Məhkəmə qərarları › İş №2(102)-4392/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4392/2023

18.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4392/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4392/2023 (Açar sözlər: alğı-satqı müqaviləsinin təsdiq edilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “alğı-satqı müqaviləsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-84/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və X5 (Vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 18 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Torpağa mülkiyyət hüququna dair JN-101, kod 90803038 saylı dövlət aktına əsasən, Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən 2,69 ha torpaq sahəsi Cavabdeh1, Cavabdeh2 və X1 mülkiyyətindədir.

2. Saatlı rayonu Əhmədbəyli kənd sakinləri Cavabdeh1, Cavabdeh2, X5 və İddiaçı tərəfindən 19 yanvar 2005-ci il tarixdə tərtib edilmiş arta əsasən, Cavabdeh1, Cavabdeh2 və X5 ümumi birgə mül kiyyətlərinə verilmiş Saatlı rayonu Əhmədbəyli kəndində yerləşən 2,69 ha torpaq sahəsindən 22032,46 kv.m. torpaq sahəsini İddiaçı birdəfəlik 1.800 (bi9r min səkkiz yüz) manata satmışlar. İddiaçı 22032,46 kv.m. torpaq sahəsini 19 yanvar 2005ci il tarixdə təhvil almış və torpaq sahəsi bü gün də iddiaçının faktiki istifadəsindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

3. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “alğı-satqı müqaviləsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Saatlı Rayon Məhkəməsinə müraciət edərək, onunla cavabdehlərin arasında bağlanmış alğı-satqı müqaviləsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2005-ci ilin əvvəlində cavabdehlərin ümumi birgə mülkiyyətlərinə Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə verilmiş 2,69 ha pay torpaq sahəsinin 22.032,46 kv metr hissəsini satmaq istədiklərini ona bildirmişlər. O, da cavabdehlərə 1.800 manat pul verib həmin torpaq sahəsini almışdır. Bununla bağlı Saatlı rayon notariat kontoruna müraciət etmişlər. Lakin notariat kontoru tərəfindən onlara bildirilmişdir ki, torpaqların alğı-satqısını halhazırda rəsmiləşdirməyə onlara icazə vermirlər. Ona görə cavabdehlərlə öz aralarında 19 yanvar 2005-ci il tarixdə akt tərtib etmişlər. Həmin vaxtdan da qeyd edilən torpaq sahəsindən istifadə edir. Həmin torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması üçün cav abdehlərin onunla notariat kontoruna getməklərini təklif etsə də onlar imtina etmişlər.

5. Saatlı Rayon Məhkəməsinin 2(055)-1011/2017 nömrəli 24 may 2017-ci il tarixli qiyabi qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin edilmiş, Cavabdeh1, Cavabdeh2 və X1 Saatlı rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 08 saylı qərarı ilə ümumi birgə mülkiyyətinə verilmiş Saatlı rayon Əhmədbəyli kəndində (Telmankənd kəndi) yerləşən 2,69 ha torpaq sahəsinin 22.032,46 kv.metr hissəsinin İddiaçı 1.800 manata satmaları barədə öz aralarında bağlanmış 19 yanvar 2005-ci il tarixli alğı-satqı müqaviləsi təsdiq edilməklə həmin torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüququnun tanınması qət edilmişdir.

6. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, torpaq mülkiyyət çiləri Cavabdeh1, Cavabdeh2 və X5 mülkiyyətlərində olan 22.032,46 kv.metr torpaq sahəsinin əvəzində müəyyəndləşdirilmiş pul məbləğini İddiaçı almaqla ona satmışlar. Beləliklə, müəyyən olunur ki, alğı-satqı müqaviləsi notariat kontorunda təsdiqlənməsə də akt tərtib olunmuş və hazırda torpaq satıcıları alğı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsindən imtina etmişlər. Belə ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmişdir.

7. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 336.1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinistinadla əsaslandırmışdır. A pellyasiya instansiyası məhkəməsindəki birinci icraat:

8. Qətnamədən cavabdeh X6 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qiyabi qətnaməsindən məlumatı olmamış, qətnamə ona poçt vasitəsilə göndərilməmiş, məhkəmə aktı qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, hakim mühüm əhəmiyyəti olan faktiki halları tam araşdırmayaraq yekun nəticəyə gəlmişdir.

10. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-3217/2021 nömrəli, 23 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Tale Kərimov) Cavab deh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Saatlı Rayon Məhkəməsinin 2(055)-1011/2017 nömrəli, 24 may 2017-ci il tarixli qətnaməsi İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “alğısatqı müqaviləsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması” tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuşdur.

11. Apellyasiya instansiyası məhkəməsi “Torpaq bazarı” haqqında Azərbaycan Respublikası Qanununun “xüsusi mülkiyyətdə olan torpaqların alğı-satqısı” adlanan 10-cu maddəsinə istinad edərək, qeyd etmişdir ki, vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə hüquqları bilavasitə satıldıqda, alğı-satqı tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş alğıatqı müqavilələri əsasında həyata keçirilməlidir. Həmçinin torpaqların və onlar üzərində istifadə və icarə hüquqlarının alğı-satqı müqavilələri Azərbaycan Respublikasının mülki və torpaq qanunvericiliyinin tələblərinə əməl edilməklə bağlanmalıdır. Lakin, tərəflər torpağın alğı-satqısını qeyd olunan normalarının tələblərinə uyğun həyata keçirməmişlər.

12. Apellyasiya instansiya məhkəməsi mövqeyini “Torpaq bazarı” haqqında Azərbaycan Respublikası Qanununun “xüsusi mülkiyyətdə olan torpaqların alğı-satqısı” adlanan 10-cu maddəsinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4 və 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat:

13. Qətnamədən iddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya mə hkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmini barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 dair hissədə işin icraatına xitam verilməklə mübahisəli torpaq sahəsində onun mülkiyyətində olmuş torpağa olan pay hissəsindən qanun üzrə vərəsələrinin mülkiyyət və vərəsəlik hüquqlarını məhdudlaşdırmışdır. Şirvan Apellyasiya Məhkəməsində işə baxılana qədər iş üzrə cavabdehlərdən Cavabdeh2 vəfat etdiyindən onun ölüm və nikah haqqında şəhadətnamələri məhkəməyə təqdim edilərək işdə cavabdeh kimi tərəf olan Cavabdeh2 öldüyündən mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyindən hüquq varislik məsələsi müəyyən edilənə qədər işin icraatının dayandırılması barədə vəsatət verilmiş, xx.xx.2022-ci il tarixli ərizə ilə də Cavabdeh2 nikah və ölüm haqqında şəhadətnamələrinin surətləri Şirvan Apellyasiya Məhkəməsinə rəsmi verilmişdir. Lakin Məhkəmə Azərbaycan Respublikası MPM-nin 254.1.1-ci maddəsinə uyğun olaraq iş üzrə icraatı dayandırmaq barədə qərardad qəbul etmək əvəzinə səhvən Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsini tətbiq edərək birinci instansiya məhkəməsinin 2(055)-1011/2017 nömrəli, 24 may 2017-ci il tarixli qətnaməsinin cavabdeh X3 dair hissədə ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul etmişdir. Bununla məhkəmə tətbiq olunmalı qanunu tətbiq etməmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)3031/2023 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər İsmayıl Xələfov (məruzəçi), Əhməd N urməmmədov və Ələsgər Əliyev) kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hazırkı iş üzrə olan 23 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

16. Kassasiya instansiyası məhkəməsi qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbini rədd edərkən nəzərə almamışdır ki, Azərbayacan Respublikası Mülki Məcəlləsinin həmin dövrdə qüvvədə olmuş 335.2-ci maddəsi (24 iyun 2005-ci il tarixdə Məcəllədən çıxarılmışdır) belə halda alğı-satqı müqaviləsinin (əqdin) etibarlı sayılması imkanını nəzərdə tutmuşdur.

17. Qanunun həmin normasına görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

18. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və işin 7-ci səhifəsində olan 19 yanvar 2005-ci il tarixli aktdan görünür ki, cavabdehlər onların ümumi birgə mülkiyyətində olan 2,69 ha torpaq sahəsinin 22.032,46 kv.metr hissəsini İddiaçı 1.800 manata satmış və həmin akt iddiaçı və həm də cavabdehlər tərəfindən imzalanmışdır.

19. Belə olan halda, məhkəmə kollegiyası ilk növbədə tərəflər arasında həqiqətən də 19 yanvar 2005-ci il tarixdə alğı-satqı müqaviləsinin bağlanmasını, müqavilənin notariatda rəsmiləşdiriməməsinin həqiqi səbəblərini, cavabdehlərin müqavilənin bağlanmasınd an boyun qaçırmaları halının baş verib-verməməsini, mübahisəli torpaq sahəsinin iddiaçının istifadəsində olmasını və bunun səbəblərini araşdırmalı, toplanmış sübutlara Mülki Məcəllənin 335.2-ci maddəsinin tələbləri baxımından qiymət verilməli idi.

20. Lakin işdən görünür ki, məhkəmə kollegiyası mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyəti olan həmin halları araşdırmamış, bu məqsədlə 19 yanvar 2005-ci il tarixli aktdakı imzaların cavabdehlərə məxsus olub-olmamasını məhkəmə xətşünaslıq ekspertizası təyin etməklə yoxlamamışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat:

21. Təkrar apelyasiya icraatı zamanı məhkəmə xətşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2022-ci il tarixli, 4/1382 nömrəli ekspert rəyinə görə, ekspertizaya təqdim edilmiş, mülki işin 7-ci vərəqində olan 19 yanvar 2005-ci il tarixli aktda “İmzalar

1. Cavabdeh1.” Qrafasındakı imza- Cavabdeh1 tərəfindən yox başqa şəxs tərəfindən icra olunmuşdur; ekspertizaya təqdim edilmiş, mülki işin 7-ci vərəqində olan 19 yanvar 2005-ci il tarixli aktda imzalar “İmzalar

3. Aynurə Əsgərova” qrafasındakı imzaRüstəmova (Əsgərova) Aynurə Abbas qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

22. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1762/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qərardadı ilə Cavabdeh2 xx.xx.2022-ci il tarixdə baş vermiş ölümü ilə əlaqədar Saatlı Rayon Məhkəməsinin 2(055)-1011/2017 nömrəli, 24 may 2017-ci il tarixli qətnaməsi Cavabdeh2 dair hissədə ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

23. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-84/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Zaur Allahyarov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, Saatlı Rayon Məhkəməsinin 2(0550-1011/2017 nömrəli, 24 may 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin halları ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi 2005-ci ilin yanvar ayından iddiaçının sahibliyində və istifadəsindədir. Həmin vaxtdan torpağın nominal mülkiyyətçiləri olan hazırkı iş üzrə cavabdehlər həmin torpaq sahəsini geri tələb etməmişlər. Cavabdehlər etirazında və apellyasiya şikayətində torpaq sahəs inin onların iradəsi əleyhinə iddiaçıya təhvil verildiyini, torpağa görə iddiaçının onlara pul məbləği verdiyinə dair etirazlarını bildirməmişlər, faktiki olaraq bunu inkar etməmişlər. Onların etirazının yeganə əsasını o təşkil edir ki, onlar torpaq sahəsini daimi olaraq iddiaçının mülkiyyətinə deyil, müvəqqəti istifadəsinə vermişlər. İşin hallarından torpaq sahəsinin iddiaçının müvəqqəti istifadəsinə verilməsi, torpaq sahəsindən istifadənin şərtləri, istifadənin müddətini təsdiq edən hallar müəyyən edilmir. Bu barədə dəlil irəli sürülməmişdir.

25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisə edilən torpaq sahəsi İddiaçı qanunsuz sahibliyində və istifadəsində olmamışdır və hazırda da qanunsuz istifadəsində deyil, həmin torpağa görə alıcı qismində cavabdehlərə pul vəsaiti ödəmişdir. Tor pağın mülkiyyətçilərin birgə razılığı ilə verildiyi də inkar edilmir. Lakin alğı-satqı müqaviləsi müvafiq qaydada qeydiyyatdan keçməmiş, alıcının adına rəsmiləşməmişdir.

26. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, analoji münasibətlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müvafiq hüquqi mövqeyi vardır. “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir.

27. Konstitusiya Məhkəməsinin Plenumu, analoji mülki iş üzrə müqavilənin məcburi forma şərtinə riayət edilməməsi əsası ilə etibarsızlığı məsələsinə də aydınlıq gətirmişdir. Mülki hüquqi öhdəliklərin ən mühüm yaranma əsası olaraq müqavilələr tərəflərin iradə sərbəstliyi ilə şərtləndirilir və tərəflərin iradə sərbəstliyi, müqavilə azadlığı müqavilə münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri olaraq qəbul edilir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında torpaq sahəsinin alğısatqısına dair razılıq olmuş, torpaq sahəsinə görə hazırkı iş üzrə cavabdehlər müəyyən məbləğdə pul vəsaiti almış, alıcı İddiaçı razılığa uyğun olaraq öz öhdəliyini yerinə yetirmişdir. Satıcılar olan torpağın nominal mülkiyyətçiləri iddiaçıya münasibətdə vicdanlı davranmamışlar. Cavabdehlər etirazlarında torpaq sahəsini iddiaçıya satmadıqlarını, torpaq sahəsinin alğı-satqısına dair sadə yazılı aktdakı imzanın da onlara məxsus olmadığını bildirmişlər. Apellyasiya baxışında iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası keçirilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin 06 oktyabr 2022-ci il tarixli, 4/1382 nömrəli ekspert rəyinə görə, ekspertizaya təqdim edilmiş, mülki işin 7-ci vərəqində olan 19 yanvar 2005-ci il tarixli aktda “İmzalar

1. Cavabdeh1.” Qrafasındakı imza- Cavabdeh1 tərəfindən yox b aşqa şəxs tərəfindən icra olunmuşdur; ekspertizaya təqdim edilmiş, mülki işin 7-ci vərəqində olan 19 yanvar 2005-ci il tarixli aktda imzalar “İmzalar

3. Aynurə Əsgərova” qrafasındakı imza- Rüstəmova (Əsgərova) Aynurə Abbas qızı tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

29. İşin müəyyən edilmiş digər faktiki halları, o cümlədən tərəflər arasında yaranan münasibətlər, 2005-ci ildən keçən uzun müddət vaxt ərzində cavabdehlərin susması onu deməyə əsas verir ki, 2005-ci ilin yanvar ayında tərəflər arasında torpaq sahəsinin alğısatqısına dair həqiqətən razılaşma olmuşdur.

30. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, sözügedən razılaşmadan 15 ildən artıq vaxtın keçməsi və bu razılaşmaya qarşı hər hansı etirazın olmaması (susma) onu göstərir ki, birgə mülkiyyətçilər bu sövdə ləşməyə razılıqlarını bildirmişlər. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 358.2-ci maddəsinə əsasən əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

31. Konstitusiya Məhkəməsi adı çəkilən Qərarında göstərmişdir ki, Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

32. İşin faktiki hallarına qiymət verərək məhkəmə kollegiyası hesab etmişdir ki, 2005ci ilin yanvar ayında hazırkı iş üzrə cavabdehlər olan Cavabdeh1, Cavabdeh2 və X5 mülkiyyətlərində olan torpaq sa həsinin alğı-satqısına dair İddiaçı ilə razılığa gəlmişlər; İddiaçı tərəfindən torpağa görə pul vəsaiti ödənilmiş, torpaq sahəsi ona təhvil verilmişdir. Həmin vaxtdan da sözügedən torpaq sahəsi iddiaçının fasiləsiz istifadəsində və sahibliyindədir. O, torpaqdan öz əmlakı kimi istifadə edir, orda müəyyən yaxşılaşdırma işləri də aparmışdır. Ona görə də alğı-satqı müqaviləsinin forma tələblərinə riayət edilməməsi səbəbindən sözügedən torpaq sahəsinin alğı-satqı müqaviləsinin bağlanmamış hesab edilməsi və ya etibarsız hesab edilməsi qənaətinə gəlmək mümkün deyil.

33. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 5.3, 335.2-ci maddələrinə, “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qəra rının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 mart 2023-cü il Qərarına, Mülki Prosessual Məcəllənin 77, 207, 103, 88-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

34. Qətnamədən cavabdehlər Cavabdeh3 və Cavabdeh1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər.

35. Kassasiya şikayətində işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdehlərin hər üçü əqdin bağlanmasında iştirakları, razılıqları, qanunda nəzərdə tutulan qaydada ərizələri, xəbə rləri olmamışdır, 19 yanvar 2005-ci il tarixli aktı (əqdi) cavabdehlərdən heç biri imzalamamışdır. Həmin akt saxtadır. İddiaçı birinci instansiya məhkəməsinə yeganə sübut növü kimi ümumi birgə mülkiyyətçilər adından təqdim etdiyi torpağın alğı-satqısına dair 19 yanvar 2005-ci tarixli aktı özü saxta tərtib edərək məhkəməyə mötəbər olmayan sübut təqdim etmişdir. Həmin akta birgə mülkiyyətçilər Cavabdeh1, Cavabdeh2 və X5 imza etməmişlər və adlarının qarşısındakı imzaların onlar tərəfindən icra olunmadığını təsdiq edən 06 oktyabr 2022-ci il tarixli ekspert rəyi vardır. Apellyasiya instansiya məhkəməsi saxta aktın tərtib olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinə də düzgün istinad etməmişdir. Belə ki, birgə mülkiyyət sahibi olan Cavabdeh1, Cavabdeh 2 və X5 İddiaçı tərtib etdiyi saxta aktdan xəbərləri olmamış, aktdakı imzalar onların deyildir, aktın notariat qaydasında təsdiq olunmasından yayınmamışlar. Cavabdehlər əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırmamışlar. Bu barədə iddiaçı onlara heç vaxt təklif etməmiş və belə bir aktın olmasını bildirməmişdir. Bu hal məhkəmədə sübuta yetirilməmişdir. Əgər Apellyasiya instansiya məhkəməsi Saatlı rayonu, Əhmədbəyli kənd icra nümayəndəsinin vəzifəsindən, qulluq mövqeyindən sui-istifadə etməklə saxta akt tərtib etmək və cavabdehlərin adları qarşısında saxta imzalar etməklə tərtib etdiyi aktı bağlanmış əqdi etibarlı hesab edirsə, bu düzgün yanaşma deyildir. Həmin saxta akt (əqd) yazıldığı andan etibarsızdır. Apellyasiya instansiya məhkəməsi Azəbaycan Respublikası Mülki Məcəlləsin in 336.1-ci maddəsinin yeni redaksiyasına istinad etmişdir. Halbuki iddiaçı tərəfindən saxta akt 19 yanvar 2005-ci ildə tərtib edilmişdir. Həmin dövrdə qüvvədə olan Mülki Məcəllənin 336.1-ci maddəsində qeyd edilir: “Əqddən irəli gələn hüquqların dövlət qeydiyyatına alınması tələbinə riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür əqd əhəmiyyətsiz sayılır”. Eyni zamanda Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3031/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarının 29-32-ci bəndlərindəki göstərişlərinə də əməl etməmişdir. İddiaçı Əhmədbəyli kənd icra nümayəndəsi İddiaçı hakimiyyətindən, vəzifəsindən, qulluq mövqeyindən sui-istifadə edərək özgənin əmlakını ələ keçirmək məqsədilə saxta akt tərtib etmək yolu ilə məhkəməyə cavabdehlər tərəfindən imzalanmayan aldadıcı, saxta akt (əqd) təqdim etməsini nəzərə almamışdır. Apellyasiya instansiya məhkəməsi Mülki Məcəllənin 358.2-ci maddəsini də düzgün tətbiq etməmiş, iddiaçının məhkəməyə təqdim etdiyi aktın saxta olmasını və mülkiyyətçilərin həmin aktın tərtib olunmasından xəbərlərinin olmamasını, mülkiyyətçilərin torpaq sahəsi ilə bağlı İddiaçı ilə heç bir sövdələşməsinin olmadığını nəzərə almamış, normanı düzgün olmayaraq iddiaçının xeyrinə təfsir etmişdir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi tərəflər arasında bağlanmış, notariat qaydasında təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqavilə yə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Apellyasiya instansiya məhkəməsində bu halların heç biri nəzərə alınmamışdır. Məhkəmənin əqd kimi qəbul etdiyi 19 yanvar 2005-ci il tarixli saxta tərtib olunmuş aktda torpaq sahəsinin plan və ölçüsünün, əqdin həqiqiliyi barədə mülkiyyətçilərin öz imzaları ilə təsdiq edilmiş ərizələrinin olmaması və sair hallar nəzərə alınmamışdır. Apellyasiya instansiya məhkəməsi “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsində vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqlar, habelə onlar üzərində istifadə və icarə hüquqları bilavasitə satıldıqda, alğı-satqı tərəflər arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş müqavilələr əsasında həyata keçiri lməsi barədə normasının müddəalarını da nəzərə almamışdır. Apellyasiya instansiya məhkəməsi iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3031/2022 nömrəli, 16 iyun 2022-ci il tarixli qərarında verilən göstərişlərə əməl etməmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası qərarında mübahisənin düzgün həlli ilə bağlı iş üçün mühüm əhəmiyyət kəsb edən 19 yanvar 2005-ci il tarixli aktda olan imzaların cavabdehlərə məxsus olub-olmamasını məhkəmə xətşünaslıq ekspertizası təyin etməklə yoxlanılıb hüquqi qiymət verilməsi barədə göstəriş vermişdir. Lakin Apellyasiya instansiya məhkəməsi heç bir hüquqi əsas olmadan qanuna zidd olaraq məhkəmə xətşünaslıq ekspertizasının rəyini sübut kimi qiymətləndirməmiş, Ali Məhkəmənin ekspertiza rəyinin sübut kimi qiymətləndirilməsi göstəri şinə əməl etməmişdir. Apellyasiya instansiya məhkəməsi iddiaçı tərəfindən heç bir sübut təqdim edilmədiyi halda öz mülahizələri, fərziyyələri və subyektiv münasibəti əsasında qətnamə qəbul etmişdir. Halbuki, cavabdehlər onların mülkiyyətində olan torpağın Saatlı rayonu, Əhmədbəyli kənd icra nümayəndəsi işləyən İddiaçı öz vəzifəsindən, qulluq mövqeyindən sui-istifadə etməklə ələ keçirdiyi pay torpağından uzun müddət istifadə edərək susqunluqlarını, birinci instansiya məhkəməsinə saxta akt tərtib etdiyini və digər halları məhkəməyə təqdim etdikləri mötəbər sübutlarla, şahid izahatları ilə sübuta yetirmişlər. Digər hüquqi varislərin hüquqları Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1762/2022 nömrəli, 22 noyabr 2022-ci il taixli qərardadı ilə məhdudlaşdırılsa da, həmin qərardad cavabdehlərin ka ssasiya şikayəti əsasında Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1695/2023 nömrəli, 18 aprel 2023-cü il tarixli qərarı ilə ləğv edilmişdir. Bundan sonra işin gedişində vəfat etmiş torpağın mülkiyyətçisi Cavabdeh2 digər uşaqları X4 və X7 onun hüquqi varisi kimi tanınmışlar. Üçüncü şəxs kimi cəlb edilən X7 da məhkəmə baxışında izahat verərək İddiaçı saxta akt tərtib edərək mübahisə edilən torpaq sahəsini ələ keçirməsini bildirmişdir. Qətnamə ancaq məhkəmənin öz subyektiv formal mülahizələrinə və fərziyyələrinə əsaslanmışdır. Məhkəmə ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğu müəyyən etməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

36. Cavabdehlər tərəfindən verilmiş kassasiya şikayətinə qarşı iddiaçı yazılı etiraz verərək, kassasiya şikayətinin dəlillərinin əsass ız olmasını qeyd etmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması və kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

37. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

38. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

39. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınma z əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

40. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ, 158.1.2. əmlakdan istifadə hüququ, 158.1.3. servitutlar.

41. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

42. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

43. Maddə 335. (24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmışdır). Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir.

44. Maddə 336.1. Əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir.

45. Maddə

357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

46. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

47. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərən cam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

48. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

49. Maddə

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

50. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyan ı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

51. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

56. Maddə 217.3. Qətnamə iş üzr ə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

57. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

58. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

60. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfind ən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

61. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

63. Maddə

420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri:

64. Kassasiya in stansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

65. Hazırkı kassasiya şikayətində cavabdehlər apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdikləri üçün həmin məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

66. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüq uq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İşə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarındakı hüquqi mövqeyinə uyğun baxılmışdır. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə m alik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

68. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikay ət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

69. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin halların ın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. 70. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələbləri nə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

71. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

72. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-84/2023 nömrəli, 18 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar