Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4378/2022 05.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər İsrayılova Tamilla Beybala qızına və Paşayeva (Məcidova) Aytəkin Rəşid qızına qarşı “fərdi yaşayış evindən və torpaq sahəsindən çıxarılma” tələbinə dair ilk və iddiaçı İsrayılova Tamilla Beybala qızının cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “şəhadətnamələrin və çıxarışların ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinə dair iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququ, yaşayış sahəsindən çıxarılma, vərəsəlik hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (səd rlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2022-ci il tarixli, 2(105)72/2022 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İsrayılova Tamilla Beybala qızı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. Quba rayonunun Digah kəndində yerləşən 1930-cu ildə inşa edilmiş fərdi yaşayış evi X9 mülkiyyətində, 0,24 ha torpaq sahəsi onun istifadəsində olmuşdur.
2. X15 08 iyun 1977-ci ildə, onun arvadı X6 17 mart 1991-ci ildə ölmüşlər.
3. Paşayeva (İsrailova) Tamilla Beybala qızının adından 14 avqust 1988-ci il tar ixdə tərtib edilərək imzalanmış əlyazmaya əsasən o, həyat yoldaşı X22 atasının evində darısqallıq olduğu üçün qardaşı X16 atasından miras qalmış evdə müvəqqəti yaşamaq istədiyini göstərmiş, qardaşı Sabir və onun ailə üzvləri istədikləri zaman evdən köçüb gedəcəyini öhdəlik olaraq üzərinə götürmüşdür. 4. 27 dekabr 1991-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 08 iyun 1977-ci il tarixdə ölmüş X10 vərəsələri kimi X23, X20, X21 və İddiaçı2 Bəybala qızı tanınmış, miras əmlakın Quba rayonu, Alıc Digah kəndində yerləşən 2 mərtəbəli, 6 otaqlı, ümumi 144 kv.m olan yaşayış sahəsindən ibarət olan fərdi yaşayış evinin 4/5 hissəsindən ibarət olması, evin 1/5 hissəsinin açıq saxlanılması qeyd olunmuşdur. 5. 27 dekabr 1991-ci il tarixli müqavilə ilə X20, X21 və İsrailova X25 ray onu, Alıc Digah kəndində yerləşən fərdi yaşayış evinin onlara məxsus 3/5 hissəsini X2.
6. Quba rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 03 may tarixli, 04 nömrəli qərarı ilə X12 mülkiyyətinə Quba rayonu Digah kəndində 0,08 ha və 0,16 ha həyətyanı torpaq sahələri verilmişdir.
7. X23 04 may 2001-ci il tarixdə ölmüşdür. 8. 23 iyul 2002-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə 04 may 2001-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi kimi İsrailov (Sabirli) Ruslan Sabir oğlu tanınmış, miras əmlakın Quba rayonu, Alıc-Digah kəndində yerləşən 2 mərtəbəli, 6 otaqlı, ümumi sahəsi 144 kv.m olan fərdi yaşayış evinin 1/5 hissəsindən ibarət olması göstərilmişdir. 9. 16 avqust 2006-cı il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrlə 04 may 2001-ci il tarixdə vəfa t etmiş X12 vərəsələri kimi həyat yoldaşı İddiaçı2 və oğlu İddiaçı1 tanınmış, miras əmlakın Quba rayonu, Digah kəndində yerləşən 0,08, 0,20 və 0,16 ha torpaq sahələrindən ibarət olması qeyd olunmuşdur. 10. 03 avqust 2016-cı il tarixdə İddiaçı2 Quba rayonu, Digah kəndində yerləşən ayrıayrılıqda 0,1, 0,1, 0,16 ha torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus ½ hissəsini İddiaçı1 bağışlamışdır.
11. Quba rayonu, Digah kəndində yerləşən 0,16 ha torpaq sahəsi İddiaçı1 tam mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
12. Quba rayonu, Yuxarı Digah kəndində yerləşən 0,08 ha torpaq sahəsi İddiaçı1 və İddiaçı2 hər birinin pay 1/2 hissə olmaqla sonuncuların mülkiyyətləri, torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 96,1 kv.m olan fərdi yaşayış evinin 1/5 hissəsi İd diaçı1, 3/5 hissə X12 mülkiyyətləri kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, fərdi yaşayış evinin 1/5 hissəsi X10 adına açıq saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər İsrayılova Tamilla Beybala qızına və Paşayeva (Məcidova) Aytəkin Rəşid qızına qarşı iddia ərizəsi ilə, sonradan isə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin iddiaçılara məxsus əmlaklardan istifadə hüquqlarına 2000 manat kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin əşyalarının fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
14. İddia onunla əsaslandırılmış dır ki, Quba rayonu, Digah kəndində yerləşən 0,16 ha torpaq sahəsi iddiaçılardan İddiaçı1 və həmin kənddə 0,08 ha torpaq sahəsi və ümumi sahəsi 96,1 kv.m olan fərdi yaşayış evi iddiaçıların birgə mülkiyyətindədir. Cavabdeh İsrayılova X18 Ruslan Sabir oğlunun bibisidir. İsrayılova Tamilla Beybala qızı ailə həyatı qurduqdan sonra gəlin köçdüyü qayınatası gildə yaşamaq üçün darisqallıq olması səbəbindən iddiaçının atasından həyat yoldaşı ilə birlikdə müvəqqəti olaraq yaşamaq üçün yer verməsini xahiş etmiş, 14 avqust 1988-ci il tarixdə qardaşının evində müvəqqəti yaşamaq istədiyini və qardaşı İsrailov Sabirin və onun ailə üzvlərinin arzusu ilə istədikləri vaxt evdən çixmağı barədə öz xətti ilə yazılı şəkildə imzalı öhdəlik vermişdir. Lakin, atasının vəfatından sonra bibisi onun ailəsinə qarşı soyuq münasibət göstərmiş və mülkiyyətlərində olan əmlaklardan mülkiyyətçi kimi istifadə edərək bir sıra hüquqlarını məhdudlaşdırmışdır. Cavabdeh tərəfindən iddiaçılara məxsus əmlaklar üzərindəki sahiblik, istifadə və sərəncam vermək hüquqlarını tam həyata keçirməyə maneçilik törədilir. Belə ki, cavabdeh olan bibisi və sonuncunun qızı Paşayeva (Məcidova) Aytəkin Rəşid qızı faktiki olaraq Quba şəhərinə köçüb yaşamaqlarına, orada işləmələrinə baxmayaraq, heç bir istifadə hüquqları olmadan sözü gedən fərdi yaşayış evində giriş qapısını və torpaq sahəsinə giriş qapısını qıfılla bağlamış və açarların bir nüsxəsini təqdim etməkdən imtina etmişlər.
15. İddiaçı İsrayılova Tamilla Beybala qızı cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı qarşılıqlı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MP M-in 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Torpağın Mülkiyyətə Verilməsinə dair JN-086A KOD 30307038 saylı və JN-086F KOD 30307038 saylı Şəhadətnamələrin, 21 dekabr 1991-ci il tarixli 11-5541 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamənin, X12 adına verilmiş 111 nömrəli qeydiyyat vəsiqəsinin, 16 avqust 2006-cı il tarixli və 23 iyul 2006-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, X17 adına olan 23 iyul 2002-ci il tarixli qeydiyyat vəsiqəsinin, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, RX seriyalı ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli, ******* nömrəli çıxarışların, daşınmaz əmlakın bağışlanması m üqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Quba rayonu, Alıc-Digah kəndində yerləşən fərdi yaşayış evi və 0,24 ha torpaq sahəsi Quba rayonun Amsar kənd Sovetinin 19771979-cu illərə aid Digah kəndi üzrə 13 nömrəli təsərrüfat başına kitaba əsasən atası X11 məxsus olmuş, 1977-ci ildə atasının vəfatından sonra X7 adının üzərindən xətt çəkilmiş və üzərində X6 yazılmışdır. X3 19 mart 1991-ci ildə vəfat etmişdir. Bundan sonra hansısa yolla Quba rayonu, AlıcDigah kəndində yerləşən fərdi yaşayış evi və 0,24 ha torpaq sahəsi əmlakın sahibi olan anasına heç bir qohumluluq bağı olmayan ögey oğlu X12 adına keçmişdir. O isə miras qoyan doğma anası X1 orada yaşamış, xəstə anasına baxmış, anasının vəfatından sonr a dəfnini təşkil etmiş, hazırda da miras qalmış evdə yaşayır və idarə edir.
17. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin 06 iyul 2020-ci il tarixli məktubu ilə ekspertizanın keçirilməsi üçün İsrayılova Tamilla Beybala qızının 1980-1990-cı illərə dair 3-5 sənəddə sərbəst xətt və imza nümunələrinin təqdim edilməməsi səbəbindən rəyin verilməsi mümkün olmamışdır.
18. Quba Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(027)-240/2020 nömrəli qətnaməsi ilə (hakim İ.A.Məmmədov) ilkin iddia təmin edilərək, Quba rayonu, Digah kəndində yerləşən 0,16 ha torpaq sahəsindən, həmin kənddə yerləşən 0,08 ha torpaq sahəsindən və ümumi sahəsi 96,1 kv.m olan fərdi yaşayış evindən İsrayılova Tamilla Beybala qızının və Paşay eva (Məcidova) Aytəkin Rəşid qızının istifadə hüquqlarına 2000 manat kompensasiya verilməklə xitam verilməsi, İsrayılova Tamilla Beybala qızının və Paşayeva (Məcidova) Aytəkin Rəşid qızının Quba rayonu, Digah kəndində yerləşən 0,16 ha torpaq sahəsindən, həmin kənddə yerləşən 0,08 ha torpaq sahəsindən və ümumi sahəsi 96,1 kv.m olan fərdi yaşayış evindən çıxarılması, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Paşayeva (İsrailova) Tamilla Beybala qızı 14 avqust 1988-ci ildə tərtib etdiyi əlyazmasında həyat yoldaşı X22 atasının evində darısqallıq olduğu üçün qardaşı X16 atasından miras qalmış evdə müvəqqəti yaşamaq istədiyini, qardaşı Sabir və onun ailə üzvləri istədikləri zaman o, evdən köçüb gedəcəyini şahidlərin iştirakı ilə bildi rərək, sonra altında imza etmişdir. İsrayılova Tamilla Beybala qızı ilk iddia tələbindən narazı qalaraq, 14 avqust 1988-ci il tarixli əlyazmadakı imzanın özünə məxsus olmadığını bildirsə də, məhkəmə-xətşünaslıq ekspertizasının məktubundan və ona əlavə edilmiş məlumatdan göründüyü kimi, əlyazmadakı imzanın İsrayılova Tamilla Beybala qızı tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsi mümkün olmamışdır. Həmçinin, iş materiallarından aydın görünür ki, mübahisə predmeti olan Quba rayonu, Digah kəndində yerləşən 0,16 ha torpaq sahəsi İddiaçı1 və həmin kənddə 0,08 ha torpaq sahəsi və ümumi sahəsi 96,1 kv.m olan fərdi yaşayış evi İddiaçı1 və İddiaçı2 birgə mülkiyyətindədir.
20. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, Azərbaycan Respublikası nın tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi, “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı, Mülki Məcəllənin 228.2ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
21. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İsrayılova Tamilla Beybala qızı və ilk iddia üzrə cavabdeh Paşayeva (Məcidova) Aytəkin Rəşid qızı apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(027)-240/2020 nömrəl i qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2022-ci il tarixli, 2(105)-72/2022 nömrəli qətnaməsi ilə (hakim T.Q.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Ş.R.Abasovdan və S.A.Qafaridən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 2(027)-240/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
23. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 157.4, 228.2-ci maddələrinə və “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlamasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına istinad edərək hesab etmişdir ki, yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülk iyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin.
24. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, İsrayılova Tamilla Beybala qızının X3nın mülkiyyətində Quba rayonu, Alıc-Digah kəndində fərdi yaşayış evi və torpaq sahəsi olmasına dair iş materiallarında hər hansı bir hüquq müəyyənedici sənəd yoxdur və İsrayılova Tamilla Beybala qızı nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə bu halı təsdiq edəcək hər hansı bir sübut təqdim etməmişdir. İsrayılova Tamilla Beybala qızının istinad etdiyi Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının arxiv arayışları onun X3nın mülkiyyətində Quba rayonu, Alıc-Digah kəndində fərdi yaşayış evi və torpaq sahəsi olmasını təsdiq etmir. Məhkəmə həmin mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 139.1, 139-1.1.3, 140, 144.1, 144.2, 178.1, 324.1, 329.1, 337.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
25. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İsrayılova Tamilla Beybala qızı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2022-ci il tarixli, 2(105)-72/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 23, 43, 125-ci, Mülki Məcəl ləsinin 228.2, 1159.1, 1159.1.1, 1243.2, 1243.3-cü, Mülki Prosessual Məcəllənin 81, 88-ci maddələri pozulmuşdur.
27. Belə ki, İsrayılova Tamilla Beybala qızının mübahisəli fərdi yaşayış evinə dair mülkiyyət hüququ yoxdursa və istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi ilə bağlı məhkəmənin gəldiyi nəticə əsaslı hesab olunursa, kompensasiyanın məbləği işin halları nəzərə alınmaqla düzgün və ədalətli şəkildə müəyyən edilməmiş, bu məqsədlə ekspertiza təyin edilməmişdir. Cavabdeh atasından və anasından miras qalmış fərdi yaşayış evində yaşamaqla miras əmlaka sahiblik etməklə əmlakı faktiki idarə etmiş və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeyd iyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən edilir ki, Quba rayonu, Yuxarı Digah kəndində yerləşən fərdi yaşayış evinin 1/5 hissəsi, torpaq sahəsinin 1/2 hissəsi İddiaçı1, torpaq sahəsinin 1/2 hissəsi İddiaçı2, fərdi yaşayış evinin 3/5 hissəsi X13 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, fərdi yaşayış evinin 1/5 hissəsi X10 adında açıq saxlanılmışdır. İsrayılova Tamilla Beybala qızı X10 övladı kimi birinci növbədə qanun üzrə vərəsə sayılır və həmin hissədə mirası qəbul etmişdir. Məhkəmələr isə bu faktı nəzərə almamış, İsrayılova Tamilla Beybala qızının atasından qalmış miras əmlakda yaşamaqla, həmin əmlakı faktiki idarə etməklə həmin miras əmlakı qəbul etmiş hesab olunmasına baxmayaraq, həmin fərdi yaşayış evindən istifadə hüquq una xitam verməklə cavabdehin mülkiyyət hüquqlarını pozmuşlar. Mübahisəli fərdi yaşayış evinin iş üzrə tərəflərin ümumi birgə mülkiyyətində olması faktı məhkəmə tərəfindən nəzərə alınmamışdır. Bundan başqa iddiaçıların sübut olaraq təqdim etdikləri və məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilən əlyazma etibarsız və əhəmiyyətsizdir. Belə ki, əlyazmada olan imza Tamilla İsrayılova məxsus olmamış, bununla bağlı iki dəfə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, cavabdeh tərəfindən xətt və imza nümunələri təqdim olunmuş, özünə aid nə imza nümunəsi varsa ekspertlərə təqdim edilmişdir. Lakin 1985-ci ilə aid imza nümunəsi təqdim edə bilməməsi səbəbindən iş üzrə ekspertizanın keçirilməməsi həmin əlyazmanın ona aid olması qənaətinə gəlməyə əsas ola bilməz. Belə ki, 1985-ci ildən 37 il keçmiş və həmin dövrə aid imza nümunəsinin cavabdeh tərəfindən təqdim edilə bilməməsi ağlabatandır. Məhkəmə bu səbəbdən ekspertizanın keçirilə bilməməsini onun ziyanına şərh etsə də, bunu MPM-in 97.5-ci maddəsinin tələbləri baxımından əsaslandırmamışdır. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
28. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı1 kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
29. Etiraz onunla əsaslandırılmışdır ki, iddia olunan yaşayış sahəsi istifadəyə yarasızdır, cavabdehlər orada yaşamırlar. Cavabdehin həmin yaşayış sahəsinə mülkiyyət hüq uqu olmamış, miras qoyana münasibətdə vərəsəlik hüququ olmamışdır. Apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Kassasiya baxışının hədləri:
30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilmə məlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
31. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini həmin qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüquq u qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
33. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzr ə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 1133.1-ci maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
34. Azərbaycan Respublikasının 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəlləsinin: 527-ci maddəsinə əsasən vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həy аtа keçirilir. Vərəsəlik о vаxt qаnun üzrə оlа bilər ki, о, vəsiyyətlə dəyişdirilməsin. 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə e tməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Həmin maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətb iq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. 36. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakimə sinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. 2.2-ci bəndinə əsasən məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 17-ci bəndinə əsasən kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəm ələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır.
38. Belə ki, mübahisəli fərdi yaşayış evin əvvəllər iddiaçının babasının, cavabdehin atasının mülkiyyətində olması işin mübahisəsiz halıdır.
39. Həmçinin iddiaçı həmin evin vərəsəlik qaydasında atasından qəbul edərək, hazırda onun mülkiyyətində olmasını iddia etsə də, iş materialları ilə, o cümlədən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri ndən çıxarışla (cil 3, i.v. 26) müəyyən olunur ki, İddiaçı1 mülkiyyət hüququ fərdi yaşayış evinin yalnız 1/5 hissəsi üzərində qeydiyyata alınmışdır. Evin qalan hissələri X13 (3/5 hissədə) və X10 (1/5 hissədə) mülkiyyətində qalmaqdadır.
40. Daha sonra iş materiallarından müəyyən olunur ki, mərhum X10 ölümündən sonra onun övladlarından X24 ilə yanaşı, X20, X21 və İddiaçı2 Bəybala qızı mirası notariat orqanına müraciət etməklə qəbul etmiş və sonuncular paylarını iddiaçının atasına satmışlar. Lakin miras əmlakdan 1/5 hissədə pay rəsmi qaydada qəbul olunmamış və açıq saxlanılmışdır.
41. İsrayılova Tamilla Beybala qızı mübahisəli əmlaka mülkiyyət hüququnun olmasını iddia etmiş, bunu atasının ölümündən sonra fərdi yaşayış evinin X3nın mülkiyyətinə keçməsi, sonuncunun ölümündən sonra isə miras əml akı faktiki qəbul etməsi ilə əsaslandırmışdır. Apellyasiya məhkəməsi apellyatorun həmin dəlili ilə razılaşmayaraq, mövqeyini mübahisəli evin cavabdehin anasının mülkiyyətində olmasını təsdiq edən hər hansı sübutun olmaması ilə əlaqələndirmişdir.
42. Lakin apellyasiya məhkəməsi ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) mübahisəli fərdi yaşayış evinə atasından qalan miras əmlak kimi vərəsəlik hüququnun olubolmamasını, o cümlədən mirası qəbul edib-etməməsini araşdırmamış, vərəsəliklə bağlı maddi hüquq normalarını tətbiq etməli olduğu halda tətbiq etməmişdir.
43. Nəzərə alınmalıdır ki, X8 qalan miras əmlaka 1/5 hissədə pay açıq saxlanılmışdır. Həmin payın hansı vərəsəyə aid olmasına dair iş materiallarında sübut olmasa da, onun məhz cavabdehin miras payı olmasını ehtimal etm ək üçün kifayət qədər əsaslar vardır. Belə ki, miras qoyanın hazırki qərarın 40-cı bəndində göstərilən vərəsələrdən, cavabdeh İsrayılova Tamilla Beybala qızından, habelə sonuncunun anası (mirasqoyanın arvadı) X4 başqa digər vərəsələrin olması iş materialları ilə müəyyən olunmur.
44. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdehin fərdi yaşayış evinə vərəsəlik və müvafiq olaraq Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən mülkiyyət hüququ olması müəyyən edildiyi halda, iddiaçının onun həmin evdən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsinə və çıxarılmasına dair iddia tələbinin hüquqi əsası aradan qalxmış olur.
45. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 yekun iddia tələbində cavabdehlər İsrayılova Tamilla Beybala qızının və Paşayeva (Məcidova) Aytəki n Rəşid qızının iddiaçılara məxsus əmlaklardan istifadə hüquqlarına kompensasiya verilməklə xitam verilməsi və cavabdehlərin əşyalarının fərdi yaşayış evindən çıxarılmasını xahiş etmişlər. Göründüyü kimi, tələbin birinci hissəsi qeyri-müəyyən “iddiaçılara məxsus əmlaklardan” istifadə hüquqlarına xitam kimi qeyd olunmuşdur. İddiaçıların təqdim etdikləri sənədlərdən müəyyən olunur ki, onların mülkiyyətlərində yuxarıda qeyd olunan fərdi yaşayış evində payla yanaşı, ayrı-ayrı bir neçə torpaq sahələri də vardır.
46. İddianı təmin edən birinci instansiya məhkəməsi cavabdehlərin Quba rayonu, Digah kəndində yerləşən 0,16 ha torpaq sahəsindən, həmin kənddə yerləşən 0,08 ha torpaq sahəsindən və ümumi sahəsi 96,1 kv.m olan fərdi yaşayış evindən istifadə hüquqlarına kompensasiya verilməklə xitam veril məsi, həmin torpaq sahələrindən və evdən çıxarılmasını qət etmiş, apellyasiya instansiyası məhkəməsi isə qətnaməni dəyişdirilmədən saxlamışdır.
47. Lakin ilk olaraq qeyd olunmalıdır ki, iddia tələbində cavabdehlərin torpaq sahələrindən çıxarılması tələb olunmadığı halda, birinci instansiya məhkəməsi MPM-in 218.3-cü maddəsinin tələblərini pozaraq, buna dair qətnamə qəbul etmişdir.
48. Digər tərəfdən nəzərə alınmalıdır ki, qanunvericiliklə kompensasiya verilməklə torpaq sahəsindən istifadə hüququna xitam verilməsi nəzərdə tutulmamışdır. Torpaqdan istifadə hüququ yalnız qanundan və ya müqavilədən irəli gələn əsaslarla xitam verilə bilər. Birinci instansiya məhkəməsi iddiaçının yuxarıdakı məzmunda qeyri-müəyyən iddia tələbini dəqiqləşdirmədən, cavabdehlərin iddiaçıların torpaq sahəsindən fakti ki istifadə edib-etməmələrini, istifadə etdikləri halda bunun qanuni əsasının olub-olmamasını araşdırmadan bu hüquqlarına xitam verilməsini qət etmiş, apellyasiya məhkəməsi isə yol verilən nöqsanları aradan qaldırmamışdır.
49. Nəhayət məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddia tələblərində vərəsəlik hüququndan irəli gələn tələblərlə yanaşı, Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamələrin, qeydiyyat vəsiqələrinin etibarsız hesab edilməsi tələbləri də irəli sürülmüşdür. 50. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 6.1 və 6.2-ci bəndlərində izah olunmuşdur ki, torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən ed ilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır.
51. İş materiallarından müəyyən olunmuşdur ki, Quba rayonu Digah kəndində 0,08 ha və 0,16 ha həyətyanı torpaq sahələri X12 mülkiyyətinə Quba rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 03 may tarixli, 04 nömrəli qərarı ilə verilmişdir.
52. Lakin, nə birinci instansiya məhkəməsi, nə də ki, apellyasiya məhkəməsi qeyd olunan tələblərin mülki və ya inzibati icraatda baxılmalı olmasını araşdırmamış və bu məsələyə hüquqi qiymət verməmişdir.
53. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin əd alətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).
54. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əs aslandırmalı idi...
55. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir.
56. Odur ki, qətnamə göstərilən hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
57. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) mübahisəli yaşayış sahəsinə vərəsəlik və mülkiyyət hüquqlarının olub-olmaması, qarşılıqlı iddiaların mülki mühakimə icraatı qaydasında baxılmalı olması məsələlər ini araşdırmalı, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, tərəflər arasında mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olmuş maddi hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) İsrayılova Tamilla Beybala qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2022-ci il tarixli, 2(105)-72/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün a pellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.