Məhkəmə qərarları › İş №2(102)-440/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-440/2020

27.01.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-440/2020 27.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 03 iyun 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Vəkil oğlunun kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli 2(043)4878/2018 nömrəli (hakim F.Mirabov) qətnaməsi ilə İddiaçı cavabdeh “X” Səhmdar Cəmiyyətinə qarşı işə bərp a tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsi qət olunmuşdur. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli, 2(104)-1100/2019 saylı qətnaməsi ilə (hakimlər R.Muradov (sədrlik edən və məruzəçi), Ş.Əliyeva və Ə.Məmmədov) İddiaçı apellyasiya şikayəti təmin edilməyərək Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli 2(043)-4878/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatının dəyəri 142 manat pulun İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh “X” TSC-yə qarşı Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində iddia qaldıraraq, “X” Səhmdar Cəmiyyətinəm 28 avqust 2018-ci il tarixli 52-k mömrəli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə, “X” Səhmdar Cəmiyyətinə Müştəri xidməti şöbəsinə fakturalama qrupuna su kəməri təsərrüfatında nəzarətçi işinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Vəkil oğlu kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, iddiaçının barəsində olan əmr tamamilə qanunsuz əmrdir, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli 2(104)-1100/2019 say lı qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyası, cavabdeh “X” TSC-nin nümayəndəsi X1 məhkəmə kollegiyasının iclasına vəkilsiz gəlməsi səbəbindən Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçı tərəfə lazımi qaydada bildiriş göndərilmiş olsa da, iddiaçı tərəf üzrlü səbəblər olmadan gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 0 3 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib - etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarıının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, “X” TSC-nin 13 iyun 2015-ci il tarixli 75 nömrəli əmri ilə İddiaçı müştəri xidməti şöbəsinə su kəməri təsərrüfatında nəzarətçi peşəsinə təyin edilmiş, 28 yanvar 2015-ci il tarixli 07-k və 05 yanvar 2017-ci il tarixli 05-k nömrəli əmrlə əmək müqaviləsinə dəyişikliklər edilmi şdir. İddiaçı 27 avqust 2018-ci il tarixdə ərizə verərək onunla “X” TSC arasında bağlanmış əmək müqaviləsinə 28 avqust 2018-ci il tarixdən xitam verilməsini xahiş etmiş, “X” TSC-nin 28 avqust 2018-ci il tarixli 52-k nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, işçinin təşəbbüsü ilə xitam verilmiş, eləcədə 13 iyun 2016-cı il tarixdən 28 avqust 2018-ci il tarixdək olan dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 46 təqvim günü pul əvəzi ödənilmişdir. İddiaçı barəsində verilmiş işdən çıxarılma əmrini qanunsuz hesab edərək əmrin ləğvi barədə məhkəmədə iddia qaldırmış, işə baxan birinci instansiya məhkəməsi isə iddia tələbini təmin etməmişdir. Apellyasiya icraatı zamanı İddiaçı 27 a vqust 2018-ci il tarixli ərizənin onun tərəfindən yazılmadığını, eləcə də həmin ərizədəki imzanın onun tərəfindən icra edilmədiyini mübahisələndirdiyindən iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Həmin Mərkəzin 09 aprel 2019-cu il tarixli 8613 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, mülki işin 45-ci vərəqəsində İddiaçı adından olan 27 avqust 2018-ci il tarixli ərizəinin mətni və “imza” qrafasındakı imza-İddiaçı tərəfindən icra olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, “X” TSC-nin 28 avqust 2018-ci il tarixli 52-k nömrəli əmrin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, İddiaçı onunla bağlanmış əmək müqaviləsinə 28 avqust 2018-ci il tarixdən xitam verilməsini özü işəgötürəndən xahiş etmiş və bu barədə ərizə yazmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə aşağıdakı maddi hüquq normalarını tətbiq etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 35-ci maddəsinin 2-ci bəndinə görə, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: tərəflərdən birinin təşəbbüsü; əmək müqaviləsinin müddətinin qurtarması; əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; müəssisənin mülkiyyətçisinin d əyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); tərəflərin iradəsindən asılı olmayan hallar; tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin; əmri (sə rəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqavi ləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) yalnız bu maddənin 1-ci hissəsində göstərilən məlumatlar olan sadə formada, həmçinin normativ hüquqi aktlara uyğun formada-təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. Məhkəmə kollegiyası iş üz rə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində olan “X” TSC-nin 28 avqust 2018-ci il tarixli 52-k nömrəli işdən çıxarılma əmri tamamilə qanunsuz əmrdir və apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Kollegiya hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndi rilməklə yanaşı iş materialları ilə təsdiq edilmir, eyni zamanda həmin dəlillərə apellyasiya şikayətinin dəlilləri eyni olduğundan və həmin dəlillərə apellyasiya məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən və kollegiya apellyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşdığından kassasiya şikayətində göstərilən dəlillərə təkrar qiymətləndirilməsinə zəmin görmür. Kollegiya qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Beləliklə də, kassasiya kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 iyun 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar