Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4389/2023 28.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi) qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4389/2023 (Açar sözlər: icraata xitam verilməsi, qətnamə hüquq və vəzifələrinə toxunan digər şəxslər, apellyasiya şikayətinin mümkünlüyü məsələsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X52 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibar ət tərkibdə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi) qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1201/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərardadından İddiaçı (vəkil X13) tərəfindən verilmiş kassasiya şikayətinə 28 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. JN-176 KOD 91004018 saylı 14 noyabr 1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən X4 və onun beş n əfərdən ibarət ailə üzvlərinin (X7, X14, X15, X5 və X16) mülkiyyətinə Hacıqabul rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 5,75 ha torpaq sahəsi verilmişdir.
2. JN-178 KOD 91004018 saylı 14 noyabr 1997-ci il tarixli torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən X17 və onun altı nəfərdən ibarət ailə üzvlərinin (X18, X30, X31, X22, X23, X46) mülkiyyətinə Hacıqabul rayonu Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli, 14 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 7,27 ha torpaq sahəsi verilmişdir.
3. Hacıqabul rayonu Meyniman kənd X61 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli iclas protokolundan çıxarışa əsasən, torpaq islahatı zamanı Meyniman İ.Ə.V-də qe ydiyyatda olaraq torpaq payı alan və hal-hazırda Özbəkistan Respublikasına köçüb getmiş Elmdar Qəmbərov və Ənvər Alıyevin adına verilmiş Dövlət Aktları etibarsız hesab edilmiş, Meyniman kənd sakini İddiaçı ərizəsi nəzərə alınmaqla həmin 9,89 ha torpaq sahəsi onun mülkiyyətinə verilməsi qərara alınmışdır.
4. Meyniman kənd İnzibati Ərazi Vahidi üzrə nümayəndə M.Vəliyev, nümayəndəlikdə mühasib N.Gözəlov və Meyniman kənd sakini İddiaçı tərəfindən 05 sentyabr 2001-ci il tarixdə tərtib edilmiş akta əsasən, torpaq islahatı zamanı torpaq payı almayan İddiaçı mərz nişanları vurulmaqla 9,89 ha torpaq sahəsi təhvil verilmişdir.
5. Hacıqabul Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2003-cü il tarixli iclas protokolundan çıxarışa əsasən, Meyniman kənd X61 Kommisiyasının müraciətinə baxılaraq qərara alınmışdır ki, Hacıqabul rayon Meyniman kənd X61 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli iclasında qəbul edilmiş, o cümlədən Meyniman kənd sakini İddiaçı ərizəsini nəzərə almaqla ona pay torpağı şəklində 9,89 ha torpaq sahəsi mülkiyyətinə verilməsi təsdiq olunmuş, Hacıqabul rayon Torpaq və Xəritəçəkmə şöbəsinə bu məsələ ilə bağlı olan sənədlərin işlənib hazırlanması tapşırılmış və qəbul edilmiş qərarın icrasına nəzarət Aqrar Məsələlər üzrə şöbəyə həvalə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İ darəsi) qarşı “mülkiyyət hüququnun müdafiəsi” tələbinə dair iddia ərizəsi ilə Hacıqabul Rayon Məhkəməsinə müraciət edərək, Hacıqabul rayon Meyniman kənd Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli qərarına əsasən JN-176 KOD, 91004018 saylı və JN-178 KOD, 91004018 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktlarında olan torpaq sahələrindən 9,89 ha torpaq sahəsinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, 1997-1998-ci illərdə Aqrar İslahatları zamanı torpaq ayrılarkən o pay torpağı ala bilməmişdir. Buna görə də o, 2001-ci ildə pay torpağın ayrılması ilə əlaqədar Hacıqabul rayon Meyniman kənd X61 Komissiyasına ərizə ilə müraciət etmiş və ona orada bildirmişlər ki, yaxın zamanlarda torpaq payın ayrılması ilə bağlı müraciətini təmin edəcəklər. Meyniman kənd X61 Komissiyasının araşdırması nəticəsində müəyyən olmuşdur ki, torpaq islahatları zamanı Meyniman İnzibati Ərazi Vahidliyində qeydiyyatda olaraq torpaq payı alan Özbəkistan Respublikasından məcburi köçüb gələn Mesxeti X1 Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə 5,75 ha və X24 Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli 14 nömrəli qərarı ilə 7,27 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə torpaq sahəsi ayrılmışdır. Lakin, araşdırma zamanı müəyyən olunmuşdur ki, X25 və X35 onlara islahat zamanı ayrılmış torpaqdan ümumiyyətlə istifadə etməmiş və uzun müddətdir ki, ailələri ilə birlikdə yenidən Özbəkistan Respublikasına köçüb getmişlər. Buna görə də 02 sentyabr 2001-ci il tarixdə Meyniman kənd X61 Kommisiyasının iclasında qərara alınmışdır ki, torpaq islahatı zamanı Meyniman İ.Ə.V-də qeydiyyatda olaraq torpaq payı alan və hal-hazırda Özbəkistan Respublikasına köçüb getmiş X6 adına verilmiş JN-176 KOD 91004018 saylı və X19 adına verilmiş JN-178 KOD 91004018 saylı Dövlət Aktları etibarsız hesab edilsin və Meyniman kənd sakini kimi onun ərizəsi nəzərə alınmaqla həmin etibarsız hesab edilmiş aktlarda göstərilən torpaqlardan 9,89 ha torpaq sahəsi onun mülkiyyətinə verilsin. 2001-ci ildən hal-hazırki günədək ona ayrılmış hımin 9,89 ha torpaq sahəsindən o, istifadə etmiş, orada əkin-biçin işlərini aparıb ailəsini dolandırmışdır. 9,89 ha torpaq sahəsindən daimi və səmərəli istifadə etmişdir. Həmin torpaqda əkdiyi məhsullara quluq edib bəhrəsini görmüşdür. Vaxtında olaraq həmin torpağın vergisini ödəmişdir. Hal-hazırda iş üzrə cavabdeh həmin torpaq sahəsini mənimsəyərək onun həmin torpaq sahəsindən istifadə etməyinə maneçilik törətmişdir. Bu səbəbdən də o, məcbur olub bu barədə məhkəməyə müraciət etmək qərarına gəlmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh iddianı qəbul etmiş və izahatında bildirmişdir ki, həmin torpaq sahəsindən 3 ha hissəsini bu il öz şəxsi vəsaiti hesabına şumlamış və buna qədər isə bilməmişdir ki, həmin torpaq sahəsi iddiaçının mülkiyyətində olmaqla onun istifadəsində olmuşdur. Ona görə də iddianın təmin olunmasına heç bir etirazı olmamışdır.
9. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə ( hakim Həmid Əzizov) iddia təmin edilərək, Hacıqabul rayon Meyniman kənd Aqrar İslahat Komissiyasının 02 sentyabr 2001-ci il tarixli qərarına əsasən JN-176, KOD 91004018 saylı şəhadətnamənin L hissəsinə tam, K hissəsindən isə 1,2 ha torpaq sahəsinə və JN-178 KOD 91004018 saylı şəhadətnamənin L və K hissələrinə bütöv torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir.
10. Birinci instansiya məhkəməsi 05 sentyabr 2001-ci il tarixli akta əsasən 9,89 ha torpaq sahəsinin mərz nişanları vurulmaqla ölçülüb İddiaçı təhvil verilməsini və işdə olan digər sübutları əsas götürərək, iddiaçının torpaq sahələrinə mülkiyyət hüququnun tanınmalı olması barədə nəticəyə gəlmişdir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Torpaq qanunveric iliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 2003-cü il 14 fevral tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
12. Qətnamədən 05 iyul 2022-ci il tarixdə həmin qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi Maraqlı şəxs (Vəkil1) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 08 iyul 2022-ci il tarixli qərardadı ilə (hakim Vahid Hacıyev) özünü işdə iştirak etməyə cəlb edilməyən, qətnamə onun hüquq və vəzifələrinə toxunan şəxs hesab edən Maraqlı şəxs iş üzrə Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 08 noyabr 2017- ci il tarixli qətnaməsindən xx.xx.2022-ci il tarixdə verdiyi apellyasiya şikayəti, qəbul edilmiş qətnamənin Maraqlı şəxs hüquq və vəzifələrinə toxunan şəxs hesab edilməməsi əsası ilə geri qaytarılması qərara alınmışdır.
14. Həmin qərardaddan Maraqlı şəxs (Vəkil1) tərəfindən verilmiş şikayət Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 29 iyul 2022-ci il tarixli qərardadı, həmçinin Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1850/2022 nömrəli, 31 avqust 2022-ci il tarixli qərardadı ilə təmin edilməmiş, birinsi instansiya məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
15. Daha sonra Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qətnaməsindən 03 may 2023-cü il tarixdə həmin qətnamə hüquq və və zifələrinə toxunan şəxs kimi X10 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iddiaçı torpaq sahəsini dövləti və məhkəməni aldadaraq əldə etmişdir. O, həmin torpağı pay torpağı kimi əldə etməmiş, nə də Aqrar İslahat Komissiyası tərəfindən mübahisəli ərazidə pay torpağı ayrılmamışdır. Mülkiyyətlərini başqasının qanunsuz istifadəsindən tələb etməkləri xeyli gecikmiş olsa da, buna iddia müddəti şamil olunmamalıdır. Məhkəmə işə baxarkən iddiaçının mülkiyyətində daşı nmaz əmlakın olub-olmaması barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən arayış tələb etməmiş, sadəcə köhnə və etibarsız sənədlərə istinad etmişdir. Halbuki, ölkə ərazisində daşınmaz əmlakın vahid reyestri mövcuddur. İddiaçı iddia ərizəsində qabaqcadan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDKR publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsinin müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi qoymuş və iddiasını cavabdehə və müstəqil tələb irəli sürməyən 3-cü şəxsə qarşı vermişdir. İddiaçı iddia ərizəsində qabaqcadan ƏMDX yanında DƏDRX publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsini müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi qoymaqla həmin qətnamə əsasında çıxarışın verilməsi öhdəliyini daşıyan qurumun işə dair iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin icrasını tələb etmək hüquqları məhdudlaşdırmışdır.
17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1201/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərardadı ilə (hakimlər Cahid İmanov (sədrlik edən və məruzəçi), Pərviz Əhmədov və Tale Kərimov) qətnamə hüquq və maraqlarına toxunan şəxs X28 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddiaçının cavabdehə və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında DƏDKR publik hüquqi şəxsinin 13 saylı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun tanınması tələb inə dair işə mülki mühakimə icraatında baxılmalı olmadığından xitam verilməsi qərara alınmışdır.
18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
19. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına görə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti inzibati orqan sayılır. Bu səbəbdən, qətnamə hüquq və maraqlarına toxunan şəxs X28 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, işə mülki mühakimə icraatında baxılmalı olmadığından xitam verilməli, həmin mübahisənin həlli üçün aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
20. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 28-ci maddələrinə, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali M əhkəməsi Plenumunun” 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual maddələrinə istinad edərək əsaslandırmışdır. Məcəlləsinin 261.0.1 və 384.0.4-cü Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
21. Qərardaddan iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya iş üzrə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, JN-178, KOD 91004018 nömrəli dövlət aktından görünmüşdür ki, X36 və onun ailə üzvlərinə Hacıqabul rayon AİK-nın xx.xx.1997-ci il tarixli, 14 nömrəli qərarı ilə 7,27 ha torpaq sahəsi onların xüsusi mülkiyyətinə verilmiş torpaq sahəsi X10 xüsusi mülkiyyətində olması təsdiq etməmişdir. Belə ki, həmin dövlət aktında şəxsin soyadı X26 olduğu görünür ki, bu da X10 maraqlarına toxunan şəxs olmadığı açıq aşkar görünür. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
23. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı qətnamə maraqlarına toxunan şəxs kimi X10 nümayəndəsi və vəkili Vəkil1 yazılı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
24. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
25. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
26. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzin in ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
27. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
28. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
30. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu i lə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
31. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 261.0.1. İş məhkəməd ə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.
36. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
37. Maddə 366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
38. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir.
39. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi biri nci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
44. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının l əğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qərardad iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, məhkəmə tərəfindən düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnə biləcək prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyas iya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
49. İş materiallarından müəyyən edilir ki, X29 yaşadığı Rusiya Federasiyasının Şimali Osetiya-Alaniya Respublikası Mozdok şəhərindən 14 aprel 2023-cü il tarixdə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil1 onu Azərbaycan Respublikasında nümayəndə kimi təmsil etmək ü çün etibarnamə göndərmişdir.
50. Həmçinin müəyyən edilir ki, Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qətnaməsindən 03 may 2023-cü il tarixdə həmin qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi X10 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)948/2023 nömrəli, 22 may 2023-cü il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti, qətnamənin Qəhrəman Koçiyevin hüquq və vəzifələrini pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunulmasının, eyni zamanda bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddətin də müzakirə ediməsi məqsədi ilə, - qeyri-mümkün hesab edilərək, qərardadın təsviri hissəsində göstərilən prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Hacıqabul Rayon Məhkəməsinə qaytarılmışdır.
51. Apellyasiya instansiya məhkəməsi həmin qərardadda göstərmişdir ki, Mülki Prosessual Məcəlləsinin 233.1-ci maddəsinə əsasən bu Məcəllənin 355-7.4-cü, 355-13.4cü, 355- 17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göründüyü kimi Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almış və bundan sonra icraya yönəldilmişdir. Çünki, MPM-nin 234.1-ci maddəsinə əsasən, bu məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətna mə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Həmin məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apelyasiya şikayəti verə bilər. Prosessual hüquq normalarının mənasından da göründüyü kimi, yalnız qanuni qüvvəyə minməmiş qətnamələr və qərardadlardan verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkündür. Hazırkı işdə isə qətnamə qanuni qüvvəsini almış, icraya yönəldilmişdir. Hazırda X28 hesab edir ki, qəbul olunmuş qətnamə onun maraqlarına toxunur və həmin qətnaməni mübahisələndirir. Belə olan halda birinci instansiya məh kəməsi ilk öncə maraqlarına toxunan şəxs kimi X11 Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qətnaməsi ilə onun hüquq və vəzifələrinin pozulmasının nədən ibarət olması, yaxud hansı maraq və ya mənafelərinə toxunulması əsaslandırılmalıdır. Eyni zamanda bu şəxslərin hüquqlarının bərpası üçün nəzərdə tutulmuş buraxılmış prosessual müddət də müzakirə ediməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 364.2-ci maddəsinə əsasən apellyasiya şikayəti işdə iştirak etməyən şəxslər tərəfindən verildikdə məhkəmə qəbul edilən qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını, daha sonra isə həmin məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bunun nəticəsinə dair qərardad qəbul edir. Bu isə ona dəlalət edir ki, işə apelyasiya qaydasında bax ılmaq üçün prosessual əsaslar olmamışdır.
52. Bundan sonra Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 09 iyul 2023-cü il tarixli qərardadı ilə həmin məhkəmənin 08 noyabr 2017-ci il tarixli qətnaməsindən qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi X10 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir.
53. Birinci instansiya məhkəməsi Hacıqabul Rayon Məhkəməsinin qətnamə hüquq və vəzifələrinə toxunan şəxs 08 noyabr 2017-ci il tarixli qətnaməsinin X10 hüquqlarına toxunması barədə nəticəyə gələrkən qeyd etmişdir ki, adı çəkilən qətnamə ilə X37 və onun ailə üzvlərinə verilmiş JN-178 KOD 91004018 saylı dövlət aktında göstərilən torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ tanınmışdır. Məhkəmə həmi n qənaətə gələrkən Meyniman kənd X61 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli qərarına əsasən X20 adına verilmiş JN-178 KOD 91004018 saylı dövlət aktı etibarsız hesab edilmişdir. Halbuki, Meyniman kənd X61 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli qərarında “Ənvər Alıyevin” adına verilmiş dövlət aktının etibarsız hesab edilməsi qeyd edilmişdir.
54. Bundan sonra Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)1201/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qərardadı ilə qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi X10 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək, mülki iş icraata qəbul edilmişdir.
55. Kassasiya kollegiyası Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qətnaməsinin X10 h üquq və vəzifələrinə toxunması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmır.
56. Belə ki, iş materiallarından müəyyən olunur ki, Hacıqabul rayonu Meyniman kənd X61 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli qərarına əsasən, torpaq islahatı zamanı Meyniman İ.Ə.V-də qeydiyyatda olaraq torpaq payı alan və hal-hazırda Özbəkistan Respublikasına köçüb getmiş Elmdar Qəmbərov və Ənvər Alıyevin adına verilmiş Dövlət Aktları etibarsız hesab edilmiş, Meyniman kənd sakini İddiaçı ərizəsi nəzərə alınmaqla həmin 9,89 ha torpaq sahəsi onun mülkiyyətinə verilmiş, 05 sentyabr 2001-ci il tarixdə isə mərz nişanları vurulmaqla həmin torpaq sahəsi sonuncuya təhvil verilmişdir.
57. Göründüyü kimi, Hacıqabul rayonu Meyniman kənd X61 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli qərarınd a hal-hazırda Özbəkistan Respublikasına köçüb getmiş Elmdar Qəmbərov və Ənvər Alıyevin adına verilmiş Dövlət Aktlarının etibarsız hesab edilməsi qeyd olunsa da, Dövlət Aktlarının nömrələri həmin qərarda göstərilməmişdir.
58. Həmçinin iş materiallarından müəyyən olunur ki, X3 cavabdeh X27 və hazırki işdə də tərəf olan, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 13 saylı Şirvan Ərazi İdarəsi) qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə bağlı işdə olan və qanuni qüvvəsini almış Hacıqabul Rayon Məhkəməsinin 2(071)-737/2017 nömrəli, 19 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (iş vərəqi 104-107) müəyyən edilir ki, M eyniman kənd X61 Komissiyasının 02 sentyabr 2001-ci il tarixli qərarına əsasən X17 adına verilmiş JN-178 KOD 91004018 saylı dövlət aktı etibarsız hesab edilmişdir.
59. Bundan başqa işdə olan Hacıqabul rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013cü il tarixli, 181 nömrəli Sərəncamına əsasən Hacıqabul rayonu Meyniman kənd inzibati ərazisində JN 178 saylı Dövlət Aktı ilə pay torpaq sahəsi verilmiş, 1998-ci ildən Hacıqabul rayonundan qeydiyyatdan çıxıb Rusiya Federasiyasına köçmüş X9 adına verilmiş pay torpaq sahəsindən Talış kəndində məskunlaşmış X2 və onun ailə üzvlərinə əkinçilik məqsədi üçün 2 (iki) hektar torpaq sahəsi ayrılması qərara alınmışdır. (İş vərəqi 218)
60. Eyni zamanda işdən görünür ki, özünü qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi təqdim edən X10 nümayəndəsi və vəkili Vəkil1 qətnamədən apelyasiya şikayəti versə də, qətnamənin X10 hüquq və vəzifələrinə toxunmasını təsdiq edən hər hansı bir sənədi, o cümlədən mübahisəli JN-178 KOD 91004018 saylı dövlət aktının hazırda qüvvədə olması barədə sübutu apelyasiya şikayətinə əlavə etməmişdir.
61. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı madddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.
62. Qəbul edilmiş qətnamədən apelyasiya şikayəti vermək hüququ olan şəxslərin siyahısı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə görə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
63. Həmin Məcəllənin 357.2-ci maddəsinin tələbinə görə həmin hüquqa, işdə iştirak etmyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslər də malikdir.
64. Göründüyü kimi, apellyasiya instansiya məhkəməsi, özünü qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi təqdim edən X10 nümayəndəsi və vəkili Vəkil1, 14 noyabr 1997-ci il tarixdə Qəhrəman Koçiyevin də mülkiyyət hüququnu təsbit etmiş mübahisəli JN178 KOD 91004018 saylı dövlət aktının hazırda qüvvədə olması barədə sübutu apelyasiya şikayətinə əlavə etməməsinə, həmin aktın Hacıqabul rayonu Meyniman kənd X61 Komissiyasının 02 sentyabr 2 001-ci il tarixli qərarı, habelə Hacıqabul Rayon Aqrar İslahat Komissiyasının 15 avqust 2003-cü il tarixli qərarı ilə ləğv edilib-edilməməsini araşdırmadan, dövlət aktında soyadları “Kaçiyev” kimi qeyd olunmasına baxmayaraq, Qəhrəman Koçiyevin dövlət aktında olan şəxs olub-olmamasını aydınlaşdırmadan, 20 ildən çox müddət keçdikdən sonra müraciət etmiş X21 qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi qiymətləndirərkən gəldiyi nəticəni formal olaraq əsaslandırmış, iş materiallarında olan və yuxarıda sadalanan hallara hər hansı hüquqi qiymət verməmişdir.
65. Eyni zamanda apellyasiya instansiya məhkəməsi X10 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi barədə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-948/2023 nömrəli, 22 may 2023-cü il tarixli qərardadında qeyd olunan göstərişlərin birinci instansiya məhkəməsi tərəfindən tam icra edilməməsini diqqətdən qaçırmışdır.
66. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, JN-178 KOD 91004018 saylı dövlət aktının verilməsindən 20 ildən artıq müddət keçməsinə, həmin dövlət aktının keçən bu müddət ərzində etibarsız hesab edilməsi üçün tutarlı əsasların olmasına baxmayaraq həmin halları araşdırmadan, özünü qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi təqdim edən X10 iş üzrə qətnаmədən apellyasiya şikаyəti vеrilmək hüququ olan şəxs olması məsələsinə apellyasiya instansiya məhkəməsi tərəfindən düzgün qiymət verilməmişdir.
67. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Miragall Eskolapo və digərlərinin İspaniyaya qarşı işi üzrə 25 yanvar 2000-ci il tarix li qərarında göstərilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət etməli olan müddət məhdudiyyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata kecirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin etdilməsi məqsədi daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
68. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiya məhkəməsi Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qətnaməsinin qanuni qüvvəsini almasını, icraya yönəldildikdən sonra qətnaməyə əsasən iddiaçıya torpaq sahəsinə dair çıxarışların verilməsini, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmədiyi halda, həmin m əzmunun həqiqiliyi və tamamlığı prezumpsiyasının qüvvədə olması barədə Mülki Məcəllənin 140-cı maddəsinin tələblərini, habelə hazırda iddiaçı tərəfindən torpaq sahəsinin özgəninkiləşdirilməsi barədə işdə olan sübutları və bu halda qətnamə hüquq və vəzifələrinə toxunan digər şəxslərin də dairəsinin genişlənməsi ehtimallarını nəzərə alınmamışdır.
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyü barədə məsələyə bu cür həddən artıq formal yanaşma, apellyasiya şikayətinə dair tələblərlə bağlı prosessual qanunvericiliyin məqsədlərinə cavab vermir.
70. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş şikayətin mümkünlüyü barədə məsələnin ye nidən müzakirə edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1201/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərardadı ləğv edilsin və iş Hacıqabul Rayon Məhkəməsinin 2(071)-1167/2017 nömrəli, 08 noyabr 2017-ci il tarixli qətnaməsindən, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs kimi X12 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.