Məhkəmə qərarları › İş №2(102)-4393/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4393/2023

18.12.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4393/2023 18.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-4393/2023 (Açar sözlər: torpaq sahəsindən payın naturada ayrılaraq verilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsindən iddiaçılara düşən payın müəyyən edilərək onların verilməsi” tələbinə dair iddiaları ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kolleg iyasının 2(106)-1073/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 18 dekabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı2 və Cavabdeh İddiaçı3 və Cavabdeh valideynləridir.

2. İddiaçı2 və Cavabdeh arasındaki nikah 09 yanvar 1997-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur. Onlar boşanandan sonra ayrı təsərüfatda yaşamışlar.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən, Salyan rayonu, Dayıkənd kəndində yerləşən ümumi sahəsi müvafiq olaraq 1,1471 ha və 4,2125 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri ümumi birgə mülkiyyət hüququ əsasında Cavabdeh, X4, İddiaçı 1, İddiaçı2, X5 və İddiaçı3 məxsusdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

4. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı “torpaq sahəsindən iddiaçılara düşən payın müəyyən edilərək onların verilməsi” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 mart 2021-ci il tarixli, **********24, **********25 saylı çıxarışlar əsasında 1,471 hektar və 4,2125 hektar torpaq sahələrindən iddiaçılara düşən pay hissəsinin müəyyən edilərək onlara verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.

5. İddia tələbi onunla əsaslandırmışdır ki, atası ilə anası boşanandan sonra iddiaçılar ayrı təsərrüfatda yaşamışl ar. Uzun illərdir ki, cavabdeh olan atası ailə üzvlərinə verilən torpaq sahəsindən istifadə edir. Dəfələrlə cavabdehlə danışıb onların payına düşən torpaq sahəsini qaytarmasını tələb etsələr də, cavabdeh bununla razılaşmamışdır. Ona görə də iddiaçılar məcbur olub iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

6. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə mütəxəssis dəvət edilməklə torpaqşünaslıq ekspertizası təyin edilərək müvafiq rəylər alınmışdır.

7. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi M.T.Vəliyevin torpaq sahəsinin bölgü planına uyğun tərtib etdiyi rəyə əsasən, reyestr nömrəsi **********24 olan çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin birgə mülkiyyətində olan 4,2 ha pay torpaq sahəsini texniki cəhətdən hər birinə 0,7 ha olmaqla 6 bərabər hissəyə, digər reyestr nömrəsi **********25 olan çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin birgə mülkiyyətində olan 1,147 ha pay torpaq sahəsini texniki cəhətdən hər birinə 0,191 ha olmaqla 6 bərabər hissəyə bölünməsi təklif olunur.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4254 saylı ekspert rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyini və rəyə əlavə edilmiş yerquruluşu planında göstərilənləri nəzərə alaraq, reyestr nömrəsi **********24 olan çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin birgə mülkiyyətində olan 4,2 ha pay torpaq sahəsini texniki cəhətdən hər birinə 0,7 ha olmaqla 6 bərabər hissəyə; digər reyest r nömrəsi **********25 olan çıxarışa əsasən Cavabdeh və ailə üzvlərinin birgə mülkiyyətində olan 1,147 ha pay torpaq sahəsini texniki cəhətdən hər birinə 0,191 ha olmaqla 6 bərabər hissəyə bölünməsinin naturada mümkün olduğu müəyyən edilir.

9. Salyan Rayon Məhkəməsinin 2(057)-320/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Muradağa Qasımov) iddia təmin edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki mübahisəyə tam, obyektiv və hərtərəfli baxıb qanuni nəticə çıxarmaq üçün ilk növbədə ümumi mülkiyyətdə olan torpaq sahəsində hər bir mülkiyyətçinin payları müəyyən edilməlidir. Ümumi mülkiyyətdə olan torpaq sahəsində hər bir mülkiyyətçinin paylarının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

11. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh iddiaçıların mülkiyyətində olan və Salyan rayonu, Dayıkənd yerləşən ümumi sahəsi 1,1471 ha və 4,2125 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən qanunsuz istifadə etməklə iddiaçıların mülkiyyət hüququnu pozur. Buna görə də iddiaçılar torpaq sahələrinin onların istifadələrinə qaytarılmasını tələb etsələr də, cavabdeh onların tələblərini yerinə yetirməkdən boyun qaçırmışdır. Buna görə də iddiaçılar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

12. Məhkəmə hesab etmişdir ki, iddia əsaslı olduğu üçün təmin olunmalı, Salyan rayonu, Dayıkənd kəndində yerləşən, reyestr nömrəsi **** ******24 olan, ümumi sahəsi 1,1471 ha olan torpaq sahəsi üzrə iddiaçıların hər birinin payı 0,7 ha; Salyan rayonu, Dayıkənd kəndində yerləşən, ümumi sahəsi 4,2125 ha olan, reyestr nömrəsi **********25 olan, ümumi sahəsi üzrə 1,147 ha olan torpaq sahəsi üzrə isə iddiaçıların hər birinin payı 0,191 ha müəyyən edilməli, hazırda Cavabdeh qanunsuz istifadə etdiyi iddiaçılara məxsus olan torpaq payları cavabdehdən geri alınaraq, iddiaçılara qaytarılmalı, tərəflərin torpaq sahəslərinin natura bölünməsi işdə olan (i.v. 49) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssisi M.T.Vəliyevin tərtib etdiyi torpaq sahəsinin bölgü planına uyğun aparılmalıdır.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasın ın 29-cu (İ və İİ bəndlər), Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 146.2, 152.1, 157.4, 164.1, 165.1, 213.1, 213.5 və 223.3-cü maddələrinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

14. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş edilmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddia tələbinin təmin edilməsinə dair qətnamə onun hüquqlarına və qanunvericiliyə ziddir. AN-İ ******* nömrəli, xx.xx.2016cı il tarixli və AN-İ ******* nömrəli, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alğı-satqı müq avilələrinə əsasən iddiaçılar onlara məxsus pay torpağını X2. Belə ki, İddiaçı2 ilə nikahı pozulduqdan sonra onun tələbi ilə pay torpağı bölünmüş və iddiaçılara düşən hissəni onlar yuxarıda qeyd edilən müqavilələr əsasında satmışlar. Hal-hazırda yenidən onların bu torpaqları tələb etməsi qanuna və hüquqa ziddir. Hazırkı vəziyyətdə iki yerdə mülkiyyət əldə etmiş və onun adı olmayan aktda olan torpaq sahəsini satdıqdan sonra bu saxtakarlığın ortaya çıxmayacağını düşünən iddiaçıların haqqı olmayan torpaq sahəsini tələb etmələri özbaşınalıqdır. Qanun islahatlar zamanı 1 nəfərə 1 pay müəyyən etmişdir. Ayrı-ayrı yerlərdə dövlətin təsis etdiyi islahat komissiyalarını aldatmaqla iki pay almış iddiaçılar hazırda ondan torpaq sahəsi tələb edə bilməz. Hər bir tərəf öz tələb və etirazlarının əsası kim i istinad etdiyi halları sübut etməlidir. Onun etirazının əsası iddiaçıların – islahat komissiyalarını aldatmaqla iki pay torpağı almış şəxslərin qanunsuz tələbinin əsasının olmamasını sübuta yetirmişdir ki, alğı-satqı müqavilələri bunu təsdiq edir.

16. Apellyasiya məhkəməsinin iclasında iştirak edən iddiaçı, eyni zamanda digər iddiaçıların nümayəndəsi İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o, cavabdehlə 1997-ci ildə boşanmışdır. Onların boşanması ölkədə torpaq islahatlarının həyata keçirilməsi ilə eyni dövrə təsadüf edir. Bu səbəbdən də, həqiqətən də, o və digər iddiaçılar həm atasının ailə üzvü kimi, həm də cavabdehin ailə üzvü kimi qeydiyyata alınmış, onlara 2 fərqli yerdə torpaq sahəsi verilmişdir. Həqiqətən də, atasına və digər ailə üzvlərinə məxsus olan torpaq sahələri 16 noyabr 2016-cı il tarixli alğı-satqı müqavilələri əsasında X1. Lakin cavabdehin və onların ümumi birgə mülkiyyətində olan torpaq sahələri satılmamışdır. Həmin torpaq sahələri tamamilə fərqli torpaq sahələridir. Həmçinin, cavabdehin apellyasiya şikayətində onların ümumi birgə mülkiyyətində olan torpaq sahələrinin bölünməsi, iddiaçıların da məhz həmin torpaq sahələrini satması ilə bağlı bildirdikləri tamamilə əsassızdır. 12 mart 2021-ci il tarixli Çıxarışlardan da göründüyü kimi, hazırkı iş üzrə mübahisəli torpaq sahələri ümumi birgə mülkiyyət hüququ əsasında onların adına qeydə alınmışdır. Əgər torpaq sahələri üzrə hər hansı bölgü həyata keçirilmiş olsaydı, torpaq sahələri üzərində ümumi birgə mülkiyyət hüququ qeydə alına bilməzdi. Bundan başqa, cavabdeh apellyasiya şikayətin də iddiaçıların islahat komissiyalarını aldatmaqla 2 fərqli yerdə torpaq payı aldıqlarını bildirsə də, o, komissiyaların qərarını mübahisələndirməmişdir. İslahat komissiyalarının iddiaçılara 2 fərqli yerdə torpaq payı ayırması cavabdehə onların da ümumi birgə mülkiyyətində olan torpaq sahəsini mənimsəməyə əsas vermir. Odur ki, o, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1073/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Samir Mayılov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Tofiq Heydərov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehlə İddiaçı2 nikahı 09 yanvar 1997-ci ildə pozulsa da, nikah pozulduqdan sonra onların ümumi birgə mülkiyyətində olan əmlakın bölünməsi iş materialları ilə öz təsdiqini tapmır. Cavabdeh apellyasiya şikayətində qeyd edilən hala istinad etsə də, həmin halın təsdiqi üçün mötəbər sübutlar təqdim etməmişdir.

19. Həmçinin, cavabdeh apellyasiya şikayətində istinad etdiyi halların təsdiqi üçün Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* və RX ******* seriya nömrəli çıxarışları təqdim etmiş, iddiaçıların həmin çıxarışlarla mülkiyyətində olan torpaq sahələrini satdıqlar ını və hazırda torpaq payı tələblərinin tamamilə əsassız olduğunu qeyd etmişdir. İddiaçı2 apellyasiya məhkəməsinin iclasında iştirak edən zaman qeyd edilən torpaq sahələrinin atası X3 və onun ailə üzvlərinin (eləcə də, iddiaçıların) mülkiyyətinə verilmiş torpaq sahələri olduğunu qeyd etmiş, həmin torpaq sahələrinin hazırda mübahisə predmeti olan torpaq sahələri ilə hər hansı əlaqəsinin olmadığını bildirmişdir. İş materiallarından görünür ki, həqiqətən də, iddiaçıların hazırda ümumi birgə mülkiyyətdə olan və üzərində paylarının müəyyən edilərək onlara verilməsini tələb etdikləri torpaq sahələrinin onlar tərəfindən 16 noyabr 2016-cı il tarixində daşınmaz əmlakın alğı-satqı müqavilələri əsasında satılmış torpaq sahələri ilə hər hansı əlaqəsi yoxdur.

20. Məhkəmə kollegiyası həmçinin qeyd etmiş dir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri faktiki olaraq **********25 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda və **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışda Salyan rayonunun Dayıkənd kəndində yerləşən müvafiq olaraq 1,1471 ha və 4,2125 ha torpaq sahələrinin ümumi birgə mülkiyyətçiləri sırasında iddiaçıların adının qeyd edilməsinin qanunsuz olması ilə əlaqədardır. Lakin cavabdeh tərəfindən sözügedən Çıxarışlar mübahisələndirilməmiş, iddiaçıların həmin torpaq sahələri üzərində ümumi birgə mülkiyyət hüququnun qeydə alınması nın əsassızlığı ilə bağlı məhkəməyə müstəqil şəkildə müraciət olunmamışdır. Hazırkı halda isə iddiaçıların qeyd edilən çıxarışlar əsasında mübahisəli torpaq sahələrinin ümumi birgə mülkiyyətçiləri sırasında olmasının mübahisələndirilməsi məhkəmə baxışının predmetinə aid deyil. **********25 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla və **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışla iddiaçılar Salyan rayonunun Dayıkənd kəndində yerləşən müvafiq olaraq 1,1471 ha və 4,2125 ha torpaq sahələrinin ümumi birgə mülkiyyətçiləri sırasında olduqları na görə isə iddiaçıların tələbi əsaslıdır. İş üzrə keçirilmiş ekspertiza nəticəsində də həmin torpaq sahələrinin naturada bölünməsinin mümkünlüyü müəyyən edilmiş və birinci instansiya məhkəməsi tərəfindən düzgün nəticəyə gəlinmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas kimi çıxış etmir.

21. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Mülki Məcəllənin 152.1, 157.2, 213.1, 213.2, 220, 223.2, 223.3, 223.4-cü maddələri, Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4 və 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayə tinin dəlilləri:

22. Qətnamədən cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

23. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qanunla islahat aparılan zaman bir nəfərə bir pay müəyyən edilmişdir. Alğı-satqı müqavilələri iddiaçıları islahat komissiyasını aldatmaqla iki pay torpağı almalarını təsdiq edir. İddiaçılar yenidən torpaq sahəsi tələb edə bilməzlər. Lakin məhkəmə həmin halları nəzərə almamış, alğı-satqı müqavilələrinə hüquqi qiymət verməmişdir. Apellyasiya instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti əsassız olaraq təmin olunmamışdır. Tətbiq edilən h üquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

24. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

25. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

26. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

27. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

28. Maddə

220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödən ilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

29. Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər.

30. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.

31. Maddə 223.4. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

32. Maddə

84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərin in və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuş hallarda məhdudlaşdırıla bilər.

33. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) t orpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və ba şqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydı nlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etm ədən saxlaya bilər.

44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməm əlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi t ərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

49. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

50. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasi ya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli ü çün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

52. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1073/2023 nömrəli, 19 iyul 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar