Məhkəmə qərarları › İş №2(102)-4387/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4387/2023

06.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4387/2023 06.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən çıxarılma, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ilkin müqaviləyə əsaslanaraq yaşayış sahəsindən çıxarılma tələbində subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X2 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2023-cü il tarixli, 2(103)4566/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Az ərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 600 kv.m. torpaq sahəsi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 25 iyun 1998-ci il tarixli, 1030 nömrəli sərəncamı ilə X1 istifadəsinə verilmiş və həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi inşa olunmuşdur.

2. Bakı şəhəri 19 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş 29 noyabr 2022-ci il tarixli İlkin alqı-satqı müqaviləsi ilə X3 Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin Başçısının 25 iyun 1998-ci il tarixli, 1030 nömrəli sərəncamına əsasən adına olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 600 kv.m. torpaq sahəsinə və üzərində inşa olunan tikiliyə dair daşınmaz əmla kın dövlət reyestrindən çıxarışın özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən alınaraq, İddiaçı satılmasını, alqı-satqı müqaviləsinin bağlanmasını, evin (yaxud qeyri-yaşayış, torpaq sahələri) İddiaçı mülkiyyətinə verilməsini, 15 yanvar 2023-cü il tarixədək göstərilən əmlakı alıcıya tam şəkildə təhvil verməyi və bütün kommunal xərcləri ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı isə X3 ilə bağlanacaq alqı-satqı müqaviləsinə əsasən həmin əmlakı qəbul etməyi və satış qiyməti 250000 manatı notariusun depozit hesabı vasitəsilə ödəməsini öhdəsinə götürmüşdür.

3. Cavabdeh1 və Cavabdeh2 X1 ailə üzvləridirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin azyaşlı övladları ilə birlikdə iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən 600 kv.m. torpaq sahəsindən və üzərində yerləşən evdən əşyaları ilə birlikdə çıxarılmaları, həmçinin məhkəmə qətnaməsi icra olunanadək cavabdehlərdən müştərək qaydada 15 yanvar 2023-cü il tarixdən etibarən hər ay 2000 manat məbləğində kirayə haqqının, eyni zamanda dəymiş mənəvi ziyana görə 10000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən evin mülkiyyətinə keçirilməsi ilə bağlı X3 razılıq əldə etmiş və 29 noyabr 2022-ci il tarixdə aralarında ilkin alqı-satqı müqaviləs i bağlanmışdır. Bundan sonra X3 mübahisəli torpaq sahəsini və evi tam boşaldaraq iddiaçıya təhvil versə də, sonuncunun oğlu Cavabdeh1 və gəlini Cavabdeh2 azyaşlı övladları ilə birlikdə evi tərk etmirlər. Cavabdehlərin iddiaçıya məxsus evi zəbt edərək yaşamaları onun istifadə hüququnu pozur. Müqavilə şərtlərinə əsasən mübahisəli mənzil 15 yanvar 2023-cü il tarixdə iddiaçıya tam şəkildə təhvil verilməli idi. Lakin cavabdehlərin mübahisəli mənzili boşaltmaması ona maddi və mənəvi ziyan vurmuşdur. İddiaçı İİ qrup əlildir, psixoloji və nevroloji problemləri var. Cavabdehlərin qanunsuz hərəkətləri onun səhhətindəki problemlərin daha da kəskinləşməsinə səbəb olmuşdur.

6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(009)712/2023 nömrəli qətnaməsi ilə (hakim M.A.Bağırova) iddi a rədd olunmuşdur.

7. Məhkəmə hesab etmişdir ki, iddiaçı mübahisəli tikiliyə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı hər hansı sübutu iddia ərizəsinə əlavə etməmişdir. Belə bir sübut iddiaçı tərəfindən məhkəmə iclasında da təqdim edilməmişdir. İlkin alqı-satqı müqaviləsi iddiaçıya mübahisəli ev üzərində mülkiyyətçi statusunu vermir.

8. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 139.1, 139.3, 146.1, 146.2, 157.2, 402.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(009)-712/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tə min olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2023-cü il tarixli, 2(103)-4566/2023 nömrəli qətnaməsi ilə (hakim R.Ə.Eyvazovun sədrliyi və məruzəsi ilə, hakimlər C.C.Musayevadan və G.T.Axundovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 15 may 2023-cü il tarixli, 2(009)-712/2023 nömrəli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır.

11. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, ilkin müqaviləyə əsasən əmlakın (və ya digər maddi nemətlərin) verilməsi deyil, belə münasibətlərin gələcəkdə yaradılmasının təşkil edilməsi üzrə vəzifələr baş verir. Mülki Məcəllənin 402-ci maddəsini n məzmunundan da göründüyü kimi, ilkin müqaviləyə əsasən tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə əsas müqavilə bağlamağı öhdələrinə götürürlər. Məhz əsas müqavilə bağlandığı andan daşınmaz əmlakla bağlı müvafiq əşya hüquqları yaranmaqla, alıcının yeni sahibin (mülkiyyətçinin) həmin əmlakı digər şəxslərdən tələb etmək və s. istiqamətində subyektiv hüquqları yaranmış olur. Hazırki işin hallarından isə mübahisəsiz qaydada müəyyən olunur ki, ilkin alqı-satqı müqaviləsindən sonra əsas müqavilə bağlanmamış, iddiaçının əmlak üzərində hər hansı əşya və s. digər əmlak hüquqları yaranmamışdır. Bununla yanaşı, ilkin alqı-satqı müqaviləsindən də göründüyü kimi, həmin müqavilə bağlanan anda onun predmeti o lan daşınmaz əmlaklar üzərində X1 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Bu səbəbdən də müqavilənin şərtinə görə X3 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 600 kv.m. torpaq sahəsinin və üzərində inşa olunan tikiliyə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı almalı, bundan sonra onu iddiaçıya satmağı, yəni alqı-satqı müqaviləsini bağlanmağı öhdəsinə götürmüşdür.

12. Baxılan işdə iddiaçının mübahisəli evə dair hazırkı tələbi (cavabdehlərin evdən çıxarılması və s.) o halda qorunmağa layiq mənafe hesab olunar ki, daşınmaz əmlakın ona məxsus olduğunu, yəni ona münasibətdə faktiki olaraq “mülkiyyətçi” kimi davrandığını sübuta yetirmiş olsun. Qeyd edilməlidir ki, vindikasiya iddiası mülkiyyətçinin (digər qanuni sahibin) öz əmlakını qanunsuz və faktiki sahibliyində saxlayan şəxsdən natura şəklində qaytarılması barədə müqavilədənkənar tələbidir. Vindikasiya iddiasının irəli sürülməsi üçün - iddiaçı əmlakın mülkiyyətçisi olmalı, mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalı, mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalı və başqa şəxsin faktiki sahibliyində olmalı, lakin həmin şəxsin sahiblik hüququ olmamalıdır. Göstərilən şərtlər məcmu halda mövcud olmalıdır, əks halda iddia təmin oluna bilməz. Hazırki işin hallarından isə qeyd edilənlər məcmu halda müəyyən edilmir. Beləliklə, işin faktiki halları, toplanmış sübutları və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alan apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırki vəziyyətdə iddiaçının cavabdehlərə qarşı tələblərinin qanuni və faktiki əsasları mövcud d eyildir. İddiaçı özünə məxsus olmayan (üzərində hər hansı əşya hüquqları yaranmamış) əmlakdan cavabdehlərin çıxarılmasını tələb etməkdə müvafiq subyektiv hüquqlara malik deyildir. Belə olan halda isə cavabdehlərin mübahisəli əmlakdan istifadə etməkdə (orada yaşamaqda) hüquqlarının olmaması barədə apellyasiya şikayətinin dəlillərini araşdırmağa da zərurət yoxdur.

13. İddia ilk hissədə (cavabdehlərin azyaşlı övladları ilə birlikdə ona məxsus olan ünvan 3 ünvanında yerləşən 600 kv.m. torpaq sahəsi və onun üzərində yerləşən evdən əşyaları ilə birlikdə çıxarılmaları) əsassız olduğundan qalan hissələr də təmin oluna bilməz.

14. Həmçinin məhkəmə qeyd etmişdir ki, iddianın rədd olunması ilə bağlı məhkəmənin gəldiyi hazırki nəticə, iddiaçının gələcəkdə qanunvericiliyin tələblərinə uyğun qaydada ə sas müqavilə bağlandığı təqdirdə, mübahisəli daşınmaz əmlaklarla bağlı müvafiq tələb hüquqlarını istisna etməməklə, mübahisə halında yenidən məhkəməyə müraciət imkanını da aradan qaldırmır.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 139.1, 139.3, 146.1, 146.2, 157.2, 402, 567, 646-cı, Mülki Prosessual Məcəllənin 77.1, 81, 385.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

16. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2023-cü il tarixli, 2(103)-4566/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianı təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 152.1, 158.2, 158.4, 164.1-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3-cü maddələri pozulmuşdur. Belə ki, 29 noyabr 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsindən göründüyü kimi mübahisəli ev 15 yanvar 2023-cü il tarixdə iddiaçıya tam şəkildə təhvil verilməli idi. Mövcud müqavilə iddiaçının gözlənilən mülkiyyət hüququnu təsdiq edir. Məhkəmənin sadəcə əmlaka dair çıxarışın olmadığına istinad edərək iddia tələbini təmin etməməsi qanunvericiliyin tələblərinə ziddir. Cavabdehlərin mübahisəli evə dair qorunan heç bir hüquqları mövcud deyildir. İddiaçı külli miqdarda pul ödəmiş və mübahisəli əmlaka sahib olmuşdur. Məhkəmə qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, verilmiş izahatlarla, sənədlərlə əsaslandırmamışdır.

18. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

19. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinə etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi mübahisəyə Mülki Məcəllənin 402.1-402.5-ci maddələrini düzgün tətbiq edərək, iddiaçının mübahisəli evə mülkiyyət hüququnun olmaması qənaətinə gəlmişdir. Kassasiya baxışının hədləri:

21. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

22. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2-ci maddəsinə əsasən daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyin dən öz əmlakını geri tələb edə bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 402.1-ci maddəsinə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. 402.4-cü maddəsinə əsasən ilkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməs i çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 25. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində h ərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırki şikayətin məzmununa oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. M əhkəmə kollegiyası apellyasiya məhkəməsinin qiymətləndirilməsi ilə tam olaraq razılaşır.

28. Belə ki, hazırki tələbin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 157.2 və 157.8-ci maddələrinə əsasən tələbin təmin olunması üçün iddiaçının mübahisəli torpaq sahəsinə mülkiyyət və ya başqa qanuni sahiblik hüququ olmalıdır.

29. İddiaçı, Cavabdeh1 atası olan Nizami Həsənovla bağlanan 29 noyabr 2022-ci il tarixli İlkin alqı-satqı müqaviləsinə istinad edərək, onun belə hüququnun olmasını iddia etmişdir.

30. Bununla bağlı məhkəmə kollegiyası bir daha izah edir ki, ilkin müqavilənin mahiyyətini tənzimləyən Mülki Məcəllənin 402-ci maddəsinə görə ilkin müqavilənin bağlanması ilə əmlak üzərində hüquqların keçməsi baş vermir, bu müqavilə yalnız tərəflər üçün əsas müqavilənin gələcəkdə bağlanmasına dair öhdəliklər yaradır. Yəni ilkin müqavilə mal mübadiləsinə deyil, onun təşkilinə, gələcək mal mübadiləsinin iştirakçıları arasında qarşılıqlı münasibətlərin qurulmasına yönələn təşkilatı müqavilədir. Həmin müqavilə əsasında tərəflərin yalnız qarşılıqlı olaraq əsas müqavilənin bağlanmasını birbirindən tələb etmək hüquqları yaranır.

31. İlkin müqavilə ilə müəyyən olunan şərtlərə uyğun olaraq mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı iddia verilən ana kimi baş tutmadığı üçün iddiaçının həmin əmlak üzərində hər hansı əşya hüququ yaranmamışdır. Odur ki, iddiaçının hazırki tələbi irəli sürməyə subyektiv hüququnun olmamasına dair apellyasiya instansiyası məhkəməsinin mövqeyi qanuni və əsaslı olmuşdur.

32. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəld iyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 25 iyul 2023-cü il tarixli, 2(103)-4566/2023 nömrəli qətnaməsi dəyişdirilmə dən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar