Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-439/2025 27.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və X11 Şəxsinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ipoteka yüklülüyündən azad olunması; müqavilə münasibətlərindən irəli gələn mübahisələr; məhdud əşya hüquqları ilə bağlı tələblər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüq uqi Şəxsinin 1 Saylı Bakı Ərazi İdarəsinə və "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə qarşı “ipoteka yüklülüyündən azad olunması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli 2(103)5586/2024 nömrəli qətnaməsindən cavabdeh "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı2 məxsus Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2C saylı fərdi yaşayış evi (İV-cü mərtəbədən 3 otaq y/s69.8 kv.m, k/s-60.2 kv.m) 04 aprel 2014-cü il tarixli, 118957-1-9782 saylı baş kredit müqaviləsinin təminatı kimi Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə yüklü edilmişdir.
2. RX seriyalı ***** ** saylı çıxarışa əsasən İddiaçı1 məxsus Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2C saylı fərdi yaşayış evi (1-ci mərtəbədən 3 otaq y/s69.8 kv.m, k/s-46.5 kv.m) 04 aprel 2014-cü il tarixli, 118957-1-9782 saylı baş kredit müqaviləsinin təminatı kimi Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə yüklü edilmişdir.
3. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-1712/2023 nömrəli qətnaməsi ilə iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(011)-937/2017 nömrəli qətnaməsi qismən - tələbin cavabdehlər İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanda 0,0326 ha torpaq sahəsində yerləşən evdəki paylarına yönəldilməsi hissəsində ləğv edilmiş, iddiaçının tə ləbi-cavabdeh İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2 “C” saylı evin 1ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2 “C” saylı evin 4-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi hissəsində təmin olunmamış, həmin qətnamə dəyişdirilmədən saxlanmışdır.
4. İddiaçılar tərəfindən Cavabdeh1 ASC-yə ünvanlanmış 30 aprel 2024-cü il və 03 iyul 2024-cü il tarixli pretenziyalardan görünür ki, onlar İddiaçı1 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1-ci mərtəbəsində 69,8 kv.m yaşayış sahəsi, 46,5 kv.m köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin və İddiaçı2 məxsus olan 0,03 26 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4- cü mərtəbəsində 69,8 kv.m yaşayış sahəsi, 60,2 kv.m köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin ipoteka yüklülüyündən azad edilməsini xahiş etmişlər. İş materiallarında olan Cavabdeh1 ASC tərəfindən iddidaçılara ünvanlanmış 12 iyul 2024-cü il tarixli məktubda bankın üzərinə qoyulmuş hər hansı vəzifənin olmadığı göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 ASC-yə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və X11 Şəxsinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə yüklü edilmiş İddiaçı1 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1-ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin və İddiaçı2 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4-cü mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin ipoteka yüklülüyünə xitam verilməklə azad edilməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, daha əvvəl iddiaçı Bank VTB (Azərbaycan) ASC cavabdehlər X6, X7, İddiaçı1, İddiaçı2 və X8 qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizələrlə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, X2 xx.xx.2016-cı il tarixə Banka borclu olduğu 281 635,73 ABŞ dolları məbləğində əsas borcun, 38 256,04 ABŞ dolları məbləğində faizin və 2 800 ABŞ dolları məbləğində cərimənin, cəmi 322 691,77 ABŞ dolları borcun (qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə Hanmaqla), həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat və ipoteka predmetlərinə yönəldilməsi haqqında bildirişlərin qeydə alınması üçün ödənilmiş 90 manat məbləğində dövlət rüsumlarının cavabdehlər X1 və X4 müştərək qaydada alınaraq Bank VTB (Azərbaycan) ASCyə ödənilməsinə, tələbin xüsusi paylı mülki yyət hüququ ilə İddiaçı1 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1-ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinə-ilkin satış qiyməti 69700 manat məbləğində müəyyənləşdirilməklə, xüsusi paylı mülkiyyət hüququ ilə İddiaçı2 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4-cü mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinə ilkin satış qiyməti 84500 manat məbləğində müəyyənləşdirilməklə, xüsusi tam mülkiyyət hüququ ilə X3 məxsus olan Bakı şəhəri Nərimanov rayonu 770-ci məhəllə Təbriz küçəsində yerləşən 6 nömrəli 145,7 m2 ümumi, 96,1 m2 yaşayış, 49,6 m2 yardımçı sahədən ibarət 4 otaqlı 48 nömrəli mənzilə ilkin satış qiyməti 154200 manat məbləğində müəyyənləşdirilməklə yönəldilməsinə və əmlakların açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd olunan borcun Bank VTB (Azərbaycan) ASC-yə ödənilməsinə, ipoteka predmetləri olan göstərilən əmlakların məcburi qaydada boşaldılmasına, 18957-1-9782 saylı xx.xx.2013-cü il tarixli baş kredit razılaşmasının, 118957-1- 9782/2 saylı xx.xx.2014cü il tarixli kommersiya krediti müqaviləsinin və 118957-1-9782/3 saylı xx.xx.2014-cü il tarixli kommersiya krediti müqaviləsinin ləğv olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-937/2017 saylı iş üzrə 24 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Bank VTB (Azərbaycan) ASC ilə X5 aras ında bağlanmış xx.xx.2013-cü il 118957-1-9782 saylı baş kredit razılaşması, xx.xx.2014-cü il tarixli 118957-1-9782/2 saylı kommersiya krediti müqaviləsi və xx.xx.2014cü il tarixli 118957-1-9782/3 saylı kommersiya krediti müqaviləsinin ləğv edilməsi, X1 və X4 xx.xx.2014-cü il tarixli 118957-1-9782/2 saylı və xx.xx.2014-cü il tarixli 1189571-9782/3 saylı kommersiya krediti müqavilələri üzrə müştərək qaydada əsas borca görə 281635,73 ABŞ dolları, faiz borcuna görə 38256,04 ABŞ dolları, cəriməyə görə 500 ABŞ dolları olmaqla cəmi 320391,77 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 120 manat Bank VTB (Azərbaycan) ASCnin xeyrinə tutulması, X1 və X4 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat dövlət nəfinə tutulması, X1 və X4 müştərək qaydada ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı çəkilən xərclərə görə 600 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulması, X2 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu 770-ci məhəllə Təbriz küçəsi 6 saylı evin 48 saylı mənzili ilkin satış qiyməti 204 000 manat, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi ilkin satış qiyməti 145 400 manat, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C saylı evin 4-cü mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi ilkin satış qiyməti 162 500 manat olmaqla açıq hərracda satılması, satışdan əld ə olunmuş vəsaitdən 320391,77 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 120 manat Bank VTB (Azərbaycan) ASC-nin hesabına, 50 manat ekspertiza tədqiqatının dəyəri dövlət nəfinə, ipoteka predmetlərinin qiymətləndirilməsi ilə bağlı çəkilən xərclərə görə 600 manat Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulması, X2 mülkiyyətində olan Bakı şəhəri Nərimanov rayonu 770-ci məhəllə Təbriz küçəsi 6 saylı evin 48 saylı mənzili, İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu Xudu Məmmədov küçəsi 2C saylı evin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi, İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C saylı evin 4-cü mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evi, açıq hərracda satıldıqdan 1 ay sonra boşaldılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Tərəflərin müxtəlif vaxtlarda yuxarı instansiya məhkəmələrinə verdikləri şikayət ərizələri üzrə aparılmış çoxsaylı məhkəmə icraatları əsasında yekun olaraq, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2023cü il tarixli, 2(103)-1712/2023 saylı qətnaməsi və həmin qətnamənin qüvvədə saxlanılması barədə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)2392/2023 saylı qərarı qəbul edilmişdir. Həmin məhkəmə aktlarına əsasən cavabdehlər İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(011)-937/2017 saylı qətnaməs i qismən, tələbin cavabdehlər İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanda 0,0326 ha torpaq sahəsində yerləşən evdəki paylarına yönəldilməsi hissəsində ləğv edilmiş, iddiaçının tələbi- cavabdeh İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2 “C” saylı evin 1ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2 “C” saylı evin 4ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi hissəsində təmin olunmamış, rədd edilmişdir. Məhkəmələr yekunda qeyd etmişlər ki, Bankla cavabdehlər İddiaçı1 və İddiaçı2 arasında rəsmiləşdirilmiş xx.xx.2013cü il tarixli ipoteka müqavilələrinin 4.1-ci bəndində Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2 “C” saylı evdə adları çəkilən ş əxslərə məxsus payların Bankla kredit alan arasında bağlanmış eyni tarixli baş kredit razılaşmasından və onun ayrılmaz hissəsi olan ayrıca müqavilələrdən irəli gələn mövcud, həm də gələcəkdə bağlanacaq kredit müqavilələrindən irəli gələn tələblərin təminatı olduğu qeyd edilmişdir. Razılaşmanın 5.1-ci bəndində kredit üzrə faizlərinin miqdarının, ödənilməsi şərtlərinin və ödənişlərin silinməsi növbəliliyinin tərəflər arasında bağlanacaq kredit müqavilələri ilə müəyyən ediləcəyi göstərilmişdir. Beləliklə, ipoteka müqavilələrində zəruri şərtlər (müddət, faiz, məbləğ) göstərilməmiş və borcalanla sonradan bağlanmış kredit müqavilələrində və əlavə və dəyişikliklər edilməsi barədə razılaşmada ipoteka qoyanların razılığı alınmamışdır. Ona görə də ipoteka müqavilələri həmin kredit müqaviləsinə münas ibətdə bağlanmamış kimi qiymətləndirilməli və bu müqavilələrdən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilməməlidir. Beləliklə əvvəllər başqa kredit müqavilələri üzrə ipoteka predmeti kimi çıxış etmiş əmlakları, həmin kredit müqavilələrinə icra nəticəsində xitam verilməsinə və həmin müqavilələr üzrə bütün öhdəliklərin tam həcmdə icra edilməsinə baxmayaraq, hazırda cavabdeh bankın xeyrinə girovda qalmaqdadır. Halbuki yuxarıda istinad olunan (hazırki iddia ərizəsinə surətləri əlavə edilmiş) qanuni qüvvəsini almış məhkəmə aktlarına əsasən ipoteka müqavilələri bankın sonradan bağladığı kredit müqaviləsinə münasibətdə bağlanmamış kimi qiymətləndirilmiş və bu müqavilələrdən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilməməklə, bankın əmlaklarına təl əbin yönəldilməsi hissəsində iddia tələbləri təmin olunmamışdır. Tərəflərindən xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə cavabdeh banka müraciət olunmaqla, Bank VTB (Azərbaycan) ASCnin xeyrinə yüklü edilmiş İddiaçı1 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin və İddiaçı2 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4-cü mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin 5 (beş) gün ərzində ipoteka yüklülüyündən azad edilməsi xahiş olunsa da, bank faktiki olaraq xahişlərinin təmin olunmasından imtina etmişdir. Bu hal isə onların qanunvericiliklə qorunan mülkiyyət və mülkiyyətdən azad istifadə hüquqlarını kobud şəkildə pozmaqdadır və heç bir qanuni və müqavilə əsası olmadan əmlakları bankın xeyrinə yüklü olaraq qalmaqda davam etməkdədir. Hesab etmişlər ki, hazırda həmin ipoteka predmetlərinin yüklü saxlanılması üçün heç bir qanuni əsas mövcud deyildir. Əksinə, əmlakların ipoteka yüklülüyündə qalması iddiaçıların hüquqlarının pozulmasına səbəb olmuşdur.
7. Cavabdeh1 ASC iddiaya etirazla məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmiş və etirazında qeyd etmişdir ki,xx.xx.2013-cü il tarixli, 118962NEDVİJ-1969 saylr ipoteka müqaviləsi qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun оlаrаq tərtib edilmiş, qanunun tələbinə uyğun formada imzalanmış, notariat orqanı tərəfindən təsdiq lənməklə dövlət qeydiyyatına alınmışdır. Наmin ipoteka müqaviləsi halhazırda qüvvədədir, heç bir qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız, ləğv və ya xitam olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 21.02.202З-сü il tarixli, 2(10З)1712/2023 saylı qətnaməsində ipoteka müqaviləsinin ləğvi, və уа xitamı barədə heç bir qeyd edilməmişdir. İpoteka müqaviləsinə əsasən İddiaçı1 Вауrаm qızına və Həsənova Vəfа Теlmаn qızına məхsus daşınmaz əmlak Bank qarşısında ipoteka ilə yüklü edilərək, kredit öhdəliyinin iсrаsının təminat üsulu kimi hal-hazırda da çıxış edir. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etiba rsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Göründüyü kimi daşınmaz əmlakın yüklülükdən azad olunmasına heç bir hüquqi əsas yoxdur.
8. Daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edilərək, cavabdeh Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, 118957-1-9782 saylı baş kredit müqaviləsinin təminatı kimi bağlanmış iddiaçılar İddiaçı1 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1-ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin və İddiaçı2 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4-cü mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq ) fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli, 118957-1-9782/2 saylı kommersiya krediti müqaviləsi və xx.xx.2014-cü il tarixli, 118957-1-9782/3 saylı kommersiya krediti müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bağlanmamış hesab olunması və ipoteka yüklülüyündən azad edilməsi, bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata “xx.xx.2013-cü il tarixli, 118957-1-9782 saylı baş kredit müqaviləsinin təminatı kimi bağlanmış iddiaçılar İddiaçı1 məxsus olan 0,0 326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin və İddiaçı2 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4-cü mərtəbəsində 69,8m2 yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli, 118957-1-9782/2 saylı kommersiya krediti müqaviləsi və xx.xx.2014-cü il tarixli, 118957-1-9782/3 saylı kommersiya krediti müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bağlanmamış hesab olunması tələbinə dair hissəsədə xitam verilməsi qərara alınmışdır.
10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, e-2(006)2894/2024 nömrəli qət naməsi ilə (hakim X10) iddia təmin edilmişdir və.11.2013-cü il tarixli, 118957-1-9782 saylı baş kredit müqaviləsinin təminatı kimi İddiaçı1 məxsus 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1-ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evi ipoteka yüklülüyündən azad edilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin yüklülükdən azad edilməsi öhdəliyi qoyulması, xx.xx.2013-cü il tarixli, 118957-1-9782 saylı baş kredit müqaviləsinin təminatı kimi İddiaçı2 məxsus 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4-cü mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evi ipoteka yüklülüyündən azad edilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4cü mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin yüklülükdən azad edilməsi öhdəliyi qoyulması, məhkəmə xərclərinin iddiaçılara aid edilməsi qət edilmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-1712/2023 saylı qətnaməsi ilə borcun iddiaçılara məxsus əmlaka yönəldilməsi hissəsində təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ipoteka müqavilələrində zəruri şərtlər (müddət, faiz, məbləğ) göstərilməmiş və borcalanla sonradan bağlanmış kredit müqavilələrində və əlavə və dəyişikliklər edilməsi barədə razılaşmada ipoteka qoyanların razılığı alınmamışdır. Ona görə də ipoteka müqavilələri həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış kimi qiymətləndirilməklə bu müqavilələrdən irəli gələn öhdəliklərin ipoteka ilə təmin edilmiş öhdəlik olması hesab edilməməsi qət edilmişdir. İpoteka ilə əmlakın mülkiyyətçisinin hüquqları məhdudlaşdırılmaqla yüklü hala gəlir. Belə ki, şəxsi borclu öz öhdəliyini yerinə yetirmədiyi halda kreditor ipoteka ilə yüklü edilmiş əmlakın məcburi satılmasını və dəyərindən alacağının qarşılanmasını təmin etmək imkanına malik olur. Odur ki, reyestrdə ipoteka yüklülüyünün qurulması üçün keçərli hüquqi əsas – etibarlı bir ipoteka müqaviləsi mövcud olmalıdır. Əgər şəxsi borclu ilə bağlanmış konkret kredit müqavilələri üzrə ipoteka müqaviləsi bağlanmamış sayılırsa, gələcəkdə bağlanması ehtimal olunan başqa kredit müqavilələri üzrə ipotekanın yaranması üçün yenə də ipoteka qoyanın razılığı tələb olunursa, belə razılıq verilmədən etibarlı bir ipotekadan söhbət gedə bilməz. İpoteka qurulmadığı halda isə şəxsin əmlakı üzərindəki yüklülük onun mülkiyyət hüququnun əsassız məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. xx.xx.2013-cü il tarixli, 118957-1978 2 saylı baş kredit müqaviləsinin təminatı olaraq tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə ipoteka müqavilələrin bağlanmamış hesab edildiyindən, tutmanın yönəldilə bilinməyən ipoteka predmetinin yüklü vəziyyətdə qalması, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulması ilə nəticələnməsi səbəbindən əmlaklar ipoteka yüklülüyündən azad edilməlidirlər.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1, 425.1, 560.1-cı maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5, 48-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 107,119-cu maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
13. Qətnamədən narazı qalan cavabdeh apellyasiya ş ikayəti verərək, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-2894/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ipoteka qoyanlar öz iradələrini tərəflər arasında bağlanmış “Baş Kredit Razılaşması”nın 2.1-ci bəndində müəyyən olunan, yəni açılan kredit xəttinin 120 ay müddətinə, ******* ABŞ dolları və ya manat ekvivalenti məbləği həddində olmasına dair razılıq vermələridir. Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, “Baş Kredit Razılaşması” ayrıca müqavilədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan RespublikasıMülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Plenum qərarında qeyd edilir ki, bir çox ölkələrdə geniş tətbiq olunan kreditləşmə növlərindən biri də kredit xətləridir (limitləridir). Belə müqavilələr ayrı-ayrı ölkələrdə “baş kredit razılaşması”, “kredit xətti müqaviləsi”, “çərçivə müqaviləsi”, “ümumi şərtlər müqaviləsi”, “açıq şərtlərlə razılaşma” və s. kimi tanınır. Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqa viləsi niyyət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Həmçinin qərarda göstərilir ki, kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. Lakin, hazırki işdə tərəflər öz razılıqlarını əvvəlcədən bildirdiklərindən eləcə də, BKR-də heç bir dəyişiklik edilmədiyi üçün müvafiq düzəlişlərin edilməsinə və razılıqların alınmasına ehtiyac olmamışdır. Eyni zamanda yalnız ipoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət edir. Digər hallarda “İpoteka haqqında” Qanununa əsasən “ipotekanın ləğv edilməsi” anlayışı mövcud deyildir. Belə ki, 14 noyabr 2013-cü il tarixli, 118962NEDVİJ1969 say lı ipoteka müqaviləsi qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun olaraq tərtib edilmiş, qanunun tələbinə uyğun formada imzalanmış, notariat orqanı tərəfindən təsdiqlənmiş va dövlət qeydiyyatına alınmışdır. Həmin ipoteka müqaviləsi halhazırda qüvvədədir ve heç bir qanuni qüvvəyə minmiş məhkəmə qararı ilə etibarsız hesab olunmamış, ləğv və ya xitam edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21 fevral 2023cü il tarixli, 2(103)-1712/2023 nömrəli qətnaməsində (nəticəvi hissəsində) ipoteka müqaviləsinin ləğv ve ya xitam edilməsi barədə heç bir qeyd edilməmişdir. İpoteka müqaviləsinə əsasən İddiaçı1 və İddiaçı2 məxsus daşınmaz əmlakların Bank qarşısında ipoteka ila yüklü edilərək, kredit öhdəliyinin icrasının təminat üsulu kimi hal-hazırda da çıxış edir. İpoteka müqaviləsi müstəqil xarakte r daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanun 10.1-ci maddəsi). Belə ki, ipoteka qoyan iddiaçılar ərizədə məhkəmədən ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsini tələb edib və belə xahiş qeyri-müəyyən tələbdir. Lakin, sözügedən Konstitusiya Məhkəməsinin Plenum qərarında isə ipoteka müqaviləsi kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilib. Həmin qərarda ipoteka müqaviləsi kredit xətti müqaviləsinə yəni, “Baş Kredit Razılaşması”na münasibətdə bağlanma mış hesab olunmayıb və bu baxımdan ipoteka predmetinin yüklülüyünün ləğv edilməsi qanuna zidd olub. Göründüyü kimi, kredit müqaviləsinin təminatı olan və Bank qarşısında ipoteka ilə yüklü edilən İddiaçı1 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1-ci mərtəbəsində 69,8 kv.m yaşayış sahəsi, 46,5 kv.m köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin və İddiaçı2 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4-cü mərtəbəsində 69,8 kv.m yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evin daşınmaz əmlakın yüklülüyündən azad edilməsi üçün heç bir hüquqi əsas yoxdur.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2024-cü i l tarixli, 2(103)-5586/2024 nömrəli qərardadına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 oktyabr 2024-cü il tarixli, 2(006)-2894/2024 nömrəli qətnaməsi qismən - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1- ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin və Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4- cü mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin yüklülükdən azad edilməsi öhdəliyinin qoyulması hissəsində ləğv edilərək İddiaçı1 və İddiaçı2 Cavabdeh1 Açıq Səhmdar Cəmi yyətinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və X11 Şəxsinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı əmlakın ipoteka yüklülüyündən azad olunması tələbinə dair iş üzrə icraata - ipoteka yüklülüyündən azad edilmə barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydlərin aparılması hissəsində xitam verilmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər F.H.Qasımov (sədrlik edən və məruzəçi), G.T. Axundova, X.Ə.Sarıyev) (bundan sonra – apellyasiya instansiya məhkəməsi) xx.xx.2024-cü il tarixli 2(103)-5586/2024 nömrəli qətnaməsi ilə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətna məsinin əmlakların ipoteka yüklülüyündən azad olunması hissəsində dəyişdirilmədən saxlanılması qət edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin əmlakların ipoteka yüklülüyündən azad olunması barədə hissəsinin təmin olunması hissəsi daşınmaz əmlakın dövlət reyestrində əmlakların ipoteka yüklülüyündən azad edilməsi üçün əsas olması qeyd edilmişdir.
17. Məhkəmə kollegiyası mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ” 25 iyul 2019-cu il tarixli qərarında qeyd olunmu şdur ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-1712/2023 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında məhz 23-cü bənddə qeyd olunan qərara istinad olunaraq müəyyən olunmuşdur ki, ipoteka müqavilələrində zəruri şərtlərin (müddət, faiz, məbləğ) göstərilmədiyindən və borcalanla sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanların razılığı alınmadığından ipoteka müqavilələri həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış kimi qiymətləndirilməli və bu müqavilələrdən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilməməlidir. Yəni, iddianın əsası kimi istinad olunan hal qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən müəyyən olunmuşdur.
19. Birinci instansiya məhkəməsi düzgün əsaslandırma apararaq qeyd etmişdir ki, ipoteka, kreditorun ipoteka qoyan şəxsin əmlakı barəsində məhdud əşya hüququdur. İpoteka ilə əmlakın mülkiyyətçisinin hüquqları məhdudlaşdırılmaqla yüklü hala gəlir. Belə ki, şəxsi borclu öz öhdəliyini yerinə yetirmədiyi halda kreditor ipoteka ilə yüklü edilmiş əmlakın məcburi satılmasını və dəyərindən alacağının qarşılanmasını təmin etmək imkanına malik olur. Odur ki, reyestrdə ipoteka yüklülüyünün qurulması üçün keçərli hüquqi əsas – etibarlı bir ipoteka müqaviləsi mövcud olmalıdır. Əgər şəxsi borclu ilə bağlanmış konkret kredit müqavilələri üzrə ipoteka müqaviləsi bağlanmamış sayılırsa, gələcəkdə bağlanması ehtimal olunan başqa kredit müqavilələri üzrə ipotekanın yaranması üçün yenə də ipoteka qoyanın razılığı tələb olunursa, belə razılıq verilmədən etibarlı bir ipotekadan söhbət gedə bilməz. İpoteka qurulmadığı halda isə şəxsin əmlakı üzərindəki yüklülük onun mülkiyyət hüququnun əsassız məhdudlaşdırılması kimi qiymətləndirilməlidir.
20. Buna görə də məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, baş kredit müqaviləsinin təminatı olaraq tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə ipoteka müqavilələri bağlanmamış hesab edildiyindən, tutmanın yönəldilə bilinməyən ipoteka predmetinin yüklü vəziyyətdə qalması, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulması ilə nəticələnməsi səbəbindən əmlakların ipoteka yüklülüyündən azad edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır.
21. Məhkəmə öz mövqeyini istinad etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsi 269.1, 269.2, 270.1, 405.1, 425.1, 560.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1,10.5, 48.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““Banklar haqqında” Azərb aycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ” 25 iyul 2019-cu il tarixli qərarına istinad edilərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti və onun nümayəndəsi Nümayəndə (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 oktyabr 2024-cü il tarixli 2(103)-5586/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti onunla əsaslandırılmı şdır ki, maddi hüquq normalarının pozulması ilə qəbul olunan bu əsassız qətnamə ilə razılaşmırlar və məhkəmənin iddia tələbini təmin etməsi ilə bağlı gətirdiyi əsaslara dair aşağıdakıları qeyd etmək istəyirlər. Hazırkı mülki iş üzrə məlum olan hal odur ki, ipoteka qoyanlar öz iradələrini tərəflər arasında bağlanmış “Baş Kredit Razılaşması”nın 2.1-ci bəndində müəyyən olunan, yəni açılan kredit xəttinin 120 ay müddətinə, 1500 000 ABŞ dolları və ya manat ekvivalenti məbləği həddində olmasına dair razılıq vermələridir. Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, “Baş Kredit Razılaşması” ayrıca müqavilədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respubl ikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli Plenum qərarında qeyd edilir ki, bir çox ölkələrdə geniş tətbiq olunan kreditləşmə növlərindən biri də kredit xətləridir (limitləridir). Belə müqavilələr ayrı-ayrı ölkələrdə “baş kredit razılaşması”, “kredit xətti müqaviləsi”, “çərçivə müqaviləsi”, “ümumi şərtlər müqaviləsi”, “açıq şərtlərlə razılaşma” və s. kimi tanınır. Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə uyğun olaraq tərəflərin iradə ifadəsini əks etdirən və onların qarşılıqlı hüquq və vəzifələrini müəyyən edən kredit xətti müqaviləsi niy yət razılaşması deyil, müqavilə kimi qəbul olunmalıdır. Həmçinin qərarda göstərilir ki, kredit xətti müqaviləsinin mühüm şərtlərinə dəyişiklik edildikdə ipoteka müqaviləsində də müvafiq düzəlişlər edilməlidir. Lakin, hazırki işdə tərəflər öz razılıqlarını əvvəlcədən bildirdiklərindən eləcə də, BKR-də heç bir dəyişiklik edilmədiyi üçün müvafiq düzəlişlərin edilməsinə və razılıqların alınmasına ehtiyac olmamışdır. Yalnız ipoteka saxlayanın tələbləri tam ödənildikdə, ipoteka saxlayan (birgə ipoteka saxlayanlar) ipotekanın dövlət qeydiyyatının ləğvi məqsədilə ipotekanın dövlət qeydiyyatı orqanına müraciət edir. Digər hallarda “İpoteka haqqında” Qanununa əsasən “ipotekanın ləğv edilməsi” anlayışı mövcud deyil. Belə ki, xx.xx.2013-cü il tarixli, 118962-NEDVİJ-1969 saylı ipoteka müqaviləsi qanunv ericilikdə nəzərdə tutulan tələblərə uyğun olaraq tərtib edilmiş, qanunun tələbinə uyğun formada imzalanmış, notariat orqanı tərəfindən təsdiqlənmiş va dövlət qeydiyyatına alınmışdır. Həmin ipoteka müqaviləsi hal-hazırda qüvvədədir ve heç bir qanuni qüvvəyə minmiş məhkəmə qararı ilə etibarsız hesab olunmamış, ləğv və ya xitam edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)1712/2023 saylı qətnaməsində (nəticəvi hissəsində) ipoteka müqaviləsinin ləğv və ya xitam edilməsi barədə heç bir qeyd edilməmişdir.
24. İpoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə, əsas öhdəliyə xitam verildikdə, tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda, ipoteka predmeti məhv olduqda və bu Qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. İpoteka müqaviləsinə əsasən İddiaçı1 və İddiaçı2 məxsus daşınmaz əmlakların Bank qarşısında ipoteka ilə yüklü edilərək, kredit öhdəliyinin icrasının təminat üsulu kimi hal-hazırda da çıxış edir. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur (“İpoteka haqqında” Azərbaycan RespublikasıQanun 10.1-ci maddəsi). Belə ki, ipoteka qoyan iddiaçılar ərizədə məhkəmədən ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsini tələb edib və belə xahiş qeyri-müəyyən tələbdir. Lakin, sözügedən Konst itusiya Məhkəməsinin Plenum qərarında isə ipoteka müqaviləsi kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilib. Həmin qərarda ipoteka müqaviləsi kredit xətti müqaviləsinə yəni, “Baş Kredit Razılaşması”na münasibətdə bağlanmamış hesab olunmayıb və bu baxımdan ipoteka predmetinin yüklülüyünün ləğv edilməsi qanuna zidd olub. Göründüyü kimi, kredit müqaviləsinin təminatı olan və Bank qarşısında ipoteka ilə yüklü edilən İddiaçı1 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1-ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evinin və İddiaçı2 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4cü mərtəbəsində 69,8 m2 yaşa yış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evin daşınmaz əmlakın yüklülüyündən azad edilməsi üçün heç bir hüquqi əsas yoxdur.
25. Beləliklə, məhkəmənin mübahisəli münasibət barədə qət etdiyi qətnamə ədalətli məhkəmə araşdırması hüququ baxımından öz ədalətli həllini tapmamışdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Qərarında da hüquqi mövqe belə olub ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.
26. Apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan sübutlara düzgün hüquqi qiymət verməmiş, qüvvədə olan qanunvericilik aktlarının müddəalarına məhəl qoymamış, maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmişdir.
27. Kassasiya şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 324.4, 385.1, 386.1, 405.1 və 739-cu maddələrinə və “İpoteka haqqında” Qanunun 30.6, 48-cı maddəsi AR Mülki Prosessual Məcəlləsinin 9.3, 14.2,77,217.4, 417.1.3, 417.1.4 və 418.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:
29. Maddə 269.1. Girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlaya n qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur.
30. Maddə 269.2. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.
31. Maddə 270.1. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir.
32. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
33. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtləri nə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
34. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu:
35. Maddə 10.1. İpoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur.
36. Maddə 10.5. İpoteka müqavi ləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), ipotekanın predmeti, onun adı, olduğu yer və eyniləşdirilməsi üçün yetərli olan digər təsviri, əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlməsi əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix, həmçinin qanunla müəyyən edilmiş imperativ normalar nəzərə alınmaqla ipoteka saxlayanın tələbinin ipoteka predmeti hesabına yönəldilməsi barədə şərtlər, ipoteka predmetinin satış üsulu, ipoteka predmetinin ilkin satış qiyməti və ya bu qiyməti müəyyən edəcək müstəqil qiymətləndiricilər, ipoteka predmeti açıq bazarda satılarkən satışı həyata keçirməli şəxs və ipoteka predmetinin satılmasından əldə olunacaq gəlirlərin bölüşdürülməsi qaydası və növbəliliyi, ipoteka qoyanın elektron poçt ünva nı göstərilməlidir. Əgər əsas öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində həmin məbləği müəyyən etmə qaydası göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ” 25 iyul 2019-cu il tarixli qərarı 37. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, fai z dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir v ə yenidən sübut edilmir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şik ayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyas ı məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində cavabdeh "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Hazırda qüvvədə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə icraata “xx.xx.2013-cü il tarixli, 118957-1-9782 saylı baş kredit müqaviləsinin təminatı kimi bağlanmış iddiaçılar İddiaçı1 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 1ci mərtəbəsində 69,8 m2 yaşayış sahəsi, 46,5 m2 köməkçi sahədən ibarət (3 otaq ) fərdi yaşayış evinin və İddiaçı2 məxsus olan 0,0326 ha torpaq sahəsində yerləşən, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi 2C nömrəli evin 4-cü mərtəbəsində 69,8m2 yaşayış sahəsi, 60,2 m2 köməkçi sahədən ibarət (3 otaq) fərdi yaşayış evi xx.xx.2014-cü il tarixli, 118957-1-9782/2 saylı kommersiya krediti müqaviləsi və xx.xx.2014-cü il tarixli, 118957-19782/3 saylı kommersiya krediti müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi bağlanmamış hesab olunması tələbinə dair hissəsədə xitam verilməsi qərara alınmışdır.
52. Birinci instansiya məhkəməsi qərardadda mövqeyini belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qət naməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-1712/2023 saylı qətnaməsi ilə iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli, 2(011)-937/2017 saylı qətnaməsi qismən- tələbin cavabdehlər İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanda 0,0326 ha torpaq sahəsində yerləşən evdəki paylarına yönəldilməsi hissəsində ləğv edilmiş, iddiaçının tələbi-cavabdeh İddiaçı1 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xu du Məmmədov küçəsi, 2 “C” saylı evin 1ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə və İddiaçı2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 2 “C” saylı evin 4-ci mərtəbəsində yerləşən 3 otaqlı fərdi yaşayış evinə tutma yönəldilməsi hissəsində təmin olunmamış, həmin qətnamə dəyişdirilmədən saxlanmışdır. Həmin Qərarda həmçinin göstərilmişdir ki, ipoteka müqavilələrində zəruri şərtlərin (müddət, faiz, məbləğ) göstərilmədiyindən və borcalanla sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanların razılığı alınmadığından ipoteka müqavilələri həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış kimi qiymətləndirilməli və bu müqavilələrdən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilməməlidir. Beləliklə yuxarıda göstərilənlərə əsasən, məhk əmə hesab etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 fevral 2023-cü il tarixli, 2(103)-1712/2023 saylı qətnaməsi ilə iddia ərizəsinə qeyd edilən hissədə münasibət bildirilməklə, həmin qətnamə qanuni qüvvəsini aldığından, həmin hissədə icraata xitam verilməlidir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə tərəflərin iştirak etdiyi başqa mülki iş üzrə qanuni qüvvədə olan məhkəmə aktları ilə hazırkı iş üzrə bağlanmamış hesab olunması tələb edilmiş ipoteka müqavilələri bağlanmamış hesab edilmişdir. Azərbaycan Respublikasının MPM-in 82.3-cü maddəsinə əsasən də bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
54. Ap ellyasiya instansiyası məhkəməsi mübahisələndirilən qətnaməsində bu qənaətə gəlmişdir ki, baş kredit müqaviləsinin təminatı olaraq tutmanın ipoteka predmetlərinə yönəldilməsi barədə ipoteka müqavilələri bağlanmamış hesab edildiyindən, tutmanın yönəldilə bilinməyən ipoteka predmetinin yüklü vəziyyətdə qalması, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulması ilə nəticələnməsi səbəbindən əmlakların ipoteka yüklülüyündən azad edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır.
55. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət veril məklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
57. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419- cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 oktyabr 2024-cü il tarixli 2(103)-5586/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.