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə istinad edərək qeyd etmişdir ki, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Bu əsasla iddia təmin olunmalıdır.

8. Birinci instansiya məhkəməsi öz mövqeyini əsaslandırarkən eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2, 153.4, 157.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh5 apellyasiya şikayəti və ona əlavə verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – ona məxsus Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi 28, mənzil 27-nin dövlət qeydiyyatının ləğv edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir.

10. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, NK-nın qərarında qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarından söhbət gedir. İddiaçı isə cavabdehin evinin qəzalı vəziyyətdə olmasını təsdiq edən hər hansı rəy təqdim etməmişdir.

11. Apellyasiya şikayətinin digər dəlilinə görə, iddiaçı müqavilə üzrə öhdəliklərini yerinə yetirməyərək, mənzili natamam və keyfiyyətsiz formada təmir etmişdir.

12. Apellyasiya məhkəməsinin sorğusu əsasında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tədqiqat obyeklərinə mütəxəsislər tərəfindən texniki baxış keçirilmişdir. Rəydə qeyd olunmuşdur ki, mübahisəli ünvanlarda yerləşən qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binaları sökülərək, yerində iddiaçı tərəfindən yeni 12 mərtəbəli yaşayış binaları inşa edilmişd ir.

13. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının müavininin məhkəmənin sorğusuna cavab olaraq göndərdiyi 26 avqust 2020-ci il tarixli məktubda Sərəncam ilə mübahisəli ünvanlarda yerləşən qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sökülərək yerində yeni çoxmənzilli yaşayış binalarının tikintisinin layihələndirilməsi üçün iddiaçıya icazə verildiyi, eyni zamanda Sərəncam əsasında həmin ünvanlarda yerləşən binaların sökülərək yerində yeni müasir tələblərə cavab verən hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının inşasının başa çatdırıldığı və sakinlərə tam təmirli mənzillər təhvil verildiyi qeyd olunmuşdur.

14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5369/2020 nömrəli mülki iş üzrə 9 sentyabr 2020- ci il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Əlixan Mehdiyev və Şərafət Məmmədova) apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmişdir.

15. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, mübahisəli ünvanlarda yerləşən binalar sökülərək yerində müasir tələblərə cavab verən hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının inşası başa çatmış, "xxxx" MTK qəzalı vəziyyətdə olan həmin binada yaşayan sakinləri tikinti işlərini həyata keçirən şirkət hesabına kompensasiya verməklə kirayə köçürərək müqavilə şərtlərini yerinə yetirmiş və sakinlərə tam təmirli mənzillər təhvil verilmişdir.

16. Məhkəmə kollegiyası mövqeyini əsaslandırarkən onu da qeyd etmişdır ki, cavab deh tərəfindən müqavilə şərtlərinin tam olaraq yerinə yetirilməməsi ilə bağlı dəlil irəli sürülsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir.

17. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi iddia tələbinin hüquqi əsası ilə ( MM-nin 157.1-ci maddəsi) razılaşmayan məhkəmə kollegiyası hesab etmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir.

18. Məhkəmə kollegiyası öz mövqeyini əsaslandırarkən eləcə də, Azərbayca n Respublikası Mülki Məcəlləsinin 153.4-cü maddəsinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

19. Cavabdeh5 (vəkil X3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassatorun şikayətinin dəlilləri apellyasiya şikayətinin məzmunu ilə eynilik təşkil etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 8 iyun 2021ci il tarixli, 2(102)-3521/2021 nömrəli qərarı ilə (hakimlər: İsmayıl Xəlilov (sədrlik edən və məruzəçi), Mehparə Əhmədova və Ələsgər Əliyev) kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissəd ə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. Digər cavabdeh DƏDRX-nin 1 saylı Bakı Əİ (Vəkil) kassasiya şikayəti verərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 17, mənzil 6, Bakı şəhəri, Sabunçu rayonu, Mədəniyyət küçəsi 28, mənzil 10, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 19, mənzil 2, Bakı şəhəri, Sabunçu rayonu, Mehmandarov küçəsi 19, mənzil 3, ünvan 2 ünvanında yerləşən daşınmaz əmlaklara dair dövlət qeydiyyatının ləğv olunması hissəsində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

23. Kassator şikay ətini əsaslandırarkən qeyd etmişdir ki, məhkəmələr tərəfindən əmlakların məhkəmə prosesi dövründə olan faktiki vəziyyətləri araşdırılmamışdır. Belə ki, məhkəmələr əslində əvvəlki mülkiyyətçilərin mülkiyyət hüquqlarını ləğv etmiş, lakin yeni mülkiyyətçilə münasibətdə məhkəmə mövqe bildirməmiş, həmçinin onlar tərəf qismində işə cəlb olunmamışlar.

24. Kassator eyni zamanda qeyd etmişdir ki, sözügedən mənzillərdən bəziləri 2014-2016-cı il illərdə alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirilmiş, bu hal məhkəmə tərəfindən müəyyən olunsa da, həmin mənzillərin dövlət qeydiyyatının yeni mülkiyyətçilərin ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində ləğv olunması məhkəmə tərəfindən müəyyən olunmamışdır.

25. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140 və 150ci madd ələrinə istinad edərək əsaslandırmışdır. b)

26. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

27. Maddə 403.1. maddəsinə əsasən Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

28. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

29. Maddə 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş ə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kasasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kasasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli Qərardadı 30. 2-ci bəndi Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apelly asiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

31. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir. Kassasiya instansiya məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası aşağıda qeyd olunanlara əsasən hesab edir ki, kasasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 20 iyul 2020-ci il tarixli, 2(102)-4370/2022 nömrəli qərardadı ləğv edilərək, kasasiya şikayəti məhkəmə baxışından çıxarılmalıdır.

33. Belə ki, İddiaçı MTK cavabdehlər Azərbaycan Respublikası DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsin ə, Cavabdeh2, Cavabdeh3,, Cavabdeh5, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19 Vladimirovnaya, Cavabdeh20 qarşı cavabdehlərin mənzillərinin dövlət qeydiyyatının ləğv edilməsini xahiş etmiş və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə (hakim: Əşir Səmədov) iddia təmin edilmişdir.

34. İddianın təmin olunması əsası ondan ibarət olmuşdur ki, cavabdehlərə məxsus qəzalı vəziyyədə olan evlər sökülmüş və yerində hündürmərtəbəli yaşayış binası inşa edildiyi üçün cavabdehlərə məxsus evlərin dövlət qeydiyyatı ləğv edilməlidir.

35. İş üzrə cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi həmin qətnamə ilə razılaşaraq ondan apellyasiya şikayəti verməmişdir.

36. Qətnamədən cavabdehlərdən biri - Cavabdeh5 apellasiya şikayəti vermiş, apell yasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə razılaşmış, lakin mübahisəyə maddi hüquq normasının düzgün tətbiq olunmaması əsası ilə qətnaməni ancaq həmin əsasla ləğv edərək, iddianı yenidən təmin etmişdir. Həmin qətnamə Cavabdeh5 kassasiya şikayəti əsasında kassasiya instansiyası tərəfindən dəyişdirilmədən saxlanmışdır.

37. Bundan sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh DƏRX-nin 1 saylı Bakı Ərazi İdarəsi kassasiya şikayəti vermişdir. Cavabdehin şikayəti məhkəmələr tərəfindən əmlakların faktiki vəziyyətlərinin araşdırılmaması, mənzillərinin bəzilərinin 2014-2016-cı illərdə alqı-satqı müqaviləsi ilə özgəninkiləşdirildiyi, sonradan yeni mülkiyətçilərin ərizəsi ilə qeyd iyyatlarının daşınmaz əmlakın dövlət reyestrində ləğv olunmasl halının məhkəmə tərəfindən müəyyən olunmadığı, qətnamədə hazırkı mülkiyyətçilərə münasibət bildirilməməsi, həmçinin onların tərəf kimi işə cəlb olunmamaları ilə bağlı olmuşdur.

38. Göründüyü kimi, cavabdehin kassasiya şikayəti işin faktiki halları və onların ətraflı araşdırılmaması, faktlara düzgün qiymət verilməməsi ilə bağlıdır. Həmin hallar birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən həll edilmiş məsələlərdir və cavabdeh qətnamədən apelyasiya şikayəti verməmişdir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ancaq, maddi hüquq normasının düzgün tətbiq olunmaması əsası ilə ləğv edərək mahiyyəti üzrə eyni nəticəyə gəlmişdir.

39. Beləliklə, cavabdeh qətnamədən apelyasiya şikayə t vermədiyi və onun irəli sürdüyü hallar apelyasiya baxışının predmeti olmadığı üçün DƏDRX-nin qətnamədən kassasiya şikayəti vermək hüququ yaranmır.

40. Belə ki, MPM-nin 403.1. maddəsinə əsasən Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

41. DƏDRX-nin 1 sayl Bakı Əİ birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyi və həmin qətnamə ilə onun hər hansı tələblərinin təmin olunmaması halı mövcud olmadığı üçün, o cümlədən apellyasiya icraatında işə baxılarkən cavabdehin hazırda irəli sürdüyü dəlillərlə bağlı qətnamədə heç bir dəyişiklik edilmədiyi üçün cavabdehin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 9 sentyabr 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermək hüququ yaranmamışdır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kasasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kasasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.

43. Digər tərəfdən qeyd edilməlidir ki, hazırki iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin kassatorun şikayətinin dəlilləri ilə əhatə olunan hissəsi daha əvvəl verilmiş Cavabdeh5 kassasiya şikayəti üzrə yoxlanıldığından cavabdeh AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti mümkün hesab edilməməlidir.

44. Belə ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli Qərardadının 2ci bəndinə əsasən məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Həmin qərardadın 4-cü bəndinə əsasən məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh AR ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Əİ tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 20 iyul 2021-ci il tarixli, 2(102)-4370/2021 nömrəli qərardadı ləğv edilsin. AR ƏMDK-nin yanında DƏDRX-nin 1 saylı Bakı Əİ Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli sentyabr 2020-ci il tarixli, 2(103)-5369/2020 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayət i kassasiya baxışından çıxarılaraq, qaytarılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar