Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-439/2022 25.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-439/22 (Açar sözlər: qayınataya məxsus evə istifadə hüququnun tanınması tələbi) Bakı şəhəri, 25 yanvar 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər X6 və Cavabdeh2 qarşı “evdən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)1359/2021 nömrəli, 05.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə A li Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tərəflər 15 sentyabr 2005-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, birgə nikahlarından 31.05.2006-cı il tarixdə X14 və 27 dekabr 2010-cu il tarixdə X15 adında uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 20.04. 2021-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, Balakən rayonu Talalar kəndində 0.07 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 98.60 kv.m olan fərdi yaşayış evi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. İddiaçı hazırkı tələbi irəli sürərək keçmiş qayınatasına məçxsu s olan evə istifadə hüquqları yarandığını və ona görə ora köçürülməsi barədə hazırkı mübahisəni açmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Talalar kəndində yerləşən Cavabdeh1 məxsus evdən istifadə hüququnun tanınması və bir uşaqla birlikdə həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı oğlu Amirlə birlikdə 2021-ci ilin mart ayının ortalarında Cavabdeh2 ayrılaraq, valideynlərinin yanına qayıtmışdır. Artıq bir müddətdir ki, cavabdehlə ər-arvad münasibətləri pozulmuşdur və aralarındakı nikah formal xarakter daşıyır. Gələcəkdə cavabdehlə barışıb birlikdə yaşamaları qe yri-mümkündür. O, mübahisəli evdə qeydiyyatda olmaqla ona məxsus bütün cehiz əşyaları hazırda həmin evdədir. Hazırda bir uşaqla birlikdə atası evində yaşamağa məcbur olmuşdur. Uşağı öz atası evində baxıb böyütmək, eyni zamanda iki qardaşın bir yerdə böyümələrini istəyir. Atasının evində uşaqla birlikdə yaşamağa heç bir şərait və imkan yoxdur.
5. Balakən Rаyоn Məhkəməsinin 16 may 2021-ci il tаrixli, 2(019)-544/2021 saylı qətnaməsi ilə (hakim Z.Tahirov) iddia rədd edilmişdir.
6. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının Cavabdeh1 məxsus evə gəlin köçdüyü 15 sentyabr 2005-ci il tarixdə Cavabdeh1 həmin evə mülkiyyət hüquqları hələ qeydə alınmamış, iddiaçı həmin vaxtdan 2021-ci ilin mart ayınadək bu evdə yaşamış, X1 evə mülkiyyət hüquqları 20.04.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestri ndə qeydə alınmışdır. Göründüyü kimi tərəflər arasında hüquq münasibətləri yeni Mənzil Məcəlləsinin qüvvəyə mindiyi 01 oktyabr 2009-cu ildən sonra da davam etmiş, iddia predmetini təşkil edən evə mülkiyyət hüququ qeydə alınıb evin hüquqi rejimi 20.04.2021-ci il tarixdə dəyişməklə həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olmuşdur. Ona görə də məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 11 iyul 2014-cü il tarixli qərarında ifadə olunan hüquqi mövqeyə istinad edilməklə hazırki mübahisənin həlli üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları və onların şərhi ilə bağlı Konstitusiya Məhkəməsinin qərarları tətbiq olunmalıdır.
7. Məhkəmə işin müəyyən olunmuş hallarına qanun normalarına uyğun hüquqi qiymət verərək hesab etmişdir ki, hazırki işdə iddia predmetini təşkil edən fərdi yaşayış evinə iddiaçının istifadə hüququnun tanınması və onun yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə həmin yaşayış evinə köçürülməsinin təmin edilməsi üçün həmin evə mülkiyyət hüquqlarına müdaxiləni zəruri edən şərtlər müəyyən edilməmişdir. Əvvəla, bu müdaxilə qanunda nəzərdə tutulmamışdır. Belə ki, qeyd edildiyi kimi, Mənzil Məcəlləsinin tələbləri nöqteyi-nəzərindən iddiaçı və onun uşağı evin mülkiyyətçisi olan Cavabdeh1 yaxın qohumu və digər qo humları kateqoriyasına daxil olmamaqla ailə üzvləri deyillər.
8. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mənzil Məcəlləsinin 8, 9.1, 9.2.1, 9.2.2, 12.2, 30.1, 30.2, 30.4-cü maddələri, Mülki Məcəllənin 139.1, 139.3, 146.1, 146.2, 152, 178.1, 178.2, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarları, Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarları ilə əsaslandırmışdır.
9. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1359/2021 nömrəli, 05.08.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- M.Əsədli (sədrlik edən və məruzəçi), V.Məlikov və A.Mahmudov) İddiaçı apellyasiya şikayəti təmin olunmadan, B alakən Rаyоn Məhkəməsinin 16 may 2021-ci il tаrixli, 2(019)-544/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Şəki Apellyasiya Məhkəməsinin 12 iyul 2021-ci il tarixli sorğusuna əsəsən müəyyən edilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-1041F, KOD 40113018 nömrəli şəhadətnaməyə görə, Balakən rayon Aqrar İslahat Komissiyasının 04 fevral 1998ci il tarixli, 02 saylı qərarı ilə 0.07 hektar sah. Ölçüsü olan fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı Balakən rayonu, Talalar kənd sakini Cavabdeh1, X9, X7, X5, X3 mülkiyyətinə verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, Talalar kənd (qəsəbə) inzibati ərazi dairəsinin 13 nömrəli təsərrüfat başına kitabın 51 nömrəli səhifəsində Cavabdeh1 adına 1992-ci ildə tik ilmiş, 1 mərtəbəli, 2 otaqlı, 100 kv.m ümumi, 60 kv.m yaşayış sahəsinə malik fərdi yaşayış evinin və 0.07 ha həyətyanı sahəsi vardır.
12. Apellyasiya şikayətinin 3 dəlili olmuş, apellyasiya məhkəməsi hər bir dəlilə münasibət bildirərək həmin dəlilləri əsassız hesab etmiş, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
13. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, mübahisəni həll edərkən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının iz ahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv olunması, iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmiş və kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr Mülki Məcəllənin 228-ci maddəsi tətbiq etməli olduğu halda, Mənzil Məcəlləsinin 30-cu maddəsini tətbiq etməklə səhvə yol vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası:
17. Maddə.
13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
18. Maddə.
29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur.
19. M addə.
43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
20. Maddə. 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
21. Maddə. 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
22. Maddə. 30.4. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
23. Maddə. 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərə findən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
28. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
31. Kassasiya şikayətinin dəlili maddi hüquq normasının düzgün tətbiq olu nmaması ilə bağlıdır ki, həmin dəlilə apellyasiya instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırma aparılmaqla, düzgün hüquqi qiymət verilmişdir.
32. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli Qərarına əsasən, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsin in müddəaları tətbiq edilməlidir.
33. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarının həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətəlayiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
34. Məhkəmələr tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının köçmək istədiyi ev tam mülkiyyət hüququ ilə onun qayınatası X2 mülkiyyətindədir.
35. Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən, İddiaçı cavabdeh Solta nhəmid Hüseyinovun ailə üzvü olmadığından, iddiaçı oğlu ilə birlikdə Soltanhəmid Hüseyinovun mülkiyyətindəki evə köçürülə və onun həmin evdən istifadə hüququ tanına bilməz.
36. Kassasiya kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxl anılmalı, kassasiya şikayəti təmin edilməməlidir.
38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1359/2021 nömrəli, 05.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.