Məhkəmə qərarları › İş №2(102)-4383/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4383/2019

24.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4383/2019 24.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlunun sədrliyi və məruzəsi ilə, Əsgərov Qürbət Ağa oğlu və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 07 fevral 2019-cu il tarixli qətnaməsindən Cavabdehnun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı-nin xeyrinə 14342.74 ABŞ dolları məbləğində əsas kredit borcu, 1782.03 ABŞ dolları məbləğində kredit müqaviləsi ü zrə hesablanmış faiz borcu və 1014.86 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 17139.63 ABŞ dolları məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun ödənilməsi, Cavabdeh məxsus olan “***” markalı, ** *** *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə tutma yönəldilməsi, həmin avtomaşının açıq hərracda satılması və satışdan əldə ediləcək vəsait hesabına Cavabdehnun İddiaçı-yə olan kredit borcunun ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) 28 iyun 2018-ci il tarixli 2(075)-119/2018 nömrəli qətnaməsi ilə İddiaçı X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ipoteka predmetinə tutma yönəldilməsi, kreditin, faizlərin və cərimənin ödənilməsi tələbinə dair iddiası qismən təmin ed ilmiş, Cavabdeh 14330.62 ABŞ dolları məbləğində əsas borc, 1782.03 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 16112.65 ABŞ dolları borcun qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və 30 manat dövlət rüsumunun İddiaçı-nin xeyrinə tutulması, iddianın kreditin təminatı kimi ipoteka qoyulmuş «***» markalı, ** *** *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə tutmanın yönəldilməsi, Cavabdehnun mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş «***» markalı, ** *** *** dövlət qeydiyyat nişanlı minik avtomobilin hərrac yolu ilə satılması və satışdan əldə edilən vəsait hesabına Cavabdehnun İddiaçı-yə olan borcunun ödənilməsi, 145 manat ekspertiza xərcinin Cavabdeh alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********,*************,Müxbir hesab ***************, *** hesaba ödə nilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 fevral 2019-cu il tarixli, 2(107)-106/2019 saylı qətnaməsi ilə (hakimlər R.Rəfiyev sədrlik edən, məruzəçi, G.Abbasov və M.Hüseynov) cаvаbdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilərək Şəki Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2(075)-119/2018 nömrəli qətnaməsi Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan və banka ipoteka qoyulmuş, ipoteka predmeti olan «***» markalı, ** *** *** dövlət qeydiyyat nişanlı, avtomobilin ilkin sаtış qiymətinin müəyyən edilməsi hissədə dəyişdirilməsi, ipoteka predmeti olan «***» markalı, ** *** *** dövlət qeydiyyat nişanlı, avtomobilin ilkin satış qiyməti 27000 ( iyirmi yeddi min ) manat məbləğində müəyyən edilməsi, Şəki Rayon Məhkəməsinin 28 iyun 2 018-ci il tarixli 2(075)-119/2018 nömrəli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılması, 120 (bir yüz iyirmi) manat ekspertiza xərci Cavabdeh tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesaba köçürülməsi qət edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və vəkili *** kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, 23.02.2013 ci il tarixdə qeyd edilən “***” markalı, 55 ***333 dövlət qeydiyyat nişanlı minik avtomobil ümumi birgə mülkiyyətdə olmuşdur. Belə olan halda ümumi birgə mülkiyyətçi olan avtomobil yalnız bütün mülkiyyətçilərin notariat qaydasında təsdiq edilmiş razılığı ilə ipoteka qoyula bilərdi. Hazırkı mübahisədə isə 23.02.2013-cü il tarixli girov müqav iləsi “***” markalı, 55 ***333 dövlət qeydiyyat nişanlı minik avtomobili ipoteka predmeti qoyularkən ümumi birgə mülkiyyətin digər subyekti olan həyat yoldaş ***anın razılığı olmamışdır. Bu səbəbdən ipoteka müqaviləsinin hər hansı hüquqi qüvvəsindən söhbət gedə bilməz. Başqa sözlə etibarsız əqd hüquqi nəticə yaratmır və bağlandığı andan etibarsızdır. Belə olan halda Şəki Apellyasiya Məhkəməsinin 07 fevral 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edirlər. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər tərəf üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kolle giya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 07 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət ve rmir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiyainstansiyasıməhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 23 fevral 2013-cü il tarixli 2ASHEK/13 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında İddiaçı tərəfindən illik faiz dərəcəsi 17% olmaqla 60 ay mü ddətinə Cavabdeh 23825 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə və ona əlavə olan ödəniş cədvəlinə əsasən Cavabdeh əsas kredit borcunu ona hesablanmış faizlərlə birlikdə hissə-hissə qaytarmalı olmuşdur. İddiaçı ilə Cavabdeh arasında imzalanmış 23 fevral 2013-cü il tarixli girov müqaviləsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında imzalanmış 23 fevral 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh mülkiyyətində olan «***» markalı, ** *** *** dövlət qeydiyyat nişanlı minik avtomobilini İddiaçı-yə ipotekaya qoymuşdur. AB seriyalı 859766 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsindən görünür ki, «***» markalı, ** *** *** dövlət qeydiyyat nişanlı minik avtomobili Cavabdeh məxsusdur. 04 noyabr 2013-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh həmin kassa məxaric orderinə imza etməklə İddiaçı-dən 23825 ABŞ dolları pul vəsaitini almışdır. AA seriyalı, 063119 nömrəli ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 23 fevral 2013-cü il tarixli çıxarışdan görünür ki, Cavabdeh «***» markalı, ** *** *** dövlət qeydiyyat nişanlı minik avtomobilini İddiaçı qarşısındakı 23 fevral 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə ipoteka ilə yüklü etmişdir. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş 19 sentyabr 2016-cı il tarixli bildirişdən və həmin bildirişin qeydiyyata alınması barədə 22 sentyabr 2016-cı il tarixli ərizədən görünür ki, «***» markalı, ** *** *** dövlət qeydiyyat ni şanlı minik avtomobilinə tutmanın yönəldilməsinə başlanıldığı Cavabdeh izah edilmiş və həmin ərizə Azərbaycan Respublikası DİN BDYPİ-nin X3 22 sentyabr 2016-cı il tarixdə qeydiyyata alınmışdır. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 21 may 2018-ci il tarixli, 33099 saylı məhkəmə mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdehnun İddiaçı-yə 23 fevral 2013-cü il tarixli 2ASHEK/13 saylı kredit müqaviləsi üzrə 19 sentyabr 2016-cı il tarixədək 14330.62 ABŞ dolları məbləğində əsas borc, 1791.21 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 16121.83 ABŞ dolları borcu vardır. Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2019-cu il tarixli 26203 nömrəli ekspert rəyindən görünür ki, respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş 2012-ci il buraxılışlı, mühərrik tutumu 2400 kub/sm, “***” markalı, ** *** *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə orta bazar qiyməti təxminən 27000 (iyirmi yeddi min) manat müəyyən olunur. Apellyasiyainstansiyasıməhkəməsinin gəldiyi nəticədən görünür ki,İddiaçı ilə Cavabdeh arasında 23 fevral 2013-cü il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə İddiaçı Cavabdeh illik faiz dərəcəsi 17 faiz olmaqla 60 ay müddətinə 23825 ABŞ dolları məbləğində kredit vermişdir. Cavabdehnun bank qarşısındakı kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə 23 fevral 2013-cü il tarixdə İddiaçı ilə Cavabdeh arasında sonuncunun mülkiyyətində olan «* **» markalı, ** *** *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ipoteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi imzalanmışdır. Cavabdeh mülkiyyətində olan «***» markalı, ** *** *** dövlət qeydiyyat nişanlı minik avtomobilini İddiaçı qarşısındakı 23 fevral 2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə ipoteka ilə yüklü etmişdir. Apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilməlidir. Belə ki, 6 ildən artıq müddət ərzində istifadədə olmuş avtomobilin ilkin satış qiyməti bu barədə tərəflərin razılaşması olmadığından məhkəmə müstəqil qiymətləndirici və yaxud məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edərək ekspertin rəyi əsasında müəyyən e dilməli olduğu halda işin materiallarında hər hansı müstəqil qiymətləndiricinin və yaxud ekspert rəyinin olmaması məhkəmə kollegiyası tərəfindən obyektiv və qanuni qərar qəbul edilməsinin mümkün olmaması ehtimalını artırmışdır. Birinci instansiya məhkəməsi işin bu halını da nəzərə almamışdır ki, uzun müddət ərzində istifadə edilməsi nəticəsində aşınmaya (amortizasiyaya) məruz qalan avtomobilin avtosalondan istifadədə heç olmamış avtomobilin qiymətinə açıq hərraca çıxarılması onun satışını qeyri-mümkün edəcək və işin bu cür halında isə qətnamənin icrası çətinləşəcək və ya qeyri-mümkün olacaqdır. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan ərazidə daşınmaz əmlakların qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan bir neçə müstəqil qiymətləndiricilər fəaliyyət göstərsə d ə, avtomobilin qiymətləndirilməsi ilə bağlı müstəqil qiymətləndiricilər mövcud deyildir. Ona görə də məhkəmə kollegiyası prosessual qənaət baxımından hazırkı iş üzrə rəyin alınmasından ötrü iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin etmiş, ekspertizanın aparılmasını Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvаlə etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2019-cu il tarixli 26203 nömrəli ekspert rəyindən görünür ki, respublikada yerləşən avtobazarlarda mövcud olan qiymətlərə, internet saytı və Məhkəmə Ekspertizası Mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən, ekspertiza tədqiqatına təqdim edilmiş 2012-ci il buraxılışlı, mühərrik tutumu 2400 kub/sm, “***” markalı, ** *** *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyət də orta bazar qiyməti təxminən 27000 (iyirmi yeddi min) manat müəyyən olunur. Cavabdeh tərəfindən ipoteka predmeti olan avtomobil 2012-ci il tarixdə satın alınmış və onun satın alınmasından 6 il keçmişdir. Sübuta ehtiyacı olmayan, hamıya bəlli olan haldır ki, 6 il istifadədən sonra avtomobil avtosalondan təzə vəziyyətdə alındığı qiymət dəyərində ola bilməz. Avtomobildən istifadə edilməsi nəticəsində ipoteka predmeti olan göstərilən avtomobilin aşınmaya (amortizasiyaya) məruz qalması da istisna deyil. Beləliklə “***” markalı, ** *** *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı satış qiymətinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2019-cu il tarixli 26203 nömrəli rəyində göstərildiyi kimi 27000 (iyirmi yeddi min) manat məbləğində müəyyən edilməsi qanunvericiliyin tələblərinə uyğun olmaqla, daha ağlabatan və məqsədəuyğundur. Həmçinin, cavabdehin apellyasiya şikayətinin ipoteka predmetinə tutmanın yönəldiməsi və hərracda satılması ilə bağlı dəlili ilə razılaşmayaraq qeyd olunmalıdır ki, kreditin təminatı kimi ipoteka qoyulmuş «***» markalı, ** *** *** dövlət qeydiyyat nişanlı minik avtomobilinə tutma yönəldilməli, Cavabdehnun mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş «***» markalı, ** *** *** dövlət qeydiyyat nişanlı minik avtomobili hərrac yolu ilə satılmalı və satışdan əldə edilən vəsait hesabına Cavabdehnun İddiaçı-yə olan borcu ödənilməlidir. Odur ki, apellyasiya şikayəti qismən təmin edilərək, Şəki Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli 2(075)-119/2018 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdiri lməsi, cavabdehə məxsus “***” markalı, ** *** *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin sаtış qiymətinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 yanvar 2019-cu il tarixli 26203 nömrəli rəyində göstərildiyi kimi 27000 (iyirmi yeddi min) manatməbləğində müəyyən edilmişdir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiyainstansiyasıməhkəməsigəldiyinəticəni aşağıdakı maddi hüquq normaları ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsi nin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). 298-ci mаddəsinə görə, girov qoyulmuş əşyаnın sаtılmаsı nəticəsində götürülmüş məbləğdən, tutmаnın həmin əşyаyа yönəldilməsinə və onun sаtılmаsınа çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdаn sonrа, girov qoyаnın tələbləri ödənilir, qаlаn məbləğ girov qoyаnа verilir. 319.1-ci və 319.6- cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpоtekа hаqqındа» Qаnunun 1.0.6-cı mаddəsinə görə, ip оtekа hüququ bоrclu əsаs öhdəliyi icrа etmədikdə, ipоtekа sаxlаyаnın ipоtekа predmetinə tutmаnın yönəldilməsi hüququdur. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.1-ci mаddəsinə görə ipоtekа predmetinə tutmаnın yönəldilməsi hüququnun əsаslаrındаn biri əsаs öhdəliyin, yаxud оnun bir hissəsinin vаxtındа icrа оlunmаmаsıdır. «İpоtekа hаqqındа» Аzərbаycаn Respublikаsı Qаnununun 39.1-ci mаddəsində göstərilmişdir ki, ipоtekа sаxlаyаn ipоtekа müqаviləsi üzrə tələbinin ödənilməsi üçün iddiа ilə məhkəməyə mürаciət edə bilər. 39.3.3-cü mаddəsinə əsаsən məhkəmənin qərаrındа ipоtekа predmetinin ilkin sаtış qiyməti göstərilməlidir. İlkin sаtış qiyməti ipоtekа qоyаnl а ipоtekа sаxlаyаnın rаzılаşmаsı əsаsındа, mübаhisə оlduqdа isə müstəqil qiymətləndiricinin rəyi əsаsındа məhkəmə tərəfindən müəyyən edilir. 41.1-ci mаddəsinə əsаsən, məhkəmənin qərаrı əsаsındа tutmа yönəldilməsi prоseduru icrа məmuru tərəfindən həyаtа keçirilir və ipоtekа predmeti hərrаcdа sаtılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 317.2-ci maddəsinin tələbinə görə satış ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 319.3, 319.6-cı mаddələrinə və «İpоtekа hаqqındа» Qаnunun 47.2-ci mаddəsinə əsаsən, ipоtekа predmetinin sа tışındаn əldə оlunаn vəsаitdən ipоtekа sаxlаyаnın ipоtekа ilə təmin оlunmuş tələbi, о cümlədən əsаs bоrc öhdəliyinin icrа edilməməsi və yа lаzımıncа icrа edilməməsi, yаxud icrаnın gecikdirilməsi nəticəsində dəbbə pulu və yа vurulmuş zərər, dаhа sоnrа isə məhkəmə xərcləri və digər xərclər ödənilir, qаlаn məbləğ ipоtekа qоyаnа qаytаrılır. «İpоtekа hаqqındа» Qаnunun 4-cü mаddəsində göstərilmişdir ki, əgər ipоtekа müqаviləsi ilə аyrı qаydа nəzərdə tutulmаyıbsа ipоtekа sаxlаyаnın tələbi əsаs bоrc, fаizlər, öhdəliyin icrа edilməməsi və yа lаzımıncа icrа edilməməsi, о cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və vurulmuş zərərin əvəzinin ödənilməsi məhkəmə xərcləri və digər xərclərin ödənilməsi də dаxil оlmаqlа tаm ödənilir. Məhkəməkollegiyasıhesabedirki, apellyasiyainstansiyasıməhkəməsininn əticələriişin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyiüçünqanunivəəsaslıdır. Belə ki, qeyd olunan maddi hüquq normalarının mənasından da göründüyü kimi öhdəliklərin əmələ gəlməsinin ən geniş yayılmış və praktiki əsaslarından biri olan müqavilələr, mülki dövriyyədə hüquq və vəzifələrin əmələ gəlməsinin əsas mənbələrindən biridir. Hüquq ədəbiyyatında öhdəliklərin əmələ gəlməsinin iki əsası müəyyən edilmişdir. Bu da özünü müqavilə və qeyrimüqavilə əsasında öhdəliyin əmələ gəlməsi kimi təzahür edir. Ümumi qəbul edilmiş beynəlxalq prinsiplər əksi sübut edilməyənə qədər müqavilənin düzgünlük prezumpsiyası əsasından çıxış edir və tərəflərin iradə ifadələrinin mötəbərliyi nəzərə alınmaqla münasibətlər təfsir olunur. Yuxarıda qeyd olunan maddi hüquq norm alarına görə, tərəflər müqavilənin bütün mühüm şərtləri (essentiale negoti) barədə tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin mühüm şərtləri ləğv edilməyənə, etibarsız hala gəlməyənə qədər müqavilənin qüvvədə olması prezumpsiyası əsas götürülməlidir. Müqavilənin digər şərtləri olan təbii şərtlər, həmçinin tamamlayıcı şərtlər də uyğunsuzluq olmuş olsa belə, müqavilənin mövcudluğu qüvvədədir və bütün bu uyğunsuzluqlar müqavilənin tamlığı prezumpsiyasına xidmət edir. Məhkəmə kollegiyası kassasiyaşikayətinin dəlillərini yuxarıda qeyd edilən maddi hüquq normalarının tətbiqi əsasında hüquqiqiymətverərəkhəmindəlillərimülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilirvə hesabedirki, apellyasiyainstansiyasıməhkəməsininnəticələriişinfaktiki hallarına uyğun olmaqlaonun tərəfindən Azərbaycan Respublikasının 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilərək sübutlar tam, hərtərəfli araşdırılmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlinmiş, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiyaşikayətinindəlillərinəmüfəssəlhüquqiqiymətverilməklə tərəfindən AzərbaycanRespublikasınınAliMəhkəməsininPlenumunun «Məhkəməqətnaməsihaqqında» 24 noyabr 2005-ciiltarixli 4 saylıqərarının 17cibəndinintövsiyyəsinə, eləcədə MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Həmçinin minik avtomobilin ipoteka predmetinə qoyularkən ümumi birgə mülkiyyətin digər subyekti olan həyat yoldaş ***anın razılığı olmaması barədə cavabdeh tərəfin kassasiya şikayətinin dəlil lərinə qiymət verərək qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə düzgün olaraq bu nəticəyə gəlmişdir ki, ipoteka predmeti olan “***” markalı, ** *** *** dövlət qeydiyyat nişanlı avtomobilin birgə nikah dövründə əldə edilən əmlak olmasına dair hər hansı bir sübut təqdim edilməmişdir. Eləcə də cavabdehə məxsus olan “***” markalı, ** *** *** dövlət qeydiyyat nişanlı avtomobil həqiqətən birgə nikah dövründə əldə edilən əmlakdırsa, bu hal cavabdehin arvadı tərəfindən mübahisələndirilə bilərdi. Lakin, İddiaçı ilə Cavabdeh arasında imzalanmış 23 fevral 2013-cü il tarixli girov müqaviləsi mübahisələndirilməmiş və müqavilə hələ də qüvədədir. Ona görə də cavabdehin həmin dəlili əsassızdır. Göstərilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiy a Məhkəməsi işdə olan sübutlarla tərəflərin irəli sürdüyü dəlillərə lazımi hüquqi qiymət verərək iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, qəbul etdiyi qətnaməsi qanuni və əsaslı olmaqla, maddi və prosessual hüquq normaları duzgün tətbiq edilmişdir. Buna görə də kassasiya şikayəti təmin edilmədən, Apellyasiya Məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehnun kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 07 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar