Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-44/2022 19.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üçün əhəmiyyətli olan bütün halların müəyyən edilməməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədov Əhməd Abbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4007/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh X tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 19 yanvar 2022- ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdeh X qarşı “əmrin ləğv olunması, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət edərək, X 02 iyul 2018-ci il tarixli **********0 nömrəli əmrinin ləğv edilməsini, baş həkim vəzifəsinə bərpa olunmasını və bərpa olunduğu günə qədər məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İşin mübahisə edilməyən hallarından görünür ki, 05.06.2017-ci il tarixli əmək müqaviləsi bağlanmaqla İddiaçı Şirvan şəhər X50 mərkəzinə baş həkim vəzifəsinə təyin olunmuşdur.
3. Şirvan şəhər X28 çalışan və işdən azad olunmuş bir qrup şəhər sakini 04 iyun 2018-ci ildə Prezident Administirasiyasına və digər orqanlara İddiaçı hər ay işçilərdən öz əmək haqqlarından 5 manat pul yığması, müəssisəyə quraşdırılan kameranın və yerə sərilmiş xalçanın pulunun verilməsini istəməsi, 2017-ci ildə X, X, Yeni il bayramlarında və 3 dekabr əlillər günündə, 2018-ci ilin Novruz bayramında mərkəzdə çalışan işçilərə bayram pullarını İddiaçı işçilərdən tələb etməsi, müəssisənin santexnik vəzifəsində çalışan X məzuniyyətdə olmasından istifadə edərək işçilərin arasında onun ünvanına nalayiq sözlər işlətməsi, Qarabağ əlili X qardaşı X63 Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarması, işdən çıxarılan işçilərin heç biri könüllü surətdə öz ərizəsini yazmaması, müxtəlif hədəqorxularla işçiləri işdən çıxma ərizələrini yazmağa məcbur etməsi, mə rkəzdə əlillərə deyil, pulu və imkanı olan şəxslərə xidmət göstərilməsi ilə bağlı müraciət ünvanlamışlar.
4. Qeyd edilən müraciət araşdırılması üçün 08 iyun 2018-ci il tarixli məbkubla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə iş şöbəsi tərəfindən X ünvanlanmışdır.
5. X 20 iyun 2018-ci il tarixli, **********9 nömrəli əmrinə uyğun olaraq Nazirliyin aparatının Daxili nəzarət şöbəsinin funksional vəzifələrin icrasına sektorunun aparıcı məsləhətçisi X15 və məsləhətçisi X19 ibarət komissiya yaradılmışdır. Nazirlik yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 22 iyun 2018-ci tarixli arayışından görünür ki, müraciətdə mərkəzə quraşdırılan kameranın və döşəməyə salınmış xalçanın pulunun verilməsi üçün işçilərin aylı q əmək haqqlarından 5 manat məbləğində vəsaitin yığılması qeyd edilmişdir ki, araşdırma dövründə mərkəz əməkdaşlarından bir qismi təqdim etdikləri izahatları ilə qeyd edilən halı təsdiq etmişlər. Eyni zamanda İddiaçı qeyd edilənlərlə bağlı təqdim etdiyi izahatında quraşdırılan kameranın və döşəməyə salınmış xalçanın pulunun öz vəsaiti hesabına aldığını və mərkəzin bir sıra işçisinin özlərinin təşəbbüsü ilə 2018-ci ilin Ramazan ayında aylıq əmək haqlarından pul verdiklərini bildirmişdir. 2017-ci və 2018- ci illərdə bayramlarla əlaqədar mərkəz əməkdaşlarına ödənilən mükafatların müəyyən hissəsinin mərkəzin baş həkimi İddiaçı tərəfindən yığılması halının araşdırılması zamanı əməkdaşların təqdim etdiyi izahatlara əsasən ödənilən mükafatların bir qismi mərkəzin baş həkimi tərəfindən yığılmış və qeyd olunan şərtlərlə razılaşmayan işçilərə mükafatlar verilməmişdir. Araşdırma dövründə 2018-ci ilin Ramazan bayramı münasibətilə mükafat ödənilən işçilərin adlı siyahısına baxış keçirilmiş və dörd nəfər əməkdaşa mükafat ödənilmədiyi məlum olmuşdur. Mərkəzin baş həkimi İddiaçı təqdim etdiyi məlumatda qeyd edilən əməkdaşlardan iki nəfəri (mərkəzin sabiq əməkdaşı X44 və X24), bir nəfər əməkdaşın (X45) özünün şifahi imtina etdiyi və bir nəfər əməkdaşın(X8) 0,5 ştat vahidi ilə yeni işə qəbul olunduğu və 1,0 ştat vahidi digər müəssisədə işlədiyi səbəbindən mükafat ödənilmədiyi qeyd olunmuşdur. Qeyd edilən əməkdaşlardan üç nəfəri (mərkəzinsabiq əməkdaşı X44, X24 və X) araşdırma dövründə təqdim etdikləri izahatlarında Ramazan bayramı münasibətilə verilən mükafatın müəyyən hissəsini mərkəzin b aş həkimi İddiaçı vermədikləri üçün onlara mükafat yazılmadığı qeyd edilən şəxslərin X ünvanladırları digər şikayət ərizələrində də bu haldan narazı qaldıqlarını qeyd etmişlər. Bununla yanaşı müraciətdə mərkəzin qazanxanasında 4 nəfər işçinin çalışmalı olduğu halda yalnız iki nəfər əməkdaşın öz əmək funksiyasını yerinə yetirməsi qeyd olunmuşdur ki, həmin halın araşdırılması zamanı məlum olmuşdur ki, X 01 yanvar 2018-ci il tarixdə təsdiq etdiyi mərkəzin ştat cədvəlində 4,0 ştat vahidi qazanxana maşinisti nəzərdə tutulmuş, mərkəz tərəfindən təqdim edilmiş ştat cədvəlinə əsasən iki nəfər (X33 və X25) 0,5 ştat vahidi, 3 nəfər (X24, X45 və X9), 1,0 ştat vahidi qazanxana maşinisti vəzifəsində qeyd olunsa da X3 faktiki olaraq mərkəzdə tibb qeydiyatçısı vəzifəsini icra edir. Qeyd olunanlardan əlav ə müraciətdə əlilliyi olmayan digər şəxslərin müəyyən pul məbləğində mərkəzin tibbi xidmətlərindən istifadə etməsi faktının araşdırılması zamanı müəyyən edilmişdir. Mərkəzin X16 yanvar 2004-cü il tarixli, 1-1 nömrəli Kollegiya qərarı ilə təsdiq Nizamnaməsinin 7.3-cü bəndinə əsasən əlilliyi olmayan şəxslərə pullu xidmətin göstərilməsi nəzərədə tutulmuş, araşdırma dövründə mərkəz əməkdaşları və pullu xidmət göstərilən vətandaşın təqdim etdiyi izahatlara əsasən mərkəzdə əlilliyi olmayan şəxslərə pullu xidmətlərin göstərilməsi faktı təsdiq olunmuş, lakin həmin pullu xidmətlərin göstərilməsindən alınan vəsait mərkəzin hesabına mədaxil olunmamış və rəsmi qeydiyyatı aparılmamışdır. Müraciətdə adı qeyd olunan X46 təhsili olmadığı halda mərkəzdə masaj xidməti ilə fəaliyət göstərdiyi halı araşdırıla rkən X bir aylıq masaj kursunu bitridiyi məlum olmuşdur. Müraciətdə qeyd olunmuş qanunsuz işdən azad olunmuş şəxslərlə bağlı müəyyən edilmişdir ki, mərkəzin baş həkimi İddiaçı 05 iyul 2017-ci il tarixdən işə qəbul olunduqdan sonra 14 nəfər mərkəzin əməkdaşı vəzifəsindən azad edilmişdir ki, onlardan 10 nəfəri öz ərizələrinə əsasən əsasən, iki nəfəri (X54 və X10) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin, 70-ci maddəsinin “ç” bəndinə, bir nəfəri (X1 ) həmin Məcəllənin 10-1.1.-ci maddəsinə və bir nəfəri (X44) isə Məcəllənin 75-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Qeyd edilən əməkdaşların şəxsi işlərinə baxış keçirilərkən məlum olmuşdur ki, X26 18 iyul 2017-ci il tarixdən tutduğu vəzifədən azad edilməsi ilə bağlı 13 sentyabr 2017-ci il tarixdə Şirvan Şəhər Məhkəməsində araşdırılmış və X işinə bərpa olunması barədə ərizəsinin təmin edilməməsi barədə qərar qəbul olunmuş, eyni zamanda Şirvan Apellyasiya Məhkəməsinin 24 yanvar 2018-ci il tarixli qərarı ilə həmin qərar qüvvədə saxlanılmışdır. Mərkəzdə çilingər-santexniki işləmiş X55 mərkəzin 19.06.2018-ci il tarixli, 36 nömrəli əmri ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.2-ci maddəsinin “b” bəndinə (səhhəti ilə əlaqədar olaraq, işçinin müvafiq vəzifədə (peşədə) çalışmasının sağlamlığı üçün təhlükəli olduğu barədə səhiyyə müəssisəsinin rəyinə görə) əsasən tutduğu vəzifədən azad edilmiş, lakin araşdırma zamanı səhiyyə müəssisəsinin çıxarışında “ağır fiziki işlərdən qorunmalıdır” qeyd edildiyi məlum olmuş və araşdırma dövründə Nazirlik yanında X52 Xidmətinin 11 saylı Regi on üzrə X21 rəisi vəzifəsini müvəqqəti icra edən X16 yazılı məlumatına əsasən X bağlanmış əmək müqaviləsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 75.3- cü maddəsində nəzərdə tutulan hal (tərəflər əmək münasibətlərini gələcəkdə daha dolğun tənzimlənməsini təmin etmək məqsədilə bu maddənin 2-ci hissəsində nəzərdə tutulmuş hallardan işçinin əmək şəraitinə uyğun olanını əmək müqaviləsinə hökmən daxil edilməlidir) qeyd edilmədiyindən X işdən çıxarılması ilə bağlı verilən əmr qanunvericiliyə uyğun olmamışdır. X1 28 iyul 2017-ci il tarixdə yaş həddinə çatma ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir ki, bununla bağlı qanunvericiliyin tələbləri pozulmamışdır. Araşdırma dövründə öz ərizlərinə əsasən işdən azad edilmiş işçilərdən 6 nəfəri təqdim edikləri izahatlarında onlardan qanunsuz p ul tələb edilməsi və əks təqdirdə Məcəllənin digər ağır maddəsi ilə işdən azad olunacaqları barədə şifahi xəbərdarlıq olunmaları səbəbindən işdən çıxarılmaları barədə ərizələrini verdiklərini bildirmişlər. Müraciətdə qeyd olunan işə qəbul olunmuş əməkdaşların şəxsi işlərinə baxış keçirilərkən iki nəfər işçinin ixtisasları (peşələri) tutduğu vəzifənin tarif-ixtisas xüsusiyyətlərinə uyğun gəlmədiyi məlum olmuşdur. Belə ki, onlardan anbar müdiri işləyən X47 işə qəbul olunarkən “Bütün sahələr üçün ümumi olan qulluqçu vəziflərinin X X12”nda nəzərdə tutulan müvafiq sahə üzrə orta təhsil və müvafiq iş üzrə üç ildən az olmayaraq iş stajı nəzərə alınmamışdır. Müalicəvi bədən tərbiyəsi üzrə təlimatçı vəzifəsində işləyən X34 işə qəbul olunarkən “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəh lə peşələrinin X”nda nəzərdə tutulan orta tibb təhsili və ya bədən tərbiyəsi üzrə orta peşə təhsili tələbi nəzərə alınmamışdır. Bununla yanaşı müyyən edilmişdir ki, mərkəzin sabiq əməkdaşı X20 15 mart 2018-ci il tarixdən 26 may 2018-ci il tarixədək, hazırda mərkəzdə çalışan X11 01 may 2018-ci il tarixdən 31 may 2018-ci il tarixədək əmək qabiliyyətinin müvəqqəti itirlməsinə görə verilən müavinəti 22 iyun 2018-ci il tarixədək ödənilməsi üçün Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsinə göndərilməmişdir. Araşdırma dövründə mərkəzin yeməkxanasına və ərzaq anabrına baxış keçirilərkən həmin gün üçün günlük yemək menyusunun yeməkxanada asılmadığı və 40,0 kq qatıq, 26 ədəd 0,200 kq-lıq kəsmiyin istifadə müddətinin bitməsinə baxmayaraq anbarda saxlanıldığı aşkar olmuşdur. M ərkəzin baş həkimi X təqdim etdiyi izahata əsasən mərkəzdə quraşdırılmış kamera aparatının işləmədiyi səbəbindən müraciətdə qeyd olunan digər məsələrlə bağlı video çəkilişlərinə baxmaq mümkün olamamışdır (araşdırma dövründə mərkəz əməkdaşlarından, vətəndaşlardan alınmış 29 izahat və mərkəzin baş həkimi İddiaçı məlumatı arayışa əlavə olunmuşdur).
6. X **********0 nömrəli, 02 iyul 2018-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, X X29 baş həkimi İddiaçı əmək vəzifələrini kobud şəkildə pozduğuna görə 02 iyul 2018-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla 05 iyun 2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir, həmçinin Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi X İdd iaçı ilə təhvil-təslim işlərinin və son haqqhesabın aparılması və Nazirliyin Aparatının Ümumi şöbəsinin müdiri X əmrin surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasının təmin edilməsi tapşırılmışdır. 7. 06 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 00006 seriaylı, 039111 nömrəli əmək qabiliyyətinin olmamasına dair vərəqəsindən görünür ki, İddiaçı 02 iyul 2018-ci ildən N.S.D hiper tip diaqnozu ilə 05 iyul 2018-ci ilə qədər əmək qabiliyyətin itirmiş, ona yataq rejimi müəyyən edilmiş, işə başlama tarixi 05 iyul 2018-ci il müəyyən edilmişdir.
8. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttiqfaqının Respublika komitəsinin təşkilat işi və hüquq şöbəsinin müdiri tərəfindən verilmiş 12 fevral 2019-cu il tarixli məktubdan müəyyən edilir ki, Şirvan şəhər Regional Bərpa mərkəzində 2004-cü ildən hal-hazıradək ilk həmkarlar ittifaqı təşkilatı mövcuddur və sahə prinsipi üzrə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X42 şəhər komitəsinin qeydiyyatındadır. Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X18 şəhər komitəsinin sədri tərəfindən verilmiş 11 fevral 2018-ci il tarixli cavab məktubu ilə müəyyən edilir ki, Şirvan şəhər Regional Bərpa mərkəzində 2004-cü ildən hal-hazıradək ilk həmkarlar ittifaqı təşkilatı mövcuddur, (sahə prinsipi üzrə) Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X42 şəhər komitəsinin qeydiyyatındadır.
9. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən verilmiş 05.02.2020-ci il tarixli məktubla müəyyən edilmişdir ki, X 27.11.2019-cu il tarixli məktubla daxil olmuş Nazirlik y anında Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan şəhər X29 sabiq baş həkimi İddiaçı qanunsuz hərəkətləri barədə müraciət üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı toplanmış material üzrə vəzifəli şəxslərin əməllərində vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin tərkib əlamətləri müəyyən edildiyindən, fakta görə Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaqın aparılması Baş İdarənin İstintaq idarəsinə tapşırılmışdır.
10. İddiaçı bildirir ki, 05 iyul 2017-ci ildə Şirvan şəhər X50 Mərkəzinin baş həkimi vəzifəsinə təyin edilmişdir. 22.07.2017-ci ildən baş həkim kimi fəaliyyətə başlamışdır. Əmək fəaliyyətinə gec başlamasının səbəbi onun baş həkim vəzifəsinə təyin olunm ağına narazı qalan subeyktiv ünsürlərdir. İşlədiyi dövrdə lazımi quruculuq və abadlıq işləri aparmışdır və Respublika səviyyəli tədbirlər təşkil etmişdir. Gördüyü işlər və tədbirlər dövlət və özəl telekanallarda və digər kütləvi informasiya vasitələrində işıqlandırılmışdır. X 02 iyul 2018-ci il tarixli **********0 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə tutduğu vəzifədən azad edilmişdir və əmək müqaviləsinə xitam verilmişdir. Hesab edir ki, X 02 iyul 2018-ci il tarixli **********0 nömrəli əmri qanunsuz və əsassızdır, ona görə ki, o həmin əmrdə göstərilən əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımi qaydada icra etmişdir, işlədiyi dövrdə 13 işçi öz ərizəsinə əsasən işdən azad olunmuş, əmri mübahisələndirən şəxslərin iddiaları tə min olunmamışdır. Bundan başqa, korrupsiya faktları ilə bağlı yalan məlumatlar yaymış şəxslər barəsində müvafiq instansiyalara müraciətlər olunmuş, bəziləri barəsində şikayət instansiyaları tədbir görmüş, digəri barəsində isə təkzib öhdəliyinin qoyulması, mənəvi ziyan və işgüzar nüfuza ziyan vurulması ilə bağlı tələbi təmin edilmişdir, qətnamə qanuni qüvvəyə minərək icra olunmuşdur. İşdən azad olunmağı barədə əmr Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulan tələblərə riayət olunmadan verilmişdir. Belə ki, əmr Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə verilsə də, əmr Əmək Məcəlləsinin 84-cü maddəsinin tələbinə uyğun olmamışdır. Yəni, əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası, əmək müqaviləsi ləğv edilən gün, ay və il, əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ( sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməmişdir.
11. Cavabdehin nümayəndəsi bildirir ki, İddiaçı iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı 02 iyul 2018-ci il Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən işdən azad edilmişdir. İddiaçıın Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan şəhər X29 baş həkimi olduğu müddətdə baş vermiş pozuntular barədə həmin müəssisənin əmək kollektivi tərəfindən Azərbaycan Respublik ası Prezidenti Administrasiyasına, X və Şirvan şəhər İcra Hakimiyyətinə kollektiv müraciət göndərilmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasından X daxil olmuş 08 iyun 2018-ci il tarixli 21/kol-1879-008 nömrəli məktubda müraciətdə yazılanları araşdırıb Prezident Administrasiyasına və vətəndaşlara məlumat verilməsi göstərilmişdir. Bununla bağlı X Aparatının Daxili nəzarət şöbəsində araşdırma qrupu yaradılmış və Şirvan şəhər X43 ezam edilmişlər. Sözü gedən araşdırma nəticəsində kollektiv müraciətdə qeyd edilən faktların həqiqətə uyğun olduğu aşkar edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (Fərid Əyyubov) 15.02.2019-cu il tarixli, 2(004)-1267/2019 saylı qətnaməsi ilə iddia təmin olu nmuş, X 02 iyul 2018-ci il tarixli **********0 nömrəli əmri qanunsuz hesab edilərək ləğv edilmiş, İddiaçı Şirvan şəhər X50 Mərkəzinə baş həkim vəzifəsində işə bərpa edilmiş, X tərəfindən qətnamə icra edilən günə qədər İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi qət olunmuşdur.
13. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, 06 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 00006 seriyalı, 039111 nömrəli əmək qabiliyyətinin olmamasına dair vərəqəsinə əsasən İddiaçı 02 iyul 2018-ci ildən N.S.D hiper tip diaqnozu ilə 05 iyul 2018-ci ilə qədər əmək qabiliyyətin itirmiş, ona yataq rejimi müəyyən edilmiş, işə başlama tarixi 05 iyul 2018-ci il müəyyən edilmişdir.
14. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Respublika komitəsinin təşkilat işi və hüquq şöbəsinin müdiri tərəfindən verilmiş 12 fevral 2019-cu il tarixli cavab məktubu ilə müəyyən edilmişdir ki, Şirvan şəhər Regional Bərpa mərkəzində 2004-cü ildən hal-hazıradək ilk həmkarlar ittifaqı təşkilatı mövcuddur və sahə prinsipi üzrə Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X42 şəhər komitəsinin qeydiyyatındadır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X18 şəhər komitəsinin sədri tərəfindən verilmiş 11 fevral 2019-cu il tarixli cavab məktubu ilə müəyyən edilir ki, Şirvan şəhər Regional Bərpa mərkəzində 2004-cü ildən hal-hazıradək ilk həmkarlar ittifaqı təşkilatı mövcuddur, (sahə prinsipi üzrə) Dövlət İdarələri və İctimai Xidmət İşçiləri X42 şəhər komitəsinin qeydiyyatındad ır.
15. İddiaçı əmək müqaviləsinə xitam verilmənin qadağan edildiyi şəxslər kateqoriyasına aid olmuşdur. Belə ki, Əmək Məcəlləsinin “əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar” başlıqlı 79-cu maddəsinə görə, işəgötürən tərəfindən əmək qabiliyyətini müvəqqəti itirən işçilərin, Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Həmin Məcəllənin 189-cu maddəsinin 2-ci hissəinə görə isə, intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə, ezamiyyətdə olan, əmək qabiliyyətini müvəqqəti itirdiyi müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.
16. Həmçinin iddiaçının tutduğu vəzifədən azad edilərkən həmkarlar ittifaqının müvafiq razılığının alınmamış olması səbəbindən mübahisələndirilən əmrin qanunsuz olması barədə iddiaçının dəlilini də məhkəmə əsaslı hesab etmişdir.
17. İddiaçı əmək müqaviləsinə Azərbaycan Respubliksı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək vəzifələrini kobud şəkildə pozulmasına əsasən xitam verilsə də, cavabdeh tərəfindən iddiaçının kobud səhvə, hüquq pozuntusuna yol verməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir, yalnız Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlanmış kollektiv müraciətə əsasən Nazirlik yanında Dövlət Tibb- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan şəhər X50 mərkəzində araşdırmanın nəticəsinə əsaslanmışlar. Əmək qanunvericiliyinin tələbinə görə əmək müqaviləsinə xitam verilməsi işəgötürənin əmri (sərəncamı, qərarı) rəsmiləşdirilməlidir, lakin iddiaçıya, əmrdə qeyd olunduğu kimi, rəsmi qaydada surətinin göndərilmə siyahısına uyğun olaraq çatdırılmasının təmin edilməsi tapşırılsa da, iddiaçıya rəsmi qaydada təqdim edilməmişdir.
18. Bu barədə də cavabdeh hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə İddiaçı ilə təhvil-təslim işlərinin və son haqq-hesabın aparılması əmrdə qeyd olunsa da, buna da riayət olunmamışdır və cavabdeh tərəfindən hər hansı sübüt təqdim edilməmişdir. Əmr 02 iyul 2018-ci ildə verilsə də, iddiaçının həmin müddətdə əmək qabiliyyətinin olmaması nəzərə alınmamışdır, bu baxımından da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. Şahid ifadələrindən də, həmçinin iş materiallarına əlavə edilmiş fotoşəkillərdən də aydın şəkildə görünür ki, həqiqətən iddiaçı öz hesabına həmin mərkəzdə təmir işləri aparmışdır və bu hal cavabdeh tərəfindən etiraf olunmuşdur.
19. Birinci instansiya məhkəməsi cavabdehin təqdim etdiyi şahid ifadələrinin təhlilindən belə qənaətə gəlmişdir ki, bu ifadələr arasında ziddiyyətlər vardır və qərəzli xarakter daşıyır.
20. İddiaçı qarşı vaxti ilə izahat verməsinin səbəbi işgüzar münasibətlərin deyil, şəxsi münasibətlərinin korlanması olmuşdur. Belə ki cavabdehin təqdim etdiyi şahidlərdən X İddiaçı ona 20 manat pul verməməsinə görə onunla arasının dəydiyini, X İddiaçı onu Mətbuat Şurasına rəhbər təyin edəcəyinə görə sözünün üstündə durmadığını və buna görə münasibətinin pisləşdiyini, şahidlərdən BX onun həyat yoldaşını İddiaçı işdən çıxartmasına görə ondan incik olduğu etiraf etmişdirlər.
21. Həmçinin məhkəmə hesab etmişdir ki, İddiaçı işçilərdən bayram pulu yığması, qazanxanadakı q azanın birinin satılması barədə Nazirlik bu məsələyə heç bir münasibət bildirməmiş və müvafiq korrupsiya faktlarının araşdırılması üçün və iş üzrə müvafiq halların müəyyən olunması üçün aidiyyəti hüquq mühafizə orqanlarına müraciət etməmişdir və sübut olunmamış faktlara əsaslanmaqla İddiaçı işdən bu əsaslarla çıxarılması əsassızdır.
22. Bayram pulları və əmək haqlarını işçilərin hesabına köçürülür və hədə-qorxu ilə tələb etmə və könüllü verilmə halları istisna olmaqla, bu məbləğin işçilərdən alınması qeyri-mümkündür.
23. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən qanunun tələblərinin ziddinə olaraq ona rəsmi qaydada əmrin surəti, əmək kitabçası və son haqq-hesab sənədləri təqdim edilməmiş və hər hansı sübut cavabdeh tərəfindən verilməmiş və əm rin surətinin təqdim edilməməsi və ya rəsmi qaydada iş yerinə göndərilməməsi işçinin işdən çıxarılması halının mübahisələndirməsi və hüquqlarının bərpası üçün müraciət etmək hüququnu kobud surətdə məhdudlaşdırır və cavabdeh tərəfin bu hala istinad etməsini məhkəmə əsassız hesab edir.
24. Həmçinin cavabdeh tərəfin işçiləri İddiaçı işdən kütləvi şəkildə çıxarılması ilə bağlı gətirdiyi hala da, İddiaçı müəssisədəki əmək fəaliyyəti dövründə 14 nəfər işdən çıxarılmış, bunlardan 10 nəfəri öz ərizələri ilə, 2 nəfəri Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə, bir nəfər isə yaş həddinə çatma əsası ilə, digər 1 nəfər isə səhhətinə görə 75.2-ci hissəsinin b bəndi ilə işdən çıxarıldığından bu hal da əsassızdır və İddiaçı bu hərəkətləri baş həkim olaraq onun səlahiyyət çərçivəsinə aiddir və bu müq avilələrin qanunsuz xitamı halları yalnız məhkəmə tərəfindən müəyyən oluna bilər ki, cavabdeh tərəf də baş həkimin əmək müqaviləsinə xitam verərkən bu hala istinad edə bilməz.
25. Cavabdeh tərəfin İddiaçı fəaliyyəti dövründə Mərkəzdə kənar şəxslərə xidmət göstərilməsi ilə bağlı gətirdiyi dəlili də əsassız hesab edərək qeyd etmişdir ki, bu xidmətin göstərilməsi qanunidir və müəssisənin nizamnaməsində birbaşa göstərilmişdir. Həmçinin məhkəmə arayışda göstərilən digər pozuntularda intizam xətasına səbəb olan hallara aiddir ki, məsələn, kifayət qədər təhsili olmayan şəxsin masajist vəzifəsinə götürülməsi digər intizam tənbehinə də səbəb ola bilərdi ki, birbaşa ən ağır tənbehin verilməsi, (əvvəllər tənbeh olunmayan şəxsə), əsassız və ədalətsizdir.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikas ının Əmək Məcəlləsinin 68, 69,70, 71, 73, 72, 73, 74,75, 80, 83.1, 189.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
27. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh apelyasiya şikayəti vermişdir.
28. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi) Vüqar Həsənov və Şərafət Məmmədova) 19 iyun 2019-cu il tarixli, 2(103)- 7311/2019 nömrəli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 15.02.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
29. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, işəgötürən tərəfindən Azərbaycan Respu blikası Konstitusiyası, Əmək qanunvericiliyi ilə təsbit edilmiş əmə münasibətinin tərəfi olan iddiaçının bərabərlik hüququ pozulmuş, işəgötürən tərəfindən ona qarşı qərəzli mövqe nümayiş etdirilmişdir. Cavabdeh bunun əksini sübut edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, etirazın əsası kimi istinad etdiyi halları sübut etməmişdir.
30. Cavabdehin apellyasiya şikayətinə əlavə etdiyi sənədlər Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 371-ci maddəsinə əsasən sübut kimi qəbul edilə bilməz. Cavabdeh həmin sənədlərin birinci instansiya məhkəməsinə təqdim edilməsinin mümkünsüzlüyünü təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir.
31. Apellyasiya məhkəməsi öz mövqeyini Əmək Məcəlləsinin 2, 16.1, 68.1, 70, 73, 74, 75, 80.1, 80.2, 289, 300, Mülki Prosessual Məcəl lənin 14.2, 77.1, 78.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
32. Apellasiya instansiyası məhkəməsinin qətnaməsindən cavabdeh kassasiya şikayəti vermişdir. 33.. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), X5 və X35) 2(102)-7046/2019 nömrəli iş üzrə 21 noyabr 2019-cu il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin olunmuş, apelyasiya instansiyası məhkəməsinin 19 iyun 2019-cu il tarixli 2(103)-7311/2019 nömrəli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
34. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin də dəlilləri hazırda kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Lakin yuxarıda qeyd edilmiş kassasiya şikayətinin dəlilləri ilkin olaraq apellyasiya şikayətinin dəlillərini təşkil etdiyi halda, apellyasiya kollegiyası həmin dəlillər üzrə tam və ətraflı araşdırma aparmamış, yalnız bir abzasda ümumi formada ötəri münasibət bildirməklə şikayətin əsassız olması, iddiaçıya qarşı cavabdeh təşkilatın qərəzli mövqedə olması qənaətinə gəlmişdir. Halbuki mübahisənin ədalətli həlli və obyektiv nəticəyə gəlinməsi, ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsi üçün kassasiya şikayətinin dəlilləri olaraq yuxarıda qeyd edilmiş hallar təkrar formada sadalanmamaq şərti ilə qeyd edilməlidir ki, həmin dəlillər üzrə araşdırma aparılması qanunçuluq və ədalət baxımından zəruri hesab edilməlidir. Kassasi ya instansiyası məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə araşdırması tam aparılmamış, ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Çünki kassasiya şikayətində göstərilmiş hallar məhkəmə araşdırmasının davam etdirilməsinə kifayət qədər əsas verir. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
35. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi) Elnur Həsənov, Fuad Babayev) 16 iyun 2020-cİ il tarixli, 2(103)- 1901/2020 nömrəli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilmiş, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 2(004)-1267/2019 saylı, 15.02.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.
36. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, X 27.11.2019-cu il tarixli məktubla daxil olmuş Nazirlik yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Şirvan şəhər X29 sabiq baş həkimi İddiaçı qanunsuz hərəkətləri barədə müraciət üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır. Araşdırma zamanı toplanmış material üzrə vəzifəli şəxslərin əməllərində vəzifə səlahiyyətlərindən sui-istifadə cinayətinin tərkib əlamətləri müəyyən edildiyindən, fakta görə Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaqın aparılması Baş İdarənin İstintaq idarəsinə tapşırılmışdır.
37. Apellyasiya instansiyası hesab etmişdir ki, Şirvan şəhər X28 çalışan və işdən azad olunmuş bir qrup şəhər sakininin Prezident Administrasiyasına və digər orqanlara ünvanlanmış 04 iyun 2018-ci il tarixli müraciətində göstərilənlər X 20 iyun 2018-ci il tarixli, **********9 nömrəli əmrinə uyğun olaraq yaradılmış komissiyanın 22 iyun 2018-ci tarixli arayışı ilə təsdiq edilmiş, həmçinin birinci instansiya məhkəməsində ifadələri alınmış X48, X56, X44, X60, X61, X2, X27, X62 iddiaçı barədə müsbət fikirdə olsalar da, şahid qismində dindirilmiş X33, X24, X17, X6, X57, X7 və X4 iddiaçı barəsində mənfi fikirdə olduqlarını və iddiaçının dəfələrlə əmək qanunvericiliyinin tələblərini pozduğunu bildirmişlər
38. Apellyasiya instansiyası hesab etmişdir ki, iddiaçının öz vəzifə öhdəliklərini pozması müəyyən edilmiş və iddiaçı tərəfindən həmin halları təkzib edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verərkən, cavabde h qanunvericiliyin tələblərinə riayət etmişdir, bu səbəbdən də iddiaçının tələbi əsaslı sayıla bilməz.
39. Apelyasiya instansiyası öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin 4-cü hissəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1, 68, 70, 71, 72-ci maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat
40. Apellasiya instansiyası məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermişdir.
41. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Elşanə Vəliyeva (sədrlik edən və məruzəçi), X59 və X49) 2(102)-152/2021 nömrəli iş üzrə 01.02. 2019-cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1901/2020 nömrəli iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yeni apelyasiya baxışına qaytarılmıdır.
42. Kassasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı onunla əsaslandırmışdır ki, İddiaçı tutduğu vəzifədən azad edilərkən həmkarlar ittifaqının müvafiq razılığının alınmaması, həmçinin işdən çıxarılma barədə əmr verilən zaman əmək qabiliyyətli olmaması barədə iddianın əsaslandığı hallara və həmin hallara dair cavabdeh orqanın apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı apellyasiya məhkəməsi tərəfindən hər hansı araşdırma aparılmamış və təqdim edilən sübutlara Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 88-ci maddəsi baxımından qiymət verilməmişdir.
43. Halbuki tərəflər arasında mübahisəli olan bu faktiki hallarla bağlı iş materiallarında müvafiq sübutlar və sənədlər mövcud olmuş, həmin halla r işin mahiyyəti üzrə həllində əhəmiyyətli olmuş, yəni göstərilən halların sübut olunub-olunmamasından iddiaçının işdən azad edilməsinin qanuniliyinə qiymət verilməsi, əmrin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79 və 80-ci maddələrinə uyğun olub-olmaması barədə qənaətə gəlinməsi birbaşa asılı olmuşdur. Apellyasiya məhkəməsinin ləğv etdiyi birinci instansiya məhkəməsinin qətnaməsi ilə də həmin hallara əsaslanmaqla işəgötürənin əmri ləğv edilmişdir.
44. Həmçinin iş üzrə kassasiya məhkəməsinin qərarında da iş üzrə cavabdehin apellyasiya şikayətinin dəlilləri, həm də bu hallarla bağlı olan dəlilləri üzrə məhkəmə tərəfindən araşdırılmadığı, həmin dəlillər üzrə araşdırma aparılmasının qanunçuluq və ədalət baxımından zəruri olduğu göstərilmişdir
45. Belə olan halda, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiya məhkəməsi kassasiya instansiya məhkəməsinin göstərişlərini tam icra etməmişdir.
46. Qətnamədə iddiaçının apellyasiya şikayətinin məzmunu əks edilsə də, onun dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsinin araşdırma aparması, hansı halları müəyyən etməsi, bu dəlillərin birinci instansiya məhkəməsinin hansı müəyyən etdiyi halları təkzib etməsinin müəyyən edilməsi görünmür.
47. Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işin mübahisəli faktiki hallarını müəyyən etmədən, həmin faktiki hallara uyğun maddi hüquq normalarını tətbiq etmədən, tərəflərin apellyasiya şikayətinin və ona etirazın dəlillərini müfəssəl araşdırmadan, bu dəlillər üzrə araşdırma aparmadan gəldiyi nəticəsi ilə iddiaçının ədalətlə məhkəmə araşdırma hüquq unu pozmuşdur Apellyasiya instansiyası məhkəməsindəki üçüncü icraat
48. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi) M.Məmmədov və V.İbayev) 2(103)-4007/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə cavabdeh X apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1267/2019 saylı, 15 fevral 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
49. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələblərini təmin edərək cavabdeh X İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 02 iyul 2018-ci il tarixli, **********0 nömrəli əmrin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haq qı ödənilməklə İddiaçı, Şirvan şəhər X50 mərkəzində tutduğu vəzifəyə (baş həkim vəsifəsinə) bərpa olunmalı nəticəsinə gəlmişdir.
50. Belə ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
51. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
52. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamı ş, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
53. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
54. Cavabdehin nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onların izahatları dinlənilməmişdir.
55. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
56. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
57. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).
58. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində cavabdeh apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə
60. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (maddə 14.2)
61. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıq dan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
62. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
63. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
64. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
65. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, y axud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. (maddə 417.1.3)
66. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. (maddə 418.3) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
67. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
68. Belə ki, apelyasiya insansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla, iş üzrə müəyyən edilmiş h allara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. (62-63)
69. Əmək Məcəlləsinin 83 və 296-cı maddələrinin tələblərindən göründüyü kimi işəgötürən işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini işçiyə vermək vəzifəsi daşıyır və işə bərpa ilə bağlı verilən tələblər üzrə iddia müddətinin axımı əmrin işçiyə təqdim edildiyi tarixdən başlayır.
70. İddianın rədd edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin məzmunundan görünür ki, məhkəmə digər əsaslarla yanaşı iddianın təmin edilməsini onunla əsaslandırmışdır ki, əmrin iddiaçıya vaxtında təqdim edilməsi yükünü işəgötürən daşıyır və sonuncu əmrin iddiaçıya təqdim edilməsini sübut edə bilməmişdir. Ona görə də id diaçı tərəfindən iddia müddəti ötürülmədiyindən hazırkı mübahisəyə iddia müddəti tətbiq edilə bilməz.
71. Məhkəmə kollegiyası qeyd edilən əsaslandırma ilə bağlı aşağıdakıların göstərilməsini zəruri sayır.
72. İş materiallarından görünür ki, iddiaçı 02.07.2018-ci il tarixli əmrin ləğv edilməsi və işə bərpa tələbi ilə bağlı məhkəməyə iddia ərizəsini 09.01.2019-cu ildə vermişdir.
73. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbinə görə işə bərpa tələbi üzrə fərdi mübahisələrlə bağlı iddia müddəti 1 ay təşkil edir.
74. Nəzərə alınmalıdır ki, apelyasiya instansiyası məhkəməsinin düzgün olaraq qeyd etdiyi kimi bu müddətin axımı əmrin təqdim edildiyi tarixdən başlayır və əmrin surətinin işçiyə təqdim edilməsi yükünü işəgötürən daşıyır.
75. İş materiallarından görünür ki, cavabdeh 02.07.2018 -ci il tarixli əmrin surətini iddiaçıya göndərdiyini qeyd etsə də, onun iddiaçı tərəfindən qəbul edilməsi barədə yazılı sübut yoxdur və iddiaçı işə məhkəmə baxışında əmrin surətini almadığını göstərmişdir.
76. Bununla bağlı qeyd edilməlidir ki, iş materiallarında olan iddiaçı X36 tərəfindən verilmiş vəsatətdən (İ cild iş vərəq 36) görünür ki, iddiaçı əmrin surətini aldığını və bundan sonra 25.07.2018-ci ildə və 27.09.2018-ildə teleqramla Əmək və X23 şəxsən müraciət edərək qəbuluna düşmək, işdən azad olunma proseduru ilə bağlı sənədləri təqdim etmək və məhkəmədənkənar qaydada mübahisəni həll etmək istədiyini göstərərək 02.07.2018-ci il tarixli əmrin mübahisələndirilməsi üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir.
77. Göründüyü kimi iddiaçı əmrin surətini aldığını və hazırkı iş üzrə iddia müddətini ötürdüyünü etiraf etmiş və müddətin ötürülməsinin üzürlü sayılmasını xahiş etmişdir. Yəni qeyd edilən ərizə ilə iddiaçı cavabdehi əmrin surətinin təqdim edilməsi ilə bağlı sübutetmə yükündən azad etmişdir.
78. Belə olan halda həm birinci instansiya məhkəməsi həm də apelyasiya instansiyası məhkəməsi mübahisəli əmrin surətinin iddiaçı tərəfindən alınmasının cavabdeh tərəfindən sübut edilməli olması halına deyil iddiaçının vəsatətinə əsasən müvafiq müddətin ötürülməsinin üzürlü sayılıb-sayılmamasına hüquqi qiymət verməli olduğu halda nə birinci instansiya məhkəməsi nə də apelyasiya instansiyası məhkəməsi qeyd edilən hala hüquqi qiymət verməmişdir.
79. Bundan başqa 02 iyul 2018-ci ildən N.S.D hiper tip diaqnozu ilə 05 iyul 2018-ci ilə qədər əmək qabiliyyətini itirməsi v ə ona yataq rejimi müəyyən edilməsi ilə bağlı İddiaçı 06 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 00006 seriaylı, 039111 nömrəli əmək qabiliyyətinin olmamasına dair vərəqə verilsə də iş materiallarında olan 02.07.2018-ci il tarixli məktublardan görünür ki, (İ cild iş vərəq 180-181) iddiaçı 02.07.2018-ci il tarixində işdə olmuş və qeyd edilən məktubları izalamışdır.
80. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün mühüm əhəmiyyətə malik olsa nə birinci instansiya məhkəməsi nə də apelyasiya instansiyası məhkəməsi qeyd edilən hallarla bağlı araşdırma aparamamış və həmin hallara hüquqi qiymət verməmişdir.
81. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır və bu düz gün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
82. Azərbaycan Respublikası MPM-nin 418.3-cü maddəsinin məzmununa görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
83. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4007/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.