Məhkəmə qərarları › İş №2(102)-4386/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4386/2022

10.08.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4386/2022 10.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4386/2022 (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) Bakı şəhəri, 10 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və həmin torpaq sahəsi üzərində tikilmiş qeyri-qanuni tikililərin sökülməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-34/2016 nömrəli iş ürzə 06 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan Abşeron rayonu. Saray qəsəbəsində yerləşən 0.11 ha torpaq sahəsindən çıxarılmalarına və özbaşına tikililərin cavabdehlərin hesabına sökülməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. Abşeron Rayon Məhkəməsinin (hakim İ.Kərimli ) 08 may 2014-cü il tarixli, 2(012)-11/2014 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. b) Apellyasiya instansiy ası məhkəməsindəki icraat

3. Sumqayıt Apellyasiya Məhkəməsinin (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 20 aprel 2016-cı il tarixli, 2(105)-34/2016 nömrəli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 20 aprel 2016-cı il tarixli, 2(105)34/2016 nömrəli qətnaməsindən xx.xx.2022-ci il tarixdə kаssаsiyа şikаyəti və prossesual müddətin bərpasına dair ərizə vermişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsinin (hakimlər S.Qafari, T.Məmmədov, Ş.Abasov) 06 aprel 2022-ci il tarixli, 2(105)-34/2016 nömrəli qərardadı ilə İddiaçı prossesual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.

6. Həmin qərardad dan İddiaçı kаssаsiyа şikаyəti vermişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinn qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Buraxılmış müddətin bərpasına dair verilən ərizə də göstərildiyi kimi, həmin qətnamə rəsmi qaydada ona verilməmişdir. Belə olan halda prosessual qanunvericiliyin müvafiq normasına riayət edilməyərək, əsassız qərardad çıxarılmışdır. Belə ki, tərəfindən yenidən Abşeron Rayon Məhkəməsində iddia qaldırılan zaman onun Sumqayıt Apellyasiya Məhkəməsinin 20 aprel 2016-cı il tarixli qətnaməsindən məlumatı olmuş, sonra 30 dekabr 2021-ci il tarixində Abşeron rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Abşeron Rayon Məhkəməsinin icraatında olan 2(012)-11/2014 saylı mülki işin materialları ilə tanış olmaq üçün ərizə ilə müraciət etmiş, 11 yanvar 2022-ci il tarixində iş materialları tanış olub həmin məhkəmə qətnaməsini əldə etdikdən sonra Sumqayıt Apellyasiya Məhkəməsinin 20 aprel 2016-cı il tarixli, 2(105)- 34/2016 saylı qətnaməsindən məlumatı olmuşdur. Həmin halları ərizədə bəyan etməsinə baxmayaraq, məhkəmə tərəfindən bu nəzərə alınmamışdır. Bununla da mən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilmiş hüquq və azadlıqların məhkəmə müdafiəsi təminatı hüququndan məhrum edilmişdir.

8. Məhkəmə kollegiyası gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti rəsmi qaydada işdə iştirak edən şəxslərə təqdim edildiyi vaxtdan 2 ay müddətində verilə bilər. 2 aylıq müdd ətin axımının başlanması şəxsin həmin qətnaməni aldığı vaxtdan başlanır və iki ay sonra həmin günü prosessual müddətin axımı başa çatır. Həmin müddət ərzində şəxs müvafiq prosessual hərəkəti icra edərək kassasiya şikayəti verə bilər. Əgər həmin müddət ərzində prosessual hərəkətlərin icra edilməsi mümkün olmazsa və prosessual müddət ötürülərsə, şəxs müvafiq prosessual hərəkəti icra etməklə yanaşı müddətin bərpasına dair vəsatət ilə də müraciət etməlidir.

9. İşdən görünür ki, qətnamə tərəflərə o cümlədən, İddiaçı yaşadığı ünvana göndərilmiş, mübahisələndirilən məhkəmə aktı 30 aprel 2016-cı ildə imza etməklə götürülmüş, lakin kassasiya şikayəti 09 fevral 2022-ci il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olmuşdur.

10. İddiaçı müddətin bərpa edilməsi barədə ərizəsində göstərmişdir ki, s onuncu mübahisə dövründə səhhətində yaranmış narahatlıq və müalicəyə ehtiyacının olması səbəbindən Rusiya Federasiyasına getmiş, bu müddətdə onun məhkəmənin nəticəsi və Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən xəbərsiz olmuşdur.

11. Halbuki hazırkı iddia çərçivəsində iddiaçı həm özü, həm də nümayəndəsi vasitəsilə məhkəmə iclaslarında iştirak etmişdir. Onun və nümayəndəsinin iştirakı ilə qəbul edilmiş 20 aprel 2016-cı il tarixli yekun məhkəmə aktının qəbulundan keçən yuxarıda qeyd olunan bu müddət ərzində məhkəmə aktının ona təqdim edilməməsi barədə məhkəmə kollegiyasına müraciət belə etməmişdir. Odur ki, iddiaçının Abşeron Rayon Məhkəməsinə eyni məzmunlu iddia tələbi barədə müraciəti ilə bağlı mülki işin materialları ilə tanış olduqdan sonra mövcud məhkəmə aktından xəbərdar olmama sı barədə dəlili inandırıcı görünmür.

12. Bununla yanaşı həmçinin onun Rusiya Federasiyasında müalicə olunması barədə dəlilinə gəldikdə isə qeyd olunmalıdır ki, iddiaçı istər apellyasiya şikayəti zamanı, istərsə də yekun məhkəmə aktının qəbul olunduğu xx.xx.2016-cı ildən sonrakı keçən dövrlərdə Rusiya Federasiyasına getməsi və müalicə olunması barədə heç bir sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir.

13. Bundan başqa, mülki işin 186, 188 nömrəli səhifəsindəki xəbərnamələrdən görünür ki, mövcud məhkəmə aktı iddiaçı tərəfindən xx.xx.2016-cı il, onun səlahiyyətli nümayəndəsi Samir Kərimov tərəfindən isə xx.xx.2016-cı il tarixdə imza edilməklə alınmışdır. xx.xx.2016-cı il tarixli xəbərnamədəki imzanın ona məxsus olmaması barədə dəlilinə gəldikdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, m üddətin bərpası barədə ərizəyə baxılan zaman dindirilmiş İddiaçı həmin qətnamənin surətinin ona təqdim edildikdən sonra əvvəlki nümayəndəsi ilə məsləhətləşdiyini və artıq müddəti ötürdüyü üçün şikayət verə bilmədiyini qeyd etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının ərizəsində göstərilən xüsusatlar qətnamədən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası üçün əsas hesab edilə bilməməklə formal mülahizədən ibarətdir.

14. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 135.3, 135.5, 408.1.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. İddiaçı (Vəkil) apellyasiya instansiyası məhkəməsinin həmin qərardadın dan kassasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, buraxılmış prosessual müddətin bərpası barədə ərizənin təmin olunmasını və qətnamədən verilmiş kassasiya şikayətinin mümkün hesab edilərək, icraata qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti prosessual müddətin bərpası barədə ərizə ilə eyni məzmunda əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 17.Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

19. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizə sinə əsasən buraxılmış müddəti bərpa edir.

20. Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır.

21. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər

22. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

23. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır v ə kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

24. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olun muş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad dilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

28. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

29. Prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzürlü səbəbləri təqdim etməyə borcludur. Həmçinin vəkil və nümayəndə ona həvalə edilmiş səlahiyyətlər həddində onlara göndərilən məhkəmə aktını təmsil etdikləri tərəfə çatdırmaq öhdəliyi daşıyırlar.

30. Məhkəmə kollegiyası vurğulayır ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir.Çünki qanunla müəyyən edilmiş prosessual müddətlər işdə iştirak edən şəxslərin hüququ və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını müəyyənləşdirməyə yönəlmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının müddət bərpa ərizəsində göstərdiyi əsasları ətraflı araşdırmış və qiymətləndirmiş, müddətin bərpa edilməsinə əsas olmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.

32. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyası nın 2(105)-34/2016 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar