Məhkəmə qərarları › İş №2(102)-4372/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4372/2019

05.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4372/2019 05.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Cavabdeh, onun vəkili Əfəndiyev Altay Seid oğlu, tərcüməçi Ələkbərov Orxan Malik oğlunun iştirakları ilə, Cavabdeh və İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 d ekabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Səbail rayon məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Səbail rayon məhkəməsinin 02 iyul 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən N.Bağırov, iş 2(009)-1707/2018) iddia rədd edilmişdir. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli q ətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), hakimlər T.Səmədov və İ.Şirinov, iş № 2(103)-10690/2018) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Səbail rayon məhkəməsinin 02 iyul 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iddianın qismən təmin edilməsi, Cavabdeh 8000 (səkkiz min) manatın və ödənilmiş dövlət rüsumunun əvəzinin bir hissəsi 10 (on) manatın alınaraq İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli qətnamənin ləğv edilməsini, id dia tələbinin tam rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Cavabdeh iddiaçının kassasiya şikayətinə qarşı etirazda göstərmişdir ki, iddiaçının iddiası əsasszıdır, onun iddiaçıya heç bir borcu yoxdur və məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş edir. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh vəkili Əfəndiyev Altay Seid oğl u izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qərar qəbul edilməsini xahiş edir. Həmçinin İddiaçı kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansi yası məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazım dır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pözulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, tərəflər arasında pulun verilməsinə dair mülki hüquq münasibətləri yaranmış və bu faktı tərəflərin heç biri inkar etmir. İşin mübahisəli halı isə ondan ibarətdir ki, iddiaçı tələb etdiyi məbləğdə pulu cavabdehə verdiyini və həmin pulun ona qaytarılmadığını iddia edir, cavabdeh isə iddiaçıdan 28000 manat yox, 8000 manat aldığını və tam həcmdə iddiaçıya qaytardığını deyərək iddiaya bu formada etiraz edir. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçını n iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfin bu hissədə, yəni 8000 manatın həqiqətən iddiaçıdan aldığı cinayət mühakimə icraatı qaydasında aparılan araşdırma zamanı və məhkəmədə etiraf etməsi ilə əlaqədar sübuta yetirilmiş hesab olunmalıdır. İddiaçı kassasiya şikayətində ona istinad etmişdir ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən tam qiymət verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 431.1, 431.3, 449.1, 449.2-ci maddələrini rəhbər tutub Cavabdeh 28.000 (iyirmi səkkiz min) manat məbləğində pulun, gecikdirilmiş müddət üzrə illik 15 bank faizi və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmalıdır. Cavabdeh isə kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi aşağıdakılara istinad etmişdir: “İddiaçı irəli sürdüyü iddia tələbini təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilmədiyi üçün iddia tələbi əsassız olduğu üçün tam həcmdə rədd edilməlidir.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdırıb, aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İddiaçı iddia ərizəsində qeyd edir ki, iddiaçı təxminən 7 il əvvəl qadın bərbəri işləyən Anjella Əmirova ilə tanış olmuş, sonradan aralarında dostluq münasibətləri yaranmışdır, 2013-cü ilin avqust ayında Cavabdeh İddiaçı zəng vuraraq xaricdən qadın paltarları gətirib sataraq gəlir əldə olunması məqsədilə şərik olmağımı təklif etmişdir. O, Cavabdeh inandığından, ona etibar etmiş və razılaşmışdır. Cavabdeh ona həmin işlə bağlı 28.000 (iyirmi səkkiz min) ma nat lazım olduğunu və həmin pulun müqabilində İddiaçı 5000 (beş min) manat gəlir verəcəyini söyləmişdir. O, hissə-hissə olmaqla, ümumilikdə cavabdehə 28.000 manat pul vermişdir. Lakin Cavabdeh onun etibarından sui-istifadə edərək 28000 manat pulunu mənimsəmişdir. Belə ki, Cavabdeh İddiaçı aldığı pulları hər hansı beznesə deyil, özünün borclarını bağlamışdır. Sonra isə İddiaçı bildirmişdir ki, guya ki, o həmin pulların bir hissəsini 8.000 (səkkiz min) manat pulu onun şəriki Sabinaya verib. Birinci instansiyası məhkəməsi iddia tələbini rədd etsə də qətnamədə Mülki Məcəllənin borc müqaviləsini tənzimləyən 739.1-ci maddəsinə istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsi isə birinci instansiyası məhkəməsinin qətnaməsini ləğv edib, iddia tələbini qismən təmin etsə də qətnaməsində tərəfləri n hansı mülki-hüquq münasibətlərində olmasını göstərməmişdir. İş üzrə müəyyən edilən halın nədən ibarət olmasını göstərməmiş və mübahisəli hüquq münasibətinə heç bir maddi hüquq norması tətbiq etməmişdir. Bu isə mülki prosessual qanunvericiliyin tələbinin pozulması deməkdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir. Həmin Məcəllənin 418.4.7-ci maddəsi isə müəyyən edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin qəbul etmiş olduğu qətnamədə, qərardadda, məhkəmənin rəhbər tutduğu qanuna və ya digər normativ hüquqi akta istinad ol unmamışsa ləğv edilməlidir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normasına istinad etmədiyinə görə həmin qətnamə ləğv olunmalıdır. Bundan əlavə apelyasiya instansiyası məhkəməsi qətnaməsində qeyd edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar cavabdeh tərəfin bu hissədə, yəni 8000 manatın həqiqətən iddiaçıdan aldığı cinayət mühakimə icraatı qaydasında aparılan araşdırma zamanı və məhkəmədə etiraf etməsi ilə əlaqədar sübuta yetirilmiş hesab olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə görə, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Lakin apelyasiya instansiyası məhkəməsi MPM-nin həmin tələbinə riayət etməmişdir. Cavabdeh məhkəmə prosesində belə bir etirafı etmədiyini bildirsə də, bu xüsusatlar məhkəmə tərəfindən araşdırılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018ci il tarixli qərarında göstərilmişdir ki, “mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəb ul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir: faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə; faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə; faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəs inin İİİ hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.” Beləliklə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə görə Cavabdeh 8000 manatın iddiaçıdan aldığı cinayət mühakimə icraatı qaydasında aparılan araşdırma zamanı və məhkəmədə etirafı kimi qiymətləndirilə bilməz və bu xüsusat iddia tələbinin qismən 8000 manat həcmində təmin edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Kassasiya şikayətlərinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətlərin in dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 dekabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar