Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4399/2022 01.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Mehti oğlunun cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-4399/2022 Açar sözlər: kassasiya şikayətinin qaytarılması, forma və məzmuna dair tələblər Bakı şəhəri, 01 avqust 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Mehti oğlunun cavabdeh "xxxx" QSC-yə qarşı maddi zərər tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1285/2022 nömrəli mülki iş üzrə 25 may 2022-ci il tarixli qərardadında n iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 01 avqust 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Mehti oğlu (bundan sonra – iddiaçı) "xxxx" QSC-yə (bundan sonra – cavabdeh) qarşı dəymiş maddi zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-5208/2021 nömrəli iş üzrə 18 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ramin Xəlilov) iddia rədd olunmuş, iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(1030)-1285/2021 nömrəli iş üzrə 21 yanvar 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və R.Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
4. Qətnamədən iddiaçı (vəkil X1) tərəfindən verilmiş kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsinin 25 may 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır.
5. Məhkəmə kollegiyası gəldiyi qənaəti belə əsaslandırmışdır ki, cavabdehin kassasiya şikayətinin forması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun deyildir. Belə ki, kassasiya şikayətidən görünür ki, şikayət MPM-ə Əlavə 3-də müəyyən edilm iş formaya uyğun tərtib edilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
6. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini, işin mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsini xahiş etmişdir.
7. Şikayət belə əsaslandırılmışdır ki, kassasiya şikayəti MPM-in 401, 407-ci maddələrinin tələblərinə uyğun tərtib olunmuş, əsasən maddi və prosessual hüquq normalarının pozulması halları tam aydınlaşdırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
9. Maddə 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: 407.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 407.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 407.1.3. şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti; 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcu dluğunun əsaslandırılması; 407.1.5. şikayətə əlavə edilən sənədlərin siyahısı.
10. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
11. Maddə 408.1.5. Kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
12. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
13. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
14. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
15. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.
17. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 407.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Kassasiya şikayətinin forması isə Mülki Prossesual Məcəlləsinə 3 saylı Əlavədə əks olunmuşdur. İddiaçının kassasiya ş ikayətinin forması isə həmin 3 saylı Əlavədə göstərilən formaya uyğun deyildir. Bu isə həmin kassasiya şikayətinin qaytarılması üçün əsasdır.
18. Buna görə də, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, qərardad qəbul edilərkən mülki prossesual normaların tələbləri pozulmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.
19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Mehti oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1285/2022 nömrəli iş üzrə 25 may 2022-ci il tarixli qərardadı də yişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.