Məhkəmə qərarları › İş №2(102)-4398/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-4398/2021

08.09.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4398/2021 08.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARDADİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-575/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Lənkəran Rayon Məhkəməsinin 2(049)-102/2019 saylı, 30 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim: R.A.Məmmədov) İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası qismən təmin edilərək, Hüquqların Dövlət Qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* nömrəli çıxarışa əsasən İddiaçı və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Lənkəran rayonunun, Bürcəli kəndində yerləşən 0.2106 ha torpaq sahəsinin hazırki iş üzrə hazırlanmış mütəxəssis rəyinə əlavə olunan sxemdə göstərilən döngə nöqtələri daxilində Cavabdeh tərəfindən istifadə edilən 0.13 ha hissəsinin boşaldılması və mülkiyyətçiyə qaytarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-655/2020 saylı, 18 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər: T.X.Heydərov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və F.N.Abbasov) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayə ti təmin edilmiş, Lənkəran Rayon Məhkəməsinin 2(049)-102/2019 saylı, 30 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq iddia təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-3467/2020 saylı, 07 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər: A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.R.Vəliyeva və E.Y.Şamayev) İddiaçı kassasiya şikayəti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 18 fevral 2020-ci il tarixli, 2(106)-655/2020 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmışdır. İşə təkrar baxan Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-575/2021 saylı, 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.Q.Əsədov (sədrlik edən və məruzəçi), M.K.Həsənov və Z. A.Zeynalov) Lənkəran Rayon Məhkəməsinin 30 oktyabr 2019cu il tarixli, 2(049)-102/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 mart 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, kassasiya şikayətində qətnamənin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə kassasiya qaydasında baxılarkən İddiaçı iddiadan imtina etməsi barədə ərizə vermişdir. Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının prot okoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. (191.1) Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin ş ərtləri qərardadda göstərilməlidir. (191.2) Həmin Məcəllənin 261.0.4-cü maddəsinə görə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Göstərilən Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiadan imtina heç bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul edilməlidir. Belə olduqda apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 417.1.5-ci maddəsinə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Mə cəllənin 259.0.1-259.0.3-cü və 259.0.8.-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1 -261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52, 191, 261, 262, 416- 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiadan imtinası təsdiq edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-575/2021 nömrəli iş üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar