Məhkəmə qərarları › İş №2(102)-4385/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4385/2022

17.10.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4385/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə ilk iddiası, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddiası üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüquqlarının həyata keçirilməsinə yaradılan maneçiliyə son qoyulması, qeydiyyat vəsiqəsinin ləğv edilməsi və yaşayış evinə hüququn müəyyən olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququna maneələrə son qoyulması” barədə ilk, Cavabdeh İddiaçı qarşı “qeydiyyat vəsiqəsinin ləğv edilməsi və evə yaşayış hüququnun müəyyən olunması tələbi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-915/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 17 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Quba şəhəri, Fətəli Xan küçəsində yerləşən, 69 №li yaşayış evi Quba rayonu, XDS İcraiyyə Komitəsinin 31 avqust 1997-ci il tarixli qərarı əsasında 26 noyabr 1999-cu il tarixli, 194 saylı Qeydiyyat vəsiqəsinə görə mülkiyyət hüququ ilə İddiaçı adına 26 noyabr 1999-cu il tarixdə 194 reyestr nömrə ilə qeydə alınmışdır.

2. Ev 2 otaqdan ibarət olmaqla ümumi sahəsi 41,5 kv metr, yaşayış sahəsi 26,3 kv.metr, o cümlədən köməkçi sahəsi 15,2 kv.metrdir.

3. Sumqayıt şəhər 1 saylı Mənzil Kommunal sahəsinin xx.xx.2018-ci il tarixli, 4118 saylı arayışına əsasən Cavabdeh ünvan 1 ünvanda, Polis İdarəsinin inzibati binasıdır, həmin binada yaşayış yoxdur.

4. Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2018-ci il tarixli, 866№li arayışına əsaəsn Cavabdeh DSMF-nin Sumqayıt şəhər Şöbəsindən xx.xx.2003-cü il tarixdən ömürlük yaşa görə əmək pensiyası alır. Pensiyanın məbləği 194 manat, 14 qəpikdir.

5. Mübahisə Quba şəhəri, Fətəli Xan küçəsində yerləşən, 69 №li yaşayış evi ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra “iddiaçı”) Quba Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ona məxsus olan ünvan 2, 2 saylı mənzillə bağlı mülkiyyət hüquqlarının həyata keçir ilməsinə Cavabdeh (bundan sonra “”cavabdeh") maneçilik törədən hərəkətlərinə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi belə əsaslandırılılmışdır ki, Quba şəhəri, Fətəlixan küçəsi ev 69, 2 saylı mənzil 26 noyabr 1999-cu il tarixli, 194 saylı reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının əri olub, 25 ildir ki, faktiki olaraq ayrılmış və heç bir münasibətləri yoxdur.

8. Bir müddət əvvəl cavabdeh iddiaçıya məxsus olan yaşayış evinə gələrək evin satılıb pulunun ona verilməsini tələb etmişdir. İddiaçı buna etiraz etdiyinə görə cavabdeh iddiaçını ölümlə hədələmiş, mənzilini yandıracağını bildirmişdir.

9. Cavabdeh iddiaçını mənzildə rahat yaşamağına imkan vermədiyindən iddiaçının mülkiyyət hüququ pozulur və mənz ilindən istədiyi kimi istifadə, sahiblik edə bilmir. Son vaxtlarda cavabdehin belə hərəkətləri mütamadi xarekter almışdır.

10. İddiaçı bu barədə Quba Rayon Polis Şöbəsinə müraciət etmiş və araşdırma aparan polis əməkdaşları cavabdehin onun ailə üzvü olması səbəbindən məhkəmə qərarı olmadan tədbir görə bilməmişlər. İddiaçı formal xarekter daşıyan nikahının pozulması üçün hazırda məhkəməyə müraciət etmişdir.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.5 və 157.4-cü maddələrinə istinad etmişdir.

12. Cavabdeh də qarşılıqlı iddia ərizəsi veərərk, Quba şəhəri, Fətəlixan küçəsi, 69 saylı evin 2 saylı mənzilinə görə iddiaçının adına verilmiş 26 noyabr 1999-cu il tarixli, 194 saylı reyestr nömrəli qeydiyyat vəsiqəsinin ləğv edilməsi və özünün sözügedən evdə yaşayışının təmin edil məsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Qarşılıqlı iddia tələbi belə əsaslandırılıb; - cavavbdeh iddiaçı ilə 1983-cü ildə nikaha daxil olublar, bu nikahdan uşaqları yoxdur; - mübahisədə adı keçən ev cavabdehin anası X1 məxsus olub. Belə ki, cavabdehin valideynləri Tehran şəhərində doğulub, sonradan Quba şəhərinə köçüblər, həmin ev də 4 uşağı ilə birgə cavabdehin anasına verilib. Cavabdehin anası xx.xx.2000-ci ildə vəfat edib; - cavabdeh iddiaçı ilə ailə qurduqdan sonra bu evdə yaşayıb; - iddiaçının evi özəlləşdirməsindən cavabdehin xəbəri olmayıb. İddiaçı hazırki iddianı verəndən sonra cavabdeh bundan xəbər tutub; - cavabdeh 26 iyun 2021-ci ilədək manesəiz olaraq bu evdə yaşayıb. Lakin cavabdeh 26 iyun, 21 iyul, 29 iyul və 02 avqust 2021-ci il tarixlərdə evə gəlmək istəsə də iddiaçı buna imkan verməyib; - ev vərəsəlik qaydasında cavabdehə məxsusdur. Buna görə də iddiaçını adına olan qeydiyyat şəhadətnaməsi ləğv edilməli, iddiaçı ilə nikahda olduğu üçün ev Ailə Məcəlləsinin 36-37-ci maddələrinə əsasənn bərabər bölnüməlidir.

14. Quba Rayon Məhkəməsinin 01 oktyabr 2021-ci il tarixli, 2(027)-1809/2021 nömrəli qətnaməsi ilə ilk iddia təmin edilməmiş, qarşılıqlı iddia qismən təmin edilmiş, Cavabdeh ünvan 2 ünvanında yerləşən 2 saylı mənzilə köçürülməsi qət edilmişdir. (hakim Vüqar Seyidov)

15. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən ilk iddia ilə bağlı qeyd etmişdir ki, tərəflər 1980-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuş və hazırda rəsmi nikahdadırlar. ünvan 2, 2 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cava bdeh iddiaçıya münasibətdə heç bir hüquqazidd hərəkətlərə yol verməmişdir. İddiaçı cavabdehin mənzillə bağlı mülkiyyət hüquqlarının həyata keçirməsinə, maneə yaratması və bu maneənin nədən ibarət olmasını təsdiq edən har hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, bununla da iddia tələbini əsaslandırdığı halları sübut edə bilməmişdir.

16. İlk iddia üzrə gəldiyi nəticəni birinci instansiya məhkəməsi Mülki Məcəllənin 152.1, 157.2, 157.8 və 158.2-ci maddələri əsaslandırmışdır.

17. Birinci instansiya məhkəməsinin iş materiallarında olan sübutlara istinadən qarşılıqlı iddia ilə bağlı mövqeyi belə olub ki, cavabdeh 1980-cı ildə iddiaçı ilə rəsmi qaydada evləndikdən sonra, cavabdehin iddiaçının mülkiyyətində olan Quba şəhəri, Fətəlixan küçəsi, 69 saylı evin 2 saylı mənzilində yaşaması, cavabdehin işlə əlaqədar 2000-ci ildə Sumqayıt şəhərinə getməsi və sonradan həmin evə qayıdarkən, iddiaçı tərəfindən cavabdehin iradəsinin ziddinə həmin evdən istifadə etməsinə maneələrin yaradılması və bununla da cavabdehin evin ona məxsus hissəsinə sahiblik və istifadə hüquqlarının pozulması sübuta yetirilir. Buna görə də cavabdeh ünvan 2, 2 saylı mənzilə köçürülməlidir.

18. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə gəldiyi nəticəni Mülki Məcəllənin 157.2, 164.1, 164.2, 165.1-ci, 1982-ci il Mənzil Məcəlləsinin 53 və 123-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır.

19. Birinci instansiya məhkəməsi 01 oktyabr 2021-ci il tarixli qərardadı ilə qarşılıqlı iddianının bir hissəsini – mənzilin qeydiyyat vəsiqəsinin ləğv edilməsi və yaşayış hüququnun müəyyən edil məsi – baxılmamış saxlamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

20. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən, ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 1983-cü ildə nikaha daxil olsalar da, 25 ildir ki, faktiki olaraq ayrılmışlar, heç bir münasibətləri yoxdur. Cavabdeh iddiaçının yaşadığı və mülkiyyətində olan mənzildə qeydiyyatda olmayıb. Cavabdeh 1996-cı ildə daimi olaraq başqa yerə köçdüyü üçün bu mənzili tərk etmişdir. İddiaçı öz mülkiyyətində olan mənzilindən istədiyi kimi istifadə, sahiblik edə bilmir. İddiaçı formal xarekter daşıyan nikahlarının pozulması üçün məhkəm əyə müraciət etmiş, həmin iş hazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. Buna da məhəl qoymayan cavabdeh iddiaçının mülkiyyət hüququnun sərbəst şəkildə həyata keçirilməsinə hər vasitə ilə maneçilik törədir.

22. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-915/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə, Lətifə Məmmədova)

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edib ki, tərəflər 1980-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar, hazırda rəsmi nikahdadırlar. ünvan 2, 2 s aylı mənzil ilk iddia üzrə İddiaçı xüsusi mülkiyyətindədir. Mübahisəli mənzil tərəflərin birgə nikah dövründə əldə edilmiş və ilk iddiaçının adına qeydə alınmış və hazırda Qeydiyyat vəsiqəsi qüvvədədir. Həmin hallar işin mübahisəsiz halıdır. Cavabdeh iddiaçıya münasibətdə heç bir hüquqazidd hərəkətlərə yol verməmişdir. İddiaçı ünvan 2 ünvanında yerləşən 2 saylı mənzillə bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdehin maneə yaratması və bu maneənin nədən ibarət olması və eyni zamanda evə köçürülmə tələbinə dair hissədə qarşılıqlı iddianın rədd edilməsinə dair halları sübuta yetirə bilməmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1-ci, 157.2-ci, 157.2-ci, 157.8-ci və 158.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona et irazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı kassasiya şikayəti verərək qətnaməsini ləğv, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılıb: - iddiaçı öz mülkiyyətində olan mənzildən istədiyi kimi istifadə, sahiblik edə bilmir; - məhkəmələr nəinki, cavabdehin qanunazidd hərəkətlərinə son qoyulması barədə ilk iddianı təmin etməmiş,, əksinə cavabdehə iddiaçının mülkiyyətində olan mənzildən istifadə hüququnu müəyyən etmişlər. Halbuki cavabdeh 1996-cı ildə daimi olaraq başqa yerə köçdüyü üçün bu mənzili tərk etmişdir. Həmin tarixdən faktiki olaraq ayrılıblar, heç bir əlaqələri olmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmad ı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Mənzil Məcəlləsi (1982) Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri ye rinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə

123. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış s ahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğu n olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilm əsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

30. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyinə görə kollegiya qətnaməni tam yoxlayır.

31. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ilk iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlib.

33. Belə ki, iddiaçı ünvan 2 ünvanında yerləşən 2 saylı mənzillə bağlı mülkiyyət hüquqlarının həyata keçirilməsinə cavabdehin maneə yaratması və bu maneənin nədən ibarət olmasını sübuta yetirə bilməmiş və bu əs asla da apellyaisya məhkəməsi iddiaçının həmin tələbini düzgün olaraq təmin etməmişdir. Həqiqətən də işədn görünür ki, iddiaçı maneənin nədən ibarət olmasını əsaslnadıra və sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Bu baxımdan ilk iddianın təmin edilməməsi barədə gəlinən nəticə qanuni və əsaslıdır.

35. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddianın təmin edilən hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlməyib.

36. Belə ki, cavabdeh qarşılıqlı iddiasında mübahisədə adı keçən mənzildə 26 iyun 2021-ci ilədək yaşamasını göstərsə də, bir inci instansiya məhkəməsi cavabdehin işlə əlaqədar 2000-ci ildə Sumqayıt şəhərinə getməsini müəyyən edərək, mübahisəyə 1982-ci il Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrin tətbiq etməklə, cavabdehin evin ona məxsus hissəsinə sahiblik və istifadə hüquqlarının pozulması nəticəsinə gəlmişdir.

37. Əvvəla, birinci instansiya məhkəməsi cavabdehin işlə əlaqədar 2000-ci ildə Sumqayıt şəhərinə getməsini müəyyən edibsə (iddiaçı da cavabdehin 25 il əvvəl mənzildən getməsini deyib), belə olan halda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarında əks edilən hüquqi mövqeyi baxımından həmin Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinin işin qeyd edilən halına tətbiqinin mümkünlüyü məsələsini araş dırmaylb.

38. Mənzil Məcəlləsinin (1982) 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Həmin Məcllənin 87-ci maddəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında» Qərarının 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzi l Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə icarədar və onun ailə üzvlərinin müvəqqəti, o cümlədən 6 ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

40. İşin müəyyən edilən halına görə cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinin inzbati binasında qeydiyyatdadır. İddiaçının da cavabdehin 25 il əvvəl mənzili tərk etməsi barədə etirazının dəlillərinə uyğun olan işin bu halını birinci instansiya məhkəməsi diqqətdən kənarda saxlayıb, cavabdehin hansı səbəbdən mübahisədə adı keçən mənzildə yaşadığı halda, yaşadığı ünvan üzrə deyil, başqa yaşayış məntəqəsində polisin inzibati binasında qeydə alınmasına aydınlıq gətirməyib. Nəzərə alınmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna görə qe ydiyyat yaşayış yeri və ya olduğu yer üzrə həyata keçirilir.

41. Bundan başqa, tərəflər 1983-cü ildə nikaha daxil olmalarını bildirsələr də, birinci instansiya məhkəməsi tərəflərin 1980-ci ildə nikahlarını rəsmiləşdirmələrini nəyə əsasən müəyyən etdiyini qətnamədə göstərməyib.

42. Həmçinin birinci instansiya məhkəməsi qarşılıqlı iddianın təmin edilən hissəsində Mənzil Məcəlləsinin (1982-ci il) 53 və 123-cü maddələri ilə yanaşı, mülkiyyətin müdafiəsi ilə bağlı Mülki Məcəllənin 157.2-ci maddəsini işin hansı halına görə tətbiq etməsini əsaslandırmayıb.

43. Qeyd edilən ziddiyyətli hallara apellyasiya instansiyası məhkəməsi də aydınlıq gətirməmiş, üstəlik, apellyasiya instansiyası məhkəməsi ünvan 2, 2 saylı mənzilin İddiaçı xüsusi mülkiyyətində olmaqla, tərəflərin birgə nikah dövründə əldə edil məsini müəyyən edərək, Mülki Məcəllənin 152.1-ci, 157.2-ci, 157.2-ci, 157.8-ci və 158.2-ci maddələri tətbiq etmişdir. Qeyd edilən normaların, xüsusən də 157.2-ci maddənin tətbiqi üçün əsas şərt mənzilin ümumi birgə mülkiyyətdə olmasının müəyyən edilməsidir. Halbuki qeyd edilən mənzilin iddiaçının adına qeydə alınmasının tərəflərin birgə nikah dövrünə təsadüf etməsi mübahisəsiz olsa da, həmin mənzilin ümumi birgə mülkiyyət sayılması üçün ümumi vəsait hesabına alınması müəyyən edilməyib. Cavabdeh özü də evin iddiaçının adına özəlləşdirilməsini qeyd etməklə, mənzilin ümumi vəsait hesabına alınmasını, ümumiyyətlə, mənzilin əvəzli əqd əsasında əldə edilməsini bildirməyib. Apellyasiya instansiyası məhkəməsi hansı sübut əsasında mənzilin ümumi birgə mülkiyyət sayılması nəticəsinə gəlib, qətnamədə n görünmür.

44. Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir.

45. Göründüyü kimi, qanunvericiliyin tələbinə görə işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin istinad etdiyi sübutlar qətnamənin əsaslandırıcı hissəsində göstərilməlidir.

46. İşin halı müvafiq sübutların qiymətləndirilməsi yolu ilə müəyyən edilmədiyi üçün belə olan halda, mübahisəyə tətbiq edilən Mü lki Məcəllənin 152.1-ci, 157.2-ci, 157.2-ci, 157.8-ci və 158.2-ci maddələri də işin hallarına uyğun sayıla bilməz.

47. Məhkəmə kollegiyası qeyd edir ki, işdə olan sübutları, tərəflərin dəlillərini təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir, işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. 48. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəm əsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan asılıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

41. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qarşılıqlı iddianın təmin edilən hissəsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanması ilə bağlı apellyasiya məhkəməsinin mövqeyini əsaslı saymır və həmin hissədə qətnamə ləğv edilməlidir.

42. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilməl i, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qətnamənin qeyd edilən hissədə ləğv olunma əsası kimi şərh edilən pozuntuları aradan qaldırmalı və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.

43. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417, 419-421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-915/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi Cavabdeh ünvan 2 ünvanında yerləşən 2 saylı mənzilə köçürülməsi hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya b axışına qaytarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar