Məhkəmə qərarları › İş №2(102)-4376/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-4376/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4376/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim H.Bəhmənov) iddia tələbi təmin edilmiş, Cavabdeh 9000 manat, həmçinin dövlət rüsumuna ödənilmiş 30 manat, cəmi 9030 manat pulun alınaraq İddiaçı ödənilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən F.Abbasov, hakimlər T.Heydərov və T.Kərimov) apelyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki proses sual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kreditin ödənilməsi ilə əlaqədar “xxxx” ASC-yə (sabiq “xxxx” ASC-yə) Cavabdeh borcu əvəzi ödədiyi 9000 (doqquz min) manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni işin aşağıda qeyd edilən halları ilə əsaslandırmışdır. İş materiallarından görünür ki, Cavabdeh “xxxx” ASC ilə bağladığı xx xxxxxx 2013cü il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Həmçinin iş materiallarından görünür ki, xx xxxxxx 2013-cü il tarixli ipoteka girov müqaviləsi ilə kredit müqaviləsinin təminatı olaraq İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qara-Çuxur qəsəbəsi məhəllə 4048, ev 89 saylı mənzili bankın xeyrinə ipoteka ilə y üklü etmişdir. xx xxxxxx 2019-cu il tarixli xəzinə mədaxil orderindən məlum olur ki, İddiaçı Cavabdeh “xxxx” ASC qarşısında müqavilə öhlədiyinin icrası ilə əlaqdar 9000 (doqquz min) manat məbləğində ödəniş etmişdir. “xxxx” ASC-nin təqdim etdiyi arayışdan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə İddiaçı tərəfindən təşkilata 9000 manat ödəniş edilmişdir. “xxxx” ASC-nin təqdim etdiyi xx xxxxxx 2019-cu il tarixli DƏDRX-in ünvan ünvanlanmış ərizədən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Qara-Çuxur qəsəbəsi məhəllə 4048, ev 89 saylı mənzilə dair ipoteka müqaviləsinə xitam verilmişdir. Ona görə də daşınmaz əmlakın ipoteka ilə yüklülüyünün dövlət qeydiyyatının ləğv edilməsi, İddiaçı məxsus çıxarışın özünə qaytarılması xahiş edilmişdir. İşin hallarından görünür ki, Cavabdeh götürmüş o lduğu kreditdən borclu qaldığı 9000 manat pulu, kreditin təminatı olaraq ipoteka ilə yülkü edilmiş mənzilin mülkiyyətçisi İddiaçı ödəmişdir. Mülki Məcəllənin 311-ci maddəsinə əsasən əşyanın mülkiyyətçisi tələbin icra müddəti çatdıqda kreditoru təmin edə bilər. Bunu şəxsi borclu da edə bilər. Əgər mülkiyyətçi şəxsi borclu deyildirsə, tələb ona mülkiyyətçinin kreditoru təmin etdiyi vaxt keçir. Kreditoru təmin edərkən mülkiyyətçi daşınmaz əmlakın dövlət reyestrinə və ya daşınar əmlakın digər rəsmi reyestrinə müvafiq qeydlərin yazılması üçün zəruri olan sənədləri və ipotekaya xitam verilməsini tələb edə bilər. Həmin Məcəllənin 313-cü maddəsinə əsasən ipoteka və onun əsasında duran tələb başqa şəxsə yalnız eyni vaxtda və birlikdə verilə bilər. Tələb yeni ipoteka saxlayana verildikdə ipoteka da ona keçir. Tələbin verilməsi yalnız bu şərtlə etibarlı sayılır ki, ipoteka qoyulması haqqında notariat qaydasında təsdiqlənmiş sənəd yeni ipoteka saxlayana verilsin və daşınmaz əmlakın dövlət reyestrində və ya daşınar əmlakın rəsmi reyestrində qeydə alınsın. Həmin Məcəllənin 377.4-cü maddəsinə əsasən reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Həmin Məcəllənin 431-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa u yğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü ºəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin ºəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. Göstərilən maddi hüquq normalarına əsasən qeyd edilməlidir ki, İddiaçı ipoteka ilə yüklü edilmiş əmlakı üzrə əşya hüquqlarını itirməsi təhlükəsi ilə əlaqədar Cavabdeh 9000 manat borcunu ödəmiş, bununla da tələb hüququ İddiaçı keçmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddianı təmin etmiş birinci instans iya məhkəməsinin qətnaməsini dəyişdrmədən saxlamaqla apelyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar