Məhkəmə qərarları › İş №2(102)-44/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-44/2024

22.01.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-44/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-44/2024 Açar sözlər: mənzildən istifadə hüququ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-742/2023 nömrəli iş üzrə 22 iyun 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə ba xan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər ki, İddiaçı Cavabdeh1la 2000-ci ildə ailə qurmuşlar, Salyan rayonu Arbatan kəndində yerləşən evdə yaşamışlar.

2. Salyan Rayon Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli, 2(057)-715/2022 nömrəli qətnaməsi ilə Cavabdeh1 və İddiaçı arasında 16 iyun 2000-ci il tarixdə rəsmiləşdirilmiş nikah pozulmuşdur.

3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin 26 oktyabr 2022-ci il tarixli çıxarışı ilə Salyan rayonu Arbatan kəndində yerləşən sahəsi 276,5 kv m. olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 adına 26 oktyabr 2022-ci il tarixdə rəsmiləşdirilmişdir.

4. Salyan RİHB-nin Arbatan KİƏDN-nin 07 iyun 2023-cü il tarixli Arayışına əsasən İddiaçı Salyan rayonu Arbatan kəndində yer ləşən sahəsi 276,5 kv m. olan fərdi yaşayış evində qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan rayonu Arbatan kəndində yerləşən 2 mərtəbəli 4 otaqdan ibarət və Cavabdeh2 adına olan evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2000-ci ildə mübahisəli evə gəlin köçmüş, 22 il həmin evdə yaşamışdır. Uşaqları həmin evdə doğulmuşdur. Gəlin köçərkən apardığı gəlinlik cehizləri hazırda da həmin evdədir. Həmin evdə yaşadığı zaman əri ilə birlikdə işləyib təsərrüfat aparmış, evi təmir etdirmişlər. Onun yaşamağa başqa yeri yoxdur.

7. Cavabdeh1 birinci i nstansiya məhkəməsində iddianı qəbul etməyərək bildirmişdir ki, birgə nikahlarından 4 övladı var. Hazırda övladlarından biri Bakı şəhərində, digər 3 övlad isə onun yanında Arbatan kəndində yaşayırlar.İddia verilən zaman mübahisəli ev dövlət qeydiyyatına alınmasa da, hazırda dövlət qeydiyyatına alınmışdır.İddiaçı 2021-ci ilin 30-31 may tarixlərində könüllü şəkildə evi tərk etmişdir. İddiaçının əmlakı mübahisəli evdədir.

8. Cavabdeh2 birinci instansiya məhkəməsində iddianı qəbul etməyərək iddianın təmin edilməməsini xahiş etmişdir.

9. Salyan Rayon Məhkəməsinin (hakim M.Qasımov) 2(057)-1522/2020 saylı 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının cavabdehlərlə münasbətlərin yarandığı 2000-ci ildən Cavabdeh2 mübahisəli evin mülkiyyətçisi olmamış, ev onun yalnız sahibliyində və istifadəsində olmuşdur. Mübahisəli ev xx.xx.2022-ci ildə mülkiyyət hüququ əsasında Cavabdeh2 adına dövlət qeydiyyatına alınmışdır.

11. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması Cavabdeh2 mübahisəli evə məhz bu andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüququ faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisələndirilən evin sahibi iddiaçının keçmiş ərinin atasıdır və həmin ev üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reystrində qeydiyyatdan keçməklə həmin evin mülkiyyətçisi kimi onun huquqları qanunla qorunur.

13. Məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 13cü maddəsinin 1-ci hissəsinə, 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1,228.1, 228.2-ci, 228.5-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Şikayət iddia ərizəsində yazılan eyni dəlillərlə əsaslandırılmışdır.

16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər P.Əhmədov (sədrlik edən və məruzəçi), S.Mayılov və T.Kərimov) 2(106)-742/2023 nömrəli iş üzrə 22 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəmə sinin 04 noyabr 2022-ci il tarixli 2(057)-1522/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki,

18. İşdən göründüyü kimi, Salyan rayonu Arbatan kəndində yerləşən sahəsi 276,5 kv m. olan fərdi yaşayış evi 26 oktyabr 2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında dövlət reyestrində iş üzrə cavabdeh X1 adına qeydiyyata alınmışdır. Daşınmaz əmlakın Salyan rayonu Arbatan kəndində yerləşən sahəsi 276,5 kv m. olan fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması Cavabdeh2 həmin mübahisəli evə məhz həmin andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir. Hazırda qüvvədə olan mül ki qanunvericiliyin tələblərinə əsasən tərəflərin razılığı ilə yanaşı, eyni zamanda, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir.

19. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi yaşayış evinin 26 oktyabr 2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında dövlət reyestrində Cavabdeh2 adına qeydiyyata alınması üzrə maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

20. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur.

21. Beləliklə, məhkəmə kollegiyası mülki prosessual qanunvericiliyə müvafiq olaraq ədalət mühakiməsini tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, iş materiallarını araşdıraraq, topl anmış bütün sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, hazırkı iddianın təmin edilməsi üçün hər hansı hüquqi əsas müəyyən edilməmişdir.

22. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Salyan Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli 2(057)1522/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-742/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləvğ edilməsinə və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edən zaman bir sıra maddi və prosessual hüquq normalarını pozmuşdur. İddiaçı qeyd etmişdir ki, o ailə quran zaman mübahisəli fərdi yaşayış evi dövlət qeydiyyatında keçməmişdir. xx.xx.2022-ci il tarixdə Cavabdeh2 mübahisəli evi öz adına rəsmiləşdirmişdir. Onun cehiz əşyaları hal-hazırda da mübahisəli mənzildədir və onun yaşamağa başqa yeri yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Cavabdeh1 iddiaçının kassasiya şikayətinə qarşı etiraz ərizələri göndərərək kassasiya şikayətin təmin edilməməsini və Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-742/2023 nömrəli iş üzrə 22 iyun 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxl anılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:

26. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

27. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən tə yinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

33. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasi ya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldiyi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyas iya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.

37. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu X.Məmmədovanın şikayəti üzrə 11 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşa yış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır.

38. İşə mahiyyəti üzrə baxan məhkəmələr müəyyən etmişlər ki, mübahisəli mənzil xx.xx.2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh2 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır.

39. Həmin tarixdə qüvvədə olan Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyət çi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci və digər normaların şərh edilməsinə dair 16 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.

41. Bxılan işdə idd iaçının yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olması, beləliklə də iddiaçının mübahisəli evdən istifadə etmək hüququ müəyyən edilməmişdir.

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

43. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya ş ikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-742/2023 nömrəli iş üzrə 22 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar