Məhkəmə qərarları › İş №2(102)-4386/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4386/2021

27.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4386/2021 27.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi) qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: özəlləşdirilmənin etibarsızlığı, əsl olmayan cavabdeh Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçıların vəkili Vəkil, Cavabdeh iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülk i kollegiyasının 2(105)-1187/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 27 sentyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Abşeron rayon X11 (XDS) İcraiyyə Komitəsinin 21 dekabr 1973-cü il tarixli 29 nömrəli protokolu əsasında verilmiş 24 dekabr 1973-cü il tarixli 75 nömrəli Orderlə Xırdalan qəsəbəsi, 28-ci məhəllədəki 9 nömrəli evin 17 kv.m sahəli 1 otaqlı 7 nömrəli mənzili (bundan sonra – mübahisəli mənzil) xxxxxxx (özü tək olmaqla) ayrılmışdır. Abşeron Rayon Xalq Məhkəməsinin 2-86 nömrəli, 02 mart 1983-cü il tarixli qətnaməsi əsasında, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 27 aprel 1983-cü il tarixli 88.4 nöm rəli qərarı ilə həmin mənzilin şəxsi hesabı X1 xxxxxxxx oğlunun (bundan sonra – cavabdeh) adına açılmışdır. Mənzildə cavabdehlə yanaşı qeydiyyatda olan digər şəxslər - İddiaçı1, İddiaçı2 (bundan sonra - iddiaçılar), X4, X10 və X7 8 saylı “SƏYYAR-ASAN xidmət” mərkəzində Notariat Kontorunda 06 və 08 iyun 2018-ci il tarixlərdə təsdiqlənmiş ərizələr verərək mənzilin cavabdehin adına özəlləşməsinə və reyestrdən çıxarış almasına etiraz etmədiklərini bildirmişlər. Bundan sonra mənzil cavabdehin adına özəlləşdirilmiş, özəlləşdirmə sənədi əsasında mübahisəli mənzilə dair 15 iyun 2018-ci il tarixdə texniki pasport tərtib olunaraq təsdiq edilmiş, 02 iyul 2018-ci il tarixdə isə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* saylı çıxarışa əsasən mənzil cavabdehin adına qeydiyyata a lınmışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-4616/2018 nömrəli, 06 noyabr 2018-ci il tarixli qətnaməsinə əsasən, X4, X6 və X2 mübahisəli mənzilə dair istifadə hüquqları itirilmiş hesab olunmuş, qətnamənin bu hissədə onların mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsas olduğu qeyd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar cavabdehə qarşı (üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi) birgə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin cavabdehin adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, mənzilin cavabdehin adına xüsusi mülkiyyət kimi qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində 02 iyul 2018-ci il tarixli qe ydiyyatın ləğvi, cavabdehin adına verilmiş RX seriyalı, ******* saylı çıxarışın və həmin mənzilə dair texniki pasportun ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. İddiaçılar ərizəni onunla əsaslandırmışlar ki, mübahisəli mənzil 1 otaqdan ibarət olub, ümumi sahəsi 36,6 kv.m.dir (yaşayış sahəsi 17,3 kv.m). Mənzildə İddiaçı1 (16 mart 1990cı il tarixdən), X6 (21 avqust 1992-ci il tarixdən), İxxxxxxx qızı (20 iyul 1992-ci il tarixdən) və İddiaçı2 (27 noyabr 1994-cü il tarixdən) qeydiyyatdadırlar. Mənzil 1992-ci ildən və halhazırda İddiaçı1 və əri - cavabdehin qardaşı mərhum X3 istifadəsində olmuş, X6, X5 və İddiaçı2 həmin mənzildə doğularaq böyümüşlər. Cavabdeh mənzildə yaşamır, o, 2003-cü ildən ünvan 1 ünvanında qeydiyyatdadır və yaşayır. 2018-ci ilin iyun ayında Cavabdeh və xxxxxxxxx iddiaçılara mənzilin sənədlərində saxtakarlıq olmasını deyib, aldadaraq onları ASAN Xidmət Mərkəzinə aparmış və mənzilin cavabdehin adına özəlləşdirilməsi ilə bağlı razılıq ərizələri almışlar. Cavabdeh çıxarışı aldıqdan 1 ay keçməmiş Abşeron Rayon Məhkəməsində iddiaçılara və qardaşı XXXa qarşı “mənzilə istifadə hüququnun olmadığının müəyyən edilməsi, mənzildən çıxarılma, məhkəmə qərarının yaşayış sahəsinə qeydiyyatın ləğv edilməsi üçün əsas hesab edilməsi və mənzil kirayə haqqının ödənilməsi” tələbinə dair iddia qaldırmışdır. XXX həmin iş üzrə məhkəməyə ərizə ilə müraciət edərək, qardaşı Cavabdeh iddiasını qəbul etmişdir. Cavabdeh mənzildə yaşamadığı və qeydiyyatda olmadığı halda, mənzil onun adına özəlləşdirilmişdir. Halbuki, mənzil yalnız orada faktiki yaşayan şəxslərdən bir inin və ya bir neçəsinin mülkiyyətinə verilə bilər. Mənzil cavabdehin adına aldatma və əvvəldən mövcud olan pis niyyət nəticəsində özəlləşdirilmişdir. İddiaçıların mənzilin cavabdehin mülkiyyətinə keçməsinə heç vaxt razılığı və niyyətləri olmamışdır. Əksinə, onların buna etirazının olmasını cavabdeh özü ərizəsində etiraf edir. Cavabdeh və qardaşı XXX iddiaçıları aldadaraq razılıq ərizəsi almışlar, sonra isə onlardan xəbərsiz mənzili özəlləşdirmişlər. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, iddia ərizəsində göstərilənlər yalandır. İddiaçı onun qardaşının yoldaşıdır. Qardaşı rəhmətə getmişdir. 1983-cü ildə məhkəmə həmin mənzilə dair onun adına şəxsi hesab açılması barədə qətnamə çıxarmışdır, qətnamə Abşeron rayon XDS İcraiyyə Komitəsi tərəfindən həmin il icra edilərək mənzilin şəxsi hesabı onun adına dəyişdirilmişdir. Ümumiyyətlə, iddiaçının və onun ailə üzvlərinin mənzilə qeydiyyata düşmələrindən xəbəri olmamışdır. Həmin şəxslərin mənzilin özəlləşdirilməsinə dair 2018-ci ilin iyun ayında notarial qaydada təsdiqlənmiş ərizələri olmuşdur. Yalnız bundan sonra, 02 iyul 2018-ci il tarixdə mənzil mülkiyyət hüququ əsasında onun adına qeydiyyata alınmışdır. Onun iddiaçı tərəflə əvvəl də, sonradan da münasibətləri yaxşı olmuşdur, iddia ərizəsində qeyd olunmuş nüanslar sonradan əmələ gəlmişdir. İddiaçının ərizəsinin digərlərindən fərqli gündə verilməsi ona görə olmuşdur ki, onun şəxsiyyət vəsiqəsinin vaxtı başa çatmış, ona bir günə yeni şəxsiyyət vəsiqəsi götürmüşlər, bundan sonra İddiaçı1 notariat qaydada ərizə vermişdir. Cavabdeh iddian ın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-2334/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, dövlət mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Cavabdeh yaşadığı mənzili “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə (bundan sonra - “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun) müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququnu təmin etmək üçün mənzilin özəlləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanına müraciət etm iş, bu zaman mənzildə qeydiyyatda olan X4, İddiaçı2, X10, X7 və İddiaçı1 Notariat Kontorunda təsdiqlənmiş ərizələr verərək mənzilin cavabdehin adına özəlləşməsinə və reyestrdən çıxarış almasına etiraz etmədiklərini bildirmişlər. Cavabdeh ərizə ilə yanaşı müvafiq sənədləri təqdim etmiş, cavabdehin hər hansı saxta sənəd təqdim etməsi, o cümlədən mənzilin mübahisəli olması müəyyən edilmədiyindən müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsini həyata keçirmiş, özəlləşdirmədən imtina üçün əsaslar müəyyən edilməmişdir və yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxs kimi cavabdeh öz hüququnu saxlamışdır. Məhkəmə, həmçinin qeyd etmi şdir ki, hazırkı halda birgə iddiaçılar mənzilin özəlləşdirilməsinin etibarsız olmasına dair sübutlarını təqdim etməmiş, tələblərini belə sübutlara uyğun əsaslandırmamışlar. İddia ərizəsində iddiaçıların irəli sürdükləri dəlillər heç də özəlləşdirmənin etibarsız sayılması üçün əsas kimi qəbul edilə bilməz. İddiaçılar cavabdehin onları aldadaraq razılıq ərizəsi alması, sonra isə onlardan xəbərsiz mənzili özəlləşdirməsi barədə göstərdikləri də hüquqi əsası olmayan fikirlərdir, belə ki, iddiaçılar belə razılığı notarial qaydada vermiş, fikir ifadələrini məhz “ünvan 2 ünvanında yerləşən 7 nömrəli mənzilin Cavabdeh adına özəlləşməsinə və reyestrdən çıxarış almasına etiraz etmirik” kimi bəyan etmişlər. Bundan başqa, nə qədər ki, mənzilin qeydiyyatının cavabdehin adına aparılmasına və müvafiq sən ədlərin verilməsinə əsas olmuş özəlləşdirmə qüvvədədir, onun etibarsızlığı üçün əsaslar müəyyən edilməmişdir, digər tələblər həmin ilkin tələbdən irəli gələn, törəmə tələblərdir, tələbin ilkin hissəsinin təmin edilməsinə əsaslar olmadığı kimi törəmə tələblərin də təmin edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 31-ci, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1, 4, 5, 8, 9-cu, 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 10, 28, 48, 51-ci, hazırda qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 146.1, 146.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 337.1-ci, Azərbaycan Respublikası Mülki Proses sual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçılar apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti iddia ərizəsinin dəlillərinə uyğun əsaslandırılmışdır. Şikayətdə qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur, maddi və prosessual hüquq normalarının səhv tətbiq edilməsi, həmçinin işin mühüm əhəmiyyətli hallarının düzgün və tam müəyyən edilməməsi ilə çıxarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(105)-1187/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və S.Qafari) apelly asiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin faktiki hallarına uyğundur. İddiaçıların apellyasiya şikayətində göstərdiyi dəlillər iş üzrə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz Qətnamədən iddiaçılar kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçılar (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiy a şikayətinin dəlilləri ilə eynidir. Şikayətdə qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur, məhkəmə maddi və prosessual hüquq normalarını səhv tətbiq etmiş, işin mühüm əhəmiyyətli hallarını düzgün və tam müəyyən etməmişdir. Kassasiya şikayətinin əsası kimi, Mülki Məcəllənin 337.1, 338, 339.2-ci, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1, 5-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorların vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Cavabdeh mə hkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq üçüncü şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiy a instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən i rəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq MPM Maddə 50.3. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Maddə 51.3. Başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə ve rildikdə məhkəmə iddiaçının razılığı ilə ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Maddə 54.2. İddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Maddə 57.1. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən:...417.1.4. apellyasiya ins tansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər... Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə iddia tələbi mübahisəli mənzilin cavabdehin adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, mənzilin cavabdehin adına xüsusi mülkiyyət kimi qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın, cavabdehin adına verilmiş çıxarışın və həmin mənzilə dair texniki pasportun ləğvindən ibarətdir. İddiaçılar bu tələblər üzrə cavabdeh qismində mənzilin hazırkı mülkiyyətçisini göstərmiş, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsini isə işə üçüncü şəxs qismində cəlb etmişdir. Halbuki mənzilin özəlləşdirilməsi prosesi və bunun nəticəsi olaraq hüquq sahibinin adına hüquq müəyyənedici sənədlərin tərtib edilərək verilməsi bununla bağlı xüsusi səlahiyyət verilmiş dövlət (inzibati) orqanların vəzifələri sırasındadır. Başqa sözlə iddiaçının tələbinə cavab verməli olan şəxslər (əsl cavabdehlər) müvafiq inzibati fəaliyyəti həyata keçirən və hüquq müəyyənedici sənədləri tərtib (təqdim) edən dövlət orqanlarıdır. Buna baxmayaraq birinci və apellyasiya instansiya məhkəmələri tələbə cavab verməklə bağlı müvafiq hüquqi mükəlləfiyyətə malik olmayan şəxsə qarşı verilmiş iddia tələbinə iddianın mahiyyəti üzrə əsaslılığı baxımından qiymət verərək iddianı rədd etmişlər. Nəzərə alınmalıdır ki, iş üzrə cavabdehlər məhz iddia tələbinin yönəldiyi şəxslər h esab olunduğundan tələbə cavab verilməli olan şəxsin üçüncü şəxs kimi cəlb olunması da müvafiq tələbə iddianın mahiyyəti üzrə əsaslılığı baxımından qiymətləndirilməsinə imkan vermir. Eyni zamanda nəzərə alınmalıdır ki, iş üzrə əsl cavabdehlər inzibati orqanlar olduğundan və mübahisəyə tətbiq edilməli olan normativ hüquqi aktlar publik hüquq sahəsinə aid olduğundan iddiaçılar əsl cavabdehlərə qarşı iddianı mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraat qaydasında təqdim edə bilərlər. Qeyd olunanlara əsasən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən yol verilmiş pozuntunun xarakterini, baxılan iş üzrə cavabdehin əsl cavabdehlə əvəz edilməsinin və ya əlavə cavabdeh cəlb edilməsinin mümkünsüzlüyünü nəzərə alaraq, iş üzrə müəyyən edilmiş hallar və sübutlar əsasında MPM-in 417.1.4-cü maddəsinə əsasən yeni qərar qəbul olunmasını mümkün hesab edir. Ona görə də iddia əsl olmayan cavabdehə qarşı verilməsi əsası ilə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1187/2021 nömrəli iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı Xırdalan qəsəbəsi, 28-ci məhəllədəki 9 nömrəli evin 7 nömrəli mən zilinin cavabdehin adına özəlləşdirilməsinin etibarsız hesab edilməsi, mənzilin cavabdehin adına xüsusi mülkiyyət kimi qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində 02 iyul 2018-ci il tarixli qeydiyyatın ləğvi, cavabdehin adına verilmiş RX seriyalı ******* saylı çıxarışın və həmin mənzilə dair texniki pasportun ləğv edilməsi barədə iddia tələbləri rədd olunsun. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar